HƏR ŞEYDƏ BİRİNCİ TƏK BÜRC BUDUR!

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 9 760
Səs ver:
(səs: 1)
Əqrəb bürcü insanları özünə hər mövzuda güvənən, hiyləgər, enerjili və bacarıqlı insanlardır. Həyatın hər sahəsinə maraqları vardır. Əqrəblər daim uğur əldə etmək istəyirlər. Uğuru əldə etdiyində isə yeni bir hədəf seçərək yenidən mübarizəyə başlayırlar. Onlar sözlərə çox ehtiyac duymazlar. Çünki içlərindəkini gözləri ilə ifadə edirlər. Bütün bürclər arasında təkcə onların bir baxışından sevgisini və ya nifrətini anlaya bilərsiniz. Şübhəçi bir xarakterə sahibdirlər. Bu səbəbdən də heç kəsə və heç nəyə asanlıqla inanmazlar. Ancaq inandıqları şeyi müdafiə etməkdən də heç vaxt çəkinməzlər. Əqrəblər fiziki olduğu qədər mənəvi baxımdan da güclüdürlər. Onlar heç bir zaman özlərini aldatmazlar. Həqiqət acı da olsa üz-üzə gəlməkdən çəkinməzlər. Onlar irəlini görə bilən insanlardır. Gələcəklə bağlı təxminləri adətən gerçəkləşir. Əqrəb bürcü bütün bürclər arasında ən ciddi, ən gərgin və ən çox sirr saxlayan bürcdür. Müşahidə qabiliyyəti yüksək səviyyədədir. Hissləri daim açıq şəkildə bəllidir. Hücuma keçməyə hazırdır. Olduqca ziddiyyətli bir xarakterə sahibdir. Sevimli və əliaçıq olması məlum xüsusiyyətləri arasındadır. Son dərəcə sadiqdir. Onlar üçün gülmək olduqca çətindir. İncidilmiş əqrəb bürcü insanı üçün tək bir çıxış yolu vardır. İntiqam almaq. Həddən artıq soyuqqanlılıq göstərir və bu mövzuda bürclər arasında ondan yaxşısı yoxdur. Dostluqları həddindən artıq həssas və diqqətli olması səbəbindən pozulur. Hətta bəzən düşmənçiyilə belə çevrilə bilər. Əqrəb bürcü insanlara güvənməkdə son dərəcə çətinlik çəkə bilər. Qarşısındakı insanın həqiqətən səmimi olduğuna əmin olmalıdır. Bu da həqiqətən uzun bir zaman alacaqdır. Yenə də Əqrəb bürcü insanı bir dəfə güvənərsə, qarşısındakı insana qarşı səmimi olacaqdır. Hislərini idarə etməyi bilən Əqrəblər, bunu enerjiləri üçün yararlı bir şəkildə istifadə edə bilərlər. Ancaq hisslərini itirən bir əqrəb zəhərli ola bilər. Bu zaman insanları zəhərləməyəcəkləri qədər uzaqlaşmaları lazım gəlir. Bütün bürclər arasında Əqrəb bürcü qədər həm yaxşı, həm də pis işlər edə biləcək başqa bir bürc yoxdur. Etdikləri hər şeyi çox yüksək ciddiliklə edirlər. Məqsədləri hər zaman dəqiq bir sərhədlə çərçivələnmişdir. Hər şey hədəflərini necə əldə edəcəkləri ilə əlaqəlidir. Hədəflərinə çatmaq üçün qarşılarına çıxan hər şeylə mübarizə aparmağa hazırdırlar və mümkün olduğunca problemləri yox etmək üçün çalışırlar. İnsanların oyunlarını, planlarını və strategiyalarını pozmaq onlar üçün çox önəmlidir və bunu çox sevirlər. Əqrəb bürcü xəyanətkar deyildir. Özü yalançı olmadığı üçün də yalan deyən və saxtakar insanları üzə çıxarmaqda olduqca bacarıqlıdır. Onlar bunu çox tez hiss edirlər. Baxışları insanların içini oxuya bilər. Gözlərinin hədəfində olan insan bütün açıqlığı ilə bir əqrəbin önündədir. Əqrəb bürcünün həyatına müdaxilə edən insan həddindən artıq böyük reaksiya ilə qarşılaşa bilər. Göstərdikləri bu reaksiya onlar üçün xoş bir hal deyil. Əqrəb bürcünü təsvir etmək olduqca çətindir. Onlar daim əks qütblərdə hərəkət edirlər. Heç bir mövzuda “yarım” və ya “bir az” sözləri onları qane etməyə qadir deyildir. Həyat gücləri olduqca yüksəkdir. Əslində onlar partlamağa hazır bir vulkan kimidirlər. İçlərindəki güc gözlərindən oxuna bilər. Hal və hərəkətlərini idarə etməyi bacarsa belə gözləri onu ifşa edir. Gözlərindən sevgisini və nifrətini anlamaq mümkündür. Hislərinə qapılan bir əqrəb təhlükəli ola bilər. Bu səbəblə hərəkətlərini məntiqlə idarə etməlidir. Həm də daim. Əqrəb bürcündən ya ən yaxşı insanlar, ya da ən pis insanlar çıxır. Onlar üçün ya həmişə, ya heç sözü keçərlidir. Əqrəb bürcü ikiüzlü və özündənrazı insanlara nifrət edir. Bu cür xüsusiyyətlərə sahib olan insanları da gözdən salmaqdan çox böyük zövq alırlar. Bəzən acıdil və kobud insanlar olurlar. Uzlaşmaq bəzən onlara görə deyildir. Onlar öz inanclarının arxasınca getməyi sevirlər. Diqqət onlar üçün çox önəmlidir. Öz düşüncələrini qəbul etdirmək üçün mübarizə aparmaqdan heç bir zaman çəkinmirlər.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 9 760
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri