Ətirinizi bürcünüzə görə seçin

Müəllif: Pure Love
Şərhlər: 5
Baxılıb: 11 063
Səs ver:
(səs: 2)
Su qrupu: Xərçəng, balıq, əqrəb
Təcrübəli və zərif su qadınının müdhiş bir estetik gözü vardır. İş masasındakı qələmlikdən evindəki aksesuarlara, saçına taxdığı broşdan istifadə etdiyi ətirə qədər, həyatındakı bütün detallar onun incə zövqünü əks etdirər. Geyim onun üçün gerçək bir ehtirasdır və modanı izləmək bir tərəfə, tərzini öz yaradar. Daim baxımlı olan su qadını, şəhərin ən yaxşı gözəllik mərkəzlərinin daimi müştərisidir. Daim baxımlı görünməyi seçən su qadını, özünü ən pis hiss etdiyi zamanlarda belə dodaq boyasını yeniləməyə laqeyd yanaşmaz. O, eleqant məkanlarda, eleqant dostlarıyla saatlarla davam edən söhbətlərə qatılmaqdan xoşlanar. Tam bir keyfiyyət aşiqi olan su qadını,insanlar çox bir mühitdə zərifliyi və qoxusuyla diqqət çəkər. Özündəki zərifliyi tamamlayan təmiz qoxular, onun dünyasındakı gözəlliyin tamamlayıcısıdır.

Hava qrupu: Dolça, əkizlər, tərəzi
Müasir, maraqlı və inadkar. Möhkəm bir araştırmaçı olan hava qadını, sərhədsiz bir kəşf duyğusuyla doludur. Özündən əmin, enerjili quruluşuyla axtardığı cavabları tapmadan rahat buraxmaz. Kariera hava qadınının həyat tərzi və vitrinidir. Buna görə də, bədənə dəyər dəyməz partlama hissi yaradan, enerjisinə və təxəyyülünə ayaq uydura biləcək qoxuları seçər. O, istifadə etdiyi qoxunun həyat tərzini və güclü şəxsiyyətini ifadə etməsi istər. Az və öz olanı sevən hava qadını, keçmişi çox düşünər ,ancaq ona bağlı deyil. Açıq və dobra quruluşuyla, ən şişirdilmiş detalları da müdhiş bir sadəliklə təqdim edə bilər. Seçici hava qadını, qoxusu sadə və pərdə pərdə yayılan qoxuları seçməlidir.

Od qrupu: Qoç, şir, oxatan
Ehtiraslı və seksual od qadını, diqqət çəkməyi, maksimalist detalları və komplimentləri sevər. Girdiyi hər mühitdə bir anda bütün baxışları yandırıcı təsiri altına almağı bacarar. Cinsi cazibədarlığı və cazibəsi od qadınına tanınan ən böyük imtiyazdır. Eşqbazlıq etməyi sevən od qadını üçün, yer və zaman əhəmiyyətli deyil. Ofisdə, tətildə, yeməkdə hətta uçan şarın içində... Ədviyyat qoxuları onun dişiliyini əks etdirər. O, cana yaxın, feminist bə bankirdir. Ətiri də onun kimi özünə yavaş yavaş çəkən, sonunda bir ehtirasa çevrilən notalara sahib olmalıdır. Od qadını, davamlı arzulanar və özü də bunun fərqindədir. Bədəninə yayılan ətir də eynilə onun kimi dəbdəbəli və frapandır.

Torpaq qrupu: Buğa, qız, oğlaq
Torpaq bürcləri forma verər, infrastruktur qurar və meydana gətirər. Zodyakın istehsalçılarıdır və hadisələri reallaşdırarlar. Özlərinin ya da yaxınlarının yuxularını reallaşdırarlar. Şəkil etməkdən büdcə çıxarmağa, iş proqramından, iş axışına və zamanında bitirməyə qədər bir işin bütün mərhələlərini yaxşı qavrayar və edərlər. Özlərini etdikləri işə həsr edən, məsuliyyət sahibi olan insanlardır. Bacarıqlarının böyük bir hissəsini praktik olmalarına və əllərindəki qaynaqları yaxşı istifadə etmələrinə borcludurlar. Həqiqidirlər və anlayışa qabiliyyətləri inkişaf etmişdir. Son dərəcə dəqiqdirlər və zamanlamaları yaxşıdır. Sadiq, səbrli və balanslıdırlar. Tədbirli, mühafizəkar bir şəxsiyyətə sahib olduqları üçün ani qərarlar verməz, addımlarını düşünərək təyin edərlər. Bu sayədə pul, zaman və enerjilərini boşa xərcləməzlər. Uzun vədəli planlı edərlər. Son dərəcə ehtiraslı, qərarlı oluşları və qüvvətli iradələri ilə istədikləri mövzularda çox müvəffəqiyyətli olarlar.
Buğa bürcü torpaq ünsürü xüsusiyyətlərini sahib olduğu şeylər ilə və təhlükəsizlik axtarışı ilə işarələnir. Buğa bürcünün həssas və maddəyə düşkün quruluşu onları çox yaxşı muzey idarəçiləri edər. Sənət əsərlərini, qiymətli şeyləri toplamağa və qorumağa maraqlıdır.

Qızdakı torpaq qrupu xüsusiyyətləri isə sağlamlıq mövzularına düşkünlük şəklində özünə göstərər. Bir çox həkim, bioloq qız bürcündəndir. Qız bürcü 6 evin idarəçisidir və sağlamlıq, gündəlik işlər, xidmət mövzularını idarə edər. Başqa bir deyişlə qızlar torpaq ünsürü xüsusiyyətlərini araşdırma, nizamlılıq, dəqiqlik və çalışqanlıqları ilə ortaya qoyarlar. Etdikləri işin ən incə detalına qədər enib, qüsursuz hala gətirərlər. Qızlardan böyük yazarlar, idarəçilər, kitabxanaçılar, mühasiblər çıxar. Nizam və diqqət istəyən işlərdə qüsurdurlar.

Oğlaq bürcü, torpaq qrupu xüsusiyyətlərini dövlətdə və böyük işlətmələrdəki ierarxiyadakı mövqeyi ilə göstərər. Böyük firmalar və dövlət, nizam olmadığı təqdirdə böyük qarışıqlıq olacağının fərqindədirlər. Oğlaq bürcü əmr zəncirini yaxşı anlar və ierarxiyaya hörmət göstərər. Buna görə də böyük quruluşlarda sonda səlahiyyət sahibi və etibarlı insanlar olarlar. Oğlaq bürcləri ümumiyyətlə böyük şirkətlərdə hissə başçısı ya da şirkət idarəçiləri olar.
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 11 063
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri