Qadınların bürclərə görə seks həyatları

Müəllif: Wiyinka
Şərhlər: 11
Baxılıb: 12 249
Səs ver:
(səs: 8)
Bürclər marağınızı çəkməsə də seks həyatınızda nə qədər təsirli olduğu sizin üçün çox maraqlıdır, deyilmi?

Qoç: Qoç qadınları hərarətli, səbirsizdir və fantaziya dünyaları genişdir. Üstün olmağı sevən qoç qadınları seks əsnasında da üstə olmağı seçir və kovboy mövqesi onun üçün biçilmiş bir xalat kimidir. Əgər bir qoç qadını ilə birlikdəsinizsə hər seks təcrübənizdə fərqli bir şəxsiyyətdə qarşınıza çıxacaq və sizi fantaziya dünyasına götürəcək.

Buğa: Seks mövzusunda öküz qadını qədər hərarətlisi yoxdur. Boyun bölgəsinə çox həssas olan öküz qadınları əgər sizə güvənmişsə seks əsnasında sərhədləri aşmaqdan əsla çəkinməz.

Əkizlər: Əkizlər qadınını xoşbəxt etmək çətindir. Monotonluğa nifrət edir. Əgər əkizlər bürcü bir qadınla bərabərsinizsə seks həyatınızı rəngləndirmək üçün davamlı yeniliklər və sürprizlər etməniz lazım olacaq. Ruhi cəhətdən özünü seksə hazır hiss etdiyi zaman əsla sevişmək istədiyini söyləməkdən çəkinmirlər.

Xərçəng: Qulağına pıçıldayacağınız gözəl bir söz onu təhrik etmək üçün kifayətdir. İlk anda sakitmiş kimi görünsə də ehtiraslı və hərarətli bir qadına çevrilərək sizi çaşdıracaq. Beldən aşağı bölgələrə toxunuşlar onları ehtirasa gətirmək üçün əla seçim ola bilər.

Şir: Şir bürcü qadınları təhrik etməyə bayılırlar! Əvvəl yaxınlaşar, erotik rəftarlarla ağılınızı başınızdan alaraq, qəfildən özünü geri çəkər və sizi dəli olmaq dərəcəsinə gətirə bilərlər. Fantaziya dünyası olduqca geniş olan şir qadınlarının seksdə sərhədləri yoxdur.

Qız: Qız bürcü qadınlarına təsir etmək bir az çətindir. Həqiqətən aşiq olmazlarsa kimsəylə asan bir əlaqəyə girməzlər. Amma bir qız bürcü qadınıyla sevişmə şərəfinə nail olsanız, onun əslində nə qədər hərarətli olduğunu görəcəksiniz.

Tərəzi: Bir romantizm tutqunu olan tərəzi qadınlarının ən həssas bölgəsi ombalarıdır. Harda gəldi seks etməkdən xoşlanmazlar. Yavaş və əmin addımlarla irəliləyən tərəzilər, ehtirasa gəldiklərində sizə zövqün zirvəsini yaşadarlar.

Əqrəb: Seksdə üstün tərəf olmağı seçən əqrəb qadınları idarəni əllərində istəyərlər. Bütün bürclər içərisində ən ehtiraslı və təhrik etməyi sevən bürc əqrəb qadınlarıdır. Bununla yanaşı çox incə və nəzakətlidirlər. Təxəyyül və fantaziya dünyasına qapılsanız sizi xoşbəxt etməmək üçün heç bir maneə yoxdur.

Oxatan: Oxatan qadınları, ümumiyyətlə seks əsnasında üstdə olmağı sevərlər. Cinsi əlaqəyə olduqca düşkündürlər və bir da az eşqbazdırlar. Seksdə sıravilikdən və uzun sürən sevişmələrdən xoşlanmırlar.

Oğlaq: Oğlaq qadınları ilk başda bir az utancaq olsalar da yavaş və nəzakətli davranışlarınızla onu ehtiraslı bir qadına çevirə bilərsiniz. Şəhvətli oğlaq qadınları bir günlük əlaqələrə söykənən seksdən əsla xoşlanmasalar da sizə güvən duyarlarsa sizə unudulmaz anlar yaşada bilərlər.

Dolça: Dolça qadınları cinsi əlaqə ilə əlaqədar fikirlərini paylaşmaqdan əsla utanmazlar və əgər ürəyi istəmirsə cinsi əlaqəyə girmələri qeyri-mümkündür. Ancaq ürəyi istədiyi zaman sizinlə rahatca hər cür seks oyunu edə bilər və ağılınızı başınızdan ala bilər.

Balıqlar: Romantik və təxəyyülü yüksək olaraq bilinən balıq bürclərinin seks həyatındakı təsir edici və maraqlı fantaziyalarına ortaq olmanız üçün bir az səbr etməniz gərəkdir. Bir balıq bürcü qadınıyla bərabərsinizsə ona qarşı daim romantik olmanız lazımdır. Qarşılığında sizi ehtiras və fantaziyalarıyla mükafatlandıracaq.
(səs: 8)
Şərhlər: 11
Baxılıb: 12 249
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri