Bürclər: Xırda işlərə görə hirslənməyin..

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 3 127
Səs ver:
(səs: 1)
Qoç yaxın ətrafınızdakı insanlarla münasibətlər rəvan olmayacaq. Hətta əvvəllər əla münasibətlərinizin olduğu insanlarla ünsiyyətdə sərinlik yarana bilər.

Buğa sakit istirahət, dəyər verdiyiniz insanlarla ünsiyyət üçündür. İnsanların gur olacağı tədbirlərə qatılmayın - yorularsınız. Yeni tanışlıqlar yaratmağa tələsməyin. Layiq olmayan insana dəyər verə bilərsiniz.

Əkizlər kiçik anlaşılmazlıqlar təlaş və narahatlıq üçün yetərli səbəb olmamalıdır. Xırda işlərə görə inciməyin, hirslənməyin.

Xərçəng tərəfdaş və ya iş yoldaşları ilə dərhal, tezlikldə anlaşma əldə etmək çətindir. İndi əsas məsələ yaxın insanları incitməmək, küsdürməməkdir.

Şir işləri qaydaya salmaq çətin olsa da, mümkündür. Ciddi çalışın, önəmli məsələləri diqqətdən qaçırmayın. Günün ilk yarısı işgüzar məsələlərin həlli, sövdələşmə və anlaşmalar üçün əlverişli deyil.

Qız ifrat dərəcə yorğunluğa imkan verməyin. Belə yorğunluq səhhətinizə pis təsir edərək orqanizminizdə ağrılar yarada bilər.

Tərəzi gün o qədər də uğurlu sayıla bilməz. Emosional fon stabil deyil, ən xırda və kiçik məsələlərə görə qıcıqlanır, sinirlənirsiniz. Dostlardan və ya qohumlardan biri ilə kiçik münaqişə istisna deyil

Əqrəb səfər, səyahət, ezamiyyət, yarımçıq qalmış işlərin başa vurulması üçün əlverişidir. Mühüm görüş, toplantı da işlərin gedişatına xeyirlidir.

Oxatan rəvan olmayan gündür. Səhər saatları uğurla başlanacaq. Hər şey istənilən kimi olacaq, başladığınız işlərdə istədiyinizə nail olacaqsınız.

Oğlaq şəxsi münasibətlər müstəvisində sevdiyiniz insanla dil tapın. Yaşamınızda mühüm rol oynaya biləcək yeni romantik münasibət formalaşa bilər.

Dolça bədxah və rəqiblər xəbərsiz, süst olarkən siz irəliləyin. Danışıqlarda diplomatcasına, soyuqqanlı davranın. Belə davranışda fayda var.

Balıqlar uğurlu gündür. Məqsədinizə çatmaq üçün intensiv çalışın. İşgüzar intuisiyanız kəskin olsun. Məhz hissiyatınıza güvənərək doğru qərarları sürətlə qəbul edin.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 3 127
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri