Sizə yaraşan ayaqqabını tapmaq üçün bürcünüzün
xüsusiyyətlərinə nəzər salmaq istəyirsiniz? Astroloqlar "Bürclərə görə
ayaqqabı seçimi necə olmalıdır?" sualını cavablandırdılar.
Qoç bürcü hansı ayaqqabı modelini seçməlidir?
Hərəkətli həyat tərzi yaşayan qoçlara idman stilli
ayaqqabılar çox yaraşır. Rəngli ayaqqabılarla göz oxşayan kombinasiyalar
yarada bilərlər.
Buğa bürcü hansı ayaqqabı modelini seçməlidir?
Hər zaman cazibədar görünən buğalara platformalı
ayaqqabılar çox qəşəng yaraşır. Gecə vaxtı ailə ilə gəzməyə və ya hər
hansı bir tədbirə qatıldığınızda parlaq ayaqqabılara üstünlük
verməlisiniz.
Əkizlər bürcü hansı ayaqqabı modelini seçməlidir?
Rahatlıqlarına düşkün olan əkizlər bantlı sandal və ipli
ayaqqabılar seçməlidirlər. Bu tip ayaqqabıları paltar və ətəklər ilə
dəstləşdirməlidirlər.
Xərçəng bürcü hansı ayaqqabı modelini seçməlidir?
Romantik olan xərçənglərə incə dikdabanlı və bantlı
modellər çox gözəl yaraşır. Əlbəttə bu gözəl ayaqqabıların üstünə diz
altı ətəklər və paltarlar geyinməlidirlər.
Şir bürcü hansı ayaqqabı modelini seçməlidir?
Hər yerdə liderliyini irəli sürən şir bürcünə ən uyğun
ayaqqabı cəsur və göstərişli olanlardır. Laklı və bir neçə rəngin
qarışığından olan ayaqqabılar şirlər üçün ideal seçimdir.
Qız bürcü hansı ayaqqabı modelini seçməlidir?
Xırdaçı olan qız bürcünə klassik üslubda olan ayaqqabılar
çox gözəl yaraşır. Həftə sonları isə rahat olmaq üçün düz ayaqqabılar
seçə bilərlər.
Tərəzi bürcü hansı ayaqqabı modelini seçməlidir?
Həm rahat, həm də cazibədar hiss etdirən ayaqqabılar sırf
tərəzilər üçün nəzərdə tutulmuşdur. Yarım boğaz çəkmə və ya dizüstü
çəkmələr tərəzilər üçün ideal seçimdir.
Əqrəb bürcü hansı ayaqqabı modelini seçməlidir?
Cazibədar bürc hesab edilənəqrəblərə göstərişli ayaqqabılar
çox gözəl yaraşır. Əsasən dikdaban və dizüstü çəkmələr əqrəblərin
stillərini ortaya çıxarır.
Oxatan bürcü hansı ayaqqabı modelini seçməlidir?
Əyləncəni sevən oxatanlara rəngli və rahat ayaqqabılar
yaraşır. Ancaq bəzən oxatanlar cazibədar görünmək istəyirlər və bu zaman
seçimləri uzun burunlu dikdabanlar olmalıdır.
Oğlaq bürcü hansı ayaqqabı modelini seçməlidir?
Oğlaq bürcü üçün ayaqqabının həm gözəl görünüşlü, həm də
rahat olması vacibdir. Ona görə də bu bürc sahiblərinə həm modern, həm
də klassik ayaqqabılar yaraşır.
Dolça bürcü hansı ayaqqabı modelini seçməlidir?
Xəyal gücü yüksək olan dolçalar bəzən əsgər çəkmələri,
bəzən də xüsusi dizayn olunmuş dikdabanlar geyinməyi sevirlər. Tərzləri
ilə fərq yaratmaq istəyən dolçalar, istədikləri və xəyallarında
canlandırdıqları ayaqqabıları əli ilə qoymuş kimi tapa bilirlər.
Balıq bürcü hansı ayaqqabı modelini seçməlidir?
Balıqlar hansı tərz olursa, olsun əsas ayaqqabı rahat olsun
prinsipi ilə yaşayırlar. Buna görə də qısa dikdabanlı ayaqqabılar
balıqlar üçün ideal seçimdir.