Hansı bürcün qadınını necə cəlb etmək olar?

Müəllif: YalniZ-ArZu
Şərhlər: 5
Baxılıb: 6635
Səs ver:
(səs: 3)
Qadınlar çox qəribə, zərif, amma güclü varlıqlardır. "Qadınları anlamaq, onların nə istədiyini bilmək mümkün deyil" ifadəsini işlədən çox kişilər olub.
Qadınların aid olduğu bürcü bilsələr, kişilərə onları necə və nə ilə cəlb etməyin mümkün olduğu aydın olar.

"Qoç" qadını sevirsinizsə -
çalışqan və cəsur olmalısınız. Hər şeyin öhdəsindən gələ bilən kimi bir xüsusiyyətiniz olmalıdır. Asan əldə olunan bir kişi olmamalısınız. İddialı bir qadınla bir yerdə olduğunuzu unutmamalısınız. Aktiv, özü ilə barışıq, sərhədsiz düşünə bilən kişilər onun üçün özəldir. Sizə qarşı çıxdığında, qarşısında heç vaxt əyilməyin, bunu sizi yoxlamaq üçün edir. Ağıllı bir qadınla olduğunuzu heç vaxt unutmayın. Həyatda sadəcə bir eşq üçün yaşayacağını düşünməyin.

"Buğa" qadını sevirsinizsə - dişilik xüsusiyyəti güclü olan bu qadını aldatmağı düşünməyin. Əks təqdirdə, nəticəsi faciəli ola bilər. Baxımlı bir kişi olun, özünüzə qarşı diqqətli olun. Qadınınızla yaxından maraqlanın. Gözəl bir qadınla bir yerdə olduğunuzu da unutmayın.

"Əkizlər" qadını sevirsinizsə - bu qadına qarşı məntiqli davranın. Hərəkətlərinizin yerini bilin. Yaxınındakı iş yoldaşlarını, ətrafındakı adamları ona qısqanmayın. Sizinlə dostluq etməyi, sirlərini paylaşmağı xoşlayan bu qadın, eyni şeyləri də sizdən gözləyir. Ona təzyiq etməyi düşünürsünüzsə, yanılırsınız. Sizə sağ ol deyirsə, əlaqəni davam etdirməyi heç vaxt düşünməyin. Çünki buna fikir verməz. Açıq fikirlidir və sizin xoşbəxt olmağınız üçün bu əlaqəni davam etdirməyi heç vaxt düşünməz.

"Xərçəng" qadını sevirsinizsə -
istiqanlı, dürüst, xoş niyyətli olun. Ona aid olanlara dəyər verməyə çalışın. Vərdişləri onun hər şeyidir. Onlardan imtina etməsinə çalışmayın. Həssas olduğu mövzularda onunla zarafat etməyin. Əgər niyyətiniz ciddi deyilsə onun həyatına dəyməyin. Ona elə davranın ki, sizdən ayrılması mümkün olmasın. Onun dərin duyğularına fikir verin. Diqqətsizliyiniz onu sizdən soyuda bilər.

"Şir" qadını sevirsinizsə - duruşu ilə, danışıqları ilə, hərəkətləri ilə özünə olan güvəni açıqca meydanda olan bu qadınla birlikdə olmaq, sanki həyatın hədiyyəsidir. "Nə edərsən, onu da görərsən" məsələsinə uyğun olaraq, hərəkətlərinizə fikir verin. Dostlarınızın seçimində diqqətli olun. Ola bilər ki, sizin dostunuz onun xoşuna gəlməsin. Qüruru ilə oynamağa çalışmayın. Evlənsəniz də, işləməyə icazə verin. Onun üçün azadlıq çox şeydir. Əmr etmək, istəklərini qəbul etdirmək, bu, qadınlarda ön plandadır. Bu hərəkətlərinə mütləq mütləq öyrəşin.

"Qız" qadını sevirsinizsə - sevgi mövzusunda çəkingən və hüzursuz olan "Qız"ın inamını sarsıtmayın. Mübahisə edərkən, əgər səhviniz varsa, bunu qəbul edin. Ona heç vaxt ağıl verməyə çalışmayın. Sadiq olun, aldatdığınız anda sizinlə əlaqəni kəsəcək.

"Tərəzi" qadını sevirsinizsə - rahatlığına diqqət verən bu qadına təzyiq etməyin. Qərarlı və güclü olan bu qadının təzyiqlərdən heç xoşu gəlmir. Çox da hissə qapılmayın, əksinə nə oldusa, ayaqda durmağı bacarmanız onun diqqətini çəkə bilər. Ona mütləq diqqət verməlisiniz. Onun sizə inanması isə bir az vaxt aparacaq.

"Əqrəb" qadını sevirsinizsə -
hissetmə qabliyyəti güclü olan bu qadını aldatmağa çalışmayın, əgər sizinlə birlikdədirsə, bilin ki, sevdiyi və dəyər verdiyi üçün bir yerdədir. Qərarlı və güclü, sağlam iradəsi olan bu qadının təzyiqlərdən xoşu gəlmir. Güclü və qərarlı olmağa çalışın. Çünki əqrəb qadınlar hədəfini müəyyən etmiş kişiləri çox sevir. Yalnız qalmağı sevməyən bu qadını dostlarınızdan uzaq tutmayın. Onu sevginizlə qucaqlayın.

"Oxatan" qadını sevirsinizsə -
aktiv, bilgili fəlsəfi bir qadın bürcüdür. Bu xüsusiyyətlərə siz də malik olmalısız. Kəşf etməyi xoşlayın. Bu özəl qadının mədəni kişilərdən xoşu gəlir. Sizi daima sınamağa çalışar. Yeni bir qadın kəşf etmək istəyirsinizsə, onda "Oxatan" sizə görədir.

"Oğlaq" qadını sevirsinizsə -
bu qadınlar yoldaşına çox bağlı olur. Çox qısqanc olurlar. Ondan heç vaxt yüngüllük, qeyri-adi davranış gözləməyin. Əgər sizə güvənərsə, onda heç bir problem olmaz. Əgər sizi istəmirsə, onda ona sahib olmaq heç vaxt mümkün deyil.

"Dolça" qadını sevirsinizsə - bu qadınlar çox ağıllı olurlar. Odur ki, onları aldatmaq ağlınızdan belə keçməsin. Onlara hər zaman sürprüz edin. Dürüst olun. Əgər onu kiminləsə aldatmısınızsa, bəri başdan özünüz deyin. Onsuz da onun hissiyatı çox güclüdür.

"Balıq" qadını sevirsinizsə - Bu qadınları əsəbləşdirmək olmaz. Onun xəyalında yaratdığı bir adam var, əgər siz ona uyğun olmasanız, o sarsılacaq.

(səs: 3)
Şərhlər: 5
Baxılıb: 6635
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Fialka
Əkizlər . Doğrudur)
6 oktyabr 2017 14:32
5
Offline
Barbaris
Qız" qadını sevirsinizsə - sevgi mövzusunda çəkingən və hüzursuz olan "Qız"ın inamını sarsıtmayın. Mübahisə edərkən, əgər səhviniz varsa, bunu qəbul edin.aynen qebul etmelidi etmesede men qebul etdirerem Ona heç vaxt ağıl verməyə çalışmayın. cox dogru sevmem mene agil vermesin vermirde zaten 08 Sadiq olun, aldatdığınız anda sizinlə əlaqəni kəsəcək Cox dogru her weye regmen keserem dil
5 oktyabr 2017 18:53
4
# ☀ Şəxsiyyətimlə, rəftarımı səhv salmayın! Şəxsiyyətim kim olduğumla,
Rəftarım kim olduğunuzla bağlıdır!! ✔
Offline
Aylin...
Sitat: YalniZ-ArZu
"Tərəzi" qadını sevirsinizsə - rahatlığına diqqət verən bu qadına təzyiq etməyin. Qərarlı və güclü olan bu qadının təzyiqlərdən heç xoşu gəlmir.Ay cox dogru esas da əmr veriləndə cinlənirəm ölsəmdə o şeyi etmərəm əgər əmr formasında deyilibsə söz.
Çox da hissə qapılmayın, əksinə nə oldusa, ayaqda durmağı bacarmanız onun diqqətini çəkə bilər.Tam doğru,insanlarda özünə inamı qiymətləndirirəm. Ona mütləq diqqət verməlisiniz.Bunu isə hər bir qadın sevər kivir Onun sizə inanması isə bir az vaxt aparacaq.Bir tərəzi elədə asanlıqla güvənməz və gevənini tez itirər bir nəfərə qarşı pff

cox doğru
5 oktyabr 2017 16:36
3
hh
Offline
YalniZ-ArZu
"Tərəzi" qadını sevirsinizsə - rahatlığına diqqət verən bu qadına təzyiq etməyin. Qərarlı və güclü olan bu qadının təzyiqlərdən heç xoşu gəlmir.Ay cox dogru esas da əmr veriləndə cinlənirəm ölsəmdə o şeyi etmərəm əgər əmr formasında deyilibsə söz.
Çox da hissə qapılmayın, əksinə nə oldusa, ayaqda durmağı bacarmanız onun diqqətini çəkə bilər.Tam doğru,insanlarda özünə inamı qiymətləndirirəm. Ona mütləq diqqət verməlisiniz.Bunu isə hər bir qadın sevər kivir Onun sizə inanması isə bir az vaxt aparacaq.Bir tərəzi elədə asanlıqla güvənməz və gevənini tez itirər bir nəfərə qarşı pff
5 oktyabr 2017 16:20
2
Gözümüz bağlı güvəndiyimiz insanlar, yaxşı niyyətimizin içinə zibili yığanda, bizə də hər münasibətə üz verməyib, hər mundarın sözünə aldanmamaq qalar. 08
Offline
BARBI
Size sag ol deyerse elaqeni davam etdirmeye calismayin
5 oktyabr 2017 15:29
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri