Bürclərə görə qadınlar sevgilisinin yanında özlərini necə aparır?

Müəllif: YalniZ-ArZu
Şərhlər: 7
Baxılıb: 7613
Səs ver:
(səs: 2)
Əgər sevgiliniz işarələrdən və eyhamlardan anlamırsa, o zaman ona bu yazını göndərin. Ola bilsin ki, bürcünüzün xüsusiyyətləri ilə tanış olduqdan sonra nəhayət ki, sevimlisinin nə istədiyini başa düşəcək.

Qadinla.com xarici mətbuata istinadən bürclərə görə qadınların sevdiyi kişilərlə davranış münasibətləri ilə bağlı maraqlı faktları təqdim edir.

Qoç
Temperamentli Qoç qızları əyləncə üçün deyil, onlara mərd, döyüşçü və hər gün mini-apokalipsisə dözə biləcək kişi lazımdır. Qorxaqlar onlara görə deyil. Bəzən Qoç bürcünün qızları bütün təşəbbüsü öz üzərinə götərərək tərəf müqabilini ikinci planda qoyur.

Buğa
Bu bürcün nümayəndələri məharətlə danlamağı, motivasiya və manipulyasiya etməyi bacarır. Və əlbəttə ki, təhdid etməyi. Çünki Buğa qızları istəyir ki, hamı onlara həsəd aparsın. Əgər kasıb oğlana rast gəlsələr, həmin şəxsin Buğaların dəstəyi sayəsində varlı və uğurlu olması üçün bütün şansları var. Sözsüz ki, sağ qalsalar...

Əkizlər
Bu qız bəzən elə məharətlə intriqalar qurur ki, bununla nəinki başqalarını, həm də özünü aldadırır. Əkizlər bürcü məhəbbətə inanır, bu hiss daxildən yaranmasa belə. Onlar oğlan haqqında hər şeyi bilir və onun içini görür. Odur ki, özünü gizlətmək faydasızdır.

Xərçəng bürcü
Xərçəng bürcləri arzuların qadınıdır. Onlar sevdiyi insanı hər zaman dəstəkləyəcək və ona yarınmaq istəyəcək, lazım gələrsə bunun üçün onun bütün dostları və qohumları ilə dostluq etməyə razı olacaq. Xərçəng qadınlarının həssaslığı kişilərin diqqətini həmişə çəkəcək.

Şir
Şir bürcü özlüyündə hər şeyi izah edir. Bu bürcün qızlar onları bütün səltənətilə təmin etməyə hazır olan kişilərlə görüşürlər. Onlar öz yanında heç bir rəqibə dözməyəcək. Şir bürcü altında doğulan qızlar həmişə böyük enerji və ehtiras doludur. Bundan başqa, münasibətlərdə tiranlıq nümayiş etdirməyi sevirlər.

Qız
Qız həmişə hər şeyi başa düşür, ona heç vaxt nəyisə yüz dəfə izah etmək lazım deyil. Onunla hər şeyi ətraflı danışmaq olar. Bir də Qız bürlcəri çox ağıllıdır. Sevdiyi kişini həmişə dəstəkləyəcək və ona məsləhət verəcəklər. Bu bürclərin zərif nümayəndələri sevdiyi kişiyə hətta bütün dostlarını unutdura bilər. Qız bürcləri onları asanlıqla əvəz edəcək.

Tərəzi
Tərəzi bürcünün qızları dovşan kimi həssasdır. Lakin bu sevimli məxluqlar məişət məsələlərində tamamilə faydasızdır. Tərəzi bürcləri özünə həddən artıq çox vaxt ayırır. Bu, onların kobud gerçəklikdən özünü ayrımaq üçün bir vasitəsidir.

Əqrəb
Əsl ifritədir. Oğlanlar Əqrəblərin sevgilisinə həsəd aparırlar: O gözəl, cazibədar və ağıllıdır. Bir sözlə, ideal təcəssümüdür. Amma hər şey elə də asan deyil. Bu bürclərin şüarı belədir: “Alçalt və idarə et". Müqavimət göstərəni isə məğlubiyyət gözləyir.

Oxatan
Sevgi münasibətlərində onlar özünü yalandan təvazökar göstərmir, naz etmir. Təbii ki dözür, səmimiyyət göstərir, lakin sevgilisinə qarşı olan hisslərini gizlətmir. Oxatan bürcləri qarşı tərəfə çox şey verə bilər. Amma əvəzində çox da tələb edir. Onlar özünü bütünlüklə sevdiyi adama həsr edir və bacardığı qədərini də alır. Odur ki, mənfəət həvəskarlarına yalançı ümidlər bəsləməyə dəyməz.

Oğlaq
Oğlaq qızları ehtiyatlıdır. Onlar öz planlarını həyata keçirmək üçün kişidən istifadə etməyə çalışacaq. Oğlaq bürcünün qızları nə istədiyini bilən və onnları əldə edən kişilərə hörmət edir. Və ona xüsusi münasibət bəsləməyən kişilərə nifrət edir.

Dolça
Hər bir Dolça bürcünün (red.qadınlar) qəlbində qayğıkeş və anlayışlı qızcığaz gizlənib. Onlar münasibətlərin həmişə sabit qalmasını istəyir və bunun üçün əlindən gələni edir. Məhz bu bürcün qızları çılğın həyat tərzinə son qoyaraq sədaqətli həyat yoldaşı və yaxşı ana olur. Lakin onlara dözmək də hər kişinin işi deyil.

Balıq
Balıq aktrisadır. Bu bürcdən olan qızların sevgilisi onların əslində nə istədiyini və nə düşündüyünü nadir hallarda anlaya biləcək. Bundan başqa o, çözməyə çalışacaq ki, əslində onun sevimlisi kimdir? Həmçinin Balıqların seçdiyi kişilər yaxşı qazanan olmalı və öz ayaqları üstündə dayanmağı bacarmalıdır

(səs: 2)
Şərhlər: 7
Baxılıb: 7613
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Fialka
Əkizlər
Bu qız bəzən elə məharətlə intriqalar qurur ki, bununla nəinki başqalarını, həm də özünü aldadırır. Əkizlər bürcü məhəbbətə inanır, bu hiss daxildən yaranmasa belə. Onlar oğlan haqqında hər şeyi bilir və onun içini görür. Odur ki, özünü gizlətmək faydasızdır.

Kənardan bu xüsusiyyət yaxşı görünə bilər bəzən) amma insanları retgen kimi çəkmək heçdə yaxşı deyil nəzərə alsaq ki, insan çiy südlə qidalanıb məyus olmaq qaçınılmaz sonluqdur. Birazda dub olmaq lazımdır sakit baş üçün)))..
4 noyabr 2017 19:15
7
Offline
Meleknur
Tərəzi
Tərəzi bürcünün qızları dovşan kimi həssasdır. Lakin bu sevimli məxluqlar məişət məsələlərində tamamilə faydasızdır. Tərəzi bürcləri özünə həddən artıq çox vaxt ayırır. Bu, onların kobud gerçəklikdən özünü ayrımaq üçün bir vasitəsidir.


Evveller daha cox vaxt ayirirdim ozume indi yox. Dovwan deyende ki, pff insanlardan qacmam ola biler amma dovwan kimi hessas deyilem dovwandan da beter hessasam :D
4 noyabr 2017 16:30
6
Düşdüyündə ümidini, qalxdığında insanlığını itirmə!
Offline
_Gunay_
Ekizler duzdu tesekkurler
4 noyabr 2017 15:47
5
✔Sмs yazaгsап.. YoLLaмаq іsтәуәгsәп.... -Ама васагмагsaп.. сox daгіхагsап DәLісәsіпә cox qіsqanагsan ама неспә еdә віLмәzsәп sadәсә susaгsаn
Offline
YalniZ-ArZu
Tərəzi
Tərəzi bürcünün qızları dovşan kimi həssasdır. Mənəm dovşan kimi həssas?shok Lakin bu sevimli məxluqlar məişət məsələlərində tamamilə faydasızdır.Yalansa bunu yazanı dovşan yesin hh Tərəzi bürcləri özünə həddən artıq çox vaxt ayırır.Nə gözəl olardı,bəxtəvər olardım ki 128 Bu, onların kobud gerçəklikdən özünü ayrımaq üçün bir vasitəsidir.Kobud gerçekliklər ufff
4 noyabr 2017 15:34
4
Gözümüz bağlı güvəndiyimiz insanlar, yaxşı niyyətimizin içinə zibili yığanda, bizə də hər münasibətə üz verməyib, hər mundarın sözünə aldanmamaq qalar. 08
Offline
Barbaris
Qız
Qız həmişə hər şeyi başa düşür, ona heç vaxt nəyisə yüz dəfə izah etmək lazım deyil.cox dogru 01 Onunla hər şeyi ətraflı danışmaq olar Bir də Qız bürlcəri çox ağıllıdır. O sozsuz 08 Sevdiyi kişini həmişə dəstəkləyəcək və ona məsləhət verəcəklər. Bu bürclərin zərif nümayəndələri sevdiyi kişiyə hətta bütün dostlarını unutdura bilər heri meen kivir Qız bürcləri onları asanlıqla əvəz edəcək girl_pinkglassesf
4 noyabr 2017 15:18
3
# ☀ Şəxsiyyətimlə, rəftarımı səhv salmayın! Şəxsiyyətim kim olduğumla,
Rəftarım kim olduğunuzla bağlıdır!! ✔
Offline
BARBI
Duzdur sevdiyimin icini gorerem gozunden her seyi oxuyaram
4 noyabr 2017 15:10
2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
Antikvar
Tərəzi
Tərəzi bürcünün qızları dovşan kimi həssasdır. Lakin bu sevimli məxluqlar məişət məsələlərində tamamilə faydasızdır. Tərəzi bürcləri özünə həddən artıq çox vaxt ayırır. Bu, onların kobud gerçəklikdən özünü ayrımaq üçün bir vasitəsidir.


Doğrudu, amma dovşan kimi həssas deyiləm, ceyran kimi zərifəm deyəkhahahah
Təşəkkürlər.
4 noyabr 2017 15:04
1
Dinləməyi sev-Danışmağı yox...Ağıllı olmağı sev-Ağıl verməyi yox...Özünü ailəni sev-özgəsini yox..Vaxt gələr elə zərbələr alarsan ki,göz yaşlarıyla bərabər niyə belə oldu?Sualları ürəyini ağrıdar....


İmza:Antikvar

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri