Bürclərin uğurlu rəngləri

Müəllif: YalniZ-ArZu
Şərhlər: 6
Baxılıb: 9 331
Səs ver:
(səs: 2)
Qoç bürcü
Aktiv insanları qırmızı rəng təmsil edir. Qoç bürcü də aktiv olduğu üçün qırmızı birbaşa onların uğur və şans simvoludur. Dinamikanı ifadə edən qırmızı eyni zamanda qərarlı insan olduğunuzu da bildirir.

Buğa bürcü
Qəhvəyi realistlərin rəngidir. Buğaların da ən uğurlu rəngi qəhvəyidir. Torpaq rəngi olan qəhvəyi əsasən iş görüşlərində və özəl günlərdə bacarıqlı insanların gücünü simvolizə edir.

Əkizlər bürcü
Ehtişamı təmsil edən tünd bənövşəyi əkizlərə ən uyğun olan rəngdir. Tünd bənövşəyi insanların şüur altında gizlənən fikirləri üzə çıxarır.

Xərçəng bürcü
Sevgi və ehtirası təmsil edən zoğalı, sakit və duyğusal xərçənglərin rəngidir. Bu rəng xərçəng bürcünün nümayəndələrinə həm çox yaraşır, həm də onları sakitləşdirir.

Şir bürcü
İstiliyin rəmzi olan sarı şir bürcləri üçün ən ideal rəngdir. Şən və gülərüz şir bürclərinin ən uğurlu rəngi ağlı təmsil edən sarıdır.

Qız bürcü
Günəşin rəmzi hesab olunan narıncı qız bürclərinin ən uğurlu rəngidir. Şirin və sevimli bürcün nümayəndələrinə diqqət çəkən narıncı rəng çox yaraşır.

Tərəzi bürcü
Təbiətin ən gözəl rəngi yaşıl, tərəzilərə rahatlıq verir. Bu rəng tərəzilərin romantikliyindən xəbər verir.

Əqrəb bürcü
Əqrəb bürclərinin uğurlu rəngi tünd göydür. Xüsusən də iş adamları bu rəngə tez-tez müraciət edir. Kosmik rəng kimi ifadə edilən tünd göy əqrəblərin xasiyyətinə çox uyğun gəlir. Bu rəng insanlara çox güclü təsir göstərir.

Oxatan bürcü
Mavi rəng oxatan bürclərinə uğur gətirir. Dəniz və səma rəngi olan mavi oxatan bürclərini sakitləşdirib əhvalını qaldırır. Yəni, onlar üzərində təsiri böyükdür.

Oğlaq bürcü
Oğlaq bürcülərinin ən uğurlu rəngi zümrüd rəngidir. Şən, eyni zamanda sakitliyi təmsil edən zümrüd rəngi oğlaqları təmsil edir.

Dolça bürcü
Dolça bürclərinin əsas rəngi ağdır. Ağ iqtidarın, məsumluğun və dözümlülüyün rəngidir. Saflığı simvolizə edən ağ dolçalara şans gətirir.

Balıq bürcü
Ağır, ciddi və hökmranlığı təmsil edən qara balıq bürclərinin rəngidir. İşığı yox edən qara rəng balıqlara şans gətirir. Belə ki, balıqlar ciddi iş görüşlərində qara geyinərlərsə, fikrini asanlıqla toplaya bilərlər.
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 9 331
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri