Bürclər hərəkətlərinizdə diqqətli olun

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 6 542
Səs ver:
(səs: 0)
Qoç dostlar və yaxınlarla yanaşı, nüfuzlu şəxsin dəstəyinə bel bağlaya bilərsiniz. Yeni tanışlarınızın rəğbətini asanlıqla qazanırsınız. Təmaslarda diqqətli olun. Mühüm sənədlər imzalamaq, danışıqlar aparmaq olar.

Buğa işlər məcrasında olmasa belə, planlarınızdan imtina etməyin. İradəli və qətiyyətli olsanız, gün uğurludur. İşdə rəhbərlik və həmkarlarla fikir ayrılıqları yarana bilər.

Əkizlər israr və təkidlərə rəğmən mövqeyinizi müdafiə edin. Hadisələrin inkişaf məcrası sizin haqlı olduğunuzu, opponentlərinizin isə haqsızlığını göstərəcək.

Xərçəng planlaşdırılmamış səfər və ya səyahət uğurlu ola bilər. Yeni tanışlarla asanlıqla dil tapırsınız. Bu yaxınlara qədər bədxahlarınızı dəstəkləyən insanı öz tərəfinizə çəkə bilərsiniz. Axşam saatlarında diqqətli olun.

Şir çətin, qarışıq, mürəkkəb gündür. İşdə ciddi problemlər yarana bilər. Ciddi maliyyə itkiləri istisna deyil. Fəaliyyətinizdə ehtiyatlı olun. Mühüm sənədlərin imzalanmasını təxirə salın

Qız müttəfiqlərin yardımlarına bel bağlaya bilərsiniz. Onlar gərəkli anda köməyinizə gələcək, yaxşı məsləhət verəcəklər. Yeni, məhsuldar əməkdaşlığın başlanması mümkündür.

Tərəzi sərt və aqressiv danışmayın. Yəqin etmədiyiniz məqamla bağlı açıqlamalar verməyin. Əks təqdirdə yaxınlarınızla münasibətlərdə problemlər yaranacaq. Münaqişə yaratmayın. Çünki münaqişə yaranarsa, çox davam edəcək.

Əqrəb
gəlir və uğurlu sərmayə istisna deyil. Əvvəllər əxz etdiyiniz təcrübə günün ikinci yarısında karınıza gələcək.

Oxatan
hakimiyyət orqanlarının mənsubları ilə təmaslar üçün əlverişli zamandır. Sənədləşdirmə, hüquqi məsələlərin həlli ilə məşğul olmaq olar. İşdə rəhbərliklə münasibətlər normaldır. Peşəkarlıq və işgüzar məziyyətlərinizi nümayiş etdirmək imkanlarını əldən verməyin.

Oğlaq qarşınızda yeni imkanlar, cazibədar perspektivlər yaranır. Fəqət, qələbənin asanlıqla əldə olunacağını düşünməyin. İrəliləmək üçün zəhmət çəkmək gərəkdir.

Dolça həssas, güzəştlərə hazır olsanız, yaxınlarınızla münaqişədən yayına bilərsiniz. Mövqeyinizi müdafiə edərkən ətrafınızdakı insanların dediklərinə qulaq asın. Onların dediklərində məntiq var.

Balıqlar bu gün yaşamınızda köklü dəyişikliklərə səbəb ola biləcək taleyüklü qərarlar verməyin. Mühüm görüş və ya danışıqlar planlaşdırılıbsa, etibar etdiyiniz insandan, müttəfiqdən dəstək alın. Vaxta qənaət etməyin.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 6 542
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri