Avqust ayında bürclər nə vəd edir

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 12 003
Səs ver:
(səs: 3)
Qoç
Qoçlar üçün avqust ayı səhvlərlə dolu olacaq. Buna səbəb özünüzdənrazılıqdır, amma özünüintizamla bu xoşagəlməz situasiyadan çıxa biləcəksiniz. Yollarda ehtiyatlı olmaq məsləhətdir. Bu ay həm istirahət, həm dəğ iş sizə zövq verəcək. Sevgi macərası yaşayacağınız gözlənilir.

Buğa
Bu ay heç vaxt olmayan kimi sevinəcəksiniz. Allah köməyinizə çatacaq. Bu ay istirahət üçün ideal vaxtdır. Xoş tanışlıqlar və sürprizlər sizi həyata həvəsləndirəcək. Problemlərdən qaçmaq istəsəniz də, onları həll etməniz məsləhətdir.

Əkizlər
Yayın sonu Əkizlər üçün emosional yüksəliş dövrü olacaq. Həyatınızı yeni səhifədən başlaya bilərsiniz. İstənilən fəallıq yaxşı qarşılanacaq. İlin bu ayında həyatınızda hər şey yaxşı alınacaq. Bu ay çox unutqan olacaqsınız. Sənədlərinizi itirmək təhlükəsi var. Ayın axırına situasiya düzələcək.

Xərçəng
Xərçənglər üçün avqust ayı şəxsi həyatlarında taleyüklü dəyişikliklə əlaqədar olacaq. Vəfasız dostlar və sevdiyiniz insanlar sizdən uzaqlaşacaq. Yanınızda sizi həqiqətən sevənlər qalacaq. Bütün bunlar sizə dərs olacaq. Xarici səfərlər gözlənilir, amma sənədlərlə və pullarla ehtiyyatlı olun.

Şir
Avqustda sizi yüksək fəallıq və uğur gözləyir. Hər şey istədiyiniz kimi alınır. Mənzil problemlərini həll edə bilərsiniz. Hava nəqliyyatında isə sizi təhlükə gözləyir. Bu ay həyatınızı dəyişəcək insanla qarşılaşacaqsınız. Şansınızı əldən verməyin.

Qız
Bu ay şəxsi cəlbediciliyiniz sayənizdə uyğur əldə edəcəksiniz. Ən böyük nailiyyətləriniz ədəbiyyat və incəsənət sahəsində olacaq. Avqustda diplomatik imkanlarınız çox güclənəcək. Şəxsi həyatınızda dəyişiklik gözlənilmir. Sizin işdə əvəzedilməz olduğunuzun fərqinə varacaqlar.

Tərəzi
Bu ay vəziyyət sizin xeyrinizə dəyişəcək. Bir neçə sahədə uğur əldə edəcəyiniz istisna olunmur. Sizi bu ay fərqli tərəfdən görəcək və yeni təkliflər irəli sürəcəklər. Bir çox sual qarşınıza çıxacaq ki, onlara intiusiyanız sayəsində cavab tapacaqsınız.

Əqrəb
Yayın sonunda sizdə müşahidə olunan güc patensialı çoxdan arzuladığınız şeyləri həyata keçirməyə imkan verəcək. Amma bu ay sizi gərgin iş gözləyir. Möhtəşəm planlarınızın da reallaşacağı mümkündür. Karyeranızıa yaxşı təsir edəcək insanla istirahətdə tanış olacaqsınız. Amma ona sirlərinizi açmayın.

Oxatan
Bu ay başınıza bir çox hadisələr gələcək: dostların vəfasızlığı, maddi sahədə gəlirlər və s. Bilin ki, yalnız ailəniz sizə dayaq duracaq. Bütün sirlərinizi ailənizlə bölüşün. Karyeranızda yüksəlmə müşahidə olunacaq. Yaxınlarınızın dəstəyi ilə qarşılaşacaqsınız.

Oğlaq
Avqust ayını səhvlərinizi düzəltməyə sərf edəcəksiniz. Biliyinizi artırmaq üçün ideal vaxtdır. Boş zamanlarınızda mütaliə etmək pis olmazdı. Amma gözlədiyiniz böyük dəyişikliklər bu ayda da baş verməyəcək. Uğursuzluqlar bu ay sizdən yan keçəcək. İşinizi yeniləməyiniz də istisna deyil.

Dolça
Yayın sonunu şüurlu şəkildə eqoizmlə keçirəcəksiniz. Avqustda etdiyiniz seçim sonrakı həyatınıza təsir edəcək. İtkilərin olacağı da gözlənilir. Ən əsası başladığınız işləri sona çatdırmaqdır. Həyəcanlama bir əsas yoxdur, hər şey qaydasında gedir.

Balıqlar
İşgüzar sahədə sizi uğurlar gözləyir. Etdiyiniz yaxşılıqlar bir-bir qarşınıza çıxaracq. Əlbəttə ki, yolunuza çətinliklər də çıxacaq, amma onların həlli də sizə fayda gətirəcək. Bu ay istirahət arzusundasınız, amm xarici səfərlər məsləhət deyil, onlar uğursuz ola bilər.
(səs: 3)
Şərhlər: 10
Baxılıb: 12 003
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri