Kişi Xərçəngin başqa bürclərlə uyğunluğu

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 3 399
Səs ver:
(səs: 1)
Xərçəng – Qoç. İlk görüşdən onlar bir-birini çox sevirlər. Amma müəyyən müddətdən sonra bu bağlılıq soyumağa başlayır. Səbəbi isə bürclərin uyğunsuzluğudur, od ilə su tutmur. Bütün münasibətlər çətindir. Ailə uğursuzdur.
Xərçəng – Buğa. Xərçəng bu münasibətə hissiyyat və sentimentallıq, Buğa isə sabitlik və ehtiyatlıq gətirir. Buğa Xərçəngin dəyişkən əhval-ruhiyyəsini başa düşür və onların həll olunmasına kömək edir. Hər ikisi keçmişə, ənənəyə bağlı konservatordur və ailəyə, evə xüsusi gözəl münasibətləri var. Bir-birilə yaxşı münasibətdədirlər, ailə uğurludur.
Xərçəng – Əkizlər. Əkizlərin narahatlığı və özünə inamsızlığı Xərçənglərlə münasibəti çətinləşdirəcək. Əkizlər əylənməyi sevir, Xərçənglər isə evdə oturmağı üstün tuturlar. Çox emosional münasibətdir. Bir çox problemlərin yaranmasına baxmayaraq, uzun müddətli əlaqələr mümkündür.
Xərçəng – Xərçəng. Bir-birinə çox bənzəyirlər. Bu da onların xoşbəxt olmasına maneədir. Hər ikisinin də çox həssas olması emosional problemlərin yaranmasına gətirib çıxarır. Ailə problemlidir, ona görə də, hər iki tərəfdən bir-birini basa düşmə və güzəşt tələb olunur.
Xərçəng – Şir. Bunlar arasında güclü dostluq və işgüzarlıq əlaqələri yarana bilər. Amma ailə münasibətləri nadir hallarda uğurlu olur, çünki onların dünya görüşü, fikirləri, ünsürləri bir-birindən kəskin fərqlənir.
Xərçəng – Qız. Bu münasibətdə Qız bürcündən olanlar aktivlik üçün müəyyən rol oynayır. Xərçəng daha emosionaldır. Fərqli xüsusiyyətlərin olmasına baxmayaraq, bir-birinə bağlılıqları vardır. Yaxşı münasibətlərdir. Ailə də uğurlu sayıla bilər.
Xərçəng – Tərəzi. Xərçəngin dəyişkən xüsusiyyəti Tərəzini əsəbiləşdirir. Xərçəngin tez-tez küsməsi problemləri daha da artırır. Münasibətlər mümkündür, amma ailədə bir çox problemlər sıxa bilər.
Xərçəng – Əqrəb. Əqrəbin Xərçəngi qoruması, onun qeydinə qalması münasibətlərin daha səmimi olmasına imkan verir. Əqrəblər qısqancdırlar, elə bunun üzündən də narazılıqlar yaranır. Ailə uğurludur, bir-birinə uyğundurlar.
Xərçəng – Oxatan. Bir-birinə əks olan bürclərdir. Oxatan sərbəstliyi sevən, Xərçəngin dediyi ilə oturub-durmayandır. Xərçəng dünənlə, Oxatan hazırkı günlə yaşayır. Əlaqələr problemli, ailə uğursuzdur.
Xərçəng – Oğlaq. Oğlaq xərçəngin özünə qarşı olan tələbkarlığına və bağlılığına cavab verə bilmir. Onun başqalarından fərqlənən özünəməxsus fikirləri var. Əlaqələr daimi deyil. Ailə qeyri-sabitdir. Münasibətlərdə problemlər var.
Xərçəng – Dolça. Ailə münasibətləri uğurlu deyil. Xərçəngin söz-söhbəti Dolçanı bezikdirir. Burada hörmət və ya sevgi heç bir rol oynamır. Dostluq və işgüzarlıq əlaqələri tez bir zamanda pozulur. Münasibətləri alınmır.
Xərçəng – Balıqlar. Çətin vaxtda bir-birinə dayaq ola bilirlər. Bu münasibətdə Xərçənglər liderdir, çünki Balıqlar sevgi barədə bir qədər passivdirlər. Ailə uğurludur.
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 3 399
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri