Gündəlik Bürclər - 17.11.2019 (17 Noyabr 2019 Günlük Bürclər)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3117
Baxılıb: 82576387
Səs ver:
(səs: 3330)
17 Noyabr 2019-cu il. Günün qoroskopu. Düşünülməmiş hərəkətlərdən qaçın, emosiyalarınızı cilovlayın

Qoç - İşdə təşəbbüs göstərmək üçün münasib gündür. İdeyalarınız əladır, əvvəlcə kimsə bəyənməsə də, sonradan hamı bunların yaxşı olduğunu qəbul edəcək. Bu gün başlanan işgüzar münasibətlər ahəngdar və hamı üçün faydalı olacaq.
İşləriniz elə də çox olmayacaq, həm şəxsi işləriniz, həm də yaxınlarınızla ünsiyyət üçün vaxtınız qalacaq. Hər şeyi çatdırmaq olar. Enerjiniz çoxdur, hətta dolğun gündən sonra da yorğunluq hiss etməyəcəksiniz.

Buğa - Parlaq, yaddaqalan, maraqlı hadisələrlə dolu gündür. İşləriniz artır, gərginlik çoxalır, amma bunların heç biri sizi tamamilə qorxutmur. Cəld hərəkət etmək və ani anda vacib qərarlar qəbul etmək kimi xüsusiyyətləriniz bədxahlarınız qarşısında sizə böyük üstünlük qazandırır.
Həm işdə, həm şəxsi həyatınızda ciddi dəyişikliklər mümkündür. Maraqlı təklif ala bilərsiniz, onları qəbul etməyə dəyər. Günün ikinci yarısı qəfil qonağınız gələ bilər, onların gəlişinə xeyli sevinəcəksiniz.

Əkizlər - Kütlə qarşısında çıxışlar, işgüzar danışıqların aparılması üçün münasib gündür. Əgər iş axtarırsınızsa, bu gün potensial sahibkarlarla görüş üçün çox əladır: onlarda lazımi təəssürat oyada bilərsiniz. Təşəbbüs göstərin, yeniliklərin və təkliflərin sizə çətinlik yaradacağından çəkinməyin.
Şəxsi həyatınızda situasiya birmənalı deyil: nəyin baş verdiyini ayırd etmək üçün intuisiyanızı dinləyin. Bütün problemlərin səbəbini tapıb aradan qaldırmaq asan deyil, amma mümkündür. Axşam özünüzü kiçik bir hədiyyə ilə sevindirin - buna tamamilə haqqınız çatır.

Xərçəng - Əlinizi atdığınız hər bir işdə uğur qazanırsınız. Məsələləri düzgün qoymaq bacarığı çox faydalı olacaq - bunları yerinə yetirmək istəyənlər özlərini çox gözlətmirlər. Yeni tanışlarınızda yaxşı təəssürat oyadırsınız, amma çalışın ki, bunu qoruyub saxlaya biləsiniz. Ağlınıza maraqlı ideyalar, yeni uzunmüddətli planlar gəlir.
Maliyyə işlərində səliqəli olmağınız şərtdir. Ödənilməmiş hesab, borcunuz varsa, dərhal ödəməyə tələsin. İşdə yeni vəzifələriniz peyda ola bilər, ofisdə istədiyinizdən artıq vaxt keçirməli olacaqsınız.

Şir - Adamların arasında olmaq, özünüzə diqqət cəlb eləmək xoşunuza gəlir. Çox güman ki, haqqınızda şayiələr və qeybət dolaşacaq, amma bunlar sizə ziyan vura bilməyəcək. Siyasi həyata marağınız artır, bəzi Şirlər öz mövqelərini açıq-aşkar ortaya qoyur, amma ətrafdakıların təqdirini qazanmırlar.
İşə köklənmək çətin olsa da, vacibdir - əgər belə etməsəniz, çoxlu səhviniz olacaq. Həmkarlarınızla flirt etmək, ortaqlarınızla romantik münasibətlərə başlamaq məsləhət deyil. Hansısa ziyafətdə maraqlı tanışlıq qura bilərsiniz.

Qız - Başqalarına nə qədər faydalı olursunuzsa, gününüz bir o qədər uğurlu keçir. Mümkün qədər çox qazanmağa çalışmayın - pullar özü gələcək, özü də heç gözləmədiyiniz yerdən. Həmkarlarınız və rəhbərliklə münasibətlərinizə diqqət edin: sırf işgüzar əlaqələri dostluq məcrasına yönəltməyin vaxtı çatıb.
Həmfikirlərlə, sizin maraqlarınıza ortaq şəxslərlə ünsiyyət üçün uyğun gündür. Təcrübə mübadiləsi çox faydalı olacaq. Günün sonunda axır vaxtlar taleyi ilə çox maraqlandığınız bir adam barədə xəbər eşidəcəksiniz.

Tərəzi - Necə həll etmək lazım olduğunu bilmədiyiniz problemlərin öhdəsindən bu gün asanlıqla gələ bilərsiniz. Məqsədinizə doğru gedən yollar düzdür: hiyləgərlik göstərməyin yeri yoxdur. Bədxahlarınıza gücünüzü, mövqelərinizin möhkəmliyini nümayiş etdirməyin - beləliklə, onlarda paxıllıq oyatmaz və sizə hücum etməyə təhrik etməzsiniz.
Xarici görünüşünüzə diqqət yetirin: bu gün sizə geyiminizə görə qiymət verirlər. Gözəl ədalar, etiket qaydalarına riayət etməyiniz pərtlik yaradan situasiyadan çıxmağa imkan verəcək. Təhriklərə uymayın, əvvəlcədən qurduğunuz planlara riayət edin.

Əqrəb - Fantaziyalarınıza boyun əyməyin: öz imkanlarınızın düzgün qiymətləndirilməsi səhvlərdən qaçmağa imkan verər. İşləriniz çox olacaq, ancaq bunların hamısının öhdəsindən gəlməyə gücünüz çatar. Sövdələr bağlaya, müqavilələr imzalaya, uzunmüddətli əməkdaşlıq barədə məsələləri müzakirə edə bilərsiniz.
Yaxınlarınız tez-tez sizin köməyinizə ehtiyac duyur, sizdən diqqət tələb edirlər. Soyuqqanlılığınızı qoruyub saxlamağınız, başqalarının emosiyalarının sizə təsir etməsinə yol verməməyiniz vacibdir.

Oxatan - Yalnız entuziazm və qətiyyət sayəsində uğur qazana bilərsiniz. Hətta şərait imkan verməsə belə, siz məqsədinizə doğru gedir və hamının təəccübünə rəğmən, ona çatırsınız. Nüfuzlu bir şəxsin dəstəyini qazana bilərsiniz.
Maraqlı tanışlıqlar mümkündür. Bu gün başlanan münasibətlər sizin üçün gözlənilməz olan bir məcrada davam edəcək. İntuisiyanıza güvənin, necə hərəkət etmək lazım olduğunu daxili səsinizə etibar edin. Axşam dəyərli hədiyyə ala bilərsiniz.

Oğlaq - Düşünülməmiş hərəkətlərdən qaçın, emosiyalarınızı cilovlayın. Bugünkü işləriniz elə də vacib olmasa da, diqqət tələb edir, ancaq fikrini cəmləmək hər Oğlaqa nəsib olmur. Yanınızda sizin səhvlərinizi göstərən, sizi lazımsız həyəcanlardan qoruyan birinin olması yaxşı olardı.
Evdəki istənilən çətinliyi ürəyinizə salır, əhəmiyyətsiz söz-söhbətə görə narahat olursunuz. Həyəcanlardan uzaq durmağa çalışın: sevdiyiniz bir işlə, hobbinizlə məşğul olun, yaxud sevdiyiniz adamlarla gəzintiyə çıxın.

Dolça - Yaradıcı iş, qeyri-standart yanaşma tələb edən məsələlərin həlli üçün əla gündür. Orijinal ideyaları gerçəkləşdirmək xoşunuza gəlir, cari işlər isə sizi yorur, darıxdırır. İşgüzar danışıqlar yaxşı keçir, yeni tanışlarınızda dərin təəssürat oyadırsınız. İşdə məhəbbət macərasının başlanması mümkündür.
Evinizi yeniləyə, təmirə başlaya, yaxud, sadəcə, mebelin yerini dəyişdirə bilərsiniz. Ev üçün əşyalar almaq olar. İmicinizdə dəyişiklik xeyrinizə olar, elə nəticəsi də sizi sevindirər.

Balıqlar - İşgüzar ünsiyyət, vacib məsələlərin müzakirəsi üçün əlverişli gündür. Mürəkkəb danışıqlarda özünüzü əsl diplomat kimi hiss edəcəksiniz: aqressivlik, sərtlik göstərmədən istəyinizə çata bilərsiniz.
Maliyyə baxımından uğurlu gündür, sövdələr uğurlu olacaq, yatırımlar gəlir gətirəcək. Sevgidə bəxtiniz elə də gətirmir, sevgililər arasında xırda incikliklər yarana bilər. Bu gün başlanan romantik münasibətlər ciddi olmayacaq.

(səs: 3330)
Şərhlər: 3117
Baxılıb: 82576387
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
vipbetul
İnsaAllah Rebbim ozu komek olub sevindirer AMin İnsaAllah
25 fevral 2019 09:43
2897
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
vipbetul
İnsaAllah Rebbim ozu komek olub sevindirer
23 fevral 2019 09:39
2896
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
vipbetul
İnsaAllah Rebbim ozu komek eder
22 fevral 2019 10:10
2895
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
vipbetul
İnsaAllah xeyirli olar
21 fevral 2019 09:56
2894
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
vipbetul
İnsaAllah Rebbim sevindirer
20 fevral 2019 09:43
2893
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Love Angel
Allah yar ve yardimcimiz olsun. melek
19 fevral 2019 15:21
2892
القلوب التى تغسلها الدموع .. لا يتراكم عليها الصدأ
Offline
vipbetul
İnsaAllah Rebbim ozu sevindirer
19 fevral 2019 11:31
2891
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
vipbetul
İnsaAllah xdeyirli uqurlu olar sevinerem
18 fevral 2019 10:08
2890
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
sevgi qatarı
Xərçəng - indiyədək həllolunmaz, müşkül sayılan məsələləri asanlıqla çözə bilərsiniz. Darıxdığınız insanla qəfil görüş baş tuta bilər. Bir zamanlar sıx münasibətlərdə olduğunuz, amma sonradan təmasları kəsdiyiniz insanla görüş olacaq. Əlaqələrin bərpasının gərəkli olub-olmadığını düşünün.

Yaşlı qohumlarla ünsiyyətdə səbirli, soyuqqanlı olun. Bu gün onlarla dil tapmaq asan deyil. Məişət qayğıları və ya maliyyə məsələləri fikir ayrılıqları ilə ixtilaf yarada bilər.
18 fevral 2019 09:29
2889
Sevgi Qatarı
Offline
❤Ə❤CANAN❤G❤
Yaxınlarınızla ünsiyyət zamanı səbrli və həssas olun.

Oğlaq
15 fevral 2019 23:14
2888
canan qizim sirin seker qizim.
Offline
vipbetul
İnsaAllah yaxsi olar sevinerem daima
15 fevral 2019 10:36
2887
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
vipbetul
İnsaAllah sevinerem
14 fevral 2019 09:32
2886
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Love Angel
Allah köməyimiz olsun. Aminnn. melek
14 fevral 2019 00:08
2885
القلوب التى تغسلها الدموع .. لا يتراكم عليها الصدأ
Offline
Totu
Qoç təşəkkürlər
13 fevral 2019 10:40
2884
Offline
vipbetul
İnsaAllah yaxsi olar sevinerem
13 fevral 2019 09:47
2883
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Love Angel
Allah yar və yardımcımız olsun. Tesekkurler.
13 fevral 2019 07:47
2882
القلوب التى تغسلها الدموع .. لا يتراكم عليها الصدأ
Offline
vipbetul
İnsaAllah yaxsi olar sevinerem
12 fevral 2019 10:04
2881
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
vipbetul
Rebbim ozu komek olub sevindirer Amin İnsaAllah
11 fevral 2019 10:08
2880
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
❤Mələyim❤
♋təşəkkür edirəm
11 fevral 2019 02:39
2879
Offline
sevgi qatarı
Xərçəng - biliklərin artırılması və tədqiqat işləri, strateji planlaşdırma, yaxın gələcəklə bağlı perspektivlərin müəyyənləşdirilməsi üçün pis gün deyil. İntellektual potensial yüksəkdir. Həll edə bilməyəcəyiz problem yoxdur. İlk baxışdan ən asan, mürəkkəb olmayan məsələlərdə çətinliklər yarana bilər. Bəzi işləri bütün səylərə rəğmən başa vurmaq mümkün deyil.

Şəxsi münasibətlərdəki problemləri qulaqardına vurmayın. Mənasız illüziyalara qapılıb boş arzulara inanmayın. Çətinliklər dəf olunandır. Praktiki olun, praqmatcasına davranın.
9 fevral 2019 17:55
2878
Sevgi Qatarı

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri