Hindu bürcünüz və mənası - Qunduz

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 5 659
Səs ver:
(səs: 3)
21 Aprel - 21 May

Balanslı!
Mineral - Xrizokol
Rəngi - Mavi

Balanslı, ciddi. Dəyişməyi sevməyən, Planlı. Bir iş gördüyü zaman həm gözəl həm faydalı olmasına çalışan biridir. Davamlı sülh axtaran və sülh mühitlərini seçən. Torpağa, kökə bağlı, əhəmiyyət verən. Əl qabiliyyətləri yüksək. Hər cür fiziki mühitə uyğunlaşma təmin edən. Öz rahatı və dincliyi üçün ətrafı təşkil edən. Səssiz, sakit. Güvən duymadığı zaman geridə qalıb dinləyən. Əsəbiləşincə dağıdıcı. Suyla maraqlanmağı xoşlayan. İşləri problemsiz, uyğun hala gətirməyi bacaran. Maddi sahədə zəmanəti sevən. Evliliyi ciddi qəbul edən və yoldaşına sadiq olan.Bu dövrdə dünyaya gələn insanların heyvanlar aləmindəki totemi qunduz, bitkilər aləmindəki totemi mavi kamas çiçəyi və minerallar aləmindəki totemi isə, xrizokoldur. Uğurlu rəngləri, mavidir. Xrizokol firuzəyə bənzəyən, mavi-yaşıl rəngdə, lakin daha şəffaf bir daşdır. Üstündə daşıyan insanın bədənini, ürəyini və ruhunu təmizlədiyi deyilməkdədir. Yer üzü və səma güclərini birləşdirdiyinə inanılır. Qunduz insanları mineral totemlərindən yer üzü və səma güclərini birləşdirməyi öyrənə bilərlər. Torpağa çox, hətta bir az çox bağlıdırlar. Yalnız torpağa yönələrək, səmadakı məlumatları gözardı etsələr, mənliklərini itirə bilərlər. Daşı kimi Qunduz da çox şanslı bir insan kimi görünər. Amma əslində bu şans möhkəm bir iş və doğru zamanda doğru yerdə ola bilmə hissindən doğulmuş bir şansdır. Qunduz, xarakterini dəyişdirəcək əhəmiyyətli və böyük bir hadisə ortaya çıxmazsa, şəxsiyyətini və həyatını dəyişdirməkdə olduqca çətinlik çəkər. Balanslı bir insandır və təbii tarazlığını qoruya bildiyi müddətcə, özünü rahat və yaxşı hiss edər. Könüllü olaraq çətin bir işə cəhd edən Qunduza çətin rast gəlinər. Əgər bu cür bir məsuliyyətin altına girsə, ya da həyatında radikal bir dəyişikliyə gedərsə, bunu da son dərəcə sistematik bir şəkildə edər. Dəyişikliyə müqavimət göstərən təbiəti, çox möhkəm və etibarlı dostluqlar qura bilməsini təmin edər. Eyni xrizokol kimi, yaxınlaşdığı kəslərə və obyektlərə saf bir nəfəs qatar. Qunduzun bitkilər dünyasındakı totemi, yalnız Şimali Amerikada olan mavi kamas çiçəyidir. Bu çiçək bir çox Qırmızıdərili qəbiləsinin təməl qida maddəsi olaraq istifadə edilmişdir. Həm çox gözəl bir çiçəkdir, həm də yumru kökü, son dərəcə balanslı bir qida qaynağıdır. Qunduz fərdi də bitki totemi kimi, etdiyi işin həm gözəl həm də faydalı olmasına çalışar. Bu bürcün insanları totemləri kimi, yaxınlıq qurduqları insanları və obyektləri tarazlaşdırarlar. Öz kökləri çox dərinlərə uzandığı üçün, insanlara və proyektlərə möhkəm bir dayaq meydana gətirərlər. Mavi kamasın yumrukökləri kimi, onlar da enerji axınlarının tarazlığını qoruduqları müddətcə, hər kəsə həyat gücü və dad verərlər. Qunduzun rəngi kamasın tərtəmiz mavisi ya da xrizokolun dərin mavisidir. Bu bürcün insanı üçün mavi, içdən gələn bir sülh həsrətini, xoşbəxtlikdən qaynaqlanan fiziki və ruhi xoşnudluğu, dincliyi işarələr. Heyvanlar aləmindəki totemi də qunduz olan bu bürcün insanı, eyni qunduz kimi, digər insanların rahatlığı, dincliyi və təhlükəsizliyi üçün təbiəti təəccüblü bir şəkildə dəyişdirən gücə malikdir. Qunduzların böyük bir ustalıqla palçıq və yarpaqlarla sıxışdırdıqları ağaclarla tikdikləri səddlər və bəndlər, suların qorunmasını təmin etdiyi kimi, balıqlar və bitkilər üçün də yeni həyat sahələri açar. Ümumiyyətlə səssiz heyvanlardır. Təhlükə əsnasında geniş quyruqlarını suya çırparaq, bir-birlərinə xəbər verərlər. Qunduzlar uyğunlaşdıqlarında bu birlik bir ömür boyu sürər və beş fərddən ibarət ailələr şəklində yaşayarlar. Yaxşı valideynlər olan bu heyvan, balalarını iki il boyunca güdər. Qunduz insanları da eyni heyvan totemləri kimi, rahatlıqları, dinclikləri və təhlükəsizlikləri üçün ətraflarını güclü bir şəkildə nizamlarlar. Bu dəyişmələr, bəzən romantik, bəzən ruhi, bəzən də fiziki ola bilər. Qunduzlar kimi, onlar da bu dəyişiklikləri yavaş, diqqətli, davamlı və yaradıcı bir şəkildə reallaşdırarlar. Güvən duymadığı bir mühitdə olan Qunduz insanı, başlanğıcda susqun qalmağı seçər. Ancaq mühitə alışdıqdan sonra, fikirlərini açıqlamaqdan çəkinməz. Qunduz insanları İlan fərdləriylə mükəmməl bir inteqrasiya yaşarlar. Qunduz Vəhşi qaz və Bozayı insanları ilə çox tez dostluq qura bilər. Puma və Ağacdələn ilə də son dərəcə yaxşı razılaşarlar.
(səs: 3)
Şərhlər: 4
Baxılıb: 5 659
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri