Həftəlik bürclər - 4 iyul - 10 iyul

Müəllif: NoName
Şərhlər: 7
Baxılıb: 4754
Paylaş:
Səs ver:
(səs: 1)
OĞLAQLARIN bu həftə evə qapanıb qalmaları yolverilməzdir. Bu günlər cəmiyyət içinə çıxıb kübar həyat sürməlisiniz. Fərqli olmağınız diqqəti cəlb edəcəkdir. Sizə heyran olan insanların diqqət mərkəzində olmağınız həyat eşqinizi, özünüzə inam hissini qat-qat artıracaqdır. Bu günlər rəhbərliklə münasibətləriniz də yaxşı olacaqdır. Xidmətlərinizin hamı tərəfindən yüksək qiymətləndirilməsinə və mükafatlandırılmasına ümid bəsləyə bilərsiniz.

DOLÇALAR işlə bağlı müxtəlif sənədləri qaydaya salmalıdırlar. Müşkül məsələyə dönmüş bu problem təxirəsalınmadan həll edilməlidir. Nə qədər darıxdırıcı olsa da, vaxt aparsa da, bu həftə kağız-kuğuz işləri birdəfəlik yoluna qoyulmalıdır. Yaxşı olar, bunu məhz indi edəsiniz, çünki sonradan armud saplağı kimi boğazınıza keçib nəfəs almağa qoymayacaqdır.

BALIQLARA bu həftə karyera yüksəlişi və maliyyə qazancı vəd edir. Bu günlər yeni işə keçmək və ya yeni kommersiya layihəsinə başlamaq üçün uğurlu olacaqdır. İşgüzar danışıqlar da uğurla nəticələnəcəkdir. Bütün həftə evdə tapılmayacaqsınız. Buna baxmayaraq, imkan tapıb yaxınlarınıza vaxt ayırmalısınız.

QOÇLAR burunlarını başqalarının işinə soxmamalıdırlar. Necə deyərlər, ağrımayan başınıza dəsmal bağlamayın. Bu həftə başqasının işini görmək də məsləhət deyildir. Hətta sizdən acizanə surətdə xahiş etsələr və imkanınız daxilində olsa belə, imtina etməyə çalışmalısınız, çünki nəsə alınmasa, bilavasitə məsuliyyət daşıyan adamın deyil, məhz sizin dərinizə saman təpəcəklər.

Həftə ərzində BUĞALARIN fikirləri Bakı küləyi kimi tez-tez istiqamətini dəyişəcəkdir. Başınızda hər an yeni ideya və təkliflər doğacaqdır. Bu labirintdə itib-qalmamaq üçün nə istədiyinizi dəqiq bilməlisiniz. Karyera qurmaq üçün əla şansınız olacaqdır. Əks cinsin nümayəndələri ilə dostluq münasibətləri ciddi və uzunömürlü olmağı vəd edir.

ƏKİZLƏR gözlərinə və qulaqlarına inanmayacaqlar. Çoxdan gündəmdən çıxardıqları layihələr işə düşüb yavaş-yavaş gəlir gətirməyə başlayacaqdır. İşdə yalnız bacardığınız tapşırıqların icrasına girişməlisiniz. Əgər gücünüzə tam əmin deyilsinizsə, bir kənara çəkilməlisiniz. Onda, heç olmazsa, nüfuzunuzu qoruyub saxlamış olarsınız.

XƏRÇƏNGLƏR üçün işgüzar əlaqələr ön plana çıxacaqdır. Gələn həftə yeni fəaliyyət sahəsi tapacağınız istisna olunmur. Yeni iş yerində ideyalarınızı paylaşmağa tələsməyin. Potensialınızı müəyyən vaxt keçdikdən sonra yavaş-yavaş göstərməlisiniz. Bütün məsələlərdə dəqiq fəaliyyət planınız olmalıdır, çünki indiki məqamda boş və mənasız şeylərə vaxt sərf etməyiniz yolverilməzdir.

ŞİRLƏR karyera dəyişikliklərinə ümid bəsləyə bilərlər. Xidməti fəaliyyətinizlə bağlı bütün təşəbbüslərinizdə rəhbərliyin yardımına ümid bəsləyə bilərsiniz. Onun sizə ehtiyacı vardır. Sizə tam etimad və dəstək göstərir. Bu həftə bütün mübahisələr və maliyyə məsələləri sizin xeyrinizə həll olunacaqdır. Nüfuzlu adamlarla tanış olacaqsınız. Onlar gələcəkdə həm sizə, həm də yaxınlarınıza dəstək göstərəcəklər.

QIZLAR yaxınlarının məsləhətinə qulaq assalar, onlar üçün yeni imkanlar açılacaqdır. Yaxın günlərdə peşəkarlıq sahəsində sizi böyük uğurlar gözləyir. Yeni vərdişlərə yiyələnə bilərsiniz. Bu vərdişlər yeni işinizdə gərəyiniz olacaqdır. Yeri gəlmişkən, yeni işlə bağlı təklifi mütləq yaxınlarınızla müzakirə etməlisiniz. Ağıl ağıldan üstündür deyiblər. Müzakirə əsnasında çoxlu faydalı ideyalar ortaya çıxa bilər.

TƏRƏZİLƏR təmkinli və tədbirli olmalı, hər bir məsələdə ortaq məxrəc tapmağa çalışmalıdırlar. Bu günlər savadınızı artırmaqla məşğul olmalısınız. Oxumaq heç vaxt gec deyildir. İnsan bütün ömrü boyu inkişaf etməyə çalışmalıdır. Həftə sonu dostlarla görüşməyə çalışın. İndiki məqamda böyük ehtiyac duyduğunuz məsləhət məhz dostlarınızdan gələcəkdir.

ƏQRƏBLƏRİ lazımlı adamlarla faydalı tanışlıqlar gözləyir. Sonralar onların köməyi sayəsində həm xidməti, həm də məişət problemlərinizi həll edəcəksiniz. Lazımlı vaxtda lazımlı yerdə olsanız, lazımlı işgüzar təklif alacaq, maddi qazanc əldə edib peşəkarlıq səviyyənizi artıracaqsınız.

OXATANLAR bu həftə yağışdan sonra göbələk kimi artan problemlərini həll edəcəklər. İşlərin belə gedişatından əsla dilxor olmayacaqsınız. Əksinə ruh yüksəkliyi hiss edəcək və artmaqda olan enerjinizi quruculuq işlərinə həsr edəcəksiniz. Məsələn, eviniz olduğunu və səliqə-sahman yaratmaq lazım gəldiyini xatırlayacaqsınız. Bütün ailə üçün bu mühüm və lazımlı işdə tərəf-müqabilinizin köməyinə bel bağlaya bilərsiniz.
Qadinlar.Biz

loading...
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 4754
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Bahar Nesirova
Menimçün faydali meslehetdi başqalarinin mesuliyyetini üstüme götürmesem yaxşidi
6 iyul 2016 10:35
7
Offline
Adsiz Gozel
ne yaxwu gorekde
5 iyul 2016 01:12
6
Offline
vipbetul
Rebbim komek olub sevindirsin insallah
4 iyul 2016 17:03
5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Melek5
Yeni hefteye de qedem qoyduq insAllah yaxsi kecer heftemiz kazasiz belasiz
4 iyul 2016 12:38
4
Asan deyil uğrunda hər şeyinizi verdiyiniz insana yad kimi baxmaq.
Offline
baby baku
İNŞALLAH YAXSİ OLAR
4 iyul 2016 00:21
3
xala oldum
zuzuma qurban xalasi Zəhram qizil parasi
Offline
Almela
Ekizler ) yaxwi olar inwallah
3 iyul 2016 23:30
2
Örtülü defterim, bagli kitabim,Men senin qelbine nece yol tapim...
Online
BARBI
Ekizlerem. Insallah ugurlu hefte olar
3 iyul 2016 22:57
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv

Facebook