Qoç bürcü (latınca Aries) • 21 mart – 20 aprel • Ünsürü – od • Rəmzi – qoyun • Rəngi – qırmızı • Himayəçi planeti – Mars • Aparıcı motivi – birincilik uğrunda mübarizə • Rəmzi görkəmi ilə insan başına uyğun gəlir. • Müsbət xüsusiyyətləri – enerjili, mətin, müstəqil, qabaqda gedən, güclüdür. • Mənfi xüsusiyyətləri – çılğın, tərs, özbaşına, özünəvurğun, nəyin bahasına olursa-olsun birinciliyə can atan və kobuddur.
Buğa (latınca adı Taurus) • 22 aprel – 20 may • Ünsürü – torpaq • Rəmzi – öküz • Rəngi – mavi və al • Himayəçi planeti – Zöhrə (Venera) • Aparıcı motivi – qurmaq və qorumaq • Rəmzi görkəmi ilə insanın boyun–boğazını təsəvvürə gətirir. • Müsbət xüsusiyyətləri – mətin, şən, dəyişməz, sədaqətli, musiqi və incəsənət pərəstişkarı, düşüncəli, əməksevər, müstəqil və təmkinlidir. • Mənfi xüsusiyyətləri – zənginlik düşkünü və kef-damaq hərisi, inadcıl və ətalətlidir.
Əkizlər (latınca adı Gemini) • 21 may – 21 iyun • Ünsürü – hava • Rəmzi – əkizlər • Rəngi – sarı • Himayəçi planeti – Merkuri • Aparıcı motivi – ixtiraçılıq və ünsiyyətdə olmaq. • Rəmzi görkəmi ilə insanın çiyinlərini, əllərini və ciyərlərini təsəvvürə gətirir. • Müsbət xüsusiyyətləri – dərrakəlidir, istedadlıdır, deyiləni tez anlayır və əlbəəl reaksiya verir, eyni vaxtda bir neçə işlə məşğul ola bilir, ürəyiaçıqdır. • Mənfi xüsusiyyətləri – özbaşına, narahat və əsəbidir, eyni vaxtda başladığı bir neçə işin hamısını ata bilər.
Xərçəng (latınca adı Cancer) • 22 iyun — 22 iyul • Ünsürü — su • Hakimiyyət müddəti- 31 gün • Rəmzi — xərçəng,ürək • Rəngi — bənövşəyi • Himayəçi planeti — Ay • Aparıcı motivi — qabaqcadan xəbər vermə və tərbiyə işi • Rəmzi görkəmi — insan dişlərini və sinəsini təsəvvürə gətirir. • Müsbət xüsusiyyətləri — məsuliyyətli, ailəcanlı, müstəqil, qayğıkeş, diqqətli, ehtiyatlı, təvazökar və nəzakətlidir. • Mənfi xüsusiyyətləri — şöhrətpərəst, şəkkak, tənha, xəsis, qorxaq, acıdil və küsəyəndir. • Ugurlu rəngi- Ag, açıq- mavi,göy, yaşıl • Ugursuz rəngi- Boz • Metalı- Gümüş • Ugurlu daşı- Rubin, zümrüd, ay daşı • Enerji veən çiçəyi- Jasmin, bütün ag çiçəklər • Talismanı- Ürək • Müxalif bürcü- Oglaq
Şir (latınca adı Leo) • 23 iyul – 22 avqust • Ünsürü – od • Rəmzi – şir • Rəngi – sarı, narıncı • Himayəçi planeti – Günəş • Uğurlu rəqəmi — 5 • Uğurlu günü — bazar • Uğurlu daşı — sarı sapfir • Uğurlu metal — Qızıl • Aparıcı motivi – hökmranlıq və yenilməzlik • Rəmzi görünüşü insan qəlbinə uyğun gəlir • Müsbət xüsusiyyətləri – məğrur, ləyaqətli, qəlbiaçıq, xeyirxah, əliaçıq, qonaqpərvər, məsuliyyətli və ciddidir. • Mənfi xüsusiyyətləri – şöhrətpərəst, yeri gəldi-gəlmədi özünə qarşı ehtiram tələb edən, şıltaq, xırdaçı, xudbin, israfçı və səthidir.
Qız (latınca adı Virgo) • 23 avqust – 22 sentyabr • Ünsürü – torpaq • Rəmzi – qız • Rəngi – boz, yaxud dəniz dalğası rəngdə • Himayəçi planeti – Merkuri • Aparıcı motivi – kamilləşmə • Rəmzi görkəmi ilə insan bağırsaqlarını və günəş şüalarını təsəvvürə gətirir. • Müsbət xüsusiyyətləri – mülayim, həssas, işğüzar, fədakar, məsuliyyətli və ağıllıdır. • Mənfi xüsusiyyətləri – məhdud, xırdaçı, vasvası və narahatdır
Tərəzi (latınca adı Libra) • 23 sentyabr – 22 oktyabr • Ünsürü – hava • Rəmzi – tərəzi • Rəngi – bənövşəyi • Himayəçi planeti – Zöhrə (Venera) • Aparıcı motivi – ədalətli mühakimə yürütmək və kamilləşmək. • Rəmzi görkəmi ilə böyrəkləri və kürəyi təsəvvürə gətirir. • Müsbət xüsusiyyətləri – suyuşirin, zərif, gözəl zövqlü, qəlbiaçıq, nəzakətli və səbrlidir. • Mənfi xüsusiyyətləri – cəsarətsizdir, nəyəsə üstünlük verməkdə əziyyət çəkir, tənhalığa tab gətirə bilmir, öyüd-nəsihət verməyi sevir, əhval-ruhiyyəsi gözlənilmədən dəyişir.
Əqrəb (latınca adı Scorpio) • 23 oktyabr — 21 noyabr • Ünsürü — su • Rəmzi — əqrəb • Rəngi — tünd qırmızı • Himayəçi planeti — Pluton • Aparıcı motivi — idarəetmə və nəzarət • Rəmzi görkəmi — insanın sidik kisəsini təsəvvürə gətirir. • Müsbət xüsusiyyətləri — təmkinli və ehtiraslı, müstəqil, mübariz və dərin intuisiyalıdır, mistikaya meyllidir, amma hər hansı hadisədən baş çıxara bilir, məsuliyyətli, dözümlü, cəsarətli və rəhmdildir. • Mənfi xüsusiyyətləri — xudbindir, hökmranlığa meyllidir, özbaşına, amansız və qapalıdır.
Oxatan (latınca adı Saggittarius) • 22 noyabr — 21 dekabr • Ünsürü – od • Rəmzi – kentavr • Rəngi – mavi • Himayəçi planeti – Yupiter • Aparıcı motivi – məsləhət və rəhbərlik • Rəmzi görkəmi ilə insanın qanını təsəvvürə gətirir. • Müsbət xüsusiyyətləri – fəal, sərbəst, səmimi, şən, qəlbitəmiz, dostcanlı və ədalətlidir. • Mənfi xüsusiyyətləri – səbrsiz, sözü bir başa deyən, hər şeyə burnunu soxan, hay-küy salan, düşüncəsiz hərəkət edən, yeri gəldi-gəlmədi əmr və sərəncamlar verməyi sevəndir
Oğlaq (latınca adı Capricorn) • 22 dekabrdan 20 yanvaradək • Ünsürü – torpaq • Rəmzi – dağ keçisi • Rəngi – yaşıl • Himayəçi planeti – Saturn • Aparıcı motivi – Hər şeyi bilmə arzusu • Müsbət xüsusiyyətləri — Humanist, azad və başqalarının düşüncələrinə əhəmiyyət verməsiylə bilinən, intizamli,mesuliyyetli ve praktikdirler • Mənfi xüsusiyyətləri — lovğadırlar, çoxdanışqanlıq və qərarsızlıqdır • Oğlaq bürcü altında doğulmuş insanlar etibarlı, əməksevər, dərrakəli, ciddi və məsuliyyətlidirlər.
Dolça (latınca adı Aquarius) • 21 yanvar — 19 fevral • Ünsürü — hava • Rəmzi — dolça • Rəngi — mavinin müxtəlif çalarları • Himayəçi planeti — Uran (Saturn) • Aparıcı motivi — həqiqəti axtarmaq • Rəmzi görkəmi — Ayaq və baldırları təsəvvürə gətirir. • Müsbət xüsusiyyətləri — Humanist, azad, istiqanlı, iradəli, yaradıcı, sədaqətli və idealistdir. • Mənfi xüsusiyyətləri — Anlaşılmaz, dikbaş, inad və ənənələrə qarşıdır.
Balıqlar (latınca adı Pisces) • 19 fevral — 20 mart • Ünsürü — su • Rəmzi — bir-birnə qarşı üzən iki balıq • Rəngi — dəniz dalğasının rəngi • Himayəçi planeti — Neptun • Aparıcı motivi — ədalətli mühakime yürütmək ve kamilləşmək • Müsbət xüsusiyyətləri — dərrakəlidir, istedadlıdır, deyilən tez anlayır və əlbəəl reaksiya verir • Mənfi xüsusiyyətləri — xudbin, nəzakətsiz, boşboğaz, mütərəddid və məsuliyyətsizdir.