Caduya meylli olan bürclər

Müəllif: Pure Love
Şərhlər: 8
Baxılıb: 9 283
Səs ver:
(səs: 0)
Qoç
Yalnız Qoçlar özünü istənilən sahədə inkişaf etdirə və uğur qazana bilər. Belə ki, onlar həm geyim əşyalarına, həm də suya mənfi və müsbət enerji ötürmək kimi gözəl qabiliyyətə malikdir. Qoçlar şəxsi əşyalardan, o cümlədən fotoşəkillərdən məlumat ala bilirlər. Bu, onlarda öz-özünə alınır.

Buğa
Maddi rifahla bağlı yaxşı fala baxır. Bu bürcün kiməsə ürəkdən uğur və pul arzulaması qüvvətli təsirə bərabərdir və onun istəyi dərhal reallaşacaq. Xüsusilə arzunu bir neçə dəfə təkrar etdikdə, onların gücünə şübhə yeri qalmır.

Əkizlər
Bu insanlar səsi ilə çox gözəl işləyir. Onların iş aləti şifahi andlar və hiylələrdir. Əkizlər güclü səs titrəyişləri ilə istənilən insanı özünə inandıra bilər.

Xərçəng
Təbiətən Xərçənglər sehrli manipulyasiyalara rəqibdir. Bununla belə fala baxmaq onların xoşuna gəlir. Gözəl psixoloq olan Xərçənglər insanı asanlıqla manipulyasiya edirlər. Ən maraqlısı odur ki, onların gələcəklə bağlı proqnozlarının 80%-i düz çıxır.

Şir
Zodiak işarələrinin ən alovlu bürcü sevgi ovsunlarında qəribə nəticələr əldə edə bilər. Güclü energetika, liderlik xüsusiyyətlərilə insanlara öz mövqeyini sırıyır və onları öz tərəfinə çəkə bilirlər.

Qız
Taro kartları, əl falı və runalar Qızların iş alətləridir. Axı bu bürcün nümayəndələri hər xırda məsələyə, hətta rəqəmlərə də diqqət edir. Onların udması üçün lotereya biletində sadəcə rəqəmlərə baxmaq və xoşuna gəldiyi rəqəmi seçmək kifayətdir.

Tərəzi
Tərəzilər ay çıxması, tufan, ildırım, şimşək, günəş çıxması və ya günəş qürubu kimi təbiət hadisələri zamanı daha yaxşı nəticələr əldə edir. Təbii daşlardan yaxşı talismanlar düzəldə bilərlər. Bu hədiyyələr uğur gətirir.

Əqrəb
Xüsusi, fövqəltəbii qüvvəyə malikdir. Bu bürcün nümayəndələri istənilən istiqamətdə öz gücünü göstərə bilər. Xüsusilə ev cadularını yaxşı bacarır. Əqrəb bir toz əsgisi ilə təkcə kiri deyil, həm də evin mənfi aurasını təmizləyə bilər.

Oxatan
Təbiətən təbibdirlər. Baş ağrısını əlləri ilə müalicə etməyi bacarır, xəstəliyin diaqnozunu qoyurlar. Onların sehrli yardımı dəqiq hədəf tələb edir, lakin o, işləyir.

Oğlaq
Təbiətlə ünsiyyət bacarığını tam inkişaf etdirə və bir çox suallara cavab ala bilərlər. Onlar əl falını dəqiq oxuyur, o cümlədən ulduz və rəqəm fallarında da güclüdürlər.

Dolça
Əgər insanlar Dolçalara inansa, onda onları aldatmayacaq. Bu bürclərin magiya qabiliyyəti ani sürətlə inkişaf edir. Və müvəffəqiyyətlə yeni fal metodlarını tapa və onları öyrədə bilərlər.

Balıq
Enerji cəhətdən güclü olduqları üçün qara magiya ilə qətiyyən maraqlanmayan adamlardır. Məkanı çirkləndirməməyə yox, təmizləməyə üstünlük verirlər. Bununla belə qəhvə, kart və runa falında da yaxşı öngörücüdür. Onların dediyi əlamətləri tez-tez real olur.

Xərçəng üçün ailə hər şeydən üstündür! Bu bürcün xanımlarından şikayətlənmək günahdır. O, həm ağıllı, həm də gözəl evdar xanımdır. Xərçəng qadınları ərinə böyük məmnuniyyətlə qulluq edir və qohumlarını sevir. Bundan böyük xoşbəxtlik arzulamaq olar? Axı ailə əsasdır. Odur ki, ailə vəzifələrinizi yerinə yetirməyə laqeydlik etməyin, əks halda cavabınızı layiqincə alacaqsınız! Və hansısa Qız bürcü ilə evləndiyinizə görə peşmançılıq çəkmək lazım deyil... Olmaz!
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 9 283
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri