Bürclərin ayaqqabı seçimi

Müəllif: YalniZ-ArZu
Şərhlər: 9
Baxılıb: 8 507
Səs ver:
(səs: 5)
Qoç bürcü hansı ayaqqabı modelini seçməlidir?
Hərəkətli həyat tərzi yaşayan qoçlara idman stilli ayaqqabılar çox yaraşır. Rəngli ayaqqabılarla göz oxşayan kombinasiyalar yarada bilərlər.

Buğa bürcü hansı ayaqqabı modelini seçməlidir?

Hər zaman cazibədar görünən buğalara platformalı ayaqqabılar çox qəşəng yaraşır. Gecə vaxtı ailə ilə gəzməyə və ya hər hansı bir tədbirə qatıldığınızda parlaq ayaqqabılara üstünlük verməlisiniz.

Əkizlər bürcü hansı ayaqqabı modelini seçməlidir?

Rahatlıqlarına düşkün olan əkizlər bantlı sandal və ipli ayaqqabılar seçməlidirlər. Bu tip ayaqqabıları paltar və ətəklər ilə dəstləşdirməlidirlər.

Xərçəng bürcü hansı ayaqqabı modelini seçməlidir?

Romantik olan xərçənglərə incə dikdabanlı və bantlı modellər çox gözəl yaraşır. Əlbəttə bu gözəl ayaqqabıların üstünə diz altı ətəklər və paltarlar geyinməlidirlər.

Şir bürcü hansı ayaqqabı modelini seçməlidir?

Hər yerdə liderliyini irəli sürən şir bürcünə ən uyğun ayaqqabı cəsur və göstərişli olanlardır. Laklı və bir neçə rəngin qarışığından olan ayaqqabılar şirlər üçün ideal seçimdir.

Qız bürcü hansı ayaqqabı modelini seçməlidir?

Xırdaçı olan qız bürcünə klassik üslubda olan ayaqqabılar çox gözəl yaraşır. Həftə sonları isə rahat olmaq üçün düz ayaqqabılar seçə bilərlər.

Tərəzi bürcü hansı ayaqqabı modelini seçməlidir?

Həm rahat, həm də cazibədar hiss etdirən ayaqqabılar sırf tərəzilər üçün nəzərdə tutulmuşdur. Yarım boğaz çəkmə və ya dizüstü çəkmələr tərəzilər üçün ideal seçimdir.

Əqrəb bürcü hansı ayaqqabı modelini seçməlidir?

Cazibədar bürc hesab edilənəqrəblərə göstərişli ayaqqabılar çox gözəl yaraşır. Əsasən dikdaban və dizüstü çəkmələr əqrəblərin stillərini ortaya çıxarır.

Oxatan bürcü hansı ayaqqabı modelini seçməlidir?

Əyləncəni sevən oxatanlara rəngli və rahat ayaqqabılar yaraşır. Ancaq bəzən oxatanlar cazibədar görünmək istəyirlər və bu zaman seçimləri uzun burunlu dikdabanlar olmalıdır.

Oğlaq bürcü hansı ayaqqabı modelini seçməlidir?

Oğlaq bürcü üçün ayaqqabının həm gözəl görünüşlü, həm də rahat olması vacibdir. Ona görə də bu bürc sahiblərinə həm modern, həm də klassik ayaqqabılar yaraşır.

Dolça bürcü hansı ayaqqabı modelini seçməlidir?

Xəyal gücü yüksək olan dolçalar bəzən əsgər çəkmələri, bəzən də xüsusi dizayn olunmuş dikdabanlar geyinməyi sevirlər. Tərzləri ilə fərq yaratmaq istəyən dolçalar, istədikləri və xəyallarında canlandırdıqları ayaqqabıları əli ilə qoymuş kimi tapa bilirlər.

Balıq bürcü hansı ayaqqabı modelini seçməlidir?

Balıqlar hansı tərz olursa, olsun əsas ayaqqabı rahat olsun prinsipi ilə yaşayırlar. Buna görə də qısa dikdabanlı ayaqqabılar balıqlar üçün ideal seçimdir.
(səs: 5)
Şərhlər: 9
Baxılıb: 8 507
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri