Ətri bürcünüzə uyğun seçim edə bilərsiniz

Müəllif: Pure Love
Şərhlər: 6
Baxılıb: 4 011
Səs ver:
(səs: 0)
Qoç
Qoçlar çox enerjili və dözümlü insanlardırlar. Ona görə də ətirləri də özləri kimi ətrafa pozitiv enerji yaymalıdır. Qoç bürcündən olanlar daha çox gənclər üçün nəzərdə tutulan yaz əhval-ruhiyyəli ətirləri sevirlər.
Qoçların çoxu idmanda stilində geyinməyi sevir. Özlərinə uyğun qoxu seçərkən də stillərinə sadiq qalmalıdırlar.
Bəzi Qoçlar isə getdikləri hər yerdə diqqət mərkəzində olmağa can atırlar. Onlar üçün ən uyğun qoxu ədviyyatlı ətirlərdir.
Lavanda, yasəmən və mixək əsaslı ətirlər Qoç bürcündən olanlar üçün ideal seçimlərdir.

Buğa
Buğa bürcünün insanları gözəllikləri və cazibədarlıqları ilə diqqət mərkəzində olmağı xoşlayırlar. Bu səbəbdən başqa insanları təsir altına ala biləcəkləri güclü qoxuları sevirlər.
Xəfif çiçək qoxulu ətirlər Buğalar üçün ideal ola bilər. Əsas notunda nərgiz çiçəyi, zəncəfil, gül, razyana, yasəmən, maqnoliya olan ətirlər də Buğa bürcündən olanlar üçün çox uyğundur. Şaftalı, qovun, manqo kimi şirin qoxular isə Buğa qadınlarına çox yaraşır.

Əkizlər
Bu bürcdən olan insanlar nə istədiklərinə qərar verə bilmirlər. Həmişə qərarsızlıqdan əziyyət çəkirlər. Bəzən idman stilində geyinməkdən xoşları gəlir, bəzən də çox şıq geyimlərə üstünlük veirirlər.
Bu qərarsızlıq onların ətir seçimlərində də özünü göstərir.
Əkizlərə sərinləşdirən təsirə malik, enerjili qoxular uyğundur. Onlar üçün ən uyğun seçim əsas notunda limon və portağal çiçəyi olan ətirlərdir.

Sosial həyatda aktiv olan, getdikləri hər məkanda insanlarla tez qaynayb-qarışıan və özlərinə asanlıqla dost qazanan Əkizlər xüsusi dəvətlər və qış mövsümü üçün ən uyğun vanil və ya akasiya qoxulu ətirlər vura bilərlər.

Xərçəng
Xərçənglər kədərli, melanxolik və xəyalpərəstdirlər. Onlar ətir mövzusunda çox həssasdırlar. İstifadə edəcəkləri ətirləri günlərlə araşdırdıqdan sonra alırlar. Onların fəlsəfəsinə görə istifadə edilən ətir insanın şıqlığını tamamlayan əsas məqamdır.
Xərçənglərə ən çox ədviyyatlı və sabun qoxulu ətirlər uyğundur. Onlar insanların yaddaşında qalmaq, daim xatırlanmaq istədikləri üçün güclü və qalıcı ətirlərə müraciət edirlər.

Şir
Şir bürcündən olanları brend xəstələri adlandıra bilərik. Onlar bahalı firmalardan geyinməyi çox xoşlayırlar. Zəkaları və cazibədarlıqları ilə həmişə diqqət mərkəzində olmağı bacaran Şirlər bu xüsusiyyətlərinə uyğun ətirlər seçirlər.
Lavanda, portağal, naringi çiçəyinin qoxularını çox bəyənirlər. İddialı, ağır qoxulu ətirləri də seçə bilərlər.

Qız
Qız bürcündən olanlar sadə və klassik tərzdə geyinirlər. Onlar təbii, sadə qoxulara daha çox üstünlük verirlər. Çiçək qoxuları Əkizlərə çox yaraşır. Xüsusilə də yasəmən, sünbül, akasiya, qardeniya əsaslı ətirlər Əkizlərin ideal ətir seçimləri hesab olunur.

Tərəzi
Hər zaman şıq və zərif görünmək arzusunda olan Tərəzi bürcü qadını istifadə etdiyi ətirdə də bu xüsusiyyətlərin olmasına diqqət edir. Bahalı brendlərə müraciət edir. Xəfif və klassik qoxuları çox sevirlər.
Klassik və bahalı ətirləri ilə günlərlə dedi-qoduların mərkəzində olmağı xoşlayırlar.

Əqrəb
Əqrəblər ehtiraslı və kişiləri başdan çıxaran ətirlərə üstünlük verirlər. Seksuallıqları ilə diqqət çəkməkdən çəkinməyən Əqrəb qadınları müşk, ənbər notlu, ədviyyatlı ətirlərdən istifadə edirlər.

Oxatan
Rahatlığı sevən Oxatanlar ətirlərinin sirrli və yaddaqalan olmalarına önəm verirlər. Təbii qoxulardan xoşları gəlir. Səndəl və sidr ağacı tərkibli ətirlər onlar üçün idealdır.

Oğlaq
Oğlaqlar şıq, zərif və sadə ətir növlərinə üstünlük verirlər.
Onlar ciddiliyi sevən insanlardırlar. İstifadə etdikləri ətirin də ciddi görkəmlərinə uyğun olması vacibdir. Nərgiz gülü, sünbül, nanə və bənövşə qoxuları Oğlaqların cazibədarlığını daha da artırır.

Dolça
Bu bürc altında dünyaya gələnlərin fantaziyaları çox güclü olur. Onlar dəblə ayaqlaşmağı yaxşı bilirlər. Ən trend ətirlərdən istifadə etməyə çalışırlar. Özlərinə çox güvəndikləri üçün klassik qoxulardan istifadə etmirlər. Adətən heç kimin cəsarət etmədiyi qoxulara üstünlük verirlər.
Qeyri-adi, aromalı çiçək qoxuları ideal seçimdir.

Balıq
Balıqlar çox diqqətçəkən geyimləri sevmirlər. Mavi rəngi, xüsusilə də dəniz mavisi tonlarını çox sevirlər. Bu tonlara uyğun qoxuları seçirlər. Okean qoxulu ətirlər ən ideal seçim ola bilər. Həmçinin, əsas notlarında çiçək və meyvə qoxuları, xüsusilə də yasəmən, gül və portağal çiçəyi olan ətirlər Balıqların ruhuna və stilinə tam uyğundur.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 4 011
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri