Aylıq Bürclər - 2020 Bürclər MART ayında nə vəd verir?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 193
Baxılıb: 9038676
Səs ver:
(səs: 243)
Bürclər 2020-cu il MART ayı üçün nə deyir?

QOÇ BÜRCÜ
Qoçların eşq həyatı 12 Mart 2020-yə qədər gələcəyə istiqamətli planlar, ümidlər və qarşılıqlı hisslərlə dolu olacaq. Qoçun əlaqələr evinin idarəçisi Venera sizin optimist və şanslı olan 11 - ci günəş evinizdə olacaq. Lakin 12 Martdan etibarən işlər kompleksləşəcək, görünüş bulanıqlaşacaq və hadisələr gizli, sirli, şübhəli və dayanıqsız olacaq. Əgər əlaqəniz möhkəm və ciddidirsə bu əhəmiyyətli bir hadisənin olmadığı ya da kiçik problemlərin ortaya çıxacağı bir dövrü işarə edəcək. Amma əgər əlaqəniz möhkəm deyilsə və onsuz da problemlər varsa bu dövr xəyal qırıqlığı, təklik, kədər və tərkedişlə də nəticələnə bilər. Xüsusi şərtlərdə bəzi Qoçlar gizli və ya qeyri-qanuni eşq yaşaya bilər. Qoçlar üçün 2020 Mart ayı ehtirasla dolu və karierdə iddialı bir dövr olacaq. Bir neçə il boyunca Pluton sizin karier evinizdə diqqətini sıxlaşdıracaq. Bütün 2020-ci il boyunca Qoçun karier evinin idarəçisi, hərəkət və prioritet planeti Saturn Oxatan bürcündə olacaq, buna görə o sizə Qoçda olan Uran tərəfindən verilən yeniləşdirici enerjidən tam mənasıyla istifadə edə biləcəksiniz. Və indi 2020 Mart ayı Saturna Qoç bürcünün idarəçisi Marsın özü də yoldaşlıq edəcək. Dövrün Qoçlar üçün əhəmiyyətli bir müvəffəqiyyət potensialı vardır lakin yeganə şərtlə: Yaxşı koordinasiya və mükəmməl strategiyanız olmalıdır. Əks halda Mart 2020-nin əhəmiyyətli enerjiləri əlinizdən çıxa bilər və boşuna xərclənə bilər. Mali olaraq, Qoçlar xüsusilə ayın 12 - sindən sonra sağlam fikir və nisbət duyğularını itirməməlidirlər. Mart 2020-nin ilk iyirmi günündə daha çox yorula bilər və hədəflərinizi gözdən itirdiyinizi hiss edə bilərsiniz. Ayın ilk yarısı Qoçların immuniteti qismən aşağı olacaq. Bu dövrdə infeksiyalara, yoluxucu xəstəliklərə tutulma riskiniz artacaq və ifrat sizə zərər verəcək. Özünüzə yaxşı baxmalı, xüsusilə əgər xroniki xəstəlikləriniz varsa və bunlar 'hiper' tiplidirsə diqqət yetirməlisiniz. Son on günlükdə gücünüzü geri qazanacaqsınız.

BUĞA BÜRCÜ
Əgər Yanvar - Fevral ayları dövründə hələ özünü göstərmədisə, əlaqənizlə bağlı anlaşılmazlıqlar az qala qəti olaraq 2020 Martında su üzünə çıxacaq. Buna görə Buğalar həyatlarının ən həssas dövründə olacaq. Buğanın cütlər evinin idarəçisi Mars geri getmə mərhələsində olacaq və Yanvardan 2020 Sentyabr ayına qədər Buğanın cütlər evi və Saturnun olduğu və 6 Martdan etibarən də Marsın ziyarət etdiyi 8 -ci evi arasında gedib gələcək. Beləliklə romantik tıxanmalar, təkliyə meyllənmə və ya romantik geri çəkilmə, xarici səbəblərin zorla qəbul etdirdiyi maneələr və ya xariciləşmə, partnerinizin problemləri, cütlərin mali vəziyyətindəki böhran və ya məhdudlaşdırmalar mümkündür. Sakitləşmə və hədsiz səbir lazımdır. Mart 2020 boyunca Buğalar mükəmməl məşhurluqdan zövq alacaq və ehtiyac anında asanlıqla qoruyucu və dəstəkçilər tapa biləcəklər. Bunu bilmək faydalıdır, çünki Mart ayı asan bir dövr deyil. Buğanın karier evinin idarəçisi pis mövqedədir və Mars da uzun bir müddət orda iştirak edəcək (27 May 2020-yə qədər). Mars ehtiras və rəqabətçiliyi yüksəldir, lakin qarşıdurma riski, müxtəlif qəzalar və narahatlıqlar gətirir. Bu və ya digər yolla siz bu çətinliklərdən sıyrıla biləcəksiniz, çünki Yupiter sizin yanınızda olacaq, lakin əsəbiniz korlana bilər və stress yaşaya bilərsiniz. Buğalərin pul vəziyyətidirsə maksimum tutumluluq tələb etməkdə. Əhəmiyyətli maliyyə əməliyyatlarına tələsib atlamayın, çünki qazanclar qədər xərclər də eyni dərəcədə mümkündür. Əlinizdə olanı yaxşı qiymətləndirin, bədxərclik etməyin. Fiziki vəziyyətiniz Mart 2020 - da sizin güclü tərəfinizdir: Bol enerjiniz olacaq və formada olacaqsınız. İşin pis tərəfi yaradılış etibarilə optimizminizə baxmayaraq hər cür qorxu və narahatlıqların yaşanacağı bir dövrdən keçəcəksiniz. Dostlarınız və qohumlarınızın olduğu mühitlərdən zövq alın. Yaxınlarınız yanınızdaykən narahatlıqlarınız yox olacaq. Batareyanızı təbiətlə qucaqlaşaraq yenidən doldura bilərsiniz.

ƏKİZLƏR BÜRCÜ
Əkizlər üçün qarmaqarışıq bir dövrdür. Saturn və Marsın Əkizlərin əlaqə evində olmasıyla 2020 Mart ayında siz təhlükəli bölgədəsiniz. Bir ildən uzun bir dövrdə Saturn Əkizlərin ətrafındakılarla ünsiyyətini xeyli çətinləşdirir. İndi bu vəziyyətə 6 Mart - 27 May arası və 2 Avqust 27 Sentyabr arasında retrograd dövründə olan Mars da yoldaşlıq edəcək. Zəlzələlərə səbəb olmamaq və partnerinizin də səbəb olduğu zəlzələlərdən xilas olmaq üçün diplomatiyaya ehtiyacınız olacaq. Hadisələr elə inkişaf edə bilər ki, siz birlikdə çiyin çiyinə bəzi problemlərlə qarşılaşa bilər ya da partnerinizin problemləri (sağlamlıq, karier vs.) sizə də təsir edə bilər. Beləliklə mühit çox da ruh yüksəldici olmayacaq. 2020 Mart ayı Əkizlərin karieri üçün müvəffəqiyyətlərə və məmnuniyyətə əlavə olaraq prestijlərinin artması və hünərlərinin tanınması ilə işarələnən yaxşı bir ay ola bilər. Günəş, Venera və Əkizlərin idarəçi planeti Merkuri sizin günəş xəritənizdə çox xüsusi bir bölgədən keçəcək. Eyni yerdə reallaşacaq Günəş tranziti vəziyyətdə dəyişikliklər, əhəmiyyətli və fövqəladə bir hadisədən xəbər verir. Bu da ortaqlıq və razılaşmanın bitirilməsi mənasına da gələ bilər. Çünki Əkizlərin ortaqlıq evi Mars və Saturn tərəfindən test ediləcək. Kooperasiyanın davam etməsi üçün çox diqqətli olmalısınız! Mart 2020 boyunca Əkizlərin maliyyə vəziyyəti ortaqlıqlarına sıx surətdə bağlı olacaq. Lakin ortaqlıqların bitməsi lazımdırsa, özünüzü yeni qiymətləndirin və gələcəyə özünüzdən əmin bir şəkildə baxın! Əkizlərin ümumi vəziyyəti 2020 Mart ayında kifayət qədər yaxşı olacaq və ətrafda heç bir sağlamlıq problemi olmayacaq. Lakin xüsusilə ayın ilk yarısı fokuslanma və koordinasiyala əlaqəli bəzi problemlər yaşaya bilərsiniz. Buna görə üzərində çalışdığınız mövzuları hər vaxt yenidən nəzərdən keçirməlisiniz ki, səhvlər ortaya çıxmasın. Təhlükəli əşyalardan istifadə edərkən, qarşıdan qarşıya keçərkən, avtomobil sürərkən də diqqətli olmalısınız.

XƏRÇƏNG BÜRCÜ
Mart 2020-nin ilk yarısı Yengəclərin eşq həyatı üçün çox gözəl olmayacaq. Eşq planeti Venera qarışıq siqnallar verəcək məhdud bir bölgədə olacaq. Lakin Veneranın bu mövqeyi əlaqələrin başa düşülməsi çətin, problemli və incə istiqamətlərini analiz etmək və qiymətləndirmək üçün yaxşı bir fürsət ola bilər. 12 Mart 2020 - dən sonra Venera daha yaxşı sahəyə girir və bu da əhəmiyyətli ölçüdə daha geniş perspektiv təmin edəcək. Bu sahə ortaq ruhi və mədəni araşdırmalar, böyük gerçəklərin ortaq kəşfi və dünyanı eşq baxımından yenidən kəşf etməyə: uzaq məsafəli eşqlər, dünyanın uzaq bir küncündən biriylə yaşanan eşq hekayəsi və ya birlikdə çıxılan romantik səyahətlər üçün uyğundur. Günəş, Venera və Mars sizin şöhrət, müvəffəqiyyət və hədəflərinizə çatmanızı təmin edən nöqtəyə - zenitə yaxın olacaq. Lakin bu təsirlər Mart 2020-nin son on günündə özünü göstərəcək. O zamana qədər Yengəclər işlərdən, mədəni, yüksək təhsil və ya ruhi fəaliyyətlərdən, səyahət və ya uzaq məsafəli iş əlaqələrindən məmnun qalacaq. Ünsiyyət və məlumat çox qiymətli olacaq. Lakin, 2020 Mart ayı Yengəclər üçün nəzakətli bir ay deyil: Bu ay sizi ciddi işə yönəldəcək, həll etməniz lazım olan problemlər, təcili vəziyyətlər, böhranlar və başqa çətinliklər çıxaracaq. Marsın yaratdığı mühit gərgin olacaq və qarşıdurmalarla işarələnəcək. Ekstrem vəziyyətlərdə, işlə bağlı qəzalar nəzərdə tutulmaqdadır. Mali olaraq Yengəclər Mart 2020-nin ilk iyirmi günündə qərarsız olacaq, son on gündə isə fürsətlərlə qarşılaşacaqlar. Elə bir dövrə girirsiniz ki, sağlamlığınıza hədsiz diqqət yetirməniz lazım gələ bilər. Bu yalnız 2020 Mart ayıyla məhdud da deyil, sonrakı aylara da diqqət yetirin. Mart, Aprel və May Yengəclərin sağlamlığı baxımından yüksək risk ayları olduğundan riskə girməməli və ən kiçik bir əlaməti belə ciddi qəbul etməlisiniz. Diqqətli olun və həkim ziyarətlərinizə laqeyd yanaşmayın!

ŞİR BÜRCÜ
12 Mart 2020-yə qədər siz Veneranın təvəccöhünə məzhər olacaqsınız. Bundan zövq alın. Venera eşq və anlayış planetidir. O sizin birgə həyatınızda, eşqdə şans, barış, xoşbəxtlik və harmoniya təmin edir və lazım olduğu zaman yeni əlaqələrə başlamada və ya hər hansı eşq mövzulu işlərdə yaxşı bir mühit təqdim edir. Mart 2020 - dan sonra Aslanın eşq həyatı daha gizli, daha analitik və əlaqənin daha az açıq, sirli və bulanıq istiqamətlərini araşdırmaq üçün uyğun olan sahəyə keçir. 6 Mart 2020 - də siz üç ay davam edəcək olan, sizi çox zövqlü hadisələrdən tam mənasıyla zövq almağa yönəldəcək olan, çox cinsi və romantik impulsların olduğu bir dövrə girirsiniz. Lakin bu eyni zamanda sizə bir çox problem də çıxara bilər, buna görə diqqətli olun! Aslanın kooperasiya və ortaqlıqları Mart 2020-nin ilk yarısında uyğun mövqedə olacaq, yeni təkliflər və ya kontraktlar bir-birinə qarışacaqdır və ya sizi professional baxımdan dəstəkləyən insanlarla tanış olacaqsınız. İdman fəaliyyətləri, yaradıcı-mədəni məşğuliyyət və özünüzü tanıtma qabiliyyəti Mart ayının 6 - dan başlayaraq Mars planetinin güclü təsiri altında olacaq və bu planetin gücündən faydalanacaq. 2020-ci ilin Mart ayı boyunca Aslan bürcləri fərqli bir maliyyə atmosferi içində olacaqlar. Cəhd, sərmayə, bir şey qazanma və sair şeylərlə maraqlanacaqsınız və ya maliyyə müəssisələriylə əlaqədar fəaliyyətlər daha canlı olacaq. Vəziyyət nə olursa olsun, ehtiyatlı olmanız lazımdır, praktiki olaraq diqqət və çox düşünmək lazımdır. Fərziyyələrlə hərəkət etmək bu dövrdə Aslan bürcləri üçün tövsiyə olunmur. Aslan bürclərinin fiziki görünüşü 2020-ci ilin ilk iyirmi günü boyunca normal olacaq və bu dövrdə hadisələr və qəza riski olmayacaq (xüsusilə fiziki fəaliyyətlər, idman üçün), lakin son on gün boyunca sizin sağlamlığınız yaxşıya doğru gedəcək. Əgər çox narahat olmasanız, sizin əhvalınız yaxşı olacaq. Əgər körpə gözləyirsinizsə, özünüzə diqqət yetirin və ehtiyatlı olun!

QIZ BÜRCÜ
2020-cı ilin Mart ayı hisslər baxımından Qız bürcləri üçün çox hərarətli olacaq. Mart ayı boyunca Qız bürcünün evlilik evindən Günəş (20 - sinə qədər), Merkuri (5 və 22 - si arası) və Venera (12 - dən etibarən) keçəcək. Neptun planeti isə bu sahədə uzun zaman qalacaq. Siz Qız bürcünün əlaqələr evində reallaşacaq, fürsətlər və yeniliklərlə dolu güclü, əhəmiyyətli bir ayın şəklini çəkəcəksiniz. Lakin sürprizlər hər an və hər yerdə ortaya çıxa bilər. 2020-cı ilin Mart ayı hədsiz romantik potensialı olan bir ay olacaq, lakin risksiz olmayacaq. Qız bürclərinin əlaqələri bu dövr az qala elastik olacaq və səhv zamanda edilmiş səhv bir jestlə təhlükə altına girə bilər. Bəzən əhəmiyyətli qırılmalar ortaya çıxa bilər. 2020-cı ilin Mart ayı iş əlaqələri Qız bürclərinin zehnini məşğul edən ən əhəmiyyətli şey olacaq. Bu dövr hərəkətli bir dövr olacaq: siz komanda işlərindən zövq alacaq, başqalarının sizin proyektlərinizə qatılmasından zövq almağı təmin edəcək, onları bir araya gətirəcək, onlara fürsət təqdim edəcəksiniz. Yeni birliklər və ittifaqlar doğulacaq, köhnə yoldaşlıqlar sona çata bilər. Zehninizi aydınlaşdırın və hansının məhsuldar və etməyə dəyər olduğunu bilməlisiniz, bəzi səylər göstərsəniz belə. 2020-cı ilin Mart ayının son on günü boyunca kiçik sərmayə qoysanız belə maliyyə işləri əhəmiyyət daşıyacaq. Siz evdə çox çalışacaq və ya ümumiyyətlə öz ərazinizdə işləyəcəksiniz və bu da stress və səhv başa düşülməyə səbəb olacaq. Bəlkə də siz hər şeyi yenidən quracaq və qırılmış və ya təmirə ehtiyacı olan şeyləri təmir edəcəksiniz. Qız bürcləri 2020-cı ilin Mart ayı boyunca çox yaxşı fiziki görünüşə sahib olacaq, lakin bu gərgin mühit içində onlar tarazlığı itirəcəklər. Mülayim və sağlam fikirli olmağa çalışın! Mart ayında ifrat sizi kifayət qədər zərərə uğradacaq. Ailə içində və evdə sakit və uyğunlaşma içində olmaq istəyirsinizsə, səy göstərin. Əks halda balanssızlığa istiqamətli olmanız ortaya çıxacaq və stress yaşayacaqsınız.

TƏRƏZİ BÜRCÜ
12 Mart 2020a qədər Venera Tərəzinin eşq və erotizm evində olacaq. Bu nəzakətli bir dövrdür, buna görə də bu dövrdən zövq alın, çünki daha sonra işlər yaxşı görünmür. 12 Martda Venera özü ilə yaxşı uzlaşmayan narahatlıqlar və məsuliyyətlər evinə daxil olacaq. Burada eşq azad inkişaf edə bilməz və Tərəzilərin əlaqələri avtomatik olaraq iş, vəzifə və iş yeriylə əlaqədar olacaq. Tərəzinin əlaqələr evinin idarəçisi Mars da 6 Martda Oxatan bürcünə girəcək və May 2020-yə qədər orada qalacaq. Bu mövqedə Marsın problemi var: o Saturna yaxındır və buna görə məsuliyyətlər, məhdudlaşdırmalar və maneələrlə əlaqəlidir. Mart 2020 - da Tərəzilərin professional həyatı dinamik olacaq və dəyişməyə və sürprizlərə açıq olacaq. Hadisələr stressli və hətta kritik əhəmiyyətə sahib olacaq. Tərəzinin iş evi indi artıq Neptun, Günəş Merkuri və Venera tərəfindən hərəkət etdirilir. Bu dövr boyunca işlər qabiliyyət və yaradıcılıqla və həm də intellektual hədəflər, yazılar, danışıqlar və düşüncə alveriylə (fikir, ticari vs.) və ya hünər tələb edən çalışma ilə bağlı olacaq. Günəş karierinizdə sizi çaşdıracaq əhəmiyyətli bir hadisəyə işarə edir. Mars və Saturnun Tərəzinin iş evindəki planetlərlə meydana gətirəcəyi kvadrat sizin ümidsizcə intizam və təşkilata ehtiyacınız olduğunu göstərir. Mali olaraq Mart ayı Tərəzilər üçün asan keçməyəcək. Kooperasiya və razılaşmalar yenidən nəzərdən keçirilməlidir. 2020 Mart ayında Tərəzinin xəstəliklər evində təzyiq artacaq, buna görə çox diqqətli olmalısınız: özünüzü qoruyun, istirahət edin, ifratdan qaçının, nizamlı həyat tərzi inkişaf etdirin və bədəninizin sizə verdiyi siqnallara laqeyd yanaşmayın! Ümumi bir tibbi yoxlamadan keçmək üçün tam uyğun zamandır. Əgər diaqnoz və müalicədən ən kiçik bir şübhəniz varsa başqa bir həkimə müraciət edə bilərsiniz.

ƏQRƏB BÜRCÜ
Neptun, Günəş, Merkuri , Venera və Günəşin Əqrəbin cinsilik və eşq evində olmasıyla Mart 2020 -nın nə növ hadisələrə fokuslanacağını təxmin etmək çətin deyil. Romantizm, eşqbazlıq, eyhamlar və baxışlar, olabiləcək yeni eşq və s. Xüsusilə Martda hər şey gözlənilə bilər. Lakin, fəth etmə və zövq sursatınızı tamamilə istehlak etməməyə çalışın! Eşq və pul bu dövr yaxşı razılaşmayacaqlar. Əhəmiyyət verdiyiniz və bağlı olduğunuz bir əlaqə varsa, çöllərdə eşq oyunlarına girişməyin. Çünki bu hədsiz riskli olacaq. Cinsi yolla bulaşan xəstəliklər və ya uşaq istəmirsinizsə tədbirlərinizi almalısınız. Sentyabr 2020-nin sonuna qədər Pul Əqrəblərin prioritetli mövzusu olacaq və onların əslində karier təşəbbüslərinin əsl səbəbini meydana gətirəcək. Bütün qərarlarınız, işinizi təşkil etməniz, planladığınız strategiyalar əslində maddi vəziyyətinizi yaxşılaşdırmaq məqsədlidir. Bu sizin hədəfiniz və uğruna mübarizə apardığınız döyüşünüzdür. Sizi belə olmağa məcbur edən daha böyük ehtiyaclar, böyük xərclər və ya digər açıq səbəblər ola bilər, ya da bu sizin içinizdən gələ də bilər. Digər tərəfdən 2020 Mart ayı Əqrəblərə qabiliyyətlərini göstərmək üçün, artistik və ya yaradıcı fəaliyyətlər üçün, promosiya üçün və bacarıqlarınızdan yaxşı istifadə etmək üçün fövqəladə bir aydır. Ay boyunca ən az gözlədiyiniz anda yeni fürsət ortaya çıxa bilər. Əqrəblər üçün 2020 Mart ayı xeyli ziddiyyət dolu bir dövrdür. Bəzi günlər siz əcaib formada olacaq coşğunluq və optimizm göstərəcək, beləliklə hər kəsi ovsunlayacaqsınız. Başqa zamanlardaysa siz yorulacaq, istəksiz olacaq və stəkanın boş tərəfini görəcəksiniz. Lakin kədərlənməyin, birinci vəziyyət daha ağırlıqlı olacaq. Güclərinizi boşuna sağa sola sərf etməyin! Onlara ehtiyacınız ola bilər.

OXATAN BÜRCÜ
2020 Mart ayının ilk 5 günü canlı, rahat, ünsiyyət dolu bir atmosfer olacaq. Bu tarixdən etibarən vəziyyət yavaşca dəyişəcək. 5 Martda Oxatanın əlaqələr evinin idarəçisi Merkuri Balıq bürcünə girəcək və orada Neptunla görüşəcək. Bu kombo çox romantik olacaq amma mühakimədə səhvlər, baş qarışıqlığı, qərarsızlıq və özünü aldatma riski daşıyır. Pisləşmələr yeni əlaqələrinizə də təsir edə bilər. Köhnə əlaqələr sanki indikilərdən daha yaxşıdır və Oxatanların diqqətini xüsusilə ev, ailə və daşınmaz əmlaka yönəldə bilər. 6 Martda ehtiraslı Mars Oxatan bürcünə girəcək. Oxatanların cinsi motivləri və onların fəth etmə, təşəbbüs almaq və macəraçılıq arzuları artacaq. Və bu trend yalnız 2020 Martla məhdudlaşdırılmayacaq, sonrakı iki ay üçün də etibarlı olacaq. Ünsiyyət, uzlaşdırıcılıq, fikir alış - verişi, məlumat və intellektual işlər 2020 Mart ayının ilk yarısı üçün uyğun hesab edilir. Ay boyunca Oxatanlar rəhbərliklə, torpaqla, daşınmaz əmlaklarla və böyük ehtimalla əkinçilik və ya təbii qaynaqlar kimi digər əmlakla bağlı şeylərə böyük maraq göstərəcək. Bəzi vəziyyətlərdə bu ailə şirkəti, ailə dəstəyi və ya evdən iş görmək mənasına da gələ bilər. 5 Mart 2020 - dakı Marsın Oxatan bürcünə girməsiylə ehtiras, təşəbbüs və rəqabət Oxatanların maraqlarını gəlirlərini artırmağa və müxtəlif maliyyə məşğuliyyətlərinə yönəldəcək. Lakin diqqətli olun: çünki Mars tələskən, tədbirsiz və qarşıdurma yaradıcıdır! Siz sakit qalmalı, ölçülü və diplomatik olmalısınız. 5 Mart 2020 - da Mars Oxatan bürcünə girəcək. Mars sizə enerji, ehtiras və nümayiş etmək arzusu verəcək. Lakin o eyni zamanda sizi bəzi qəzalara (Marsın Saturna yaxınlığından ötəri), infeksiya, iltihablanma(və geniş miqyasda kəskin infeksion xəstəliklərə), qanamalara, yanıqlara, müxtəlif yaralanma və ya qəzalar kimi risklərə müdafiəsiz hala gətirir. Mars Oxatan bürcündə bir neçə aylıq müddət içində keçişini tamamlayacaq, lakin Mart ayında risklər daha böyükdür. Diqqətli olun!

OĞLAQ BÜRCÜ
Oğlaqların eşq həyatında Mart 2020-nin 12 Marta qədər olan qismi şüurluluq və praktikaya ehtirasdan daha çox əhəmiyyət verilən bir dövr olacaq. Bu dövrdə, siz duyğularınıza dəyərlər, təhlükəsizlik və pul baxımından baxacaqsınız. Siz və partnerinizin ortaq mali mənfəətləriniz ola bilər: qazanclar və bəzi maddi problemlərin birlikdə həll edilməsi. Ayın ikinci yarısı da xeyli zehni olacaq, lakin romantizm əsintisinə də yer qalacaq. Bu dövr səyahət və ünsiyyətlə stimullaşdırılacaq. Danışıqlar və yazışmaların eşq həyatınıza xəbərdaredici və afrodiziak təsirlər etməyi də mümkündür. Mart 2020-nin ikinci yarısı boyunca Ay Oğlaqların zehinlərinin bir qismini evləri və ya ailələri ilə bağlamalarını təmin edəcək bir hadisəyə səbəb ola bilər. 12 Mart 2020-yə qədər Oğlağın karier evinin idarəçisi Venera Oğlağın pul evində olacaq ki, bu da adi qazanclardan çox yaxşı mükafatlandırılan iş və ya professional status və prestijdən sonra başqa maddi qazanc mənasına gəlməkdədir. 12 Martdan sonra Venera Oğlağın əvvəlki ayın son on günündə Günəş tərəfindən onsuz da aktivləşdirilmiş və 5 Martdan sonra Merkuri tərəfindən daha da canlandırılacaq olan 3 - cü evində olacaq, və 8 Martda bu ev daha da əhəmiyyətli olacaq. Bütün bunlar ünsiyyət, səyahət və məlumat sahəsində güclərin bir yerə toplanması mənasına gəlir. Ehtimalla siz əhəmiyyətli bir araşdırma edir, konfrans verir, təhsil alır, iş görüşməsi və ya imtahandasınız, bəzi uzlaşdırıcı fəaliyyətlər, iş səyahəti ilə məşğulsunuz və s. Bu fəaliyyətlərin birinin çox əhəmiyyətli bir qazancı vardır. 6 Mart 2020 - dan etibarən Mars Oğlaq bürcünün 12 - ci evindəki Saturnla görüşəcək. Bu ev zəifləmiş immunitet sistemi, xroniki və yoluxucu xəstəliklər, asılılıqlar və sizin azadlığınızı məhdudlaşdıran psixoloji və fiziki dərdlərlə əlaqədardır. Siz önümüzdəki bir neçə ay özünüzə diqqət yetirməli, tədbirinizi artırmalı və bədəninizin immunitet sistemini gücləndirəcək hər şeyi etməlisiniz.

DOLÇA BÜRCÜ
Eşq planeti Venera 12 Mart 2020-yə qədər Dolça bürcündə olacaq. Bu sehrli günlərdən zövq alın! Havada eşq qoxusu olacaq, başdan çıxarma qabiliyyətləriniz maksimuma çatacaq və eşq həyatınıza harmoniya hökm edəcək. 12 - 20 Mart aralığı da pis deyil: Balıq bürcündə olan Venera, yenə Balıqda olan Dolçanın əlaqələr evinin idarəçisi Günəş tərəfindən romantizm mövzusunda dəstəklənəcək. Romantizm xaricində bu cüt ikinci Günəş evinin maraqlandığı sahələrə: dəyərlər, səhmlər və pula də təsir edəcək. Buna görə romantizm nə qədər ürəyinizə yaxın olursa olsun, sizin diqqətli gözləriniz əhəmiyyətli qiymətləndirmə edəcəyiniz və ya partnerinizle paylaşdığınız maddiyyata fokuslanacaq. Ünsiyyət və səyahətlər Mart 2020 boyunca Dolçaların əlaqələrinə təsir edəcək. Karier, status, prestij və məşhurluq 2020 Mart ayında və sonrakı aylarda Dolçalar üçün ən böyük prioritet daşıyan mövzular olacaq. 5 Martda Dolçanın karier evinin ənənəvi idarəçisi Mars, Dolçanın idarəçisi Uranın olduğu günəş evinə daxil olacaq. Beləcə professional olaraq daha güclü bir istək duyacaqsınız. Siz bəzi qarşıdurmalar yaşaya bilər (elə görünür ki, axtardığınız da onsuz da budur), daha böyük məsuliyyətləriniz ola bilər lakin çətin vəziyyətdə qaldığınızda şans köməkçiniz olacaq və dəstək alacaqsınız. Pul 2020 Mart ayında Dolçaların ən əhəmiyyətli mövzusu olacaq. Mali oxunuz Günəş, Merkuri, Venera, Neptun, Yupiter və ay düyünləri tərəfindən stimullaşdırılacaq. Çox qazana bilərsiniz, lakin çox da xərcləyəcəksiniz. Mart 2020 - da Dolçaların fiziki vəziyyəti yaxşı olacaq. Sizin bir çox enerjiniz və qibtə ediləcək dayanıqlılığınız olacaq. Lakin Marsın Saturna yaxınlığı bəzi risklər daşımaqdadır: küsəyənlik, səbirsizlik, yaralanma və ya qəzalar (xüsusilə tələsmədən və ya tədbirsizlikdən doğan), sürətli inkişaf edən kəskin dərdlər və müxtəlif hadisələr. Sakit olun!

BALIQLAR BÜRCÜ
2020 Mart ayı hər baxımdan Balığın ayıdır ki, buna romantika da daxildir. Mart ayının 20 - sinə qədər Balıqda olan Günəşin istiliyini, enerjisini və ehtirasını alacağınız və parlayacağınız bir dövrdən keçəcəksiniz. Buna əlavə olaraq 5 Martda Merkuri Balıq bürcünə girəcək. Merkuri Balığın cütlər evinin idarəçisi və Balığın idarəçisi Yupiterlə (Balığın cütlər evində olan) qarşılıqlı qəbul görən gözəl bir vəziyyətdə olacaq. Bu mövqe iki planet arasında enerji alış-verişini sürətləndirir və eşq və/və ya evlilik üçün uyğun şərtlər yaradır. Son olaraq 12 Martda maksimum zövq alacaqsınız: eşq və qarşılıqlı anlayış planeti Venera özü də Balıq bürcünə keçir. Belə şərtlər altında: Mart romantik mənada Balıqlar üçün çox gözəl bir ay olacaq. İstəyin və istədiyinizə nail olacaqsınız! Mart ayı Günəşin (nüfuz, güc, qürur), Merkurinin (asan düşüncə, ünsiyyət, məlumat, səyahət və yenilənmə), və Veneranın (cazibədarlıq, qabiliyyət, ictimai əlaqələrdən gələn faydalar) Balıq bürcündə tranziti səbəbiylə dinamik, aktiv və canlı olacaq. Bu tranzitlər sizin həqiqətən ehtiyac duyduğunuz yaxşı istiqamətli tranzitlərdir, çünki sıx və ehtirasla dolu üstəlik qarşıdurma və maneələrin olduğu bir dövrdən keçirsiniz. Hərəkət, təşəbbüs, mübarizə və rəqabət planeti Mars 6 Martda Balığın ayıq və elastik Saturnun iş gördüyü karier evinə girəcək . O andan May 2020-nin sonuna qədər siz həmişə atəş altında olacaqsınız. Özünüzü zəbt edin! Siz onsuz da mali olaraq yaxşısınız və son on gündə daha da yaxşı olacaqsınız. Günəşin 2020 Mart ayının ilk iyirmi günündə xeyli enerji, Veneranın son iyirmi gündə optimizm və yaxşı xarakter və Merkurinin 5-22 Mart aralığında Balıqda olması sizə sevinc və gözüaçıqlıq gətirəcək. Buna baxmayaraq çox stressli olacaq və sizə zərər verəcək ifrata yönələcəksiniz. Diqqətli olun çünki 2020 Mart ayı infeksiya riski yaşanacaq.
(səs: 243)
Şərhlər: 193
Baxılıb: 9038676
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Qlamurr
Duzdu oxudum,ancaq burclerle yawamiram,inanmiram,cunki psixoloji tesir edir insana.
1 dekabr 2013 11:44
13
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Offline
Miss_Oxatan
maraqla oxudum,kecen ay qisa yazilsa da yazilanlar yawananlara uygun gelmiwdi,bu ay daha gozel weyler yazilib.InweALLAH teki ALLAH deyen olsun.yaxwi olar.yawiyaq gorek.
1 dekabr 2013 11:41
12
#flatearth
Offline
BARBI
insallah yaxsi olar bu ay.
1 dekabr 2013 11:16
11
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
tek umidim sen
cox twkler
1 dekabr 2013 10:51
10
[b]ᵍᵒᵒᵈ ᵗʰⁱⁿᵏˢ ᵗᵃᵏᵉ ᵗⁱᵐᵉ
Offline
ʚɞღ..Sultanım..ღʚɞ

Oxatan
Ola bilsin çiyinlərinizə daşıya biləcəyinizdən ağır yük düşəcək, bu həm ailə, həm də iş həyatına aiddir. Çoxlu işləməli və məsuliyyətli qərarlar verməli olacaqsınız. Üstəlik, ürəyinizdə keçmiş sevgilinizlə bağlı hisslər yaranacaq, ətraflı düşünüb düzgün qərar verməyiniz lazım gələcək. Maddi baxımdan sıxıntı yaşanmayacaq.

ne bilim valla allah ozu komek dursun bizlere
22 noyabr 2013 11:50
9
❀✿❀ `- Məni məndən öyrən,Hər kəsə eyni deyiləm...❀✿❀
Offline
Zeynuş
yaxsi olar
20 noyabr 2013 20:22
8
Agaca dayanma çürür,insana güvenme ölür.Aç ellerini Rabbine seni bir tek O görür.
Offline
ʚɞღ..Sultanım..ღʚɞ
hmmmmmmmmm ne bilim gorek deeeeeeee
1 noyabr 2013 17:03
7
❀✿❀ `- Məni məndən öyrən,Hər kəsə eyni deyiləm...❀✿❀
Offline
Wiyinka
oxatanam,nese bir soz mene yaxwi tesir etmediye 28
1 noyabr 2013 14:50
6
Offline
Zeynuş
yashiyib gorerik inshallah
1 noyabr 2013 13:08
5
Agaca dayanma çürür,insana güvenme ölür.Aç ellerini Rabbine seni bir tek O görür.
Offline
lili)
baliq burcuyem
1 noyabr 2013 12:13
4
Offline
Narminovski
Oxatan
Ola bilsin çiyinlərinizə daşıya biləcəyinizdən ağır yük düşəcək, bu həm ailə, həm də iş həyatına aiddir. Çoxlu işləməli və məsuliyyətli qərarlar verməli olacaqsınız. Üstəlik, ürəyinizdə keçmiş sevgilinizlə bağlı hisslər yaranacaq, ətraflı düşünüb düzgün qərar verməyiniz lazım gələcək. Maddi baxımdan sıxıntı yaşanmayacaq.
1 noyabr 2013 12:05
3
Offline
vipbetul
insallah Rebbimin komeyi ile bu ay isdediyimi elde ede bilerem,teki Rebbim uqurlu etsin ayimi gunumu saatimi deqiqemi oz rehmini komeyini hec zaman uzerimizden eksikk etmesin,Amin insallah
1 noyabr 2013 00:50
2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
BARBI
insallah her sey yaxsi olar.
1 noyabr 2013 00:47
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri