Əqrəb bürcü haqqında hər şey

Müəllif: Sebine N-lee
Şərhlər: 5
Baxılıb: 10200
Paylaş:
Səs ver:
(səs: 2)
Qrupunuz : Su

Uğurlu gününüz : Çərşənbə axşamı

Uğurlu ədədiniz : 9

Uğurları : Yaradıcıdır, bir əqrəb kişisindən heç bir qadın imtina etməz adətən. Çox zaman doğum tarixindəki rəqəmlər heyranedici olur

Uğurlu rəngləriniz : Canlı qırmızı, qara

Uğurlu çiçəkləriniz : Qırmızı qərənfil, hanımeli, atəş çiçəyi

Uğurlu qoxunlarınız : Müşk, manolya

Uğurlu musiqi : Marşlar və canlı parçalar

Ən xas xüsusiyyəti : Seks simvolu olmağı

Ən böyük əməliniz : Zənginlik

Ən böyük səhviniz : Mərhəmətsizlik

Ən böyük arzunuz : Ömür boyu güvən

Əqrəb bürcü olan şəxsləri ifadə etmək , çox çətindir, çünki hər vaxt uc nöqtədədirlər. Bütün işlərdə ən uğurlu olanlardır. Tam fərqli olarlar. Onlar üçün yarım ölçü yoxdur. İstəkləri ilə(xüsusilə cinsilik mövzusunda) təyin olunsalar da , onların istək və ehtirasları cinsəlliklə yanaşı hər sahədə də eynidir. Əqrəb bürcünü təyin edən cümlə, "ARZULAYIRAM"dır. Buna görə heç bir şeyi yarım buraxmaz, tam yaşayarlar. Həyata gücləri qədər fiziki gücləri də qüvvətlidir. Hər an partlamağa hazır yanardağ kimidirlər. Əqrəblərin gücləri gözlərindən oxunar. Mimikalarını idarə altında tutsalar belə baxışları ilə sevgilərini ya da nifrətlərini ifadə edə bilərlər. Qızğın bir Əqrəbin gözləri bir Aslanı belə yolundan çevirə bilər. Duyğularına qapılsalar təhlükəli ola biləcəkləri üçün hərəkətlərini davamlı şəkildə məntiq idarəsi altında tutmağa çalışmalıdırlar. Bu bürcdən ən yaxşı və ən pis insanlar çıxa bilər. Qanunları"ya həmişə ya heç vaxt"dir. Çoxbilmiş, özünü bəyənmiş və ikiüzlü insanları sevməz, bu tipləri alçaltmaqdan zövq alarlar. Bir az patavatsız və kobud kəslər olub, acı danışarlar. Uzlaşmağa yanaşmazlar. Əqrəblər sevilməməkdən qorxmazlar amma diqqətə alınmaq istəyərlər. Fikirlərini qəbul etdirmə mövzusunda zidd düşməkdən və təsdiqlənməməkdən çəkinməzlər.

Şübhəçi olduqlarından asan ə, lakin inandıqlarını sonuna qədər müdafiə edər, güzəşt verməzlər. özlərindən başqasına güvənməz, yeni düşüncələri asan qəbul etməzlər. Nifrət və hərəkətləri gerçəyə deyil şəxsi səbəblərə söykənər.

İstədiklərini əldə etmək üçün istifadə etdikləri taktikalar mərhəmətsizdir. Özlərinə ədalətli davranmadığını hiss etsələr qisas ala bilmək üçün əllərindən gələni edən kəslərdir.

[center] Əqrəblər işlərini tək başlarına etməyi sevər, bunu da bacararlar. Nümayişi sevmədikləri üçün başqalarının onun etdiyi işi bilməsi əhəmiyyətli deyil. Yetər ki özünü bilsin. Həyat onlar üçün ciddi bir işdir. Səbir və diqqətlə çalışar, hədəfdən çaşmazlar. Maneələrini necə aşa biləcəklərini sezər, fiziki dayanıqlılıqlarının köməyi ilə iş bitənə qədər buraxmazlar və həyata doğulmaqdan başqa borcları olmadığına inanarlar.

Əqrəblər özlərini aldatmaz, gerçəklə acı olsa da üz-üzə gəlməkdən qaçınmazlar. Qarşılarındakının zəif yanını kəşf etdikləri zaman çətinlik çəkmədən bunu silah olaraq istifadə etməkdən də çəkinməzlər. İnandıqlarını açıqca və acı şəkildə söylədiklərindən çox düşmən qazanarlar.

Bütün sadəliklərə yaxın amma qanuna qarşı ola bilən, yaxşıya və doğruya tək özlərinin qərar verə biləcəklərinə inanan şəxslərdir. Spirtə, həddindən artıq yemə-içməyə uyğundurlar. Həyatları boyunca bir şey üçün çalışar, məqsədə çatınca başqa bir şeyə başlar və ancaq özlərinə yenilərlər.

Zəif Əqrəblər isə zəhərlərini içlərinə axıdar, öz özlərinin dağıtmasına səbəb olarlar. Pis bir əqrəb, qisas almaq üçün hər şeyi edə biləcəyindən son dərəcə təhlükəli olduğu kimi, yaxşı bir Əqrəbdə gücünü müsbət istiqamətdə istifadə edərək insan sevgisi ilə yaxşı bir öndər ola bilər.

Əqrəb bürcü cinsellik, ölüm və yenilik bürcüdür. Həyat və ölüm, sirrli olduğu üçün onlara cazibədar gəlir. Cinsilik həyatın bir parçası olduğundan çox əhəmiyyətli, həyatın da özü, ölüm isə digər ucudur. Əlaqə, ehtiras və istəklə sevərlər amma cinsi həyatları yaradıcı deyilsə bu açığı bağlamaqda çətinlik çəkərlər. Fərdi yanaşmalarında hissə söykənən bir romantiklik vardır onlarda.

Çox eşqbazlıqçıdırlar. Romantik əlaqələri içdən və ciddi olmasına qarşı tez sevgili dəyişdirərlər. Ən yaxın əlaqələrində belə özlərinə aid xüsusi bir şeyin gizli qalmasına diqqət göstərərlər. Evləri hər vaxt izdihamdır. Lüks; Əqrəblərin özlərini müvəffəqiyyətli hiss etmələrini təmin edər. Evlərinin tək idarəçisi olmaq istər, bunu təmin etmək üçün nə lazım olsa edərlər. Həm yaxınlarını həm yoldaşlarını idarə etməyi sevərlər.

Psixiatr, dedektif,polis,patolojist, əczaçı, kahin, cani ya da əsgər ola bilərlər.

Əhəmiyyətli bir iş etdiklərini bilirlərsə məmnun olar, problemlərin mənşəyini araşdırmaqdan xoşbəxtlik duyarlar. Ümumiyyətlə cərrahı tibb və psixologiya budaqlarında müvəffəqiyyətli olarlar.

Əqrəblər özlərini uşaqlarına həsr edərlər lakin yetişdirmə üsulları bir az sərtdir. Çox sabit fikirli olduqlarından uşaqlarının sual soruşmalarına icazə verməzlər. təhlükə anında əqrəb ana-ataları fövqəladədirlər. Əqrəb bürcündə doğan uşaqları həmişə əyləndirmək və enerjilərini xərcləmələrini təmin etmək lazımdır. Oyuncaqlar, kitablar, detektiv hekayələri onları əyləndirər. Qız olsun kişi olsun kiçik yaşda üzməyi öyrənərlər. Sirr saxlama xasiyyətləri müsbət istiqamətdə inkişaf etdirilmələri və kiçik qardaşlarını qısqanmamalarını öyrədilməlidir. Əqrəb bürcünün ünsürü su, planeti Mars və Pluton, düşərli günü çərşənbə axşamı, düşərsiz günü bazar ertəsi, cümə, uğurlu rəngi sarı, tünd-qırmızı, al və moruğu, uğursuz rəngi boz, metalı dəmir və polad, uğurlu daşı akvamarin, rubin, Ay bülluru, topaz, enerji verən çiçəyi qərənfil, pion və xirozentema, uğurlu rəqəmi 4, 5, 8, 9, 10, 66, müxalif bürcü Buğa, talismanı əqrəb, ölüm işarəsi, şanslı ölkələri isə Almaniyanın Bavariya və Saksoniya hissəsi, Norveç, Əlcəzair, İsveç, Mərakeş və Seylondur. Əqrəb işarəsi altında dünyaya gələn adamlar öz xüsusiyyətlərinə görə, iki sinfə bölünürlər: mistiklər və materialistlər. Birincilər hər şeyi ilahiyyatla bağlayır, ikincilər isə əsasən, fağır və sakit görünsələr də, öz məqsədləri uğrunda hər şeyə gedirlər. Hətta onlar süst və sıxıntı içində yaşasalar da, özlərinin şəxsi maraqları xatirinə buna dözürlər. "Əqrəb"lər daim narahatlıq hissi keçirən adamlardır. Bu işarə altında dünyaya gələnlər çatışmaz hərəkətlərini, o cümlədən hiyləgərliklərini çox ustalıqla gizlədə bilirlər. Onların nə istədiyini, hansı addımı atacaqlarını özləri deməsə, təyin etmək çətin olur. Yəqin elə bu səbəbdən də orta əsrlərdə "Əqrəb"ləri "əsl sifətini maska altında gizlədən adam" adlandırırdılar. Əqrəb bürcündə doğulanlar ətraflarında baş verən hadisələrdən tez nəticə çıxarır və özləri üçün ölçü götürməyi ustalıqla bacarırlar. Belələri ətrafda baş verən hadisələri taraz saxlamağa çalışan, xaraktercə qapalı və küskün adamlardır. Onların psixoloji dəyanəti və bol enerjisi imkan verir ki, dağı dağ üstünə qoysunlar. Buna baxmayaraq, "Əqrəb"lərin çatışmazlaqları da kifayət qədərdir. Belə ki, onların məsuliyyətsiz addımları ucbatından nəinki özləri, hətta ətrafındakılar da zaman-zaman əziyyət çəkirlər. Hisslərə qarşı həssas olan bu adamlara qarşı xəyanət olunarsa, stressdən ölə də bilərlər. Onların yaddaşı yalnız 30-35 yaşa qədər normal olur. Sonrakı dövrlərdəsə bəzən yarım saat əvvəl gördükləri işlər də yadlarından çıxır. Bu zodiakın xarakteri çox zəngindir. Belə ki, belələrində yüksək enerji, diribaşlıq, güc və diqqəti cəlb etmək bacarığı var. Amma onların amansızlığı, tündməcazlığı və bir qədər kobudluğu da olur. Bu şəxslər böyük enerjiyə malikdirlər. Digərləri ilə müqayisədə daha məhsuldar çalışırlar. Lakin başlanmış işi axıra çatdırmadan, nəticəni görmədən işi məhv etmək də onlara xas bir şeydir. "Əqrəb"lərdə psixiatr və cərrah, həmçinin hərbçi olmaq istedadı var. Onlar özlərinə qarşı səxavətli, digərlərinə qarşı xəsisdirlər. Həmişə özlərinə qarşı tələbkar olurlar. Bu adamlar hər zaman hədiyyələri qəbul edir, lakin eyni qaydada hərəkət etməyi - kiməsə hədiyyə almağı ağıllarına belə gətirmirlər. Pul onlar üçün hakimiyyət və nüfuz rəmzidir. Məhz buna görə "Əqrəb"lər pulu çox sevirlər.


Karmik astrologiyada "Əqrəb" daima özünü və ətraf mühiti dəyişən, daxilənsə çox emosional şəxsiyyət kimi izah olunur. Onun içində güclü emosiyalarla müşaiyət olunan psixi dəyişikliklər baş verir. Lakin çox qapalı olduğundan bütün bunları hiss etdirmir. "Əqrəb"lərin hamısı qapalıdır, bu səbəbdən də az qala heç kəs onların daxili aləmindən, emosiyalarından, özünə hörmət və ləyaqət hisslərinin mahiyyətindən xəbər tutmur. Belələrinin gözəl ixtiraçılıq qabiliyyəti var və bacarıqlarından yararlanıb insanları idarə edə bilirlər. Amma onlar bütün bunları özləri üçün edirlər, yoxsa başqası üçün - bilinmir. "Əqrəb"lərin etikasının əsas xətti də məhz budur. Danılmaz bir həqiqət də var ki, şəxsi maraq güdən "Əqrəb" çox asanlıqla məhrumiyyətlərə uğrayır. Karma dərəcəsinə görə, Ali Əqrəb hər cür şərdən uzaq olan fərddir. O, şərdən birbaşa Tanrı tərəfindən qorunur. Bu insanın ətrafında güclü magik sahə yaranır ki, bu sahəyə düşən ən pis adam belə günahlarını etiraf etmək, tövbə etmək istəyir. Bu zaman insan qəfil həyata daha ciddi yanaşmağa, həqiqətpərəst olmağa, xeyirxahlığa doğru güclü impuls hiss edir.

"Əqrəb"lər həm də şəri neytrallaşdırıb yerində xeyir cücərtmək istəyirlər. Müasir astrologiyada bu adamların mənfi xüsusiyyətləri geniş şəkildə izah olunur. Qeyd olunur ki, öz ambisiyalarına nail olmaq üçün həmişə vəzifəyə can atan "Əqrəb"lərlə daimi ünsiyyət qurmaqdan çəkinmək lazımdır. Çünki hücum üçün onların silahları həmişə hazır vəziyyətdə olur. Zahiri görünüşdən çox cəlbedici, gözəl olmalarına baxmayaraq, qadın-Əqrəblər əsl cadugər olurlar. Onlar ağlasığmaz, qeyri-adi hərəkətlər törətməkdə mahirdirlər. Əgər avtomobil sürücüsü yolu keçən qoca piyadanı vurubsa, siz əmin ola bilərsiniz ki, bu sürücü Əqrəb bürcündədir.

"Əqrəb"lər özlərindən başqa heç kəsə inanmır, mühüm işlərin həllində kənardan kiminsə kömək edəcəyinə bel bağlamırlar. Heç vaxt cəfəng şeylərə baş qoşmur, boş xülyalarla yaşamırlar. Əgər övladlarınızdan bu bürcdə doğulanı varsa, onların müstəqilliyinə mane olmayın. Onsuz da onları öz yollarından döndərə bilməyəcəksiniz. Yüz illərin təcrübəsi göstərir ki, "Əqrəb"lərin bədbəxt olmasının əsas səbəbkarı məhz onların valideynləri olur. Bu səbəbdən də bəri başdan ciddi ölçü götürməyə dəyər. Magiyaya ən yaxın ünsür Su, ən yaxın bürcsə Əqrəbdir. Onlar elə doğulduqları andan özlərində böyük magik enerji daşıyırlar. Buna görə də bu bürcün sakinləri öz enerjilərindən istifadə etməyi öyrənməlidirlər. Əks halda, ətraf mühit üçün böyük təhlükə törədə bilərlər. "Əqrəb"lər öz düşmənlərinə qarşı cadu, tilsim etməkdən çəkinməlidirlər. Onsuz da fövqəltəbii üsullarla onlara zərər yetirmək istəyən insanların bütün cəhədləri boşa çıxa, bəzən hətta özlərinə qarşı yönələ bilər. Magiyada "Əqrəb"lər o qədər güclüdürlər ki, onlara qarşı ehtiyatlı olmaq məsləhət görülür. Bundan başqa, onlar çox seksual və cəlbedici olur, öz ehtirasları ilə hər bir istəyə çatırlar. Lakin onlar öz bacarıqlarından çox istifadə etməli deyillər. Ümumiyyətlə, barəsində danışdığımız şəxslər peyğəmbərlik etməyi xoşlayırlar, lakin onların heç də hər məsləhətinə əməl etmək lazım deyil. Antik dövrün münəccimləri "Əqrəb"ləri üç qismə bölürdülər: özünü sancan; həm özünü, həm başqasını sancan; yalnız başqalarını sancan. Onlar öz müsahiblərinin zəif yerini asanlıqla tutduqları üçün bəzən ciddi düşmənlər də qazanırlar. "Əqrəb"lərin bioenergetik sahəsi də digər bürclərdən kəskin surətdə fərqlənir. "Qoç"da baş, "Şir"də ürək, "Balıqlar"da ayaq nahiyəsi olduğu halda, haqqında yazdığımız bürcdə həmin orqan yumurtalıqlara və cinsiyyət üzvlərinə düşür. Bu, daha çox ehtiras simvolu olan Marsın himayəçilik etməsilə bağlıdır. "Əqrəb"lər hələ kiçik yaşlarından idmana, xüsusən də güləşə və yüngül atletikaya meylli olurlar. Amma bu sahədə şöhrət zirvəsinə nadir hallarda yetişirlər. Çünki ailə qayğıları, şəxsi problemləri həmişə onların arzularına sipər çəkir. Onlar fiziki cəhətdən güclü olduqlarından qan-damar sisteminin fəaliyyəti qənaətbəxş olur. Amma idmandan əl çəkən kimi orqanizmlərində - əsasən də böyrəklərində kəskin duzlaşma yaranır, sidik ifrazatında çətinlik çəkirlər. Əqrəb bürcündən olan adamlar əksər hallarda balaca boya, cəldliyə və qaynayan gözlərə malik olurlar. Belələri heç vaxt yanılmırlar. Hətta dilucu və ya yersiz sözlərini də hansı məqsədlə dediklərini yaxşı bilirlər. Onları aldatmaq çətin və sadəcə olaraq mümkün deyil. Əgər "Əqrəb" müsahibinizə yalan satıb ürəyinizdə "aldatdım" deyə düşünürsünüzsə, yanılırsınız. Çünki belə adamlar üzdə sizə inanan kimi görünsələr də, əslində yalan danışdığınızı sizdən də yaxşı bilirlər. Yəqin ki, "çoxbilmişlikdən balaca qalıb" qədim el məsəlini də məhz Əqrəb işarəsi altında doğulanlara şamil ediblər. Əqrəb bürcü altında doğulan adamlar heç də başqaları kimi ən müxtəlif sahələrdə çalışmağı bacarmırlar. Amma onlarda bir müsbət keyfiyyət var ki, əgər fikirlərinə bir şey salıblarsa, mütləq axıra qədər gedirlər. Məsələn, əgər onlar həkim olmaq istəyirlərsə, nə valideynləri, nə dostları, nə də yaşadıqları mühit bu yolda sədd ola bilməz. Orta əsrlərdə "Əqrəb"lərə diaqnostika həkimi, cərrah, müəllim, məhkəmə işçisi olmağı məsləhət görürdülər. Bununla yanaşı, sərkərdə, fəal mafiya üzvü, detektiv, psixoloq, siyasi xadim və başqa peşə sahibləri də yetişir ƏQRƏB çox zaman əsəbi olur, lakin öz zəhəri ilə məhz özünü zəhərləyir. Onda nə isə sezilməz və müəmmalı bir cəhət vardır. Hətta səmimi görünəndə də qapalı və sərvaxtdır. Bu onun müdafiə tədbiridir. ƏQRƏBƏ daim elə gəlir ki, onu tənqid edirlər, hədələyirlər. Buna görə də bütöv bir müdafiə sistemi qurur. Həqiqətən hücuma məruz qaldıqda hiddəti son dərəcə dəhşətlidir. İşdə və borcunu yerinə yetirməkdə iradəsi möhkəmdir. Heç vaxt xülyaya qapılmır, insanda, yaxud vəziyyətdə zəif nöqtəni tez tapır. Anadangəlmə mübarizdir. Məqsədə çatmaq üçün hər cür vasitələrə əl atır. Münasibətlərində vicdanlı və səmimidir, lakin nadir hallarda ürəkdən vurulur. Fərdiyyətçidir. Müstəqilliyi onun üçün hər şeydən əzizdir. Gözəl diaqnostika həkimi və ya cərrahdır, mahir müstəntiq və ya vəkildir. İstedadlı sərkərdələr və dövlət xadimləri (Rommel, De Qoll, Montqomeri) məhz bu işarə altında dünyaya gəlmişlər. QADIN-ƏQRƏB. Burada biz iki tiplə rastlaşırıq: hər iki tip çox güclü xarakterə malikdir, lakin birinci tip qadınlarda temperament örtülüdür, ikinci tip isə həqiqətən başa bəla açan qadınlardır. Birinci tip qadınlar öz xarakterinə görə kişiləri xatırladırlar. KİŞİ-ƏQRƏB haqqında deyilənlərin hamısı onlara da aiddir. Belə qadınların ağlı kişi ağlıdır, enerjisi tükənməzdir. Bu işarə altında dünyaya gələn qadınlar birdən-birə ürəklərinə yatan ər tapa bilmirlər. QADIN-ƏQRƏBİN güclü xarakteri adətən onun kişilik haqqındakı təsəvvürü ilə uyuşmayan zəif, passiv və qətiyyətsiz kişiləri cəlb edir. Lakin bu qadın hər halda ərə getmək qərarına gələndə ərinin mənsəbə çatmasına çox kömək edir. Bu tip qadınların gözü adətən od saçır, onlar asta danışır və paltara xüsusi əhəmiyyət vermirlər, işvəkar deyillər. İkinci tip qadınlar işvəli, həssasdırlar, hər işə qarışırlar, sevgidə çılğındırlar. QADIN-ƏQRƏB çox xatalı qadındır! Hər yerə narahatlıq, təşviş gətirir, onu sevən adamları bədbəxt edir. Kişiləri var-yoxdan çıxmaq, bəzən isə hətta özünü öldürmək dərəcəsinə çatdırır. Aşıb-daşan ehtirası demək olar həmişə onun özünü də məhv edir

İşarələrin qarşılıqlı münasibətləri: BALIQLAR, OĞLAQ, QIZ və XƏRÇƏNG ilə ittifaq uğurludur. DOLÇA, ŞİR və QOÇ ilə ittifaq bədbəxtlik gətirir. ƏQRƏB ilə QOÇ arasındakı cazibə hər ikisinin təcavüzkarlığı nəticəsində baş verən münaqişələrdən qaçmaq üçün kifayət deyildir. ƏQRƏB və BUĞA öz temperamenti və xarakteri ilə bir-birinə bənzəyir. Bunun nəticəsində onların arasında savaşlar olur. Bu nikahdan doğulan uşaqlar adətən gözəl və istedadlı olur ƏKİZLƏRLƏ münasibətdə mənəvi və fiziki ahəngdarlıq vardır, lakin ƏQRƏBİN xüsusi mülkiyyətçilik xarakteri və ƏKİZLƏRİN hərdəmxəyallığı onların münasibətlərini çox çətinləşdirir. XƏRÇƏNG və ƏQRƏB arasında uzunmüddətli uğurlu ittifaq əmələ gələ bilər, çünki XƏRÇƏNG ƏQRƏB üçün zəruri olan məhrəmlik. Səmimilik ab-havası yaratmağı bacarır. ŞİR işarəsi ƏQRƏB işarəsini böyük bir qüvvə ilə cəzb etməsinə, onların arasında fiziki ahəngdarlıq olmasına baxmayaraq ittifaq məhvə məhkumdur. ƏQRƏB və TƏRƏZİ işarəsi arasında nikah yox, işdə əməkdaşlıq tövsiyə edilir. TƏRƏZİNİN yumşaq xasiyyəti ƏQRƏBİN xoşuna gəlmir, TƏRƏZİ isə ƏQRƏBİN hədsiz ehtiraslı xarakterindən qorxur. ƏQRƏB və QIZ bir-birini tamamlayaraq möhkəm və uğurlu ittifaq yarada bilirlər. ƏQRƏB ilə DOLÇA arasında ittifaq əvvəlcə savaşlar nəticəsində tez-tez pozulur, lakin sonra hər şey yoluna düşdükdə ittifaq uğurlu ola bilər. Yeri gəlmişkən deyək ki, DOLÇANIN bir qədər soyuq temperamenti ƏQRƏBİN o qədər də xoşuna gəlmir. BALIQLAR ilə ittifaq hər cəhətdən uğurludur. Amma gərək ƏQRƏB BALIQLARIN ədalət hissini və zərifliyini təhqir etməsin. QAdınları

Əqrəb qadını (23 Oktyabr-22 Noyabr)

Bu sirrli gözəlin dərin bir cazibədarlığı vardır. Öz halında rəngsiz biri deyil, bir an soyuq məsafəli, görünərkən bir an sizinlə yanacaq qədər isti və sevimlidir. Yoldaşlıqlarında seçicidir, sadə və dəyərsiz insanlarla boş söhbətlər edib vaxt keçirməyi sevməz. Əzmli və qərarlıdır. Sirr dinləməyi sevər və sirriylə ölməyi seçəcək qədər təmkinlidir. Təmizliyi və rahat mühitləri sevərlər. Evlərində hər şey idarəli və nizamlıdır. Aşiq olduğunda eşqinin yeganə müdafiəçisi və qoruyucusu olar. Kişisini kölgədə buraxmaq yerinə ona evinin müdiri olma qürurunu verər. Evləndikdən sonra işə davam etməyə bilər. Yoldaşına pislik edilməsinə icazə verməz. Onu tərk etmək qeyri-mümkündür. Bir dəfə yapışdımı buraxmaz. Hər şeyinə sahib çıxan bir insandır. Amma özünə kimsə sərhəd çəkə bilməz, sahib çıxa bilməz. Qısqancdırlar, amma sizi də qısqandıracaq bir çox hadisəyə səbəb olacaq. Getdiyi hər yerdə diqqəti çəkəcəkdir. Dilinə çox hakim ola bilməyib, iti tənqidlər edər. Pulu çox sevər. Bir il yığıb bir gündə xərcləyə biləcək qədər də qəribədir. Puldan çox prestij onun üçün əhəmiyyətlidir. Çox vaxt ədalət duyğusu intiqam duyğusu qədər güclüdür. Edilən yaxşılıqların qarşılığını verməkdə comərd davranacaq. Əqrəb – şəhvətli mistik qadın Əlbəttə, bir çoxunuz şəhvətli Əqrəb haqqında hekayələr eşitmisiniz. Digər bürclərin heç biri bu bürc qədər mistik xüsusiyyətlər daşımır. Sabit və su qrupu olan bu bürcün təsiri altındakı insanlar şiddətli və arzulu hisslər keçirərkən, eyni zamanda sirr verib-verməmək xarakterlərini ortaya çıxarırlar. Söhbət gözəllikdən düşdükdə Əqrəb bürcü şəhvətə olan meylini büruzə verir və bu vəziyyət onların hər hərəkətini nəzarət altına alır. Hisslərini nəzarətdə saxlaya bilmədikləri halda, bir az da olsa, onları təmin etsələr, daha həssas tərəfləri ortaya çıxar. Yəni həssas bir partnyor və ya vəfalı bir dost halına gəlirlər. Olduqca diqqət çəkən ətirlər əvəzinə daha şirin ətirləri və əsasən vanil və ya ədviyyat kimi ekstraktları (məsələn, darçını) üstün tuturlar. Dramatik və gizli makiyajlardan zövq alırlar. Pariklər və qoyma kirpiklər ən çox aldıqları kosmetik vasitələrdir. Digər insanlardan geri qalmaq onları narahat edir və əgər bir az daha çalışqan və hiyləgər olsalar, parlamalarını təmin edərlər. Gözəlliklərinin gücü sahib olduqları gizlilik, dərin məna, arzular və gizli hissləridir. Gözəlliklərinin ən yüksək zirvəsinə çatmalarının ən incə məqamı bu sualın cavabındadır: ”Necə yaxşı hiss etsən, elə ol”.

Əqrəblər üçün ya həmişə ya heç… qərarlı aşiqlər! Bir çox Əqrəb, dolu dolu bir eşq yaşamaq istər. Duyğularını, arzuları başqalarıyla paylaşmaqdan zövq alarlar. Onun gözlərinə bir dəfə tutulduğunuzda bir daha ayıra bilməzsiniz. Güclü bir təsirləri vardır; bu təsirdən özünüzü asan asan ala bilməzsiniz. İstədikləri zaman bəyəndikləri adamın könülünü oğurlamağı bacararlar. Əqrəb üzvləri seksual baxımdan özlərini çox yüksək səviyyədə görərlər.Partneri ilə birlikdə çölə çıxmaqdan böyük zövq alarlar. İctimai və əyləncəlidirlər.Müdhiş sevgilidirlər. Qadağan olmadan eşqlərini yaşayarlar. Fırtına kimidirlər, sarsılar lakin normala dönmələri də çox zaman almaz.Sevinclərini də kədərlərini də sıx yaşayarlar bu səbəblə bir Əqrəblə bərabərsinizsə mütləq səbirli olmalısınız. tərk ediləndə Əgər ondan xilas olmaq istəyirsinizsə ayrılmağa özünün qərar verdiyini düşünməsini təmin edin... Əlaqədən yavaş yavaş uzaqlaşın... Əgər yaralansa intiqam almağı seçə bilər... Hamısı bu şəkildə davranmaz... Amma mütləq ağıllarından keçər... Əgər sizi geri qazanmaq istəsə heç bir şey buna maneə ola bilməz... Hər növ taktikanı tətbiq etməkdən çəkinməz... Ayrılacaqsınızsa bunu istədiyinizə əmin olmalısınız... Çünki Əqrəb bir dəfə ürəyini bağladımı bir daha girmənizə icazə verməz, qapını sonsuza qədər möhürləyər... Aşiq olmaları Əqrəblər üçün ya həmişə ya heç… qərarlı aşiqlər! Bir çox Əqrəb, dolu dolu bir eşq yaşamaq istər. Duyğularını, arzuları başqalarıyla paylaşmaqdan zövq alarlar. Onun gözlərinə bir dəfə tutulduğunuzda bir daha ayıra bilməzsiniz. Güclü bir təsirləri vardır; bu təsirdən özünüzü asan asan ala bilməzsiniz. İstədikləri zaman bəyəndikləri adamın könülünü oğurlamağı bacararlar. Əqrəb üzvləri seksual baxımdan özlərini çox yüksək səviyyədə görərlər.Partneri ilə birlikdə çölə çıxmaqdan böyük zövq alarlar. İctimai və əyləncəlidirlər.Müdhiş sevgilidirlər. Qadağan olmadan eşqlərini yaşayarlar. Fırtına kimidirlər, sarsılar lakin normala dönmələri də çox zaman almaz.Sevinclərini də kədərlərini də sıx yaşayarlar bu səbəblə bir Əqrəblə bərabərsinizsə mütləq səbirli olmalısınız. Digər bürclərlə uyğunluğu Əqrəb bürcündə doğulan şəxslərlə ünsiyyət yaratmaq, dil tapmaq üçün müəyyən bacarığa malik olmaq lazımdır. Əqrəblərin xarakterində bir neçə xüsusiyyət var. Onlar vəziyyətin ağası olmaqla yanaşı, həm də başqalarında qətiyyəti qiymətləndirirlər. Əqrəb bütün münasibətlərdə dominant olmağı sevir. Bəyənmədiyi, onun fikriycə layiq olmayan, diqqətini çəkməyən insanla ünsiyyətə girmirlər. Əqrəbin diqqətini çəkmək üçün mütləq ona kompliment söyləyin. Bu onun xarici görünüşü, geyimi, özünü aparmaq qabiliyyəti ilə bağlı ola bilər. Əqrəblər çox vaxt sakit oturmağı sevirlər. Onlar sizə diqqətlə qulaq asıb, yeni informasiya almaq istəyirlər. Onunla söhbət zamanı siyasət, hava haqqında danışmayın. O, sizinlə söhbət xatirinə söhbət etməyəcək. Onları maraqlandıran mövzu haqqında ixtilat etməyə çalışın. Əgər siz qadın Əqrəblə restoranda, qonaqlıqda tanış olmusunuzsa, onda siz onlara şahlara qulluq edildiyi kimi qulluq göstərin. Onlar bunu nəzərindən qaçırmayacaqlar. Hədiyyəyə gəldikdə, Əqrəblər qızıl əşyaları, amuletləri çox sevirlər. Əgər qadın Əqrəbə hədiyyə almaq istəyirsinizsə, onda gülləri də unutmayın. Söhbət əsnasında kobudluğa və kəskin sözlərə yol verməyin. Onların keçmişi ilə çox maraqlanmayın, onsuz da danışan deyillər. Öz keçmişinizi də qabarıq şəkildə gündəmə gətirməyin. Belə ki, bu gələcəkdə münaqişələr üçün fakt ola bilər. Ümumiyyətlə, çalışın Əqrəbləri qısqandırmayasız. Onları tənqid atəşinə tutmayın, bunu xoşlamırlar. Narazılıqları yumşaq formada söyləyin və ya zarafata salın. Söz vermisinizsə, mütləq əməl edin. Təyin olunmuş yerə gecikməyin, yoxsa gəlib görəcəksiz ki, Əqrəb çıxıb gedib.

loading...
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 10200
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Gülüş.
cox cetin davakar esebi her seyi soz eden burcdu yoldasimin burcudu
21 may 2017 13:39
5
Offline
YalniZ-ArZu
Sitat: son bahar
Sitat: Barbaris
Yola getmediyim bir burcdur))

aynennnhh


turkan gelib sizi yolajax.sacihi
20 may 2017 13:15
4
Я — личность творческая, хочу творю, хочу вытворяю!deli
Offline
Son Bahar
Sitat: Barbaris
Yola getmediyim bir burcdur))

aynennnhh
19 may 2017 18:25
3
Həyat cox çətindi, ama məndə asant biri deyiləm...Sözümün keçmədiyi yerdə sözümü yox!!!!Yerimi dəyisərəm
Offline
Barbaris
Yola getmediyim bir burcdur))
19 may 2017 17:22
2
Tərs damarım tutmadığı müddətcə super biriyəm! tavsan
Offline
BARBI
Cox kaprizli burcdur.Elede anlasmiram
19 may 2017 17:19
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv