2016-cı ildə bürcləri nələr gözləyir?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 13
Baxılıb: 91 737
Səs ver:
(səs: 8)
2016-cı ildə bürcləri nələr gözləyir?
  Qoç - Əziz Qoç 2016 ili sizin üçün öz fərdi həyatınızda və həm də karierinizdə yenilik və məmnuniyyət vəd edir. Bu il həyatınızdakı prioritetləri bir nizama qoymalı və ən əhəmiyyətli hədəflərinizə kilidlənməlisiniz. Əgər yenilikçi olsanız hədəflərinizə doğru əhəmiyyətli inkişaflar qeyd edə bilərsiniz. Fevral - May dövrü sizin romantik gözləmələriniz və iddialarınız möhkəm olmaya bilər, buna görə qarşı cinslə əlaqələrinizə bir az diqqət yetirməlisiniz. Karier mənasında son hədəfə istiqamətli işləriniz əzm və stabillik göstərsəniz müvəffəqiyyətli olacaq. İlin ilk 4 ayı pul qazancı azacıq yaxşı olacaq. Beləcə professional mənada və karier mənasında 2016 ili sizin üçün həyatınızı yenidən təşkil etməniz baxımından çətin dövr olsa da, əhəmiyyətli bir irəliləmə potensialını da gözardı etməmək lazımdır. 2015-in Qoçun inanc və dəyərlər sistemində yavaş inkişaf edən bir müddətin başlanğıcını işarələməsi 2016-da yeni dövrə girəcək və əvvəldən də söylədiyimiz kimi, bu müddət ancaq 2018-ə doğru sonlanacaq. Enerjiniz hər cür sağlamlıq problemləriylə mübarizə etməkdə sizə yetərli güc verəcəkdir.
  Buğa - Əziz Buğa 2016-cı il sizin üçün həyata yeni bucaqlardan baxmanızı təmin edəcək və yeni düşüncə tərzi əldə etmənizə kömək olacaq bir il olacaq. Buğaların professional həyatı Sentyabr ayına qədər əsəb pozucu ola bilər, lakin ilin son ayları çiçəklənməyə başlayacaq. Maliyyə işləri mənasında 2016 çox çətin keçən bir il olacaqdır. Pul mövzusunda nə qədər mütəxəssis olsanız olun, ilin ilk doqquz ayı riskli və sizi yorub əldən salacaq hərəkətlərdən uzaq dayanmanız lazımdır. 2016-cı ildə siz aşiq olmaq istəyəcəksiniz, duyğularınız artacaq və daha həssas olacaqsınız. Ürəyinizi oğurlayacaq adam böyük ehtimalla fərqli mədəniyyətdən, uzaq diyarlardan olacaq. Buğaların eşq həyatı 2016-cı ildə çox gözəl olmaya bilər. Hətta köhnə problemlər də su üzünə çıxa bilər. Lakin buna baxmayaraq qorxmamalı və səbirli olmalısınız. Sağlamlığınızla əlaqədar 2016-ci il sizə gözəl günlər vəd edir. Siz hətta inanılmaz əlavə enerjiyə sahib olacaqsınız. Oktyabr - Dekabr dövrü həyat tərzinizi yenidən qiymətləndirməklə məşğul olmanız tövsiyə olunur. Unutmayın son üç ayda bütün mənfiliklər bitəcək, həddindən artıq enerjiylə işə davam edəcəksiniz.
  Əkizlər - Əziz Əkizlər 2016 ili sizin ailəniz və evinizlə məşğul olacağınız mükəmməl bir il olacaq. İlin ilk doqquz ayı əhəmiyyətli mülk, torpaq alışı və s. işlərlə keçəcək. Bu sahələrə sərmayə qoymanız qazanclı və gəlirli hesab olunmaqdadır. Çox təəssüf ki, eyni şeyləri romantik əlaqələriniz üçün söyləmək mümkün deyil. Əlaqələr baxımından 2016-cı ildə daha səbirli olmalı və kiçik problemləri qətiyyən böyütməməlisiniz. Sevgiliniz və ya əlaqələriniz əhəmiyyətli bir test müddətindən keçəcək. Sizi yorub əldən salan və ya tutulmayan vədlərlə dolu əlaqəniz varsa o əlaqə bitə bilər. Karier mənasında payıza qədər işləriniz bir az çətinliklə davam edəcək. Həyatdakı rolunuzu bilməyəcəyiniz bir yola da girə bilərsiniz. Əgər intizamlı və mütəşəkkil olsanız bu çətinlikləri aşa biləcəksiniz. Sentyabrdan başlayaraq karier mənasında çox daha şanslı olacağınız bir dövrə girəcəksiniz. Lakin ümidsizliyə qapılmayın, 2016 ili ortaq hədəfləri olan birliklər üçün, kollektiv iş üçün çox maraqlı bir il olacaq.
  Xərçəng - Əziz Xərçəng siz 2016-cı ilin Sentyabr ayına qədər asanlıqla istədiyiniz məlumatı alacaq və yeni düşüncələri qəbul edəcəksiniz. İş və təhsil dolu bir il sizi gözləyir. Siz həm də, daha çox xaricə dönük olacaq və özünüzü daha yaxşı təqdim edə biləcəksiniz. Eşq mövzusunda uzun bir müddət boyunca (2008 - 2023) əhəmiyyətli dövr olan bir müddət davam edir. Bu müddətdə siz həmişə maksimum həssas rejimdə olacaq və evli isəniz yoldaşınıza, subaysınızsa sevgilinizə fokuslanacaqsınız. İlk doqquz ay sevgi dolu, lakin ziddiyyətli və kompleks bir dövr olacaq. Ailəniz və qazanclarınıza müsbət təsir edəcək yeni dostluqlar və ortaqlıqlar sizləri gözləyir. Professional olaraq işlər daha mütəşəkkil davam edəcək. İşlərinizi ağıllıca və qazanclı bir şəkildə idarə etməyi bacara biləcəksiniz. Lakin sağlamlıq baxımından hədsiz diqqətli olmanız lazımdır. Əgər kafi tədbirlər almasanız, asanlıqla xəstələnə bilərsiniz. İşlərinizə çox zaman ayırıb, bədəninizə və sağlamlığınıza laqeyd yanaşmamalısınız.
  Şir - Əziz Şir 2016 sizin üçün enerji dolu və gözəl həyat nəzərdə tutulur. Yenilik etmək üçün gözəl bir il olacaq, lakin bu yenilik sağlam köhnə təcrübələrə əsaslanan bir yenilik olmalıdır. Karier, pul mövzularında ilk doqquz ay tələskənlik etmək üçün yanıb qovrulsanız belə, kifayət qədər analiz etmədən belə işlərə girməmənizi şiddətlə tövsiyə edirik. Asanlıqla pul qazana biləcəyiniz riskli işlərə bulaşmamanızda hədsiz fayda var, çünki belə işlərdə zərər riski çox böyük ola bilər. Bunun əvəzinə yaxşı və çox çalışaraq çox pul qazana bilərsiniz. Karier baxımından əgər açıq fikirli olsanız, yaradıcılığınızdan istifadə etsəniz və fürsətləri ərdəmli bir şəkildə istifadə edə bilsəniz hər şey yaxşı olacaq. Romantik baxımdan Mart - May aralığı təsadüfi könül əlaqələrinə girmək sizi zərərə uğradacaq. Onun yerinə daha məsuliyyət daşıyacağınız müntəzəm bir əlaqə yaratmanız sizin üçün daha yaxşıdır. Yanvar - Mart və Oktyabr - Dekabr dövrləri romantik baxımdan uyğundur. Uzaq məsafəli, yüksək səviyyəli eşq əlaqələri də mümkündür. 2016-cı ildə ciddi sağlamlıq problemləri görünmür.
  Qız - Əziz Qız 2016-cı ilin böyük hissəsində (Sentyabr ayına qədər) işləriniz, ruh halınız çox yaxşı olacaqdır. Sentyabrdan sonra isə pul mövzusunda irəliləmə qət edəcəksiniz, lakin eyni zamanda başınız həddindən artıq qarışıq olacaqdır. Fevral və Noyabr ayları romantizm üçün ən uyğun aylar olacaqdır. Eşq mövzusunda bunu söyləməkdə fayda vardır: 2016 ili sizin üçün partnerinizin, yoldaşınızın vəya sevgilinizin ön plana keçdiyi bir il olacaq. Bir çox Qız bürcü üçün bu il evlilik, eşq və sevgi ilə xatırlanacaqdır. Bununla bərabər ilboyu qarşınıza bəzi qarışıq hadisələr, naməlum vəziyyətlər çıxa bilər, lakin narahat olmayın bunlar keçici olacaq. Sakitlik və diplomatiya ilə çətinliklərin öhdəsindən asanlıqla gələ bilərsiniz. Gəzintilər, idman etməniz sağlam olmanız üçün lazımlı şeylərdir. 2016 ili çalxantılı və baş qarışdırıcı olsa da sizə zənginlik və yaxşı ruh halı gətirəcək. Pulunuzu sərmayələrə yönəltmək uyğun bir fikir ola bilər. Amma diqqətli olun və əsla tələskənlik etməyin.
  Tərəzi - Əziz Tərəzi 2016 ili sizin üçün ən maraqlı illərdən biridir. O sizi xeyli yoracaq lakin eyni zamanda qarşınıza mükəmməl fürsətlər də çıxaracaq. Bütün il boyu intellektual məşğuliyyətlər daha ciddi, daha bol və daha əhəmiyyətli olacaq. Sağlamlığınıza sentyabr ayına qədər diqqət göstərməniz lazım gələcəkdir. Romantik baxımdan 2016 ümumiyyətlə xoşbəxt olacağınız bir il olacaq, lakin nisbi olaraq Sentyabr ayı hər mənada möhtəşəm ola bilər. Həyatınızı indi iki şəxsiyyət yaşamaq üçün dəyişdirməli olacaqsınız. Bu bəzən sizi təəccübləndirsə də sevdiyiniz diplomatiya qabiliyyətiniz və sakitliyə olan məhəbbətiniz hər şeyin öhdəsindən gəlməkdə sizə kömək olacaq. Karier baxımından 4 illik problemli müddət tarixin tozlu rəflərində yerini alır. Artıq maneələr, zərər, məhdudlaşdırmalar sizin yolunuza çıxıb sizi usandırmayacaq. Pul mövzusunda ilk doqquz ay balanslaşdırmalar, problemli vəziyyətlərin aydınlığa qovuşdurulmasıyla keçsə də, sentyabrdan etibarən inkişaf, hədəflərə çatma və zənginlik başlayacaq. Lakin unutmayın 2016-cı ildə kooperasiya hələ də əhəmiyyət daşıyacaq.
  Əqrəb - Əziz Əqrəb 2016 dan da 2024-cü ilə qədər həyatınız yeni bir dövrə girəcəkdir. Səkkiz illik bu müddətdə siz təsiredici, güclü, mənfiliklərdən özünüzü qoruyacaq qədər analitik zəka sahibi olacaqsınız. Bu müddətdən yetərincə zövq alın. Ən yaxşısı sevdiyiniz işlərlə məşğul olmaq, fərdi inkişafınızı davam etdirmək və sizi narahat edən şeyləri açıq şəkildə müzakirə etmək yaxşı fikirdir. 2016 bu baxımdan yeni dostlar əldə etmək üçün mükəmməl bir il olacaq. Lakin eşq həyatında Sentyabr ayına qədər illüziyalara diqqət yetirin. 2016-da siz instinktiv, tələskən olacaq və ilk addımları özünüz atmaq istəyəcəksiniz. Vəziyyət birdən narahat edici ola bilər. Buna görə də sərhədlərinizi aşmağa çalışmayın. Pul qazanmaq sizin üçün 2016-cı ildə çətin olmayacaqdır. Lakin nə qədər cəzb edici olsa belə spekulyativ və riski proyektlərin üzərinə atlamayın. Yanvar - Fevral və İyun - İyul arası sağlamlıq problemləri - kəskin infeksion xəstəliklər, yanma, infeksiya və yaralanmalar ortaya çıxa bilər.
  Oxatan - Əziz Oxatan 2016 sizin üçün asan bir il olmayacaq. Amma güclü, optimist və şanslı olduğunuz üçün bütün çətinliklərin öhdəsindən gələ bilərsiniz. Bunun üçün daha az və əhəmiyyətli görünən problemlərə kilidlənməlisiniz. Bu il siz davam edən pis vərdişlərdən vaz keçə bilərsiniz. Ətrafınızda optimist və müsbət insanlar saxlamağa çalışın, çünki bu il keçirəcəyiniz xəstəliklər xroniki və ya daha da pis hal ala bilər. Karier baxımından 2016 Sentyabr ayına qədər sizin üçün nəhəng miqyaslı proyektlər mənasına gəlməkdədir. Lakin şüurlu olmağa çalışın, çətinlikləri qətiyyən şişirtməyin və əlinizdən gələnin ən yaxşısını etməkdən əsla imtina etməyin. İlk doqquz ay boyunca məhəbbətlə əlaqədar işləriniz inkişaf etməyə davam edəcək, lakin maliyyə baxımdan stabil partnerlər tapmağa diqqət nümayiş etdirin. Romantik baxımdan ən uyğun dövrlər Yanvar, Aprel, Sentyabr və Noyabr ayları olacaq.
  Oğlaq - Əziz Oğlaq 2016-cı ildə eşq həyatında əhəmiyyətli bir dəyişiklik nəzərdə tutulmasa da təhsil, karier və maliyyə ilə əlaqədar mövzularda həyatınız çiçəklənəcək. Eşq mövzusunda da bəzən gözlənilməz gözəl hadisələr ortaya çıxa bilər. Maliyyə qazancı hələlik ancaq təhsillə bağlıymış kimi görünməkdədir. Eşq üçün uyğun dövrlər Yanvar - Fevral və Noyabr - Dekabr ayları boyunca olacaq. Lakin bunlara çox fikir verməyə dəyməz, çünki ümumiyyətlə bu əlaqələr qısa sürəcək könül əlaqələri olacaq. Karierdə ilk doqquz ay boyunca durğunluq nəzərdə tutulmaqdadır. Lakin Sentyabrdan etibarən işləriniz yavaş yavaş nizama girəcək. Artıq hərkəsə öz bildiyinizi oxumaq yerinə müəyyən düşüncə sistemlərinə qatılmaq üçün istəkli olacaqsınız. Fürsətləri qiymətləndirəcək və şöhrətinizə şöhrət qatacaq proyektləri öhdənizə götürə bilərsiniz. 2016-cı ildə siz yuxarıya doğru hərəkət edəcək və onsuz da çox olan pulunuza pul qatacaqsınız.
  Dolça - Əziz Dolça 2016 ili sizin üçün qrup fəaliyyətləriylə məşğul olacağınız bir il olacaq. Ortaq uzun vədəli hədəf və planlarınızın olacağı bir qrupla hərəkət etməlisiniz. Hətta bəzən qrup hədəfləri sizin üçün uyğun olmasa belə sakitləşməli və etiraz etməməlisiniz. Əks təqdirdə işlərinizin təxribata uğraması və onlara maneə törədilməsi ehtimalı mövcuddur. İntellektual fəaliyyətləriniz, ünsiyyət və səyahət bu il əhəmiyyət qazanacaq. Mart - May və Avqust - Sentyabr aylarında maneələrə xüsusilə diqqət yetirməlisiniz. Qrup fəaliyyətlərini və maliyyə sahələrini bir birinə qarışdırmayın. Hədsiz dərəcədə çox qazana bilərsiniz lakin eyni zamanda maddi itkilər və zərər də nəzərdə tutulmaqdadır. Romantik olaraq 2016 sizin üçün uyğun olacaq, lakin böyük hadisələr və sürprizlər gözləməyiniz yersizdir. Yeni əlaqələr başlayacaq və ya davam edən əlaqəniz daha rahat, daha duyğu yüklü və anlayış dolu olacaq. 2016-cı ildə əhəmiyyətli sağlamlıq problemləri görünmür.
  Balıqlar - Əziz Balıq 2016-cı ilin Sentyabr ayına qədər sizin üçün əlaqələrinizin tumurcuqlanacağı bir il olacaq. Yeni yoldaşlar əldə edəcək və qazanclı ortaqlıqlar quracaqsınız. Romantik baxımdan bir çox variantınız ola bilər, lakin şişirtməyə, əmr edici olmağa ya da çox verici olmağa meylli ola bilərsiniz. Şişirtmə meylinizə qarşı gəlib onu cilovlamağı bacarsanız bu il sizin üçün mükəmməl ola bilər. Sentyabr ayından etibarən müvəffəqiyyətləriniz maliyyə sahəsinə doğru yer dəyişdirəcək. Uzunmüddətli sərmayələr qoya bilər, yeni işinizi qura bilərsiniz. Lakin hər mövzuda diplomatik və zərif olmaq məcburiyyətindəsiniz. Əgər məsuliyyətlərinizi unutmadan əlinizdən gələnin ən yaxşısını etməyə çalışmasanız, bu il işləriniz bezdirici, darıxdırıcı və sıxıcı ola bilər. Səbir, nizamlılıq və davamlılıq sizin işlərinizdə müvəffəqiyyətli olmanız üçün açar sözlər olacaqdır. Bəzən kiçik sağlamlıq problemləriniz olsa da bunların öhdəsindən asanlıqla gələ bilərsiniz.
(səs: 8)
Şərhlər: 13
Baxılıb: 91 737
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri