Hindu bürcünüz və mənası - Qarğa

Müəllif: NoName
Şərhlər: 6
Baxılıb: 1877
Paylaş:
Səs ver:
(səs: 2)
24 Sentyabr - 23 Oktyabr

Qərarlı!
Mineral - Jasper
Rəngi - Qəhvəyi

Köməksevər. Təbiət ilə əlaqədə olmağı sevən. Ani, gözlənilməz manevrlər edə bilən. İç tarazlıqları pozulmazsa uzun müddət işləyə bilən. Ruhi sahədə çox rahat olan. Həyatdan zövq almağı bilən. Kiçik şeylərdən xoşbəxt olan. Hər şeyin yaxşı və pis yanını asanca görə bilən. Hər cür düşüncə və axını izləyib öyrənmək istəyən. Sevdiklərinə qarşı həddindən artıq mühafizəkar hətta dağıdıcı. Heyvanlara düşkün. Evinə etina edən, zövqlü, dekorasiyaya maraqlı. Gözəl şeyləri sevən, Həyatı bilavasitə və bütün imkanlardan istifadə edərək yaşayan insanlardır!Payız ortasında dünyaya gələn insanların heyvanlar dünyasındakı totemi qarğa, bitkilər aləmindəki totemi sığırquyruğu çiçəyi və minerallar aləmindəki totemi isə, yəşəmdir. Uğurlu rəngi qəhvəyidir. Qan daşı olaraq bilinən yəşəm, uğur olaraq da istifadə edilmişdir. Köhnə çağlarda bu daşın Günəşin istiliyini əks etdirdiyinə inanılmışdır. Bir çox sirrli xüsusiyyəti olduğuna inanılan yəşəm, görünməzlik və uzun, etibarlı həyat qaynağı olaraq da qəbul edilmişdir. Yəşəmin sahibinə bərəkət gətirdiyi və bu daşlarda xam torpağın enerjisi olduğu, həm də bu enerjini çəkdiyi inancı məşhurdur. Qarğa insanı da yəşəm kimi, əgər daxili tarazlığı yerindədirsə, dəyişik mistik xüsusiyyətlərə sahib ola bilər. Balanslı bir Qarğa insanı, yəşəm kimi axtarılan və sevilən, candan bir insandır. Günəşin enerjisini özümsəmə və ətrafına əks etdirmə gücünə də malikdir. Bu bürcün insanı, faydalansa da faydalanmasa da, qan daşı kimi ruhani güclər daşıyar. Bəzən hələ iç tarazlığına qovuşmadan bu gücü əldə edə bilər. Belə bir vəziyyətdə Qarğa, başqalarının həyatlarına təsir etmə gücündə olduğunu anlar və bunu fərdi məqsədləri üçün pis istifadə edə bilər. Daxili tarazlığına qovuşan Qarğa isə, gücləri yalnız kollektiv fayda təmin etmək üçün istifadə etməyə meyllidir. Uğur rəngi olan qəhvəyi, yaz boyunca sürən inkişaf dövründə bütün varlıqlara güc verən, indi yaxınlaşan dincəlmə və təmizlənmə dövrünə hazırlanan payız torpağını simvolizə edər. Bu rəng insanların torpağın və mücərrəd dünyanın güclərini öz mənliklərində birləşdirmələrinə köməkçidir. Kök salmanın və bu dünyada qərarlı bir şəkildə davranarkən, digər tərəfə keçərək daha ucalara çatmağa hazırlığın rəngidir. Bu bürcün bitki totemi olan sığırquyruğu çiçəyi çox istiqamətli və şəfalı bir bitkidir. Ağciyər və ürək xəstəliklərində böyük faydaları vardır. Bitki toteminə baxaraq, Qarğa insanı çox istiqamətli və faydalı qabiliyyətlərini, hər vaxt hərəkətli olma və özünü dəyişdirmə xüsusiyyətlərini öyrənə bilər. Qarğa da bu bitkinin görünüşünə bənzər, bəzən sərt, yun kimi dalayıcı, bəzən də məxmər kimi, yumşaq ola bilər. Əgər tündxasiyyət günündədirsə, onunla dolanmaq çox çətindir, həm özünə, həm də başqalarına böyük ağrılar verə bilər və romantik yaraları yaxşılaşdırmaq üçün çox diqqət yetirmək lazımdır. Qarğa insanı da bitkisi kimi, ətrafındakı insanların müxtəlif dərdlərinə dərmandır. Xəstələnən adamla elə yaxın bir şəkildə maraqlanar və baxar ki, xəstə ayağa qalxa bilmək üçün ehtiyac duyduğu dəstəyi tapmış olar. Açıq ürəkli, inandırıcı sözləri, insana yer üzündəki bütün problemlərin ortadan silindiyi duyğusunu verər. Bu bürcün heyvanlar dünyasındakı totemi də qarğadır. Bəzən çox təcavüzkar ola bilən qarğalar, ümumiyyətlə təmkinli və utancaqdır. Şüurlu və ağıllı bir quş olan qarğa, bir istridyə ya da qozu, havadan atıb qıraraq, içindəkini yeyər. Qırmızıdərililər üçün qarğa, insanla təbiət arasındakı tarazlığın simvoludur. Qarğalar kimi bu bürcün insanının da, havada süzülmək və uyğun yerə qonaraq, torpağın müsbət enerjilərini çəkmək kimi qabiliyyətləri vardır. Bu insan həm dünya problemlərində, həm də ruhi sahələrdə çox rahatdır. Cəsarətlə, uzun müddət yüksəklərdə uça bilməsi, iç tarazlığının vəziyyətinə bağlıdır. Bu tarazlıq Qarğa üçün bütün bürclərdən daha əhəmiyyətlidir. Çünki o da, eyni qarğa kimi, havada çox ani və gözlənilməz manevrlər edərək, istiqamət dəyişdirə bilər. Əgər balanssız və qərarsızsa, sağa sola qanad çırpması, ətrafında böyük qarışıqlıqlara səbəb ola bilər. Qarğa eyni zamanda ziddiyyətin də simvoludur. Hər şeyin yaxşı və pis yanını eyni anda görə bilmək, amma seçki etmənin çətinliyini yaşamaq tipik Qarğa xarakteristikasıdır. Qarğa insanı, Su samuru və Maral insanlarıyla çox yaxşı razılaşar. Nərə balığı və Bayquş fərdləri də rahatca əlaqə qura bildikləri arasındadır. Şahin ilə mükəmməl bir inteqrasiya yaşayar.

loading...
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 1877
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Aylin...
hamisi doğrudur
25 fevral 2017 13:19
6
hahahah
Offline
Melek5
Menim burcumdu oxudum yazilanlari hamisi dogrudur
13 mart 2016 23:18
5
Get sevgilim! Dön desəm mən, gəlsən, sən Şərəfsizsən.
Offline
lale.veliyeva19
mənim hindu burcum boz ayıdı
13 mart 2016 13:55
4
Offline
Fi-Ra
Çoxsu uyğun gəlir
12 mart 2016 01:52
3
Yeni bir başlanğıc etdiyimiz ən böyük səhvdən sonra başlayır!
Offline
tenha cicek
terezi urcunu bura kocerubler elebil
11 mart 2016 21:24
2
Bir heyatim var adi ''MEN'' menasi ''SEN''
Offline
vipbetul
maraqli burclerdir buda
11 mart 2016 20:33
1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv