Bürclərin gizli tərəflərini bu yazımızda öyrənəcəksiniz. Sizlər üçün bürclərin sirli tərəflərini üzə çıxardır. Hər bürcün özünə
məxsus xüsusiyyətləri var. Bəzən sevdiyiniz insanların xarekterində bəzi
xoşunuza gəlməyən davranışlar görürsünüz, bu davranışlar həmin insanın
bürcündən qaynaqlanan davranışlardır. Sizin və sevdiklərinizin
bürclərində olan bəzi xüsusiyyətləri birlikdə öyrənək.
Qoç bürcü haqqındakı həqiqətlər
Enerjili, dostcanlı, lider və insanlarla tez ünsiyyət qurmağı bacaran
bu bürcün bilinmiyən xüsusiyyətləri; erkən yaşdan etibarən həyatın
yükünü öz çiyinlərinə götürür, erkən yaşda yetkinliyə çatmaq
məcburiyyətində qalırlar, ancaq yenə də bir tərəfləri uşaq kimi qalır.
Hər zaman ailəni fikirləşən və ailə ilə biryerdə vaxt keçirməyi sevən
qoçların, uşaqlıq və yetkinlik illərinə nəzər yetirsəniz onların erkən
yaşda həyatın yükünü çiyinlərinə alması ilə bağlı mütləq bir hekayələri
olduğunu görəcəksiniz.
Buğa bürcü haqqındakı həqiqətlər
Buğalar qərarlı və qoruyucu xarakteristikası ilə Zodiakın ən inamlı
bürcləri arasında yer alır. Yaradıcı və əl qabiliyyəti yüksək səviyyədə
olan Buğalar sənət əsəri və ya mətbəxdə möcüzələr yarada bilirlər.
Buğalar pulu idarə etmək mövzusunda da çox bacarıqlıdırlar.
Əkizlər bürcü haqqındakı həqiqətlər
Əkizlər təsiredici, hazır cavab, əyləncəni sevən, şorgöz, qərarsız
bir bürc kimi tanınır. Dostları, ailəsi və ictimai həyatındakı
münasibətləri olduqca qüvvətlidir. Ümumilikdə izdihamlı həyatı xoşlayan
Əkizlər ailə, uşaqlar və yaxın dostları ilə vaxt keçirməyi də
xoşlayırlar. Əkizlər bürcünün qənaət anlayışı digər bürclərdən
fərqlidir. Özünə inamı olana qədər yığdıqları pul onlar üçün az gəlir.
Onun haqqında fikir bildirənlər onu simic olaraq adlandırırlar. Ancaq
əkizlər üçün bu simiclik yox, gələcək üçün qarantiyadır.
Xərçəng bürcü haqqındakı həqiqətlər
İntuitiv, həssas xərçənglər hər zaman ilk sırada ailəni, evi və
uşaqları tuturlar. Ənənələrinə sadiq qalan valideynlər əsasən xərçəng
bürcləridir. Həssas və inadkar olurlar. Ölkəsinə bağlı və yaxşı
siyasətçilər bu bürcdən çıxır. İnam xərçənglər üçün əsas faktordur. Pul
qazanmaq onlar üçün asan olur. Az pul ilə investisiya edib, çox gəlir
əldə etmək ancaq ağıllı xərçənglərin işidir. Lakin bu bürcün ən pis
xüsusiyyəti pis vərdişlərinin olmasıdır. Bacarıqlı, zaman və pulu yaxşı
idarə edən xərçənglər aludəçilik halına gələn pis vərdişlərə asanlıqla
yiyələnə bilirlər.
Şir bürcü haqqındakı həqiqətlər
Sadiq, səxavətli və dostcanlı Şirlər liderdirlər və onların cəzbedici
hərəkətlərinin qarşısına heç kim söz qoya bilmir. Özünə inamlı,
istedadlı, ətrafdakıları idarə edə bilmək bacarığına sahib
insanlardırlar. Məsələ ailə olduqda şirlər sevdiklərini qorumaq üçün hər
şeyi edə bilərlər. Hər hansı bir yerə gedəndə şirlərin diqqət
mərkəzində olduğunu və ətrafdakıları öz qoruması altına aldığını görə
bilərsiniz. Romantik, hissləri güclü, enerjili olan şirlər
müstəqillikləri mövzusunda olduqca həssasdırlar. Öz işinin sahibi olmaq
istəyirlər. İç dünyalarına girməyi bacarsanız, xarici görünüşdən
kükrəyən və güclü xarakterin altında sevgiyə və şəfqətə ehtiyacı olan
balaca, ürkək biri olduğunu görəcəksiniz.
Qız bürcü haqqındakı həqiqətlər
Detallara fikir verən, problemləri həll etmək bacarığı yüksək,
sağlamlıqlarına diqqət yetirən, bütün sevgisini ailəsinə ayıran Qızlar
həyatınıza fərqli bir çərçivədən girə bilər. Praktik və məsələləri
analiz etmək qabiliyyəti yüksək olan insanlar deyəndə ağla ilk əvvəl
Qızlar gəlir. Çalışqan, təkilatçılığı yaxşı bacaran Qız bürcü ilə
işləyərkən, bütün işlərin yolunda getdiyindən əmin ola bilərsiniz, çünki
onlar heç nəyi gözdən qaçırmırlar. Ancaq sağlamlıq mövzusunda biraz
problemlər yaşayırlar və simmetriya düşkünlüyü kimi psixi problemləri
olur.
Tərəzi bürcü haqqındakı həqiqətlər
Sevgi hissi yüksək olan, mehriban, düzgünlüyün tərəfdarı olan Tərəzi
bürcü çoxları tərəfindən əvəzsiz hesab edilir. Kömək əli uzatmağı
xoşlayan, dostcanlı olan Tərəzilər Venera planeti tərəfindən idarə
edilir və fərqli cazibə qüvvəsinə sahibdirlər. Harmoniya və uyğunlaşma,
tərz sahibi olmaq kimi sözlər Tərəzini ən yaxşı izah edən sözlərdir.
Şərik işləmək, qrup halında işləmək Tərəzilərin ən müvəffəqiyyətli
işləmə formasıdır. İş yoldaşlarına uyğunlaşıb, əyləncəli vaxt keçirə
bilirlər. Ancaq Tərəzilər çox çətinliklə nəyəsə qərar verirlər və
onlarla alış-verişə çıxdığınızda bütün vaxtınızı onlara ayırmalısınız.
Əqrəb bürcü haqqındakı həqiqətlər
Həqiqəti tapana qədər axtarmağa davam edən Əqrəblər ünsiyyət
mövzusunda istedadlıdırlar. Hiss etdiklərini asanlıqla biruzə verə
bilirlər. Zarafatçıl, intellektual, sürprizlərlə dolu, arzuları yüksək
insanlardır. Güclü idarəçilik qabiliyyətləri var. Kariyeralarının
arxasınca gedib, işlərində istədikləri mövqeni qazanmaq istəyirlər. Pul
onlar üçün inam deməkdir. Xərcləyən zaman çox dəqiq fikirləşib hara nə
qədər xərcləyəcəklərini hesablayırlar. Bu bürcün ən zəif tərəfi
münasibətlərində və ətrafındakı insanlara qarşı inamsızlıq etmələridir.
Buna görə də istədikləri nəticəni əldə edənə qədər hər şeyi sorğu-sual
edirlər.
Oxatan bürcü haqqındakı həqiqətlər
Maraqlı və enerjili Oxatanlar həyata fərqli çərçivədən baxırlar.
Əyləncəli və bəzən də əcayib insanlardır fikrinə qapıldığımız
hərəkətləri olur. Fərqli həyat tərzlərini görməyi, səyahət etməyi,
fərqli fəlsəfi və dini cərəyanları axtarmağı xoşlayırlar. Ümumilikdə
Oxatanlar nə istədiklərini dəqiq olaraq deməyi bacarırlar. Rəsm çəkmək
mövzusunda qabiliyyətlidirlər. Pul qazanmaq və xərcləmək Oxatanlar üçün
əyləncə növüdür. Çox nadir hallarda maddi baxımdan narahatçılıq hissi
keçirirlər. Əsasən mühasibatlıq və maliyyə sahələrində işləməyə üstünlük
verirlər. Cazibədar və adrenalin yaşamağı sevən partnyordurlar. Onu
başa düşdüyünüz müddətcə sizə qarşı sadiq və fədakar olacaqlar. Ancaq
bir oxatanla işləyirsinizsə və sizin maaşınıza Oxatanın fəaliyyətinin
bir qatqısı vardırsa, onu mütləq nəzarətdə saxlayın. Çünki həvəslə işə
başlayan oxatanlar başladıqları işi çətinliklə sonlandıra bilirlər.
Oğlaq bürcü haqqındakı həqiqətlər
Əgər peşəkarlıq axtarışındasınızsa, Oğlaqlar hər zaman işinin
peşakarı olan insanlardır. Güclü məntiqi, yumor və sevgini birləşdirib
ərsəyə gətirən də Oğlaqlardır. Onlar düzgünlük tərəfdarı, sadiq və
sevdiyinə qarşı məsuliyyət hissi daşıyan insanlardırlar. Oğlaqlar
müxtəlif fəaliyyətlər ilə insanları bir araya gətirməklə xoşbəxtlik
hissi keçirirlər. Oğlaqların əsas xəyalları ona uyğun həyat yoldaşı
seçmək, arzularını və istəklərini reallaşdırmaq üçün həmin dövrün
nəbzini tutaraq yaxşı həyat tərzinə sahib olmaq və övladını sağlam
böyütməkdir. Həyat standartlarını təyin edərək, düzgün və əzmlə
hədəflərinə yönəlib, sərt olmağı gözə alırlar. İdarəçilik, maliyyə,
daşınmaz əmlak və təhsil kimi fəaliyyət istiqamətlərində yüksək karyera
əldə etdiklərinə rast gəlmək olur. Yaxşı partnyor olmağına baxmayaraq
işgüzar olması ən zəif cəhətidir. Bəzən işlərə o qədər başları qarışır
ki, xəstə olana qədər işləməkdən əl çəkmirlər.
Dolça bürcü haqqındakı həqiqətlər
İntellektual, güclü hissiyatı olan, məntiqli, bir yanı sakit və
utancaq, digər tərəfi isə dəli-dolu olan Dolçalar sizi çaşdıra bilər.
Hamını başa düşmək, mövzulara başqa çərçivədən baxmaq,
məhdudiyyətlərdən, qadağalardan uzaq qalmaq ən böyük arzularıdır.
Dolçalar ən yaxın dostlarına belə sirlərini demirlər. Karyera mövzusunda
hədəfləri böyükdür və ambisiyalıdırlar. Əsasən sərbəst iş qrafikində
işləmək istəyirlər. Xarici görünüşlərinə həddən artıq fikir verirlər.
Dolça ilə uzun müddətli münasibət yaşamaq istəyirsinizsə, ona
məhdudiyyətlər qoymayın, çünki belə olan halda sizdən uzaqlaşacaqdır.
Balıq bürcü haqqındakı həqiqətlər
Anlayış sözü Balıqlar bürcünü tamamilə ifadə edən kəlimədir.
Nəzakətli, qayğıkeş, dostcanlı, sadiq, vicdanlı və özünü sevdiklərinə
həsr etmək kimi gözəl xüsusiyyətlərə malik olan Balıqların 6-cı hissləri
qüvvətli olur. Əsasən gördükləri yuxular çin çıxır. Vəkil, memar,
baytar həkimi, müsiqiçi, dizayner peşələrini seçməyə üstünlük verirlər.
Onlar sevdikləri insanların həyatlarını rəngləndirmək istəyirlər.
Problemləri həll etmək mövzusunda olduqca qabiliyyətlidirlər. Balıq
bürcü ilə münasibət yaşayırsınızsa, maddiyyat mövzusunda ona arxalana
bilərsiniz. Bir tərəfi ilə heç düşünmədən xərclədiyi halda digər tərəfi
ilə simiclik edə bilər. Zərif bədən quruluşuna sahib olduqları üçün tez
tez xəstələnirlər.