Avqust ayında inanılmaz uğur qazanan bürcləri tanıyın.

Müəllif: YalniZ-ArZu
Şərhlər: 6
Baxılıb: 17 232
Səs ver:
(səs: 4)
2017-ci ilin avqust ayında göydə Merkuri və Günəş mövqeyini gücləndirəcək. Astroloqlar idda edir ki, bu fenomen bəzi bürclər üçün maliyyə vəziyyəti, şəxsi xoşbəxtlik, çiçəklənmə və uğur gətirəcək. Bu ayda planetin mövqeyi 6 bürcü xoşbəxt edəcək. Bu bürclərin hansı olmasını sizə çatdırırıq!

Qoç

Avqustda Qoçları Günəş himayə edəcək. Siz nə etsəniz uğur qazanacaqsınız. Astroloqlar bu ayı səyahətə, yeni təəssüratlara, istirahətə və rahatlığa sərf etməyi məsləhət görürlər. İşdə həmçinin uğur qazanacaqsınız, lakin bütün acib işlərinizi ayın ilk yarısında etmək məsləhətdir. Əgər sizin münasibətlərinizdə börhan vəziyyəti yaranıbsa – bu hisslərinizi yeni səviyyəyə çatdırmaq üçün əla şansdır.
Avqustda daha uğurlu günlər: 20,21,26,27 və 31

Xərçəng

Xərçənglər üçün avqust həmçinin xoşbəxt dövr olacaq. Günəş, Ay və Veneranın himayədarlığı həyatınızın bütün sahələrində həmahənglik yaradacaq. Bu yaxınlarınızla olan münasibətləri yaxşılaşdırmaq, qohumlarla əlaqəni gücləndirmək, mənəvi praktika ilə məşğul olmaq, ruhunuz üçün iş tapmaq üçün əla dövrdür. Bu ayda siz iki şeyə diqqət yetirməlisiniz: özünü təkmilləşdirmək və sərmayə qoymaq. Avqust ayında qoyduğunuz kapital sizin üçün çoxlu qazanc gətirəcək.
Avqustda daha uğurlu günlər: 12,14,15,17,18,19 və 24

Şir

Şir bürcü altında doğulan insanlar daha cəsarətli, təmkinli və sakit olacaqlar. Özünün daxili balansını bərpa edərək siz ümidsiz hesab etdiyiniz problemləri də həll edə bilərsiniz. Bu ayda siz özünüz kimi ətrafınıza etibar edə bilərsiniz. Bu dövrü istirahət etmək, rahat olmaq, gücünüzü bərpa etmək üçün istifadə edin. Narahat olmayın, bütün problemlər sizdən yan keçəcək. Özünüzü istirahət, xoş ünsiyyət, dadlı yemək və yeniliklərlə əzizləyin.
Avqustda daha uğurlu günlər: 20,24,26,27 və 28

Oxatan

Bu ayda Günəş sizin “zərər verici” ulduzlarınıza Merkuri və Aya müqavimət göstərəcək. Sizdə uğur zolağı yaranacaq. Siz rahat olub taleyinizdən oyun gözləməyə bilərsiniz. Bu dövr dostluq və partnyorluq əlaqələriniz üçün xüsusilə xeyirli olacaq. Avqust ayında siz gələcək uğurunuzun əsasını qoyacaqsınız, bu biznes, yaradıcılıq və ya yeni münasibətlər olsa belə.
Avqustda daha uğurlu günlər: 16, 20 və 31

Oğlaq

Oğlaqlara Merkuri himayədarlıq edəcək, bu da ay ərzində professional inkişaf, şəxsi münasibətlərdə və sosial həyatda uğur gətirəcək. Doğrudur bu ayın digər “xoşbəxtlərindən” fərqlı olaraq siz rahat olmalı deyilsiniz və axın üzrə hərəkət etməlisiniz. Hər kəsə mübarizə aparmağa hazır olduğunuzu göstərin və bu enerjiniz sizə yeni daha yaxşı həyata qapılar açacaq.
Avqustda daha uğurlu günlər: 20,21,26,27,28 və 30

Dolça

Avqustda Dolçaların da bəxti gətirəcək. Merkurinin himayəsi ilə sizin seksuallığınız və hissiyyatınız güclənəcək. Bu dövrdə sizi inanılmaz romantik münasibətlər gözləyir. Astroloqlar sizə ayın sonunda səyahət etməyi məsləhət görür. Bundan başqa bu ayda öz bacarığınızı maksimal səviyyədə göstərməyə çalışın. Bu ayda sizin maliyyə vəziyyətiniz nəinki əməyinizə görə, həmçinin hobbinizə görə artacaq.
Avqustda daha uğurlu günlər: 18,21,23,28,31

Digər bürclər isə dilxor olmasın. Son yay ayı bütün istəyənlərə günəş altında istirahət etməyə, yayın enerjisini qəbul etməyə, yeni təəssüratlar yaratmağa imkan verir. Bütün bunlar da uzun qış gecələrində xatırlamanız üçün yadda qalan olacaq.

Müəllif: Famil Ələkbərov
www.ens.az
(səs: 4)
Şərhlər: 6
Baxılıb: 17 232
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri