Onu bürcünə görə pis vərdişlərindən uzaqlaşdırın

Müəllif: Pure Love
Şərhlər: 4
Baxılıb: 10 912
Səs ver:
(səs: 4)
Qoç bürcü
Özünü bəyənən və üstün görən qoç bürcünə bu xüsusiyyəti ilə yaxınlaşsanız inadı sayəsində onu siqaretdən uzaqlaşdıra bilərsiniz…
İdmanda müvəffəqiyyətli olar və bədəni möhkəmdir. Buna görə onu idmana istiqamətləndirərək bu pis vərdişlərindən qısa zamanda uzaqlaşdıra bilərsiniz.
Xəstəliyi heç sevməz. Xəstəliyini gizləyər. Bədəninin möhkəmliyinə və təmizliyinə çox diqqət göstərən qoç bürcününün bu xüsusiyyətini də ona qarşı çevirərək istifadə edə bilərsiniz. Dişlərinin saraldığını və pis iy verdiyini deyərək onu siqaretdən soyuda bilərsiniz…
Başqalarından əmr almağa dözə bilməz. Müstəqillik onun üçün əhəmiyyətlidir. Buna görə qoça əmrlərdən çox xaişlər edərək və onu sakitləşdirərək siqareti buraxdıra bilərsiniz…

Buğa bürcü

İştahlıdır. Həyatın gözəl və ləzzətli olan hər şeyinə qarşı iştahı vardır. Buna görə siqaretdən bir dəfə xoşlansa ondan bir daha ayrılması çətin olar. Lakin, ona siqaretdən daha yaxşı alternativlər təqdim edə bilsəniz çox da çətinlik çəkmədən siqareti yeni kəşflərinə tərk edə bilər…
Möhkəm və sağlamdır, amma xəstələndiyi zaman müqaviməti itər. Həkimlərə etibarı azdır. Xəstəlik mövzusunda ətrafındakıların və öz məlumatlılarına daha çox güvənər. Bu səbəbdən keçirdiyi xəstəliklərin böyük ölçüdə siqaretə bağlı olduğunu deyərək onu aldada bilərsiniz.
Uşaqları çox sevərlər. Və onlar üçün böyük diqqət göstərərlər. Bu səbəbdən onların yanında siqaret çəkməməsini asanlıqla təmin edə bilərsiniz. Bir buğaya siqareti buraxdırmanın ən yaxşı yolu onu bir uşaq sahibi etməkdir.
Utancaq, sakit və dincdirlər. Bu dincliyinin yanında davamlı danışaraq ya da diqqətinin bölünməsindən nifrət edər. Buna görə ona siqaret mövzusunda ardı arxası bitməyən şikayətlə etməniz işə yaraya bilər….

Əkizlər bürcü

Onlara siqaretin təmizliyi və sağlamlığı necə mənfi təsir edəcəyini izah edin yetər.. Dərhal qaza gəlib buraxa bilərlər beləcə sizdə məqsədinizə çatmış olarsınız..

Xərçəng bürcü

Hər şeydən əvvəl tərbiyəli və nəzakətlidir.
Sənli mənli olmaqdan xoşlanmaz. Çünki asaca güvənə bilməz. Daim başında bəzi şübhələr vardır. Buna görə ona yaxınlaşarkən çox diqqətli olmanız lazımdır. Xərçəng bürcünə siqareti buraxması mövzusunda verəcəyiniz təlqinlərdən əvvəl onun güvənə biləcəyi bir dostu olmağa diqqət göstərməlisiniz. Beləcə sizin sözlərinizi asanlıqla qəbul edə bilər və siqareti qısa zamanda tərk edə bilər.
Evinə və ailəsinə düşkün olan bu bürcün nümayəndələri ilk olaraq sizi ailəsiylə müqayisə edəcək. Çünki o ailəsinə çox bağlıdır. O ailəsi kimi şəfqətli, mərhəmətli, evinə bağlı, ailəsinə baxan birinə asanlıqla güvənə bilər. Xərçəng bürcünə siqareti atması mövzusunda yanaşmalarda olmadan əvvəl ailəsiylə yaxşı dolanmağı təcrübə edə bilərsiniz…

Şir bürcü
Qüruru çoxdur. Onun üçün bu bürcün nümayəndəsinin qürurunu oxşamalısınız. Bu yöndə verəcəyiniz məsləhətlərlə şir bürcünə siqareti buraxdırmaqda müvəffəqiyyətli ola bilərsiniz.
Hirsi yandırıcıdır, lakin onu tez sakitləşdirə bilərsiniz. Buna görə ona yaxınlaşarkən istəmədiyi bir şeyi zorlaetdirməyin. İşləri yavaş-yavaş yoluna qoyaraq sınamaq daha qəti həllər gətirə bilər. Siqareti atma mövzusunda şir nümayəndəsinə edə biləcəyiniz ən böyük kömək gəzib əylənməyə olan düşkünlüyünü qarşılamaqdır. Beləcə onu siqaretdən uzaq tuta bilər və başqa sahələrə çəkə bilərsiniz

Qız bürcü

Təmiz, tərtibli, yaxşı niyyətli və bir o qədər də utancaq bir tipdir. Qız bürcünün bu xüsusiyyətlərindən faydalanaraq onun siqaretdən uzaqlaşmasını təmin edə bilərsiniz. Utancaqlığı sayəsində ətrafında çox insan yoxdur və yaxşı əlaqələr qura bilməz. Onunla möhkəm bir dostluq qura bilsəniz rahatlıqla sizə güvənə bilər və siqaretdən sizin ifadələriniz istiqamətində uzaqlaşa bilər. Onu ailəsi, bir yaxını və sevgilisi hər vaxt kömək etməkdədir.
Hava tiplərdən nifrət edər. Məlumata, nəzakətliliyə, zərifliyə, nəzakətə əhəmiyyət verər.
Təmizliyə çox düşkündür. O hər şeyin tərtəmiz olamsını istər. Xəstəlik qorxusu vardır. Bağçanı təbiəti çox sevər. Xüsusilə xəstəlik və təmizlik mövzusunda məsləhət verməyi bacara bilsəniz onu asanlıqla siqaretdən uzaqlaşdıra bilərsiniz. Siqareti unutdura bilmək üçün onu bağça və təbiət mövzusundakı hobbiləri ilə əyləndirə bilərsiniz….

Tərəzi bürcü

Zövqlü, gözəl olana düşkün, dürüst, balanslı, yaxşı niyyətli, nəzakətli, ədalətli biridir. Buna görə ona yanaşmalarınızda özünüz olun və maska taxmaqdan qaçın. Belə davrandığınız müddətcə onunla möhkəm əlaqələr qura bilər və özünüzə güvənməsini təmin edə bilərsiniz. Beləliklə sizin söylədikləriniz sözlərə asanlıqla güvənə bilər və siqaretdən bu sözlərlə uzaqlaşmasını təmin edə bilərsiniz.
Dürüst və ədalətlidir. Verdiyi sözləri tutmağa da xüsusilə diqqət yetirər. Onun ağızından bir dəfə "Siqareti buraxmaq istəyirəm" sözünü çıxarda bilsəniz gerisi asandır. Lakin qarşılıq olaraq da sizdən eyni şeyi gözləyəcək. Buna görə hər vaxt ilk addımı siz atmalısınız ya da öz etdiyi davranışa yoldaşa dəyər bir davranışla yaxınlaşmalısınız.
Çox iştahlı deyil. Amma gözəl, seçmə yeməkləri sevər. Onu yeməklərlə təsir edib siqaretdən uzaqlaşdırmağı bacara bilərsiniz. Lakin diqqət yetirməlisiniz, bir dəfə səhv etsəniz geri dönmə ya da başdan başlama şansınız bir daha olmağa bilər. Baxımsızlıqdan çox sıxılar. Onun ətrafı daim təmiz, ütülü olduğu görülər. Siqareti ona pis qoxu verdiyi ya da üzərində pis bir imic buraxdığını desəniz təsirli olmağı bacara bilərsiniz.

Əqrəb bürcü

O analizçi başı sayəsində qarşısındakı insanı tez araşdırar və anlar.
Əksəriyyəti içkiyə düşkündür. Onlar həm yeməyi həm içməyi sevərlər. Onu siqaretdən uzaqlaşdırarkən önünə siqaret yerinə keçici bir müddət olaraq içkini və qısa aperatif yeməkləri sinaya bilərsiniz. Tək bunu edərkən müddəti yaxşı nizamlamanız lazımdır. Əks halda spirtli bir kök yarada bilərsiniz…

Oxatan bürcü

Şən, hərəkətli, canayaxın, həyatı sevən birdir.
O marağı səbəbindən xeyli mövzuya maraq duyar və geniş bir məlumatı vardır. Bu məlumat dağarcığını paylaşmaqdan çox xoşlanar. Bu xüsusiyyəti sayəsində onunla asanca bir unsiyyət qura bilərsiniz. Daha sonra bu unsiyyəti istifadə edərək onunla asanca ünsiyyətə keçə bilər və təsir edə bilərsiniz. Bundan sonrası isə tamamilə sizin siqareti ata bilmə mövzusundakı razısalma qabiliyyətinizə qalmışdır.
Məhdudlaşdırılmağa gəlməz. Başa əhəmiyyət verər. Fikirlər, sözlər hər cür mövzu onun üçün maraqlıdır. Uzun danışmaları sevər və hörmət edər. Bu uzun danışmalar arasında sizin doğruluğuna inandığı fikirlərinizi almaq və həyatında tətbiqə keçirər. Bu xüsusiyyəti sayəsində ona inana biləcəyi məsləhətlər verə bilər və onu təsir edə bilərsiniz. Bundan sonrası isə tamamiylə sizə qalmışdır. Siqaret mövzusunda davam etdirə biləcəyi davamlılıqda sizə bağlıdır…

Oğlaq bürcü

Təmkinli, inadçı, çalışqan, mədəni, şən, yüksəlməyi arzu edən, başlı və güclü biridir. İçinə qapalıdır və hislərini bildirməz. Lakin sizə açıla bilməsini təmin edə bilsəniz, onu asanlıqla təsir edə bilər və sözlərinizə inandıra bilərsiniz.
Ehtiraslıdır. O çox gənc yaşdan etibarən yüksəlməyi, müvəffəqiyyətə çatmağı xəyal edər. Onun bu yüksəlmə yolunda tüstünün olmadığına inandıra bilsəniz gerisi olduqca asanlaşar.
Pulun onun üçün böyük əhəmiyyəti vardır. Ona "gözü pulda" deyilə bilməz, lakin pulun gücünü, bununla nələr əldə edilə biləcəyini çox yaxşı bilər. Oğlaq bürcü nümayəndələrinin önünə siqaret mövzusunda yaxşı bir aylıq ya da illik hesablama çıxarsanız bu pulu siqaretə verməkdən çəkinməsini təmin edə bilərsiniz.
Evinə, ailəsinə, yaxınlarına düşkün və adətlərinə də çox bağlıdır. Ənənələri mövzusunda ona kiçik hobbilər əldə etdirə bilərsiniz. Beləcə siqaretdən bir az uzaqlaşmasını və boş vaxtlarını doldurmasını təmin edə bilərsiniz…

Dolça bürcü
Cazibəli olduqlarından arxalarında xeyli insan vardır. Lakin axtardığı gerçək insan olmağı bacara bilsəniz, onu ovucunuzun içinə asanlıqla ala bilər və istədiklərinizi asanlıqla etdirə bilərsiniz.
Məlumata əhəmiyyət verər. Onun üçün milyardlar deyil, mədəniyyət əhəmiyyət daşıyar. Buna görə onunla məlumatınız istiqamətində faydalı söhbətlərdə edə bilərsiniz. Bu danışmalar əsnasında onu asanlıqla təsir edə bilər və dediklərimizə inanmasını təmin edə bilərsiniz. Beləliklə siqareti qısa zamanda buraxa bilər və yerinə yeni şeylər qoymasını təmin edə bilərsiniz.
Danışmağı və fikirlərini açıqlayaraq qarşısındakına zövq verməyi istər. Özünü bəyənər. Hissləri çox qüvvətlidir. Buna görə kifayət qədər diqqətli olmaq məcburiyyətindəsiniz. Onun məsləhətlərinizə siqaretdən uzaqlaşması yerinə bir anda sizdən uzaqlaşmasını təmin edə bilərsiniz…

Balıq bürcü
O başqalarına heç bənzəməyən, hislərinin əsiri ola bilən, lakin başını fövqəladə istifadə etməsini bilən biridir.
Bu şəxsiyyətlər hər şeydən əvvəl cüt fikirlidir. Yəni onun qərar verməsi asan deyil. Ən kiçik işdə də ən əhəmiyyətli məsələdə də o asanca qərar verə bilməz. Bu qərarlarında böyük ölçüdə köməyə ehtiyac duyacaq. Elə bu zamanda dövrəyə girərək onu öz fikirlərinizlə təsir edə bilər və sizə hörmət etməsini təmin edə bilərsiniz. Bundan sonra işiniz təxmin etdiyinizdən daha da asanlaşacaq. Zamanın doğruluğuna siz qərar verin. Doğru zamanın gəldiyini düşündüyünüz anda siqaret mövzusunda danışmalar başlaya bilərsiniz.
Son dərəcə həssas və mərhəmətlidir. Hər kəs bu xasiyyətini bildiyi üçün ondan kömək istər. Lakin əslində hər vaxt köməyə ihtiyacaı olan ətrafındakılar deyil özüdür. Qərarlar mövzusunda ehtiyac hiss etdiyi köməklər əslində bütün həyatında da təsirlidir. Bu köməklər istiqamətində onula asanlıqla razısalma edə bilərsiniz.

Gözəlliyin pərəstişkarıdır. Həyatında daim gözəllik olmalıdır. Sevəcəyi qadın da gözəl olacaq. Bəlkə siz dünyanın ən gözəli deyilsiniz, lakin bu kişi sizi bəyənib bağlandıqdan sonra daha gözəl biri olmadığına inanacaq. Buna görə özünüzə diqqət göstərməli və onun fikirlərinə hörmət etməlisiniz. Beləcə onun xülyalarınızda yerinizi almış olarsınız və ifadələriniz artıq onun üçün bir əmrlər zəncirinə çevrilmiş olar. Bundan sonrası sizin üçün olduqca asan olacaq. Zaman irəlilədikcə də onun yaddaşından asanlıqla siqaret sözcüyünü silə bilərsiniz..
(səs: 4)
Şərhlər: 4
Baxılıb: 10 912
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri