Qoç
Yenilikçi və alovlu Qoç bürcünə xəyal gücünü bəzəyən gül, darçın,
sandal ağacı, lavanda qarışıqlarının iyi xoş gələcək. Ədviyyatlı
ətirlər Qoçlar üçün uyğundur.
Buğa
Realist və inadkar Buğalar üçün qreyfrut,
portağal çiçəyi, ətirşah, palıd yosunu, neroli və gül tonları uyğun
olacaq. Tünd xasiyyətlərindən uzaqlaşaraq sakitləşəcəklər.
Əkizlər
Hava ünsürü olan Əkizlər
hazırcavablıqları ilə məşhurdurlar. Hava ünsürünə mənsub olan Əkizlər
çevik düşüncələri ilə tanınırlar. Bənövşə, qardeniya, yabanı kərəviz,
kəhrəba və dəri iyindən hazırlanmış ətirlər Əkizlər üçün ən uğurludur.
Cazibədar ətirlər Əkizləri ifadə edir.
Xərçəng
Bir tərəfi macərapərəst və azad olarkən,
digər tərəfi evcil və rahatlığına düşkün olan Xərçənglər üçün paçuli,
zanbaq, kəhrəba, vanil kimi qoxular rahatlıq hissi yaradır.
Şir
Yaradıcı gücə, enerjiyə sahib, güclü şirlər
üçün cazibədar və valehedici qoxular uyğundur. Paçuli, rozmarin,
kəhrəba, sünbül, qərənfil, jasmin, zanbaq və limon tonları şirlər üçün
uyğundur.
Qız
Təmizkar və romantik Qızlar, keyfiyyətlinin
və mükəmməlin arxasınca qaçırlar. Portağal çiçəyi, naringi, qızıl gül,
reyhan iyləri uyğundur.
Tərəzi
Veneranın idarəçiliyində olan Tərəzilər
hava ünsürü olduqları üçün havanı xatırladan ətirlər seçməlidirlər.
Çobanyastığı, reyhan, qreyfrut, sünbül, bənövşə və zanbaq onlara uyğun
qoxulardır.
Əqrəb
Su ünsürünə aid olmasına baxmayaraq digər
su ünsürlərinə görə daha sərt olan Əqrəblərə darçın, vetiver, konyak,
müşk, sandal ağacı, qreyfrut, paçuli, vanil, dəri iyinin tonları və
odun, taxta qoxuları uyğundur.
Oxatan
Macərapərəst Oxatanların köçəri Yupiterin
təsiri altında olduqları üçün dəfnə yarpağı, portağal çiçəyi, əhəng,
jasmin, lavanda, sitrus meyvələri kimi qoxulardan ibarət ətirlərdən
xoşları gəlir.
Oğlaq
Səbrli və idarəçidir. Oğlaqlar üçün güclü
göstərən ətirlər uyğundur. Neroli, jasmin, ağ konyak, jasmin, portağal
çiçəyi, müşk, çəhrayı ağac, yosun və otlarla qarışıq qoxular seçə
bilərlər.
Dolça
Xarizmatik xüsusiyyətlərinə uyğun
ətirlərdən xoşları gələn Dolçalar uçucu lavanda ətrinin üstünə rozmarin,
portağal çiçəyi, vetiver, sərv, gül, naringi, ağ adaçayı, lavanda kimi
qoxuları seçə bilərlər.
Balıq
Həssas və xəyal gücü yüksək olan Balıqlar
üçün jasmin, keşniş, razyana, lavanda, maqnoliya, bənövşə, iris və əmbər
kimi qoxular çox xoş ola bilər.