Aylıq Bürclər - 2018 Bürclər İYUL ayında nə vəd verir?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 171
Baxılıb: 7486814
Paylaş:
Səs ver:
(səs: 131)
Bürclər 2018-ci il İYUL ayı üçün nə deyir?

Qoç - Mars planeti Qoç bürcünün əlaqə evində özünün son günlərini keçirməkdədir. Bu planet 2018-ci ilin İyul ayında az qala səkkiz aylıq bir müddətdən sonra bu evi tərk edəcək və onun tərk edişi başqaları ilə əlaqədə sizə rahatlıq təmin edəcək, bunun iş, evlilik və ya eşq əlaqəsi olması fərq etməz. İyul ayının 28-inə qədər Qoç bürcünün əlaqələri çox canlı olaraq qalacaq. Əlaqələrinizdə bəzi əhəmiyyətli qərarlar vermək məcburiyyətində qalacaqsınız, münaqişə və rəqabət də olacaq. Öz düşüncələrinizi birbaşa söyləməsəniz yaxşı olar! Mars planeti tərəfindən sizə verilən gücdən müsbət və quruculuqla istifadə etsəniz yaxşı olar və ümumiyyətlə rifahınızı yüksəldəcək işlər görmək lazımdır. Uzlaşmağa meylli və köməksevər davranışınız xoş qarşılanacaq. 2018-ci ilin İyul ayında Qoç bürcünün evlilik evinin idarəçisi olan Venera əlaqə və hisslərinizi paylaşmaqda sizə kömək olacaq və uyğun görüş və ya romantik baxımdan səyahət etmək üçün sizi dəstəkləyəcək. 2018-ci ilin İyul ayının ilk dövrü Qoç bürcünün iş evinin idarəçisi olan Merkuri planeti sizin üçüncü evinizdə olacaq, bu ev başlanğıclar və hərəkətlər evidir. Merkuri planeti ilə birlikdə Venera planeti də şans gətirəcək. Sizi qarşıda gəlirli bir dövr gözləyir, danışıqlar, yığıncaqlar, intellektual iş görmək üçün mükəmməl bir dövrdür. Ağlınıza hər cür fikir gələcək, hər cür şeyləri öyrənəcəksiniz, hesablamaq, duyğu və düşüncələrinizi sözlə və ya yazı ilə göstərmək sizin üçün çox asan olacaq. Yeni şeylərə başlayacaqsınız, fərqli proseduralara qatılacaq və çox çalışqan olacaqsınız. 2018-ci ilin ilk 20 günlüyü Qoç bürcünün dördüncü evi Günəş tərəfindən tutulacaq və ayın ikinci dövrü isə Merkuri və Venera tərəfindən bu ev doldurulacaq və bu planetlər özləri ilə rahatlıq və rahat həyat şərtləri gətirərək sizi bu sahədə sərmayə qoymağa ürəkləndirəcək. Maliyyə baxımından optimist olmaqda fayda var. Nəzəri olaraq 2018-ci ilin İyul ayı Qoç bürcü insanlarının sağlamlıq baxımından narahat olmaq üçün səbəbləri olmayacaq: çünki Qoç bürcünün xəstəliklər evi mənfi təsirlərdən uzaq olacaq. Əksinə 2018-ci ilin İyul ayı sizə sağlamlıq və tibbi həllər təqdim edəcək və həqiqətən də sizin bu həllərə ehtiyacınız vardı. 2018-ci ilin İyul ayında daha gözəl fiziki görünüşə nail olmaqda üstünlük qazanacaqsınız. Bu ay ailənizlə birlikdə evinizə bir şeylər ala bilərsiniz!

Buğa - 2018-ci ilin İyul ayı Buğa bürcü insanları üçün astroloji meyl romantik olmaqdan daha çox praktik olacaq. Buğa bürcünün eşqinin güvənli və maddi olmasına ehtiyac vardır, ay işığında gəzməkdən daha çox pul xərcləməyə və maddiyyata istiqamətli olacaq, eşq mahnısından daha çox gözəl hədiyyəyə ehtiyac duyacaqsınız. 2018-ci ilin İyul ayının son on günlüyündən əvvəl sizin eşqlə əlaqədar yazılara xüsusilə elektronik olanlara qarşı həssaslığınız artacaq. Uzun söhbətlərdən sonra birlikdə gəzmək və hisslərinizi paylaşmaq zamanıdır. Yenə də 2018-ci ilin İyul ayının son on günlüyü romantik səyahət edə bilər və ya sizin üçün xüsusi olan bir insanla görüşə bilərsiniz. Ayın sonunda Mars, artıq Saturn planetinin yerini aldığı Buğa bürcünün evlilik evinə girəcək. Bu evlilik həyatınızın enerji ilə dolduğunu göstərir, lakin eyni zamanda münaqişələr də ortaya çıxa bilər. 2018-ci ilin İyul ayında iş həyatınız canlanacaq və sizi hər vaxt məşğul edəcək. Hər vaxt hərəkətdə olacaqsınız və çox insanlarla görüşəcək, danışacaq, plan quracaqsınız. İş yoldaşınız olacaq yeni insanlarla tanış olacaqsınız. 2018-ci ilin İyul ayının ilk dövrü comərd olsanız yaxşı olar: sizin üçün hədiyyələr olacaq və başqa maddi üstünlüklər qazanacaq, gözəl və lüks əşyaların olduğu yerlərdə olacaq, iş yoldaşlığınızdan, artistik və intellektual fəaliyyətlərdən, əlaqə və səyahət vasitəsiylə pul qazanacaqsınız. 2018-ci ilin İyul ayının son on günlüyü Günəş Buğa bürcünün dördüncü evində olacaq və bu ev də gerçək mal varlığı, evlər və ərazi, əkinçilik və yeraltını göstərir. Bu sahədəki fəaliyyətiniz sizə müvəffəqiyyət gətirəcək, üstəlik Yupiter də 2018-ci ilin 16 İyulundan etibarən burada olacaq. 2018-ci ilin İyul ayının sonu sizin sağlamlığınızda xeyli rahatlama olacaq, Mars Buğa bürcünün xəstəliklər evini tərk edəcək, beləcə əgər sizin son səkkiz ayda hər hansı bir sağlamlıq probleminiz vardırsa, indi onların azaldığını görə biləcəksiniz. Ayın sonuna qədər diqqətli olmanız lazım gələcək, xüsusilə yoluxucu xəstəliklərə tutulmamanız lazımdır və qəzaya düşə bilərsiniz. Pulunuzu sizi məmnun edən, bahalı lakin gərəksiz şeylərə xərcləməkdən çəkinin!

Əkizlər - Eşq planeti olan Venera Əkizlər bürcündə yerləşəcək və 2018-ci ilin İyul ayının ilk 20 günlüyündən məmnun qalacaqsınız: eşq sizi asanlıqla tapacaq və dünya əlbir olub çalışacaq ki, sizin ürəyinizi sevinclə doldursun. Venera sizin ürəyinizi optimizm və şirinliklə dolduracaq, sizə cazibədarlıq və zəriflik verəcək, bədən və hərəkətlərinizi romantikliyin zərif pərdəsi ilə qucaqlayacaq, məşhur olmanıza kömək edəcək və arzularınıza həyat verəcək. Əgər xoşbəxt olmaq istəyirsinizsə etməniz lazım olan şey Venera planetinə boyun əymək, onun tövsiyəsini dinləmək və ürəyinizi açmaqdır. Başqa bir yaxşı xəbər isə Əkizlər bürcünün evlilik evinin idarəçisi olan Yupiter bu bürcün üçüncü evində Aslan bürcünə girəcək və orada bir il qalacaq, bu 2018-ci ilin İyul ayının 16 da inkişaf edəcək. Əlaqə və düşüncələr evində olan Yupiter planeti ilə birlikdə, Əkizlər bürcünün evlilik həyatında ehtiras və eşqin yaşanma şansı çoxalacaq, əlaqə və harmoniya ilə bəslənəcək. Bu dövr sizin üçün əhəmiyyətli maliyyə işləri dövrü olacaq. 2018-ci ilin İyul ayı Əkizlər bürcünün pul evindən sırayla Günəş, Merkuri (Əkizlər bürcünün hamisi) və Venera planeti keçəcək. Günəş və Merkuri planetinin keçişi maddi mənada çox əhəmiyyət daşıyacaq, maraq oyadacaq, enerjinizi alacaq, Venera sizə şans verəcək bu da İyul ayının son on günlüyündə təsirini göstərəcək. Gəliriniz hər zamankından çox olacaq, lakin normaldan daha çox xərciniz də olacaqdır. Professional sahədə yeni dövr başlayacaq: Əkizlər bürcünün iş evinin idarəçisi olan Yupiter 16 İyulda Aslan bürcünə girəcək, bu da sizə müvəffəqiyyət və məmnunluq gətirəcək. Böyük arzular ortaya çıxacaq, proyektlər göz oxşayan olacaq, prestijiniz artacaq və möhkəmlənəcək. Sağlamlıq baxımından siz yenidən canlılığınızı geri qazanacaqsınız, çünki 2018-ci ilin İyul ayının 1i Əkizlər bürcünün idarəçisi olan Merkuri geri getməyəcək və doğru düzgün hərəkət etməyə başlayacaq. Psixoloji olaraq da yaxşı olacaqsınız: Venera sizin optimist və xoşbəxt olduğunuzu görəcək, siz sadəcə hər şeyin gözəl yanını görəcəksiniz. Optimizm uzunmüddətli olacaq, çünki Yupiter Əkizlər bürcünün zəka evinə girəcək və orada 2019-cu ilin Avqust ayına qədər qalacaq.

Xərçəng - 2018-ci ilin İyul ayında vəziyyət dəyişəcək. Bir il sizin tərəfinizdə olan Yupiter Xərçəng bürcünü tərk edəcək və bundan ötəri macəra, ehtiras və eşq bir azcıq azalacaq. Xərçəng bürcünün eşq və və ehtiras evinin idarəçisi olan Mars Tərəzi bürcünü də tərk edəcək, bu planet sizin cinsi həyatınızı son səkkiz ayda narahat edirdi. Ümumiyyətlə, təzyiq düşəcək, bir müddət dərəcə - dərəcə inkişaf edəcək və ayın son günlərinə doğru sona çatacaq. 2018-ci ilin İyul ayı bəzi romantik müvəffəqiyyətlərlə zəngin olacaq: ilk on günlükdə Günəşin Saturn planeti ilə meydana gətirdiyi üçbucaqdan ötəri və son on günlükdə Venera planetinə görə. Başdan çıxarıcı və həssas Venera xüsusilə eşq, harmoniya və əməkdaşlıqda sizə kömək olacaq, yeni romantik əlaqələrə başlamaq və köhnə əlaqələrə geri dönmək üçün sizin tərəfinizdə olacaqdır. Günəş Yengəc bürcündən keçəcək bu da sizi ayaq üstə dayanmağa məcbur edəcək, sizin bacarıq və imicinizi gün üzünə çıxaracaq. O sizə hədsiz enerji və ehtiras verəcək ki, siz bunlardan istifadə edərək müvəffəqiyyətə çata biləsiniz. Merkuri Planeti də 2018-ci ilin 13 İyul tarixində Xərçəng bürcünə girəcək. Beləcə beyniniz tətikdə olacaq, ağlınıza asanlıqla fikirlər gələcək, yazı və ya söhbət zamanı söz tapmaqda çətinlik çəkməyəcəksiniz, müvəffəqiyyətləriniz çoxalacaq. 2018-ci ilin İyul ayının 18 də Venera Xərçəng bürcünə girəcək, professional inkişaf üçün iş yoldaşlığı, əməkdaşlıq, iş əlaqələri və ictimai əlaqələri dəstəkləyəcək. Son olaraq 2018-ci ilin İyul ayının 28i Yengəc bürcünün karier evinin idarəçisi olan Mars özünün narahat edici və fövqəladə olan Tərəzi bürcündəki uzunmüddətli yerləşməsinə son verərək oranı tərk edəcək (az qala səkkiz aylıq bir müddətdə ordaydı). Düyünlər açılacaq, hərəkətlilik başlanacaq və hər şey normala dönəcək. Pul baxımından uzun bir şanslı dövr başlayacaq: Böyük Xeyirxah Yupiter 2018-ci ilin İyul ayının 16 da Yengəc bürcünün pul evinə girəcək. Sağlamlıq baxımından formada olacaqsınız, stressin azaldığını görəcək, tarazlığınızı bərpa edəcəksiniz. Sağlamlığınızla əlaqədar narahat edici heç bir vəziyyət olmayacaq. Sadəcə bütöv ay sizi 11-12 İyulda narahat edə bilər. Psixoloji vəziyyətiniz yaxşı olacaq, özünüzə güvənin artacaq, optimist və yaxşı ruh halında olacaqsınız.

Şir - Şir bürcünün evlilik evinin idarəçisi 2018-ci ilin İyul ayı yaxşı vəziyyətdə olacaq, beləcə siz uyğun vəziyyətlərdən faydalana biləcəksiniz. Dəstək görünməyən bir yerdən gələcək və ətrafda olan həvəsdən daha çox tədbirli və ağıllı romantizm yaşayacaqsınız. 2018-ci ilin İyul ayının birinci dövrü Venera planeti yoldaşlıq və razılaşma üzərində qurulmuş əlaqələr üçün uyğun vəziyyətdə olacaq. Bu vəziyyət sizə yoldaşlarınız, qrup fəaliyyəti, qrup proyektləri, konqreslər və s. tərəfindən romantik fürsətlər təqdim edəcək. 2018-ci ilin İyul ayı çox əhəmiyyətli bir hadisə inkişaf edəcək: Böyük Xeyirxah Yupiter Şir bürcünə girəcək. Beləcə bir neçə səviyyədə uyğunluq və məmnunluq ili başlayacaq, çünki Aslan bürcünün eşq və cinsilik evinin idarəçisi Yupiter planetidir. 2018-ci ilin İyul ayının ilk dövrü yoldaşlarınızın, sizi himayə edənin və pərəstişkarlarınızın köməyi ilə böyük şöhrət qazanacaqsınız. Eyni məqsədi paylaşan bir neçə adama verilən proyekti uyğunlaşma içində və qazanclı bir şəkildə icra edəcəksiniz. Buna baxmayaraq həvəsinizin azalacağını görəcəksiniz. Ayın ikinci dövrü səhhət və qüvvənizi təkrar qazanacaqsınız. 2018-ci ilin İyul ayının 16 da Böyük Yupiter Şir bürcünə girəcək: bir il siz böyümə və optimizm içində yaşayacaqsınız, həyatınız həyəcan verici olacaq, üstünlüklərdən və professional, ictimai fürsətlərdən faydalanacaqsınız. Hər şey çox gözəl olacaq. Günəş Şir bürcündə olduğu üçün, digər tərəfdən də Yupiter 2018-ci ilin İyul ayının son on günlüyü sizin üçün uğurlu, səmimi hətta möcüzəli olacaq. Sağlamlıq baxımından 2018-ci ilin İyul ayının ilk yarısı yorğunluq və xəstəliklərlə dolub daşacaq. Sinir sisteminiz xeyli zəifləyəcək. Yaxşı olar ki, istirahət edəsiniz və tələblərdən uzaq dayanasınız. 2018-ci ilin İyul ayının ikinci dövrü sizə hər kəsi qısqandıracaq bədən quruluşu, hədsiz fiziki güc, həvəs və optimizm verəcək.

Qız - Qız bürcünün idarəçisi olan Merkuri 2018-ci ilin İyul ayı boyunca Venera ətrafında olacaq, əvvəl Əkizlər, sonra Yengəc bürcündə yerləşəcəkdir. Bu yaxınlıq romantik ruh halı, eşqə, yaxınlaşmağa, paylaşmağa böyük ehtiyacı da özü ilə gətirəcək. Qız bürcünün əlaqələri kövrək, köməksevər, uyğunlaşma içində olmağa istiqamətlidir. Əgər bir əlaqəniz yoxsa hər an yeni bir əlaqə başlaya bilər. Yeni əlaqə mümkündür, əgər biz Merkuri və Venera planetlərinin Qız bürcünün ən yüksək nöqtəsindən keçəcəyini düşünsək, ictimailəşmə və yeni insanlarla görüşməniz mümkün olacaq. 2018-ci ilin İyul ayının ikinci yarısı bu baxımdan daha çox ümid vericidir, Merkuri və Venera planetləri və Qız bürcünün evlilik evində yerləşən Neptün planeti üçbucaq meydana gətirəcək. Çaxnaşmaya qapılmayacaq özünüzə hakim olacaqsınız. Bəzən Neptün sizə realist olmadığınızı söyləyir. 2018-ci ilin İyul ayının ilk 20 günlüyü Günəş Qız bürcünün şöhrət və dəstək evində olacaq və eyni zamanda Qız bürcünün idarəçisi Merkuri və Kiçik köməksevər, şans və sevinc yaradan Venera planeti də ayın ikinci yarısı bura gələcəkdir. Bundan əvvəl ayın birinci yarısı Merkuri və Venera Qız bürcünün karier evində olacaq. 2018-ci ilin İyul ayı müdirlərinizlə və rəisinizlə əlaqələrinizdə müvəffəqiyyət və inkişaf üçün mükəmməl bir ay olacaq. Bu dövr elə bir dövr olacaq ki, siz çox səy göstərmədən müvəffəqiyyət qazanacaqsınız, işləriniz özbaşına düzələcək və məmnun qalacaqsınız. 2018-ci ilin İyul ayında başqaları ilə iş əlaqəsində və əlaqədə olmaq ya da əməkdaşlıq etmək sizə müvəffəqiyyətə çatmaqda kömək edəcək. Maliyyə baxımdan işlər çox yaxşı gedəcək. 2018-ci ilin İyul ayının xüsusilə son 20 günlüyü siz çox yaxşı olacaqsınız. Enerjiniz və əhvalınız artacaq. Son on günlük bir azcıq həssas olacaq, beləcə çalışın özünüzə diqqət yetirin, böyük səylərdən və xərclərdən qaçının və sizə zərər verən vəziyyətlərdən uzaq durun. Bütün ay boyunca xarici görünüşünüzə diqqət yetirin.

Tərəzi - 2018-ci ilin İyul ayının ilk 20 günlüyü canlı və şən olacaq və bəzi gözəl dəqiqələri sizə verəcək, bu anlar həm də sizin sinirlərinizlə oynayacaq. Bunun belə olmasının səbəbi Tərəzi bürcünün evlilik evinin idarəçisi olan Mars planetinin eşq və uyğunlaşma planeti ilə zəif və kövrək bir üçbucaq meydana gətirməsidir, lakin o hətta Günəş ilə birlikdə partlayıcı bir dördbucaq da meydana gətirməkdədir. İyul ayı hər halda sizin romantik həyatınız üçün çox əhəmiyyət daşımaqdadır. Əvvəlcə, Venera sizin bürcün ən yüksək nöqtəsindən keçəcək və bu da sizə eşq müjdəsi verməkdədir. Əlavə olaraq, Mars Tərəzi bürcündədir və əlaqələri ön plana keçirəcək. Burada yeni bir şeylər yoxdur, bütün bunlar Dekabr ayından etibarən inkişaf etməkdədir, amma Tərəzi bürcündə olan Mars yoldaşlıq və əlaqə sahəsini işıqlandırır və vurğulayır, lakin heç də bütün bunları hər vaxt gözəl şəkildə başlatmır. Gözəl xəbər olaraq bunu söyləyə bilərik ki, 2018-ci ilin İyul ayının 28i nəhayət Mars Tərəzi bürcünü tərk edəcək. Bu səbəblə təzyiq azalacaq, bəzi münaqişələr həll ediləcək və əlaqələr daha uyğunlaşma içində olacaq. İş həyatınızda hünərli və müvəffəqiyyətli bir dövr sizi gözləyir. Günəş 2018-ci ilin 23 İyuluna qədər Tərəzi bürcünün iş evində olacaq, ayın ikinci yarısı Merkuri və Venera da eyni evdən keçəcək. 19 və 22 İyul aralığında bu planetlər və Günəş də müvəffəqiyyət sahəsində olacaq. 2018-ci ilin İyul ayı sizi mükəmməl və müvəffəqiyyətli olmaq (xüsusilə mədəni - intellektual fəaliyyətlərdən qazanılacaq müvəffəqiyyətlər) gözləməkdədir, bu qısa və ya uzaq yerlərə səyahətlə bağlı olacaq və əlaqələrinizdə hər vaxt xatırlanacaq. Tərəzi bürcünün yeni işlərə başlaması və digər qərarlarına, ictimai əlaqələri və iş əlaqələri təsir edəcəkdir. 2018-ci ilin 16 İyulunda Yupiter Tərəzi bürcünün təhlükəsizlik və dəstək evinə girəcək və orada bir il qalacaq, sizə şöhrət, dəstək və şans gətirəcək, xüsusilə qrup işlərində və ictimai sahədə etdiyiniz proyektlərdə bu təsir görüləcək. 2018-ci ilin İyul ayının ikinci yarısı maliyyə baxımdan ilk yarısından daha gəlirli olacaq. Siz formada olacaqsınız və daha da gözəl görünəcəksiniz. Sizə hədsiz stress yaşadan planetlərin əhəmiyyətli keçişi, yavaş yavaş parçalanıb dağılacaq. 2018-ci ilin İyul ayında Yupiter Aslan bürcünə girəcək və fiziki olaraq Tərəzi bürcü ilə ittifaqa girəcək. Əlavə olaraq, yaxşı ki 2018-ci ilin İyul ayı Mars Tərəzi bürcünün tərk edir, çünki beləcə siz öz harmoniya, dinclik və tarazlığınızı yenidən qazanacaqsınız.

Əqrəb - Eşq planeti və Əqrəb bürcünün evlilik evinin idarəçisi olan Venera İyul ayının ilk 20 günlüyü səkkizinci evdə sirrli sahədə olacaq. Səkkizinci ev başlanğıcları və hərəkətləri tətikləmir, lakin hiyləgərcə mənalar çıxarmaq üçün dərinliklərə dalır, detalı və gizliliyi analiz edir, qorxu və xəyal qırıqlığı ilə üzləşdirir. Başqa sözlə, səkkizinci ev sizin psixoloji və araşdırmaçı bacarığınızı əlaqənin gizli mənasını ortaya çıxarmaq üçün və yoldaşınızın iştirak etdiyi gizli işləri anlamaq yolunda praktika qazanmanız üçün tətikləyəcək. 2018-ci ilin 19 İyul tarixində Venera Əqrəb bürcünün doqquzuncu evinə girəcək və romantik səyahət etmək, uzaq məsafəli eşqi və müqəddəs şeyləri əziz tutacaqsınız. Əqrəb bürcünün karieri yüksəlişə keçəcək. 2018-ci ilin İyul ayı işlərlə, araşdırmalar və başqa intellektual zehni fəaliyyətlər üçün xüsusilə ali təhsil almaq üçün görülən işlərlə, mədəni mühitlə bağlı olan müvəffəqiyyətli bir aydır. Bu ay həm də uzaqdan iş əlaqələri üçün, turizm və ixrac və idxal üçün uyğun aydır. Böyük Xeyirxah Yupiter 2018-ci ilin 16 İyulunda Əqrəb bürcünün karier evinə girəcək və bu vəziyyət yüksəliş, qiymətləndirmə, şöhrət və müvəffəqiyyət vəd edir. 23 İyulda Əqrəb bürcünün karier evinə Günəş də girəcək. 2018-ci ilin İyul ayının ilk dövrü bəzi maliyyə işləri məmnunluq gətirəcək. Merkuri və Venera sevgiliniz və ya ortağınız tərəfindən gələcək gəlirdən, əlavə iş, hədiyyələr, bank və ya başqa maliyyə müəssisələrindən gələn həllərdən danışır. 2018-ci ilin İyul ayı sağlamlıq baxımından gözəl xəbərlərlə gələcək: Əqrəb bürcünün sağlamlıq evinə təsir edən planetlərin əhəmiyyətli keçişi, ayın ortalarından etibarən yox olacaq və dağılacaq. Ayın sonuna yaxın Əqrəb bürcünün idarəçisi olan Mars sizin, sağlamlığınızın əleyhinə olan on ikinci evinizdən çıxıb gedəcək. Siz daha yaxşı olacaqsınız, lakin yenə də özünüzə diqqət yetirməniz lazım olacaq çünki bədəniniz ən yaxşı vəziyyətdə olmayacaq.

Oxatan - 2018-ci ilin İyul ayının ilk dövrü sizin üçün xüsusilə gözəl olacaq. Eşq planeti olan Venera Oxatan bürcünün evlilik evindən keçəcək və orada artıq sizin evlilik evinizin idarəçisi Merkuri var. Kəhanətə görə evlilikdə razılaşma, harmoniya, mərhəmət və eşq fürsəti artmaqdadır. Venera romantika yaradır və sizə romantik ruh halı verəcək, bəzi uyğun eşq münasibətləri meydana gətirəcək. Merkuri ümumiyyətlə müsbət rolu boynuna götürür və xüsusilə əlaqəni tətikləyir. 2018-ci ilin İyul ayının ilk dövrü birlikdə vaxt keçirmək üçün və həyatını paylaşacağın adamla görüşmək üçün mükəmməl olacaq. 2018-ci ilin ikinci dövrü daha sakit, tədbirli və nəticəyə yönəlik olacaq. Sonda yaxşı xəbər var: 2018-ci ilin 16 İyulunda Oxatan bürcünün idarəçisi olan Yupiter bütün bir il boyunca ehtiraslı Aslan bürcünə girəcək. 2018-ci ilin İlk 20 günlüyü sizə kontraktlar və iş yoldaşlıqları üçün fürsət yaradacaq. Sizin iş əlaqələrində təkliflər almanız mümkün ola bilər, müvəffəqiyyət qazana bilərsiniz, yaxşı kontraktları imzalayın. Xalqla və müştərilərlə əlaqələr gözəl və gəlirli olacaq. Əgər tanışlarınızı artırsanız yaxşı olar, çünki onların gələcəkdə sizə faydası toxunacaq. 2018-ci ilin İyul ayı Oxatan bürcü insanları üçün güclü maliyyə irəliləyişləri olacaqdır. Bu xüsusilə başqalarından gələn (həyat yoldaşınız, iş yoldaşınız, valideynləriniz və s.) pul ilə əlaqədar olacaq, bu pul yüksək sərmayə və maliyyə müəssisələriylə və ya iş mühitinizlə də əlaqəli ola bilər. 2018-ci ilin İyul ayının son on günlüyü xüsusilə şanslı olacaq və hətta sizə hədiyyə də gətirəcək və ya öz haqqlarınızı geri ala biləcək və ya səhhət və qüvvənizi yenidən qazanacaqsınız. Formanızdakı bəzi narahatlıqlar 2018-ci ilin İyul ayının ilk dövrü ortaya çıxacaqdır. Yaxşı ki, bu vəziyyət uzun müddət davam etməyəcək və siz yavaş yavaş öz formanızı geri qazanacaqsınız. 2018-ci ilin 16 İyulunda Oxatan bürcünün idarəçisi olan Yupiter güc və enerji ilə dolub daşan Aslan bürcünə girəcək və bu vəziyyət sizə bir il boyunca həm fiziki həm də psixoloji yöndən təsir edəcək.

Oğlaq - Oğlaq bürcü insanları üçün 2018-ci ilin İyul ayı əlaqələr müştərək olacaq. Günəş 2018-ci ilin İyul ayının ilk 20 günlüyü Oğlaq bürcünün evlilik evində qalacaq, beləcə eşq, evlilik və ya sabit əlaqələr ön planda olacaq. Yanınızdakı insan bu dövrün ən əhəmiyyətli xarakteri olacaq və əgər yanınızda kimsə yoxsa bu sizin həll etməli olduğunuz bir nömrəli problem olacaq. Oğlaq bürcünün evlilik evi 2018-ci ilin İyul ayının 13-ü bir daha Merkuri planetinə geri dönəcək ki, yoldaşlar arasında işi, şəxsi həyatı, əlaqəni təmin edən keçən ay başlamış dövrəni tamamlasın. 2018-ci ilin 18 İyuluna qədər Venera planetinin Əkizlər bürcündən keçməsi bəzi Oğlaq bürcü insanları üçün iş yerində, idman salonunda və ya həkimin gözləmə otağında həyatının eşqi ilə qarşılaşma fürsəti doğulacaq. 18 İyulda Venera Oğlaq bürcünün evlilik evinə girəcək və sizə yaxşı razılaşma, şans və romantik həyatında xoşbəxtlik vəd edir. Oğlaq bürcünün professional həyatında da əlaqələrin təsiri böyük olacaq. 2018-ci ilin İyul ayı kontraktlar, iş əlaqələri və komanda işi üçün əhəmiyyət daşıyacaq. Oğlaq bürcünün tək olması problem deyil, lakin indi başqalarına qatılıb iş etməkdən başqa çarəniz yoxdur. İndi Oğlaq bürcü insanları böyük qruplarda tətikləyici rol oynayır, bu onları məmnun edə bilir, çünki bütün planetlər Oğlaq bürcünün əlaqələr evindən keçəcək (Günəş, Merkuri, Venera) Oğlaq bürcünün idarəçisi olan, birlik evində yerləşən Saturn planeti ilə gözəl və uyğun bir üçbucaq meydana gətirəcək. 2018-ci ilin İyul ayı iki böyük xəbərlə gələcəkdir: 16 İyulda Yupiter Oğlaq bürcünün pul evlərindən birinə girəcək və 2019-cu ilin yazına qədər əlavə gəlir təmin edə biləcəksiniz və ya başqa maliyyə gəlirləri əldə edə biləcəksiniz, 28 İyulda döyüşçü Mars Oğlaq bürcünün karier evini tərk edəcək, stress və gərginlikdən azad olacaqsınız. 2018-ci ilin 1 İyulunda Merkuri Oğlaq bürcünün xəstəliklər evində özün düzgün hərəkətinə geri dönəcək. Nəticədə tibbi müayinələrdən müsbət nəticə əldə edə bilərsiniz və ya həyat tərziniz, formanız və pəhrizlə əlaqədar işlərdə həllər tapa bilərsiniz. 2018-ci ilin İyul ayının ilk 20 günlüyü gözəlliyinizlə maraqlanmaq üçün və geyim şkafınızı yeniləmək üçün uyğun olacaq.

Dolça - 2018-ci ilin İyul ayının 18-inə qədər siz Venera planetinin Dolça bürcünün eşq evində olmasından faydalanacaqsınız. Venera sizə və hisslərinizə daha çox güc verəcək, sizi romantiklikdən böhrana salacaq, cazibədarlığınızı artıracaq və ürəyinizin qapılarını yeni romantik hekayə üçün açacaq. Havada romantizmin şirin qoxusu olacaq, bədəniniz qalib gələcək və daha həssas və daha almağa meylli olacaq. Cinsi həyatınıza başlamaq və şəxsi həyatınızı inkişaf etdirmək üçün mükəmməl bir zamandır. 2018-ci ilin İyul ayının son on günlüyü Dolça bürcünün evlilik evinə işıq tutacaq, bu zaman Günəş bu bürcdən keçəcək və digər tərəfdən özünüzə baxmanız, həyatınızı eyni dalğa boyunda olan biri ilə paylaşmanız lazım gələcək. Sevgiliniz və evlilik həyatınız hədəflərinizin şəkillənəcəyi bir istinad nöqtəsi meydana gətirəcək və kainatınızda hər şey onun ətrafında dönəcək. Dolça bürcünün imicini və qabiliyyətini yüksəltmək üçün mükəmməl bir ay olacaq. Venera sizə lazım olan işığı tutacaq və sizin üçün uyğun şərtləri meydana gətirəcək. İnsanlar sizi sevəcək, sizin səmimi və zarafatcıl tərzinizi qiymətləndirəcək və sizin səylərinizi alqışlayacaq. 2018-ci ilin İyul ayının ilk 20 günlüyü yalnız idarəçilik, təşkilat və liderlik bacarıqlarınız deyil hətta artistik qabiliyyətləriniz və yaradıcılığınız üçün də xüsusilə uyğundur. Günəşin Dolça bürcünün iş evində olmasıyla sizin əlavə müstəqilliyiniz olacaq və lider kimi xüsusi işlərdə parlayacaqsınız. Merkuri də 2018-ci ilin ikinci yarısı Dolça bürcünün iş evində olacaq və bu mövqe intellektual zehin fəaliyyətləri, natiqliyə aid işlərlə, hesab kitabla, hesabatlarla və qısa səyahət ilə bağlı olacaq. Yaxşı ki, 2018-ci ilin İyul ayı müvəffəqiyyət bank hesabı ilə sizi işıqlandıracaq. 2018-ci ilin İyul ayında Dolça bürcü insanlarının tibbi və sağlamlıq sahəsini göstərən hissə çox aktiv olacaq. Göründüyü qədəriylə bu həm də faydalı, lazımlı olacaq. Yaxşı dünyagörüşü və planetlərin keçişi (əvvəlcə Günəşin, sonra Merkuri və Venera planetinin keçişi) göstərir ki, bu sahədə həllər daha çox olacaq. 2018-ci ilin İyul ayı tibbi müayinələr və müalicələr üçün uyğun ay olacaq.

Balıqlar - Sizin üçün çox romantik bir ay olacaq. Eşq və cinsilik eviniz coşacaq. 2018-ci ilin İyul ayının 16 da Yupiter son günlərini burada keçirəcək. Son amma göründüyü qədəriylə ən faydalı günlərini burada keçirəcək, çünki Günəş onun yanında olacaq və ikisinin də təsiri birləşərək Balıq bürcləri üçün romantik hadisələrin meydana gəlməsinə güc qatacaq. Eşq evinizdəki Yupiter - Günəş birləşməsi sizə həvəs, ehtiras, macəra eşqi və yaxşı şans gətirəcək. Günəş İyul ayının 23 - ünə qədər belə qalacaq. 2018-ci ilin 13 İyulunda eyni evə xoşbəxt Merkuri də gələcəkdir. Yupiter planetinin ayrılışından yəni iki gündən sonra eşq planeti olan Venera özü bu evə girəcək, məmnunluq və romantika gətirəcək. 2018-ci ilin İyul ayı Balıq bürcləri üçün zövq, bədən və ruh üçün ziyafət ayı olacaq. Balıq bürcünün məmnunluq evindəki belə bir görünüş, bunu söyləməmizi tələb edir ki, 2018-ci ilin İyul ayı işdən daha çox istirahət və əyləncə üçün uyğun olacaq. Əgər işə ehtiyacınız varsa, məhsuldarlığınızı artırmanız lazımdır, beləliklə sizin professional olmayan işlərə vaxtınız daha çox olacaq - faydalı şeyləri xoş şeylərlə birləşdirin! Bu çətin olmayacaq çünki planetlər sizi sevir və sizin tərəfinizdən heç bir səy olmadan sizi irəliyə doğru itələyirlər. Onlar sizin doğru zamanda doğru yerdə olduğunuzu söyləyir və uyğun şərtlərdən faydalanmanızı təklif edir. Xüsusilə yaradıcı - artistik fəaliyyətlərdə və pedagojik işlərdə müvəffəqiyyət zirvədə olacaq. İyul ayının 16sı sizə əhəmiyyətli hadisə vəd edir: Yupiter Balıq bürcünün iş evinə girəcək və beləcə maliyyə baxımdan professional həvəs, şans və məmnunluq ili başlayacaq. 2018-ci ilin İyul ayının ilk 20 günlüyü sağlamlığınız mükəmməl olacaq. Fiziki gücünüz artacaq və əhvalınız pik nöqtəsində olacaq. Rəqs, idman və hər hansı bir fiziki fəaliyyət üçün mükəmməl bir zamandır. 2018-ci ilin İyul ayının son on günlüyü Yupiter və Günəş birlikdə Balıq bürcünün tibbi işlər evində olacaq. Bu sağlamlıqla əlaqədar bir şansdır: ifratdan uzaq durun.

loading...
(səs: 131)
Şərhlər: 171
Baxılıb: 7486814
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
_Gunay_
Oktyabr 2017də Yupiter keçən il Sentyabrda keçdiyi, bir ildən bir az çox qaldığı, Əkizlərin erotizm evini tərk edəcək. Lakin erotizm eviniz hələ aktiv olacaq, çünki eyni evdə Günəş, Merkuri, Venera və Mars tranzitləri reallaşacaq. Beləcə seks, eşq və yeni sevgi macəraları üçün eyni həvəs davam edəcək. Mühit fürsətlərlə dolu olacaq, lakin eyni zamanda balanssız və ya dəyişkən də ola bilər. Oktyabr 2017 - nin həvəs, impuls və fürsətlərini necə idarə edəcəyiniz mövzusunda diqqətli olmalısınız! Əgər səhv etsəniz, Əkizlərin cütlər evində olan və artıq Yupiterin dəstəyinə sahib ola bilməyən Saturn ilin sonuna qədər işə burnunu soxacaq, digər evə keçəcək və nəhayət sizi rahat buraxacaq. Əkizlərin eşq evini tərk edəcək olan Yupiter yaxşılığını sizin iş evinizə doğru çevirəcək və Noyabr 2018 - ə qədər orada qalacaq. Yupiterin rəhbərliyi altında Əkizlərin professional həyatı çiçəklənəcək, böyüyəcək və inkişaf edəcək. Çox çalışacaqsınız bəli, lakin daha şövqlü çalışacaq və məmnun qalacaqsınız. Oktyabr 2017 - nin son on günü boyunca, Yupiter Günəşlə gözəl bir qovuşma etdiyi zaman bəzi fürsətlər və ya müvəffəqiyyətlər yolunuza çıxa bilər. İlk iyirmi gün yaradıcı / artistik səylər, idman və promosiyalar üçün xüsusilə uyğundur. Bütün Oktyabr ayı boyunca Əkizlərin şansı yaxşı olacaq, lakin maliyyə baxımından işlər xüsusilə ayın ikinci yarısında daha yaxşı olacaq. Oktyabr 2017 boyunca gücünüz və formanız yerində olacaq. Sürətli hərəkət edən planetlər sizə güc verəcək evdə olacaq və Əkizlərin doğum xəritəsindəki Günəşlə müsbət bucaqlar meydana gətirəcək. Buna əlavə olaraq Yupiter sağlamlığınıza maraq oyandıracaq və bir illik bir dövrdə bunu müsbət istiqamətdə dəstəkləyəcək. Gerçəkdə bəzi tibbi problemlərin həlləri və ya həyat tərzinizi inkişaf etdirmək üçün yaranacaq fürsətlər Oktyabrdan etibarən təsirini göstərəcək.
13 oktyabr 2017 08:38
131
✔Sмs yazaгsап.. YoLLaмаq іsтәуәгsәп.... -Ама васагмагsaп.. сox daгіхагsап DәLісәsіпә cox qіsqanагsan ама неспә еdә віLмәzsәп sadәсә susaгsаn
Offline
sevgi qatarı
Zövq ah Zövq! 10 Oktyabr 2017 - də Böyük Xeyirxah Yupiter Yengəcin 5 -ci evinə yəni EŞQ evinə keçəcək və orada bir ildən çox qalacaq. Bu ev zövqlər, ehtiraslar, macəralar və adrenalin evidir. Cinsi gücünüz yeni yüksəkliklərə çatacaq, ürəyiniz romantik impulslarla dolu olacaq. Bu vəziyyət sizi eşqə doğru yönəldəcək və ulduzlar eşqi tapmanız üçün bir araya gələcək. Ürəyində eşqə hələ də yer olan hər kəs bu tranzitin təsirindən faydalana biləcək. 5 - ci ev hər cür məsuliyyətlərdən azad eşq, hisslərin və erotizmin dəlicə ifadəsindən bəhs edir. Mükəmməl Günəş - Yupiter qovuşması üzündən konfiqurasiya Oktyabrın onuncu günündən sonra çox aktiv olacaq. 10 Oktyabr 2017 - dən etibarən Yupiterin 5 - ci evdə olmasıyla, bir ildən də uzun bir müddətdə Yengəclərin Günəşi dəstəkləniləcək və güc, şans və fürsətlərdən faydalana biləcək. Günəş onsuz da status və şöhrət simvoludur və Yengəclər üçün pul evinin idarəçisidir. Bu ay xüsusi olaraq Günəş karier evində yüksəlişə keçəcəkdir. Yupiter isə Yengəcin iş evinin idarəçisidir. Buna görə gələcək il yaxşı şeylər gözlənilir. Oktyabr bir mənada sizin üçün qarışıq bir ay olacaq. O ilk iyirmi gündə Yengəcin karier evinin idarəçisi Mars və iş evində olan Saturn arasındakı zidd bucaqlara görə sizə professional problemlər gətirə bilər. Digər tərəfdən son on gündə Günəş - Yupiter qovuşması yaradıcılıq, faydalı vəziyyətlər, müvəffəqiyyət və pul vəd edir. Oktyabr 2017 - nin ilk iyirmi günündə əsəbləriniz gərgin olacaq və narahatlığa, tələskənliyə, qarşıdurma mərkəzli meyllərə və ya qəza risklərinə yol aça bilər. Mars və Saturn arasındakı kvadrat Yengəcin tibbi evlərindən birinə təsir edəcək, buna görə sağlamlığınızla əlaqədar problemlərə laqeyd yanaşmamalısınız. Stressdən uzaq dayanmalı və özünüzə yaxşı baxmalısınız
9 oktyabr 2017 10:27
130
Sevgi Qatarı
Offline
Barbaris
Xeyirlisi InwAllah )
6 oktyabr 2017 11:06
129
# ☀ Şəxsiyyətimlə, rəftarımı səhv salmayın! Şəxsiyyətim kim olduğumla,
Rəftarım kim olduğunuzla bağlıdır!! ✔
Offline
Aykam2001
-Tərəzu bürcüyəm yəni bu ay mınim ayımdı İnşəALLAH uğurlu gələr...
5 oktyabr 2017 15:00
128
-Teøмαи иə gø̈zəł đeмış ...
-"Seνgı αиłαşмακ đeğıł .. Neđeиšız đe šeνıłıя" ...
Offline
Totu
İnşallah hər şey yaxşı olar
1 oktyabr 2017 18:45
127
Offline
BARBI
Kecen ay berbad kecdi insallah bu ay sad xeberler olar
1 oktyabr 2017 17:12
126
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
Gultekin.A
Sentyabr ayi mene duserli ay olmadi.ad gunum olmasina baxmayaraq
21 sentyabr 2017 01:55
125
QADIN GÜL kimidir - Qoxlandiqca açar,sevildikcə gözəlləşər
Offline
YalniZ-ArZu
Allah bilen meslehetdir tebii ki.Alnimiza yaxwi yazsin bu ayi,ugurlu olsun inwallah melek
Menimcun bir ayri yaddaqalan aydir bu ay,cunki oglum 3 cu sinife qedem qoyacaq bu ay yavrum inwallah melek
4 sentyabr 2017 12:22
124
Gözümüz bağlı güvəndiyimiz insanlar, yaxşı niyyətimizin içinə zibili yığanda, bizə də hər münasibətə üz verməyib, hər mundarın sözünə aldanmamaq qalar. 08
Offline
Barbaris
Hem ogluwumun hemde menim ayimdi sebtyabr cox sevirem bu ayi Her kese ugurlu olsun InwAllah
3 sentyabr 2017 14:56
123
# ☀ Şəxsiyyətimlə, rəftarımı səhv salmayın! Şəxsiyyətim kim olduğumla,
Rəftarım kim olduğunuzla bağlıdır!! ✔
Offline
sona
Menim ayimdi sentyabr. Dunyaya goz acdigim aydir. InweAllah ugur getirer mene.
3 sentyabr 2017 14:45
122
SEVMEK BU KADAR GUZELSE, KİM BİLİR SEVMEYİ "YARATAN" NE KADAR GUZELDİR...
Offline
Narın Yağış
Bu ayı o qədər çox sevirdimki çox uğursuz ay olaraq başladı Allah axırını xeyr eləsin.
3 sentyabr 2017 04:14
121
Bu əllərimiz heç ayrılmasın uww

KL128
Offline
BARBI
Insallah saglam ve huzurlu ay olar
2 sentyabr 2017 01:51
120
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
_ŞN_
Sitat: Ay_El
Allah böyükdür..İnsAllah bu ayida saq salamat keçirerik.

Amin İnwAllah canim
11 avqust 2017 00:08
119
Offline
baby baku
Dolça
Dolçanın əlaqələr evində bu güc nümayişi nədir! Avqust 2017 boyunca bu sahə Günəşin boy göstərdiyi bir körpü və eyni zamanda Marsın səhnəsi (döyüş sahəsi deyilsə də) olacaq. Hədsiz enerjiniz olacaq və bu enerji ehtiraslı, yandırıcı və vəhşi olacaq. Fəth etmə və istədiklərinizi etdirmə arzunuz böyük olacaq. Bu da sizə ilk addım atmağa və ya böyük jestlərlə sevdiyiniz adama təsir etməyə, lakin eyni zamanda qorxutmağa və hətta sıxlığı, səbirsizliyi və ya diplomatiya məhrumluğu üzündən əsəbiləşdirməyə cəsarət verəcək. Bəzi vəziyyətlərdə sevdiyiniz onun hissləri və düşüncələrinə əhəmiyyət vermədiyinizi, empatiya, mehribanlıq, şirinlikdən məhrum olduğunuzu düşünə bilər. İşləri səbirlə görməli, xüsusilə Avqust 2017 - dəki günəş tutulmasından sonra belə davranmalısınız. Ortaqlıqlar, iş birlikləri və komanda çalışması Avqust 2017 - də əhəmiyyətli olacaq, çünki Dolçanın karier evinin idarəçisi Mars, Günəşlə birlikdə sizin əlaqələr evinizdə olacaq. Günəş - Mars cütlüyü eyni zamanda rəqabət, düşmənlik və ya məhkəmə iddiaları mənasına da gələ bilər. Professional həyatınız vəziyyətə görə sizə kömək edəcək və ya mane olacaq kəslərə bağlı olacaq, bu gerçək əlaqələr planeti Veneranın Dolçanın iş evində olmasıyla təsdiqlənir. Avqust 2017 boyunca müttəfiqlər əldə etməyə, başqalarını ehtiraslı proyektlərinizə qatmağa çalışacaqsınız. Mali olaraq, mövzu iş, borclar, mühasibat olunca işlərinizi doğru tutmalısınız ki, hazırlıqsız olmayasınız və qərar vermədən əvvəl yaxşı düşünməlisiniz, çünki Merkuri Dolçanın pul evində retrograd hərəkət edəcək. Avqust 2017 boyunca siz çox stress altında olacaq və doğum xəritəsindəki Mars və Günəş əleyhdarlığı agitasiya və narahatlıq vəziyyəti yaradacaq və ifrata və ya riskə daha çox yönəlmənizi təmin edəcək. Stressi azaltmalı və enerjinizi masaj, refleksologiya, aromaterapiya, musiqi, rəqs, mədəni və ruhi səylərlə tarazlaşdırmalısınız.
8 avqust 2017 00:15
118
ALLAHIM coxxxxxxxxxxx xosbextem
Offline
Turkan Abbasova
Mende 2 usaqla butum gun istirahet edirəm ele. pff
6 avqust 2017 23:38
117
Basimin belasi,ureyimin parasi 'canim UGURUM'.
Offline
YalniZ-ArZu
Ayliq burcler hemiwe qeliz yazilir anlamaq olmur(
ALLAH yardimcimiz olsun bu ayimiz gozel kecsin inwallahdua
2 avqust 2017 01:44
116
Gözümüz bağlı güvəndiyimiz insanlar, yaxşı niyyətimizin içinə zibili yığanda, bizə də hər münasibətə üz verməyib, hər mundarın sözünə aldanmamaq qalar. 08
Offline
narmiwka_15
Qoç
Avqust 2017 - də Qoçlar üçün oyunun adı eşq olacaq və həyatlarında böyük hadisələr reallaşacaq. İlk olaraq Qoçun cütlər evində olan Yupiter və eyni evin idarəçisi və eşq planeti Venera arasında xüsusi bir bağ meydana gələcək, "qarışıq qarşılıqlı razılaşma" olacaq ki, bu da hər iki planetin performansını artıracaq və müvəffəqiyyət üçün uyğun şərtlər yaradacaq. Daha sonra Günəş və Mars bütün enerjilərini , ehtiras və (əhəmiyyətli ölçüdəki!) güclərini Qoçların cinsilik və eşq evini gücləndirmək üçün istifadə edəcək. Kupidon və onun oxları hər döngədə sizi gözləyəcək və ya səbirsiz Afrodita müqəddəs sudan içmək üçün sizi dəvət edəcək. Etiraz etməniz boşunadır. Avqust 2017 - də yaxşı davam edən tək şey eşq deyil, pul mövzusu da yaxşı olacaq. Qoçun maliyyə evlərinin birininin idarəçisi (digərinin idarəçisi Mars da çox çətinlik yaratmayacaq) eyni Venera Böyük Xeyirxah Yupiterlə yaxşı əlaqələr içində olacaq. Günəş və Marsın Saturnla (Qoçun karier evinin idarəçisi) meydana gətirdiyi gözəl üçbucaqla birlikdə müvəffəqiyyət yolunuza çıxa bilər və siz iyerarxik nərdivanın pillələrini dırmaşa bilərsiniz. İncəsənət, təhsillə və ya idmanla bağlı hər hansı səylərdə müvəffəqiyyətli olacaqsınız, lakin digər sahələrdə də müvəffəqiyyət gələ bilər. Avqust 2017 imicinizi, qabiliyyətlərinizi, xidmətləri, məhsulları təqdim etmək üçün ideal bir aydır. Çox enerjili olacaq və ifratçılıqdan tam mənasıyla xilas olmaq üçün yollar tapacaqsınız. Digər tərəfdən Qoçun sağlamlıq evində Merkuri retrogradı ümumi müayinə və ya sizi məşğul edən problemlər mövzusunda səy göstərmənizin pis bir fikir olmadığını göstərir. Tənəffüs və əsəb sistemləriniz bu ay həssas orqanlarınızdır.
1 avqust 2017 22:46
115
Be Happy))
Offline
BARBI
Ugurlu aylardan olsun.Bu ay tetil planim var insallah bas tutar
1 avqust 2017 22:22
114
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
İnfinity
Əkizlər
Yayın ortasında sizin həmişə olduğu kimi zəhərlənmə ehtimalınız var, buna görə qidalanmanıza fikir verin. Şəxsi həyatınızda siz iki romantik münasibət arasında qalacaqsınız. İşdə yeni danışıqlar və axtarışlar gözlənilir. Emosiyalara qapılmasanız bu ayda çoxlu müvəffəqiyyət qazanmaq şansınız var. Çalışın ağılla hərəkət edəsiniz.
13 iyul 2017 21:40
113
Íllərlə uzatdığı saçı 1 saniyə içində kəsə bilən bir qadına "Məni unuda bilməzsən" demə...O qadın səni tarixə basdırar Cənab!
Offline
Aykam2001
Tərəzi
İşgüzar həyatınız üçün iyul ayı olduqca müvəffəqiyyətli olacaq. Maddi baxımdan sıxıntı çəkməyəcəksiniz, bununla yanaşı, əlavə gəlir əldə etmək ehtimalınız var. Şəxsi həyatda yalnız subay xanımların bəxti gətirəcək. Ailənizlə bağlı qalmaqallar yaşayacaqsınız və bu, əsəblərinizə təsir edəcək.
2 iyul 2017 17:55
112
-Teøмαи иə gø̈zəł đeмış ...
-"Seνgı αиłαşмακ đeğıł .. Neđeиšız đe šeνıłıя" ...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri