Həftəlik bürclər - 27 iyun - 3 iyul

Müəllif: NoName
Şərhlər: 11
Baxılıb: 3621
Paylaş:
Səs ver:
(səs: 2)
QOÇ

Astroloji göstəricilərə əsaslansaq, bu həftə darıxdırıcı məqamlarınız xeyli səngiyəcək. Ətrafınızda olanlar tədricən sizi anlamağa başlayacaqlar. Amma ayın 30-na qədər qeyri-adi işlərə başlamaq, riskli addımlar atmaq, ciddi məsələlərə girişmək yolverilməzdir. Yaxşı olar ki bunu sonrakı günlərə saxlayasınız.

BUĞA
Bəri başdan nəzərinizə çatdıraq ki, bu aralıq sizin üçün daha çox maraqlı görüş və xoş təsadüflərlə yadda qalacaq. Çalışın hər bir ünsiyyətdə mədəni davranış və zəkalı gedişlər edəsiniz. Gələcəyiniz üçün bu şanslardan yaxşı istifadə edin. Bacardığınız qədər əsas vaxtınızı istirahətə və ailə-sevgi münasibətlərinə həsr edin.

ƏKİZLƏR
İxtiyarınızda olan bu həftədə savab işlərinizin sayını artırmağa çalışın. Ələlxüsus da böyüklərin ağıllı məsləhətlərinə əməl edin. Bu, sonrakı proseslərin həllində sizə köməklik edəcək. Mövcud problemlərə görə isə narahat olmayın. Çünki istənilən sıxıntı bir imtahandır, ondan qorxmaq yox, ona hazırlaşmaq lazımdır. İmanınızı kamilləşdirin.

XƏRÇƏNG
Bu həftə ətrafınızda lazımi adamların olmaması, həmçinin əsəbi situasiyalar ovqatınızı korlasa da, özünüzü təmkinli aparmağa çalışın. Ağıllı riskdənsə qorxmayın. Məhz bu yolla vaxtilə sizə inamsız yanaşanlar fikir və düşüncələrinizi anlayacaqlar. Bu isə həyatınızın sonrakı mərhələsi üçün müsbət rol oynayacaq. Ailə üzvlərinizlə xoş davranın.

ŞİR
Təəssüf ki, "hakim" olsanız da, bu ərəfə bürcünüz üçün hansısa uğur vəd etmir. Bu səbəbdən də əsas diqqətinizi səhhət və mənzillə bağlı problemlərin həllinə yönəltməlisiniz. Qeybət və yalandan uzaq olun. Heç olmasa, günlərinizin maraqlı olması üçün müəyyən tədbirlər görün. Ayın 30-dan sonra fəaliyyətə ara verib bir qədər istirahət etmək olar. Doğmalarınızla tez-tez əlaqə yaradın.

QIZ
İxtiyarınızda olan həftənin əsas vaxtını istirahətdə keçirmək lazımdır. Ən azı ona görə ki, ulduzların düzümü darıxdırıcı bir ərəfə yaşayacağınızdan xəbər verir. Bir tərəfdən maliyyə problemlərinin qabarması, digər tərəfdənsə münasibətlərdə anlaşılmazlıqlar belə bir vaxtda sizi yora, eyni zamanda hər şeyə inamsız yanaşmağınız süstlüyünüzü daha da artıra bilər.

TƏRƏZİ
Yaxşı olar ki, bütün vacib işlərinizi iyul 3-nə qədər başa çatdırasınız. Çünki sonrakı ərəfədə bütün cəhdləriniz boşa çıxa bilər. İnsanlarla xoş davranın. Ümumiyyətlə, çox məsələlərə görə, uğurlu ərəfə hesab etmək olar. Hansısa ciddi gərginlik və ya münaqişə gözlənilmir. Həmişə olduğu kimi indi də ulduzlar maliyyə məsələlərində qənaətcil olmağınızı məsləhət görür.

ƏQRƏB
Sürprizlərlə rastlaşma ehtimalınız böyükdür. Bu, daha çox şəxsi zəmində baş verə bilər. 1-3 iyul aralığında şəxsi büdcənizin durumunu dəyişmək üçün gözəl imkanlarınız olacaq. Ulduzlar mülayim günlərdə uzaq yola çıxmağı, ələlxüsus da füsunkar ərazilərə getməyi məsləhət görür. Sükan arxasında oturmağı isə minimuma endirin. Bu həftə sevgidə də bəxtiniz gətirməlidir.

OXATAN
Bütün enerjinizi işə salıb qarşıda duran maneələri bir-bir dəf etməlisiniz. Düzdür, həmişə olduğu kimi, indi də yaxınlarınız, dostlarınız hər vəchlə sizə mane olmaq istəyəcəklər, buna baxmayaraq, belə hallar qlobal işlərinizin gedişatına pis təsir etməyəcək. Bu arada nüfuzlu və dəyərli insanlarla görüşmək, müqavilələr bağlamaq sizə böyük səmərə verəcək.

OĞLAQ
Ümumi məziyyətlərinə görə, uğurlu ərəfə hesab etmək olar. Konkret hansısa işə keçməzdən qabaq danışıqlar aparmaq, vacib adamları tapmaq, dönə-dönə ölçüb-biçmək lazım gələcək. Hətta ola bilər ki, buna görə aldığınız dəvətləri də təxirə salasınız. iyul 2-dən sonrakı müddət müəyyən gərginliklə müşahidə olunsa da, bu hal itkilərlə nəticələnməyəcək.

DOLÇA
Bu zaman kəsiyini bir qədər süst şəkildə başa vuracaqsınız. Düzdür, ciddi probleminiz olmayacaq, amma maraqlı bir hadisənin də iştirakçısı olmayacaqsınız. Ulduzlar yeni əlaqələrə can atmamağı tövsiyə edir. Ən azı ona görə ki, bu cəhdlərin nəzərəçarpacaq perspektivləri olmayacaq. Sizə konkret addım atmaq yox, yalnız götür-qoy etmək lazım gələcək.

BALIQLAR
Göy qübbəsi ürəyinizi sevgisiz qoymamağı tövsiyə edir. Ən azı ona görə ki, bu qarışıq dünyamızda ən güclü himayədarınız yalnız məhəbbət ola bilər; növlərini isə özünüz təyin etməlisiniz. Əgər ixtiyarınızda olan bu müddətdən zövq almaq istəyirsinizsə, oturaq işləri məhdudlaşdırın. Çünki ulduzlar bürcünüzə olduqca romantik məqamlar bəxş edəcək.

loading...
(səs: 2)
Şərhlər: 11
Baxılıb: 3621
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Melek5
TƏRƏZİ
Yaxşı olar ki, bütün vacib işlərinizi iyul 3-nə qədər başa çatdırasınız. Çünki sonrakı ərəfədə bütün cəhdləriniz boşa çıxa bilər. İnsanlarla xoş davranın. Ümumiyyətlə, çox məsələlərə görə, uğurlu ərəfə hesab etmək olar. Hansısa ciddi gərginlik və ya münaqişə gözlənilmir. Həmişə olduğu kimi indi də ulduzlar maliyyə məsələlərində qənaətcil olmağınızı məsləhət görür.

Allah haqqimizada xeyirlisini elesin
28 iyun 2016 21:27
11
Get sevgilim! Dön desəm mən, gəlsən, sən Şərəfsizsən.
Offline
qaranliq1
ƏQRƏB
Sürprizlərlə rastlaşma ehtimalınız böyükdür. Bu, daha çox şəxsi zəmində baş verə bilər. 1-3 iyul aralığında şəxsi büdcənizin durumunu dəyişmək üçün gözəl imkanlarınız olacaq. Ulduzlar mülayim günlərdə uzaq yola çıxmağı, ələlxüsus da füsunkar ərazilərə getməyi məsləhət görür. Sükan arxasında oturmağı isə minimuma endirin. Bu həftə sevgidə də bəxtiniz gətirməlidir.
TSK
28 iyun 2016 13:38
10
♥♥♥Həyatda heç bir şeyim az olmadı sənin qədər.Və heç bir şeyi istəmədim səni istədiyim qədər.♥♥♥
Offline
vipbetul
Rebbim ozu sevindirsin insallah
27 iyun 2016 23:53
9
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Fi-Ra
Nə səhhətim nə də ruh halım hansısa yeni işlərə girişməyə yol vermir. Sakit oturmuşam hələ ki. Təşəkkür
27 iyun 2016 19:19
8
Yeni bir başlanğıc etdiyimiz ən böyük səhvdən sonra başlayır!
Offline
HAPPY_EYES
ALLAH ozu komek olsun bize
27 iyun 2016 18:48
7
EVERYTHING WILL BE OKEY, IF YOU ARE BE PATIENT!!!!!
Offline
Totu
Tewekkürler görek başımıza ne gelir.inşallah yaxşı olar)
27 iyun 2016 16:28
6
Offline
Onun_Mələyi
buqayamm~~twk

buqayam~tewekkurlerr...
27 iyun 2016 15:47
5
Qadınlar polislər kimidir;Əllərində bütün dəlillər vardır amma yenə də etiraf etmənizi istəyərlərutandim
Offline
Miss_Angel
BUĞA
Bəri başdan nəzərinizə çatdıraq ki, bu aralıq sizin üçün daha çox maraqlı görüş və xoş təsadüflərlə yadda qalacaq. Çalışın hər bir ünsiyyətdə mədəni davranış və zəkalı gedişlər edəsiniz. Gələcəyiniz üçün bu şanslardan yaxşı istifadə edin. Bacardığınız qədər əsas vaxtınızı istirahətə və ailə-sevgi münasibətlərinə həsr edin.
gorekde bu ay nece kecir
27 iyun 2016 15:31
4
★ ★ ★☻♥♥ ♬♏Ī$$_ÂИǤЄĿ(¯`G´¯)
.`·.¸.·´
¸.·´¸.·´¨) ¸.·*¨)
(¸.·´ (¸.·´ .·´ ¸¸.·¨¯`·¦¦♬☻♥♥★ ★ ★
Offline
baby baku
Bes sevgi dunyasi
27 iyun 2016 15:29
3
sevdiyimsen menimsen canim sevdiyim
Online
BARBI
Insallah bu hefte butun islerim ugurlu alinar
27 iyun 2016 15:08
2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
Barbaris
QIZ
İxtiyarınızda olan həftənin əsas vaxtını istirahətdə keçirmək lazımdır. Ən azı ona görə ki, ulduzların düzümü darıxdırıcı bir ərəfə yaşayacağınızdan xəbər verir. Bir tərəfdən maliyyə problemlərinin qabarması, digər tərəfdənsə münasibətlərdə anlaşılmazlıqlar belə bir vaxtda sizi yora, eyni zamanda hər şeyə inamsız yanaşmağınız süstlüyünüzü daha da artıra bilər.


twkkler
27 iyun 2016 14:59
1
Xarakterimi ya da xasiyyətimi bəyənməyən insanları mecbur yanımda saxlamıram
Bir sözlə "Yol açıqdır"

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv