Gələn il hansı bürcü nə gözləyir?

Müəllif: Miss_Oxatan
Şərhlər: 17
Baxılıb: 10 683
Səs ver:
(səs: 3)
Çin qoroskopuna görə, 2016-cı il meymun ilidir. Gələn il çox aktiv, qarışıq, enerjili olacaq.

QOÇ (21.03 - 19.04).
İl münasibətlərdə yeniliklərlə başlayacaq. Çevik, mütəhərrik olun, eqoizmə qapılmayın, qarşılaşdığınız sədləri dəf etmək üçün daxili potensialınızdan yararlanın.
Fevralın əvvəlində qısqanclıq hissləri düşünülməmiş, impulsiv davranışa səbəb olmamalıdır. Sevdiyiniz insanla əlaqələrdə burulğan yaratmayın. Əsəbi olmayın.
Şübhələndiyiniz insan barədə yetərincə məlumat toplamamış fikrinizi açıqlamayın. Fevralın 18-də xüsusilə ehtiyatlı olun.
21-27 mart arasında doğUlmuş Qoçlar üçün aprel imtahan zamanıdır. İyunda işlərinizdə irəliləyişldər olacaq. Subaysınızsa, elçilik və ya nişan üçün oktyabr düşərlidir.

BUĞA (20.04 - 20.05). İlin ilk ayında qalmaqal olacaq. Qarşı tərəfi səbrlə dinləyin. Dava-dalaş təşəbbüskarı olmayın. Münasibətlərinizin fəlsəfəsini dəyişin. Qışın sonunda, baharda özünüzü daha əmin hiss edəcəksiniz. Tərəfdaş və şəriklərlə, tanışlarla əlaqələrin bəzi nüanslarına yenidən baxmaq gərəkdir.
Axtarışlarınız müsbət nəticə verəcək. Avqustda karyera, maliyyə ilə bağlı önəmli qərarlar verməyin. Köç və ya daşınmaz əmlakla əməliyyat məsləhət deyil. Noyabr ayında hisslər tarıma çəkiləcək.

ƏKİZLƏR (21.05 - 21.06). Yanvar və fevral aylarında yalana qurban olmayın. Pis işləri gizlətmək mümkün deyil. Martda sizi heyrətamiz olay, dəyişiklik gözləyir. Ağıllı davranın, məntiqli olun. İfrata varmayın.
Münasibətləri sərinləşdirməyin. Noyabrda yeni tanışlıq olacaq. Ailə üzvlərini sevindirin. Maaşınız azdırsa, fatalist olmayın, süst insan təsiri bağışlamayın. Yeni perspektivlər və imkanlar arayın.

XƏRÇƏNG (22.06 - 22.07).
Tornadoya bərabər planetar təsir altına düşəcək bürcdür. İl çətin olacaq, amma narahat olmayın, qorxmayın. Sınaqlardan çıxa bilərsiniz.
22 iyun-3 iyul arasında doğulmuş Xərçənglər fevral ayından başlayaraq rahat nəfəs ala bilərlər. Burulğanlar onlardan yan keçəcək. 4-12 iyul arasında doğulmuş Xərçəngləri çətin dövr gözləsə də, imkanların sayı artacaq. Dəyişikliklər köklü, hadisələr yaddaqalan olacaq. 13-22 iyul arasında dünyaya gəlmiş Xərçənglərin həyatlarındakı yeniliklər böyük olmayacaq. Münasibətlərdə arxaizm motivləri hiss edirsinizsə, onlara son qoyun.
İyun ayında işlə bağlı təklif alacaqsınız. Sentyabrda səyahət məsləhət deyil. Özünüzü düşünün.

ŞİR (23.07 - 22.08). Harmonik ildir. Subaylar ailə qursalar, onların nikahları uzunmüddətli və stabil olacaq. Yanvar və may aylarında təmaslarda gərginlik yarana bilər. Ailə üzvlərinin yardımlarından bəhrələnə bilərsiniz. Sizi sevən insanları dinləyin, onların məsləhətlərini qulaqardına vurmayın. 
Aprel ayında yaşam qüvvəniz artacaq, potensialınız güclənəcək. Sentyabr romantik hisslər vəd edir.

QIZ (23.08 - 22.09). Nisbətən sakit ildir. Sərgüzəştlərin sayını azaldın. Ailə üzvlərinin qayğısına qalın. Qohumların maraqlarını öz mənafeyinizdən üstün tutmayın. Mart ayında yaxşı tanışlıq olacaq. Ciddi məsələlərin həllində tələskənliyə əsla yol verməyin.
Avqust ayı dəyişikliklər və yeniliklər üçün yaxşıdır. Sentyabrda mübahisəli məsələlər son qoyun, suallara cavab tapın. Dekabrın ortalarında qəfil çətinlik yaranacaq. Etibarınızdan sui-istifadə edəcəklər.

TƏRƏZİ (23.09 - 22.10). Pozitiv zamandır. Münasibətləri möhkəmləndirmək imkanları var. Subaysınızsa, ilin ilk yarısında ailə qursanız, nikahınız stabil və möhkəm olacaq. Ailəli Tərəzilərsə yanvar ayında işləri sahmana salmalıdır. Problemlərinizin çözülməsində başqalarına güvənməyin. Çox ağır saydığınız müşkülün həllində alternativ yollar arayın.
Kreditlərin məbləğini artırmayın. Borcları azaldın. İşdə təmkinli olun. 
8-18 oktyabr arasnıda doğulmuş Tərəzilərin taleyində yayda ciddi dəyişiklik baş verəcək.

ƏQRƏB (23.10 - 21.11). Əlverişli zamandır. Yaxşı perspektivlər yarancaq. Seçim imkanlarınız genişlənəcək. İlin ikinci yarısı sınaq dönəmidir. Aqressiv, emosional olmayın. Emosiyalarınıza tam nəzarət edin. Əks təqdirdə işsiz qala bilərsiniz. 
Sonradan sizi peşman edəcək tanışlıq və ya əlaqələrdən yayının. Ailədə münasibətlərin rəvan olmasını istəyirsinizsə, yanğını vaxtında söndürün. Macəra aramayın. Yalanların sayını azaldın.

OXATAN (22.11 - 21.12). Özünüzə kənardan baxmağa çalışın. Münasibətlərə dəyər verin. Tələsik, düşünülməmiş qərarlar verməyin. Dekabrın son ongünlüyü, mart ayının ilk yarısı, iyun və avqust ayları gözlənti zamanlarıdır. Həssas davranın. Yayda maraqlı iş təklifi alacaqsınız. Dəyər verdiyiniz insanlarla təmaslarda anlaşılmazlıq yarana bilər. Səbrli olun. 
Noyabrda ciddi problem yaranacaq. İtki istisna deyil.

OĞLAQ (22.12 - 19.01). Dekabrda və yanvarın ilk 4 günündən birində anadan olmuş Oğlaqlar üçün nisbətən sakit ildir. Lakin 5-15 yanvar arasında anadan olmuş Oğlaqlar ehtiyatlı davranmalı, qəfil dəyişikliklərə hazır olmalıdır. Gücünüz, potensialınız yetərincədir. Amma izafi enerjinin köləsinə çevrilməyin. Yanvarın 16-20 arasında anadan olmuşlar macəralara, yeniliklərə hazır olsunlar.
Ailədə münasibətləri normal saxlamaq istəyirsinizsə təşəxxüslü, ifrat qürurlu, təkəbbürlü olmayın.

DOLÇA (20.01 - 18.02). Şəxsi münasibətlər üçün yaxşı, harmonik dövrdür. Kimsə valideyn olacaq, kimsə ailə quracaq. Əsas məsələ hisslərdir. İstəklərinizi məhdudlaşdırmayın, sevdiyiniz insanla sirrinizi bölüşün.
Yanvar və sentyabr aylarında axtarışlar heç bir nəticə verməyəcək. Mart və may aylarında köçdən, səyahətdən uzaq durun. Bu vaxtlarda evlənmək, nişanlanmaq məsləhət deyil. Payızda ailədə problemlər həllini tapacaq, anlaşma bərqərar olacaq.

BALIQLAR (19.02 - 20.03). Pozitiv ildir. Taleyinizdə xüsusi rol oynayacaq insanla qarşılaşacaqsınız. Mübahisələr, münaqişələr azalacaq. Yanvar ayında tanımadığınız insanlarla görüşlərin sayını artırmayın. Bədbinliyə səbəb yaratmayın. May ayında qohumların istəklərinə diqqət yetirin. İyul ayını uşaqlara həsr edin, onlarla eyni dalğada olun.
Sentyabrda qadın Balıqların kişi ilə problemi yarana bilər. Oktyabr ayında problem həllini tapacaq. Sevdiyiniz insanla münasibətləri korlamayın. Başqalarının hisslərini də düşünün.
(səs: 3)
Şərhlər: 17
Baxılıb: 10 683
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri