12 Uşağa verilən güc

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 5 154
Səs ver:
(səs: 1)
"QOÇ! Sənə ilk toxumu əkmə qürurunu verirəm. Əktiyin hər bir toxuma qarşılıq əlində bir milyon toxum tapacaqsan, lakin onların böyümələrini görəcək vaxtın olmayacaq. İnsanların ağlına MƏNi yerləşdirəcək ilk insan sən olacaqsan, lakin bu düşüncəni inkişaf etdirmə ya da haqqında sual soruşmaq sənin vəzifən olmayacaq. Həyatın səbəbi hərəkətdir və bu hərəkət insanlara MƏNİM YARADICILIĞIMI xəbər verəcək. Yaxşı işləyə bilməyin üçün sənə ÖZÜNÜ BƏYƏNMƏ xüsusiyyətini verirəm."
"BUĞA! Sənə toxumu maddə halına gətirmə gücünü verirəm. Başlanmış olan bütün işləri sənin sonlandırman üçün vəzifən çox səbr istəməkdədir, əks halda toxumlar küləkdə sovrulub itəcəkdir. Etməyini istədiyim bu vəzifə üçün sual soruşmayacaq, işin ortasında fikrini dəyişdirməyəcək və başqalarından dəstək gözləməyəcəksən. Bunun üçün sənə GÜCLÜLÜYÜ verirəm.Onu ağıllı istifadə et."
"ƏKİZLƏR! Sənə insanların çevrələrində gördükləri şeyi başa düşmələrində kömək olmağın üçün cavabsız suallar verirəm. İnsanların niyə danışıb niyə dinlədiklərini heç bir zaman bilməyəcəksən, lakin cavab tapmaq üçün edəcəyin tədqiqatlarda sənə hədiyyə olan BİLİYi tapacaqsan."
"XƏRÇƏNG! Sənə insanlara duyğunu öyrətmə vəzifəsini verirəm. Bütün duyğunu yaşayaraq öyrənmələri və kama çatmaları üçün onları həm ağladıb həm güldürəcəksən. Sənə mənəvi cəhətdən böyüməyi artdıracaq olan AILE hədiyyəsini verirəm."
"ŞİR! Sənə YARADICILIĞIMIN bütün görkəmini dünyaya göstərmə vəzifəsini verirəm. Ancaq əzəmətində diqqətli olmalı və bu yaradıcılığın sənin deyil, MƏNİM oldugunu daim xatırlamalısan. Əgər bunu unutsan insanlar sənə hörmətsiz yanaşacaq. Bu vəzifəni yaxşı yerinə yetirsən böyük həzz alacaqsan. Bunun üçün sənə hədiyyəm QÜRURdur.
"QIZ! Səndə insanların MƏNİM YARATDIQLARIMLA nələr etdiklərini sınamanı istəyirəm. Onların nə etdiklərini diqqətlicə axtarıb qüsurlarını xatırladacaqsan və beləcə MƏNİM YARATDIQLARIMI yaxşıca öyrənmələrinə nail olacaqsan. Sənə bunu edə bilməyin üçün SAF DÜŞÜNCƏni hədiyyə edirəm."
"Tərəzi! Sənə insanların bir-birlərinə qarşı olan vəzifələrini xatırlaya bilmələri üçün xidmət bacarığını verirəm. Beləcə insanlar işbirliyini öyrənəcək və öz davranışlarının digər yönlərini də əks etdirmə bacarığını əldə edəcəklər. Və uyğunsuzluq olan hər yerə səni yerləşdirəcəm və bu səylərin üçün sənə hədiyyəm SEVGİdir."
"ƏQRƏB! Sənə çox çətin bir vəzifə verirəm. İnsanlara düşündüklərini anlama bacarığını verdiyim halda, anladıqlarını söyləməyinə icazə verməyəcəm. Bir neçə dəfə gördüklərinlə əzab çəkəcək və bu əzabla məndən uzaqlaşacaqsan. Bu acının məndən deyil mənim səhv anlaşılmış olmagimdan yarandığını unudacaqsan. Bir çox insanı heyvan kimi görəcək və onların heyvani xüsusiyyətləri ilə elə məşğul olacaqsan ki, yolunu çaşacaqsan, lakin sonda yenə MƏNƏ dönəcəksən. Əqrəb sənə hədiyyəm MƏQSƏDi verirəm."
"OXATAN! Səndən MƏNİ səhv anlayıb çarəsizliyə düşdüklərində insanları güldürməni istəyirəm. Güldürmə insanlara ümid verəcək və bu ümidlə insanların gözlərini MƏNƏ çevirmələrinə nail olacaqsan. Bir çox kişinin həyatına yalnız bir an üçün girəcək və girdiyin hər həyatın narahatlığını tanıyacaqsan. Sənə, qaranlıqdakı hər küncə çatıb aydınlata bilməyin üçün SONSUZ BƏRƏKƏT verirəm."
"OĞLAQ! Səndən insanlara işləməyi öyrətməyin üçün alın tərini istəyirəm. Bütün insanların yükünü çiyinlərində daşıyacağın üçün bu vəzifə heç də asan deyil. Amma bu boyunduruğun yükü üçün sənin əllərinə insanlığın MƏSULİYYƏTİNİ qoyuram."
"DOLÇA! Sənə insanların bütün imkanları görəbilmələri üçün gələcək anlayışını verirəm. MƏNİM SEVGİMİ fərdiləşdirməyin üçün təklik ağrısını çox hiss edəcəksən. İnsanların gözlərini yeni imkanlara çevirəbilmələri üçün sənə MÜSTƏQİLLİYİ hədiyyə edirəm."
"BALIQ! Sənə hamısından daha çətin bir vəzifə verirəm. Səndən insanların kədərlərini yığıb MƏNƏ geri gətirməyini istəyirəm. Sənin gözyaşların sonda mənim gözyaşlarım olacaq. Sənin topladığın kədərlər insanların MƏNİ səhv başa düşmələrindən doğan kədərdir, lakin sənin insanlara verəcəyin şəfqətlə onlar yenidən MƏNİ anlamağa çalışacaqdır. Bu çətin vəzifə üçün sənə ən böyük hədiyyəmi verirəm. Sən on iki uşağın arasında MƏNİ tək anlayan olacaqsan, lakin bu ANLAYIŞ tək sənin üçündür sən onu insanlara izah etmək istədiyində onlar səni dinləməyəcəklər."
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 5 154
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri