Bürclərin rəngləri

Müəllif: Pure Love
Şərhlər: 12
Baxılıb: 5 482
Səs ver:
(səs: 0)
Qoç - qırmızı

Buğa - açıq yaşıl

Əkizlər - Göy qurşağının bütün rəngləri

Xərçəng - mavi

Şir - narıncı, sarı, ağ

Qız - mavi

Tərəzi - tünd yaşıl

Əqrəb - al rənglər

Oxatan - göy qurşağının bütün rəngləri

Oğlaq - ağ, qara

Dolça - bənövşəyi

Balıqlar - mavi-yaşıl

Qırmızı fəal, parlaq rəngdir. O ehtiras, sevgi, alov, müharibə və hakimiyyəti təmsil edir. Bu rəng, Mars planetinindir. Meksika, Norveç, İrlandiya və İraq sakinləri bu rəngi daha çox sevirlər. Çinlilərdə qırmızı rəng uğur, xoşbəxtlik və xeyriyyəçiliyi tərənnüm edir.

Narıncı isti, yüngül rəngdir. Bu rəng insan əhval ruhiyyəsini qaldırır. Həzz, bayram və alicənablığı simvolizə edir. Bu rəngi hollandiyalılar sevirlər. Narıncı Merkurini tərənnüm edir.

Sarı isti, yüngül, şən rəngdir. O, xoş hisslər yaradır və hərəkətin, sevincin simvoludur. Braziliyada bu rəng ümidsizliyin, bənövşəyi rəng ilə qarışdıqda xəstəliyin. Sarı Günəşin rəmzidir.

Yaşıl rəng sakitləşdirici, təravətli, incə, canlı, dolğun rəngdir. O sülhü, sakitliyi, sevgini bildirir. Venera planetinin rəngidir. Yaşılı Meksika, Avstraliya, İrlandiya və Misirdə daha çox sevirlər. Çində bu rəng gözəl həyatı və cavanlığı tərənnüm edir.

Mavi soyuq, sakit, bir az passiv rəngdir. O təmizliyi, ağılı və incəliyi tərənnüm edir. Həddindən artıq mavi rəng tənbəllik, süstlük yaradır. Mavi çinlilər üçün matəm, hindlilər üçün həqiqət, brazilyalılar üçün hüzn rəngidir.

Tünd göy çox soyuq rəngdir. O ağır, sərt və sirlidir. Bu rəng insanda ilk olaraq ehtiyatlanmaq hissi yaradır. Adıçəkilən rəng kainatı, kosmosu təmsil edir və Yupiterə uyğundur.

Bənövşəyi soyuq, ağır, sakit, sirli rəngdir. O müdrikliyi, cəldliyi, ağılı tərənnüm edir, paltarlara təntənəli və möhtəşəmlik verir. Uran planetinə uyğundur.

Qəhvəyi ağır, isti, qəmgin rəngdir. O, qocalığı simvolizə edir. İstifadə edildiyi məkanların həcmini kiçildir. Satrunun rəngidir.

Qara soyuq, qəmli rəngdir. Bir çox xalqlarda matəmi tərənnüm edir. Bu rəng geyimlərə ciddilik, rəsmilik verir. Qırmızı rəng ilə birləşməsi uğurludur. Yerin rəngidir.

Boz neytral, qəmgin rəngdir. Ruh düşkünlüyü yaradır. Neptunun rəngidir.

Ağ yüngül, soyuq rəngdir. Sakitləşdirici təsirə malikdir. Bütün tünd rənglərlə əla görünür. Ayı tərənnüm edir. Avropa ölkələrinin əhalisi üçün ağ rəng cavanlığı, təmizliyi, nöqsansızlığı, bir sıra Şərq ölkələri, o cümlədən Yaponiyada və Çində matəmi və təhlükəni bildirir.
(səs: 0)
Şərhlər: 12
Baxılıb: 5 482
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri