Qoç bürcü
Yeni
qidalanma proqramına başlamaq, rejimi dəyişmək qoçlara maraqlı gələcək.
Qoçlar üçün vacib olan etdiklərinin nəticələrini sürətli şəkildə görə
bilməkdir. Əgər uzun müddətdə az nəticə alsalar, əl çəkəcəklər.
Buğa bürcü
Buğalar aclıq məntiqi ilə işləyən dietlər edə bilmirlər. Çünki onlar
yemək yeməyi çox sevirlər. Onların dad alma qabiliyyəti çox inkişaf
etmişdir. Ləzzətli, amma sağlam qidaları qəbul edərək diet saxlaya
bilərlər. Hətta öz yetişdirdikləri tərəvəzləri yemək, onlarla yemək
hazırlamaq onlar üçün maraqlıdır. Şəkərdən uzaq durmalıdırlar.
Əkizlər bürcü
Əkizlər iki işi eyni anda rahatlıqla görmək qabiliyyətinə
malikdirlər. Diet və idman proqramını birlikdə həyata keçirə bilərlər.
Onların bədəni aktiv halda ikən daha çox kalori sərf edir. İlk bir neçə
gün çətinlik çəksələr də, daha sonra buna alışacaqlar. Ayaqda yemək
yemək vərdişindən əl çəkməlidirlər.
Xərçəng bürcü
Yemək mövzusunda nazlı bürclərdir. Yemək seçirlər və nizamsız
qidalanırlar. Qidalanma mövzusunda özlərini öyrəşdirməlidirlər. Ana
xərçənglər övladlarına çox yemək yedirtməyə çalışırlar. Bu halda ziyanlı
qidalanma vərdişləri yarana bilər. Buna diqqət etməlidirlər.
Şir bürcü
Adətən, özlərini yaxşı hiss etmək üçün yemək yeyirlər. Yemək onlar
üçün bir çox şeyə vəsilədir. İclaslar, söhbətlər, dost görüşləri daim
yemək olan yerlərdə gerçəkləşir. Rejimə sadiq qalmaq üçün vərdiş
qazanmalıdırlar. Sağlam yeməklər seçdikləri halda belə karbohidratla
zəngin souslarla dadlandırmağı sevdikləri üçün souslardan uzaq
durmalıdırlar.
Qız bürcü
Diet bir qız bürcü üçün həm praktik, həm də metodik bir şeydir. Onun
dietə başlamazdan qabaq qida dəyərlərini və faydalarını bilməsi,
yeyəcəyi hər şeyi planlaması, bir gündəlik tutması vacibdir. Asan işlər
onlar üçün zövqlü deyil. O həmişə çətin və sistemli şeylərin arxasınca
qaçır. İçində mükəmməllik olmayan bir diet siyahısı qız bürcünü xoşbəxt
etməyəcək və diet etmək istəyini azaldacaqdır.
Tərəzi bürcü
Tərəzilər ancaq yaxşı bir motivasiya ilə dietə başlamağa könüllü
olurlar. Onların onsuz da anadangəlmə bir gözəllikləri və özlərinə
inamları vardır. Qidalar ləzzətli olmalıdır və onları xoşbəxt etməlidir.
Dieti özləri üçün maraqlı hala gətirsələr, uğur əldə edə bilərlər.
Kaliumla zəngin qidalar qəbul etməlidirlər.
Əqrəb bürcü
Əqrəblər iradəsi güclü insanlardır. Buna görə də, adətən, idmanla
məşğul olmağa ehtiyac duymurlar. Qərarlılıq, iradə bu bürcün
xüsusiyyətləri arasındadır. Yemək yeməyi sadəcə yaşamaq üçün seçirlər.
Adətən, çox hərəkət edirlər və qidalanma vərdişlərini idarə edə
bilirlər. Ancaq sağlam və lifli qidalarla qidalanmalıdırlar, yoxsa
həmişə həzm sistemi problemləri yaşayacaqlar.
Oxatan bürcü
Oxatanlar qalib gəlməyi sevirlər. Bunun həzzini yaşamaqdan xoşbəxtlik
duyacaqları üçün diet və düzgün qidalanma ilə məşğul olurlar.
Keyfiyyətli yerlərdə gözəl şeylər yeməyi, fərqli ləzzətlərin dadına
baxmağı sevirlər, ancaq görünüşlərinin qaydasında olması da onlar üçün
vacibdir. Buna görə də idman edib, bunu əyləncəli bir hala gətirərək
yaşamağı seçirlər. Oxatanlar qaraciyər barəsində həssas olduqları üçün
qidalarını buna görə seçməlidirlər.
Oğlaq bürcü
Əgər ortaya bir hədəf qoysanız, oğlaq insanı mütləq bu hədəfə
çatacaqdır. Bunun üçün də arı kimi işləyəcəkdir. Əlbəttə, bu, bir neçə
gündə olmayacaq və çətin yollardan keçəcək. Dietin çətinliklərinə tab
gətirmək oğlaq üçün çətin bir işdir, amma bacarmaq onu xoşbəxt edəcək.
Əgər bunu bir vəzifə kimi qəbul etsə, mütləq uğur qazanacaqdır. Kalsium
çatışmazlığına qarşı diqqətli olmalıdırlar.
Dolça bürcü
Əgər qeyri-adi və maraqlı bir arıqlama üsulu varsa, dolça bunu mütləq
sınayacaq. Yeniliksevər və azad insan olduğu üçün adi dietlər onun üçün
maraqlı deyil. Əgər istədiyi nəticəni qısa müddətdə əldə etməsə,
mövzuya marağını itirəcək və bir də bununla maraqlanmayacaqdır. Ancaq
onu həyat tərzi halına gətirməyi bacarsa, diet və idman işə yarayacaq.
Alkoqola olan marağını düzgün idarə etməlidir.
Balıq bürcü
Balıq üçün qüsursuz bir diet tapmaq çətin ola bilər. Bunu
başqalarının başa düşməsi də çətindir. Hissləri ilə hərəkət edən bir
bürc olduğu üçün depressiyaya düşüb çoxlu yemək yeyə bilər. Həddindən
çox yemək yemək və ya heç yeməmək kimi qidalanma vərdişlərinə sahib ola
bilər. Onun rəqs, yoqa və meditasiya ilə arıqlaması mümkündür. Zərərli
içkilərdən və qızardılmış yeməklərdən qaçmalıdırlar.