Bürclər: Əsəblərinizi sınayanlar çox olacaq,ehtiyatlı olun

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 4 617
Səs ver:
(səs: 0)
Qoç baş verənlərə böyük məsuliyyətlə yanaşın. Qarşınızda böyük perspektivlər yarana bilər. Eyni zamanda, diqqətsiz və laqeyd olsanız, imkanları əldən verəcəksiniz. Yaşananları sürələ təhlil etmək istəsəniz də, alınmayacaq. Hissiyatınıza güvənin, mühüm anlaşmanı və ya verdiyiniz vədi pozmayın.

Buğa gün ərzində baş verən dəyişiklikləri dəyərləndirmək üçün hissiyatınıza etibar edin. Enerjinizi mənasız yerlərə xərcləməyin, daha çox faydalı işlər görməyə çalışın. Yaranmış şansı əldən verməmək üçün mühüm, məqsədyönlü fəaliyyətə başlayın. Elektron poçtunuzu yoxlayın.

Əkizlər şxsi münasibətlərdə prinsipial mövqeyinizi dəyişməyin. Belədə, ciddi itki verəndən üstünlüklərdən yararlana bilərsiniz. Yeni, faydalı məlumatın axtarılmasına daha çox diqqət verin. Ümumi planlar və maraqlarınızın olduğu insanlarla təmaslarda olun. Görüş, danışıq və ya yazışmada yeni perspektivlər yarana bilər.

Xərçəng
inizlə bağlı önəmli xəbər ala bilərsiniz. İşdən savayı, ailə-məişət qayğıları və münasibətlər də diqqət, aktivlik tələb edir. Axşam saatlarını ünsiyyətdə olun. Yeni təəssüratlara ehtiyacınız var.

Şir gərginlik hiss olunan bütün sahələrdə nizam yaradılması üçün uğurlu gündür. Hadisələr sizi "ayıldacaq" və müəyyən məsələ konkretləşəcək. Münasibətlərdə çətinliklər yaranacaq. Fəqət səmimilik və aşkarlıq aranızdakı münasibətləri yeni səviyyəyə çıxaracaq. Dəyərləndirin, təhlil edin - hər şey yaxşı ola bilər. Maraqlandığınız informasiyanı arayın.

Qız
qorxu, əməllərin doğru olması ilə bağlı şübhələr, yaxın ətrafdakı insanlardan birindən kəskin narazılıq mümkündür. Şərait baş verənlərin mənzərəsini qəflətən dəyişərək stress yarada bilər. Alınan məlumatlar və yaranan problemlərin təcili təhlil olunması gərəkdir. Hər şey göründüyü kimi pis deyil. Nevroz gündür, amma sabah hər şey fərqli olacaq.

Tərəzi emosional durumunuz yaxın ətrafınızdakı insanlara təsir edir. Həyatınıza hansısa yeni mövzu, şərt müdaxilə edir. Yeni maraq, yeni istək və əyləncə hissi peyda olur. Narahatlıq və təlaş yaranarsa, onun səbəbini anlamağa çalışın. Yeni təmaslar və tanışlıqlarda perspektivin anlaşılması, mühüm suallara cavabların alınması mümkündür.

Əqrəb
başqası həyatınıza aktiv müdaxilə etməyə can atdığı bir vaxtda nəyisə çətinləşdirmək, mürəkkəbləşdirmək gərək deyil. Həyatın vadar etdiyi seçimdən qaçmağa dəyməz. Real və ya virtual ünsiyyətdə özünüz üçün önəmli nəticəyə gələ bilərsiniz.

Oxatan gözlənilməz sevinc, heyrət və ya stressə səbəb ola biləcək hadisə baş verəcək. Təcili ivə orijinal həll tələb olunduğu bu gündə planlar qurmaq çətindir. Bütün ideya və təkliflərə diqqətlə yanaşın. Evə baş çəkin. Xüsusi ehtiyac yoxdursa, təmirə başlamayın və ya nəyisə təmir etməyə çalışmayın.

Oğlaq ailə üzvləri və yaxınlarınızın qayğısına qalın. Uşaqlar sizə yaxın olsunlar. Valideynlərlə münasibətləri aydınlaşdırmağa çalışmayın. Əks təqdirdə səbəbsiz münaqişə qaçılmazdır. Münasibətlərdə gərginlik yarana bilər.

Dolça
imkan yaranarsa, mühüm işlərdə bu gün taym-aut götürün və ifrat məsuliyyətlə konkret səylər tələb etməyən rutin işlərlə məşğul olun. Bununla belə, işlərdə və ya münasibətlərdə mühüm dönüşə səbəb ola biləcək spontan vəziyyət yarana bilər. Bütün hallarda və şərtlərdə çevik, qıvraq, məsuliyyətli və soyuqqanlı olmağa çalışın.

Balıqlar Merkuri və Uranın qarşılıqlı münasibətləri aktivləşib. Enerji itkisi, daxili durumda kəskin dəyişiklik, işə və ya insana münasibətin dəyişməsi mümkündür. Xəbərləri izləməklə yanaşı, reaksiyaya da nəzarət etmək gərəkdir. Ailə münasibətləri, yaxın adamlarla təmaslardakı hisslər sınağa çəkiləcək. Qəfil səciyyəli olay, hətta münasibətlərin kəsilməsi istisna deyil.
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 4 617
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri