Kişi Tərəzinin başqa bürclərlə uyğunluğu

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 4 298
Səs ver:
(səs: 1)
Tərəzi – Qoç. Qoç tərs, sözündən dönməyəndir. Tərəzi isə sakitliyi, səmimiliyi sevən şəxsdir. Ancaq ünsürlərinin bir-birinə uyarlı olması xarakterinə təsir göstərir. Ona görə də, çox vaxt bir-birini başa düşmürlər. Ailə uğursuzdur. Bir-birinə güzəştə getsələr, ümumi dil tapa bilərlər. Bu vaxt xanım Qoçun üzərinə böyük yük düşür.
Tərəzi – Buğa. Buğa özündən razı olduğu üçün, çox vaxt romantik Tərəzini özündən çıxarır. Tərəzinin də qeyri-ciddiliyi Buğanı əsəbiləşdirir. Münasibətlər mümkündür, amma uzun müddətli deyil. Ailə nadir hallarda uğurlu alınır.
Tərəzi – Əkizlər. Hər ikisi sanki bir-biri üçün yaranmışlar. Heç birində qısqanclıq xüsusiyyətləri yoxdur. Onlarda ümumi oxşar cəhətlər var. Onlar bir-birini çox gözəl başa düşürlər. Münasibətləri lap əladır. Ailə uğurludur.
Tərəzi – Xərçəng. Bir-birinə uyğunluğu çox azdır. Hissiyatlı, hər şeyə inanan Xərçəng, dəqiq olmayan Tərəzidən tez küsəcək. Xərçəng evdə oturmağı üstün tutur. Tərəzi isə əksinə, gəzib-dolaşmağı çox sevir. Münasibətlər və ailə çox vaxt problemlidir.
Tərəzi – Şir. Bir-birini çox gözəl başa düşürlər. Şir hisslərə qapanan, Tərəzi isə emosionaldır. Tərəzinin Şirlə münasibətində Tərəzinin güzəştə getməsi şərtdir. Bu xüsusiyyət Tərəzi üçün çətin deyil. Ailədə münasibətlər yaxşıdır. Ailə uğurludur.
Tərəzi – Qız. Xarakterlərində oxşar cəhətlər azdır. Qızlar qayda-qanunla yaşamağı sevirlər. Tərəziyə bu çətin gəlir. Qız bu münasibətdə liderliyə can atır. Ailə problemlidir.
Tərəzi – Tərəzi. Ümumi, oxşar cəhətləri çoxdur. Hər ikisi həyatsevər. ciddi, məsuliyyətli, hər şeyə tez öyrəşəndilər. Bir-birini başa düşürlər. Xəyalpərəstdirlər, çox vaxt problemlər bu xüsusiyyətə görə yaranır. Ailədə müəyyən güzəştə getməlidirlər.
Tərəzi – Əqrəb. Əqrəb çox qısqancdır. Tərəzini çox vaxt bu xüsusiyyət özündən çıxarır. Bu münasibətdə Əqrəb lider olmaq istəyir. Tərəzi də, təbii ki, bununla razılaşmalıdır. Əgər bununla razılaşacaqlarsa, ailə uğurlu ola bilər.
Tərəzi – Oxatan. Bu münasibətlərdə heç bir tərəf darıxmayacaq. Tərəzi bürclü bəzən Oxatanın xarakterində olan tələbkarlıq, filosofluq və başqa ciddi xüsusiyyətlərə görə ondan tez-tez inciyir. Əgər bu xüsusiyyətlərini Tərəzi həzm edə bilərsə, ailə uğurludur.
Tərəzi – Oğlaq. Oğlaq Tərəzini çox yaxşı başa düşür. Tərəzi isə bəzən Oğlaqın qısqanclığı ilə razılaşmır. Tərəzinin gündəmdə olması, cəmiyyətdə parlaması Oğlağı əsəbiləşdirir. Münasibətlər qısamüddətlidir. Ailə uğursuzdur.
Tərəzi – Dolça. Onlar bir-birinə çox uyğundurlar. Hər iki-si cəmiyyət içərisində olmağı xoşlayır. Hər ikisinin çoxlu dostları var. Bir-biri ilə ünsiyyət yaratmaq onlara xoşdur. Ailə uğurludur.
Tərəzi – Balıqlar. Bu bürc sahiblərinin münasibətində problemlər yox deyil. Bir-birilərini çətin başa düşürlər. Ailə münasibətlərində Balıqlar bütün məsuliyyəti öz üzərinə götürmək istəmirlər. Tərəzilərsə dominant olmağı bacarmırlar. Bunların nikahına ümid bağlamaq olmaz.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 4 298
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri