Oxatan bürcünün özəllikləri

Müəllif: Fi-Ra
Şərhlər: 1
Baxılıb: 26 256
Səs ver:
(səs: 1)
İdarəçi Planeti:  Yupiter
Element:  Atəş
Xarakter:  Dəyişkən
Uğurlu Sayları:  5, 7
Gün:  Cümə
Uğurlu Daşı: Turkuaz
Rəng:  Bənövşəyi
Fal növü kartı:  Tarazlıq
Heyvan:  At
Bitki:  Nərgiz, zəncirotu, tut, palıd, vələs
Qiymətli Daş:  Ləl
Qiymətli Mədən:  Tənəkə
 
Müsbət Xüsusiyyətləri: Kefli. Şən, İş bilən. Açıq zehinli. Qaydada olur. Yaxşı rəylər, Fəlsəfi. Azadlığına düşkün. Xaricə doğru. Dindar. Təhsilli. Yetkin. Yaxşı niyyətli. Sportmen. Yüksək xəyal gücü. Şanslı. Şən.
 
Mənfi Xüsusiyyətləri: Həddindən artıq nikbin. Səs-küy yaradan. Məsuliyyətsiz. Şıltaq. Tez bezmək. Səbirsizlik
 
Oxatan Komanda Ulduzu (Astronomiya) 
Oxatan bürcünün birinci dekanatında Kyra-Harp yer alır. Lyra, oxatan bürcünün şən, şən, şad və xoşbəxt tərəfini əks edir. Şimal yarımkürənin ən parlaq ulduzu, Qələbə mənasını Veqa da Lyranın içində olur. Yayın orta dekanatında Ərəblər tərəfindən Al Mugamra deyilən Ara yer alır. Son dekanatta isə Al Waid, Thuban, Al Xin kimi başlıca ulduzları əhatə edən Draco yəni Əjdaha ulduz topası olur.
 
Oxatan Bürcü Qadınının Ümumi Xüsusiyyətləri
Oxatan bürcü qadını mədəniyyətli, cazibəli, espritüel, həssas və ağıllı aspektləri ilə diqqət çəkir. Həssas və kövrək bir quruluşu vardır. Bağışlayandır. Zəkalıdır və qavrama qabiliyyəti qüvvətlidir. Birdən çox mövzuya maraq göstərə və hamısıyla bağlı məlumat sahibi ola bilər.
 
Oxatan bürcü qadınının utancaq və tez bezən bir quruluşu vardır. Narahatlıqdan xoşlanmaz və narahatlıq olan mühitlərdə artıq olmaz. Ətrafında fəal və şən quruluşu ilə axtarılan bir dostdur. Dostlarına çox əhəmiyyət verir və fədakardır.
 
Oxatan bürcü qadını əyləncəyə və gəzməyə maraqlıdır. Səyahət etməyi, yeni yerlər görməyi və yeni insanlarla tanış olmağı sevər. Maddi mənada güclü olmaq istəyir. Pul onun üçün vasitədir. Cömərtdir hətta bir az israfçıldır.
 
Qarşı cinslə olan münasibətində ilk növbədə yoldaşlığa və dostluğa əhəmiyyət verir. Azadlığına düşkün olan oxatan qadını məhdudlaşdırmaqdan və əmr almaqdan xoşlanmaz. Bu səbəblə evlilik ona uzaq bir anlayış kimi gəlir. Münasibətində özünü məhdudlaşdırmış hiss etməsə evlənə və sadiq tərəfdaş olur.
 
Oxatan bürcü qadını qayğıdan və təriflərdən çox kef alır. Çox vaxt yoldaşlıqla eşqi bir-birinə qarışdıran oxatan bürcü qadını ilk növbədə qarşı tərəfdə etimad və dostluq arayır. Bəyəndiyi insanla söhbət etmək və fikir mübadiləsi aparmaq onun üçün çox əhəmiyyətlidir.
 
Oxatan bürcü qadını evləndiyi zaman çox kefli bir tərəfdaş olacaqdır. Uşaqlara düşkündür və uşaqları dostluğa söykənən bir əlaqə yaradacaqdır.
 
Oxatan Bürcü Kişisinin Ümumi Xüsusiyyətləri
Oxatan bürcü kişisi intellektual, həssas, maraqlı, şən və cana yaxın quruluşu ilə diqqət çəkir. Yaxşı niyyətli və çox danışandır. Dostlarına düşkündür və dost canlısıdır.
 
Hərəkətsizlik oxatan bürcü kişisini sıxır. O daim hərəkətli olmalı və açıq havada olmalıdır. Qapalı mühitlərdə uzun müddət qalmaqdan xoşları gəlməz.
 
Oxatan bürcü kişisi bir çox mövzuda məlumatlıdır. Bu da onun maraqlı bir quruluşu olmasından irəli gəlir. Tənqid etməyi sevir və açıq sözlüdür. Bəzən bu səmimilik qəlbləri qırma sərhədini aşır. Comərtliklə tanınan oxatan bürcü kişisi xərclərində bədxərclik sərhədini artıqlaması ilə aşa bilir.
 
Azadlığına hədsiz dərəcədə düşgün olan oxatan bürcü kişisi tənhalıqdan kef alır, münasibətlərində asan-asan bağlanmaz və evlilikdən qorxar. Onlar üçün qarşı cinsdə axtardıqları ən əhəmiyyətli xüsusiyyət gözəlliklə yanaşı, düşüncə formasıdır. Məlumatlı və mədəniyyətli qadınlarla söhbət etməkdən kef alır.
 
Oxatan bürcü kişisı bir qadından xoşu gəldiyi zaman diqqətini intensiv şəkildə göstərə bilər. Lakin daha sonra axtardığını tapa bilmədiyini anlayanda tez sıxıb uzaqlaşa bilir. Bu səbəblə bir oxatan bürcü kişini yaxşıca anlamağa çalışmaq lazımdır.
 
Oxatan bürcü kişisi həqiqətən sevsə bağlanır və evlənməkdən qorxmaz. Uşaqlara düşkündür və ömür boyu xoşbəxt bir ailə olacaqdır.
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 26 256
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri