Saman altından su yeridən bürclər

Müəllif: Pure Love
Şərhlər: 11
Baxılıb: 10 103
Səs ver:
(səs: 3)
Qoç
Qoç bürcüləri inadkar və barışmazdır. Onların iddiası o dərəcədə böyükdür ki, bəzən öz daxili aləminin səsiylə belə inad edə bilərlər. Bu da onları özləriylə mübarizə aparan stolker edir. Tez-tez öz-özünə "Görəsən, o, yeni şəkil paylaşıb?", "Sevgilisi ilə barışıb” və s. bu kimi suallar üzərində baş sındırdıqdan sonra "Sənə nə!" cavabı ilə özünü sakitləşdirməyə çalışır.

Buğa
Buğa bürcləri kimisə gizli-gizli güdməyə ehtiyac duymur. Etsələr də, bunu gizlincə etməzlər. Yəni birini izləmək istəyirsə, edir, hətta suallar verib ünsiyyət qurur. Təqib etmək istəmirsə, vecinə də olmur. Bu səbəbdən də Buğaları stolker adlandırmaq doğru olmaz. Çünki stolkerin əsas məğzi gizlilikdir.

Əkizlər
Nə istədiyini bilməyən Əkizlər stolker olmasına baxmayaraq, ikili xarakteri ona bu işdə mane olur. Bir gün səhərdən axşama qədər kimisə stolk edə bilər, ertəsi gün tamamilə unuda bilər.

Xərçəng
Çox açıqsözlü, ailə canlı olsa da, bu məsələdə ən hiyləgər bürcdür. Buna baxmayaraq, hiyləgərliyi ona mahir stolker olmasına kömək etmir. Gizli-gizli izlədiyi şəxsin səhifəsində ya səhvən bəyən düyməsini basır, ya da nə cürsə özünü ələ verir, yaxud da söhbət zamanı ağzından müxtəlif məlumatları qaçırır.

Şir
Məlum olduğu kimi, Şir bürcləri çox qürurludur. Kimisə gizlin şəkildə təqib etmək onların qürurlarını çox incidir. Odur ki, tutulmamaq üçün hər şeyi edirlər. Amma hərdən bir işin üstü açıla bilər. Pərt olmuş Şirlər stolkerlikdən yalnız qısa bir müddət uzaq qala bilər. Heç vaxt məğlub olmaz və yorulmazlar.

Qız
Yetkin Qız bürcləri bir gün ərzində minlərlə detalı problemə çevrir. Xırdaçılığı ilə hər kəsi bezdirən Qızlar stolk məsələsində də ustalıqla nümayiş etdirə bilir. Bu səbəbdən onun sizi gizli-gizli izlədiyinə dair heç bir iz tapa bilmərsiniz. Qız bürcləri stolk mövzusunda ilk sıralarda yer alır.

Tərəzi
Tərəzi bürcləri bəzi məsələləri lazım gəldiyindən artıq şişirtməsi ilə məşhurdur. Gizli təqib məsələsində onlar da bacarıqlıdır, lakin həddi bəzən lap aşırlar. Məsələn, stolkladıqları bir insanın ən yaxın dostunu da, daha sonra ən yaxın dostunun qohumunu, onun ev yoldaşını və s. tanımadığı şəxsləri izləyə bilər. Tərəzi bürcləri haqqında məxfiliyi uğurlu, hədəf isə uğursuzdur demək olar.

Əqrəb
Ən peşəkar stolkerlər sözsüz ki, Əqrəblərdir. Əqrəb bürcü zodiak iaşarələri arasında intuisiyası ən qüvvətli bürcdür. Odur ki, arxadan iş çevirməkdə, saman altından su yeritmək kimi işlərdə də çox mahir olan Əqrəblərin stalk məsələsində uğurlu olması heç təəccüblü deyil. İllərlə sizi təqib edə, həyatınız haqqında məxfi məlumatlar əldə edə bilər, amma sizin bundan heç ruhunuz da inciməz. Qarda yeriyər, izini qoymaz. Çox gizli çalışırlar.

Oxatan
Oxatan bürcü şən, həyat dolu görünsə də, zaman-zaman enerjisi aşağı düşür. Sosial şəbəkələrdən istifadəsi də enerjisinin olub-olmamasından asılıdır. Kədərli olduğu vaxtlar sosial şəbəkələrdən adətən stlok məqsədiylə istifadə edir, xoşbəxt olduqda isə əksinə, sadəcə nə isə paylaşmaq məqsədli istifadə edir. Mahir stolker olduğu deyilə bilər.

Oğlaq
Oğlaq bürcləri özünü dəyərli hiss etməyi çox sevir. Bu səbəblə stolklayan tərəf deyil, stolklanan olmağı üstün tutur. Uğursuz stolker olması əslində qarşı tərəfin onun bu addımından xəbərdar olması istəyindən irəli gəlir. Stolk məsələsi onun üçün bir növ diqqət çəkmək üçün vasitədir. Həyatını, xoşbəxt anlarını, düşüncələrini başqalarına nümayiş etdirməkdən zövq alır, insanların onu izləməsi və təqib etməsi onda böyük bir həzz yaradır.

Dolça
Dəlilik və dahilik arasında qalan Dolça bürcləri idealistdir. Stolk etməkdə əsas məqsədi tənqid etmək və ya kiməsə dərs verməkdir. Özəl bir nəfəri deyil, bir çox adamı və ya hesabı gizli-gizli izləyir və tənqid etməkdən böyük həzz alaraq günü bağlayır.

Balıq
Sosial şəbəkələrdə insanların fəaliyyətlərini gizlin şəkildə izləmək Balıq bürcləri üçün bir növ əyləncədir. Ən yaxın dostları bir araya gələndə birlikdə əyləncə məqsədiylə hər kəsi güdməkdən zövq alırlar. Balıq bürcü də əslində insanların fəaliyyətlərini güdmək məsələsində çox mahirdir, eyni zamanda bunu pis niyyətlə etmir, məqsədi yalnız əylənməkdir. Xəyal dünyasının geniş olması sayəsində rəfiqələrinə yeni dedi-qodular çatdırır.
(səs: 3)
Şərhlər: 11
Baxılıb: 10 103
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri