Aldadıldıqda hansı bürc necə davranır?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 13
Baxılıb: 7 082
Səs ver:
(səs: 7)
Aldadılmaq, aldanmaq insana acı verir və aldadılan insanın bürcünə görə verdiyi reaksiyalar da müxtəlifdir. Bürclərə əsasən aldadıldığını öyrənən insanlar necə davranır? Sualın cavabını tapmaq üçün məqaləmizi oxumağa davam edin. Mövzu istər sevgi, istər dostluq, istər iş olsun, hər insan övladının aldadılmağa münasibəti bəllidir. Bu, həm də bəzi bürclərin əsas ayrılıq səbəblərindən biridir.
"Aldadan özünü aldadır” sözü doğrudur.
İndi isə gəlin bürclər haqqında bilinməyən həqiqətlərə birlikdə nəzər salaq.

Qoç bürcü
Əvvəlcə inanmaq istəməzlər. Dünyanın mərkəzi o, olduğu halda, kim belə bir şeyə cürət etmiş ola bilər?
 
Buğa bürcü
O, sakit, düşünmədən hərəkət etməyən, hətta düşündükdən sonra da uzun müddət hərəkətə keçməyən insandır. Güvənin olmadığı yerdə Buğa da olmaz.
 
Əkizlər bürcü
Əvvəlcə bir müddət düşünəcəkdir. Çox qəribədir ki, onu aldadan insan istər dostluqda, istər işdə, istər sevgidə olsun, bir anda həm də qiymətə minəcəkdir.

Xərçəng bürcü
Xərçənglərin hissləri çox qüvvətlidir. Onlar hər şeyi asanlıqla hiss edə bilirlər. Əmin olun ki, sizi peşman etmək üçün əllərindən gələni edəcəklər.

Şir bürcü
Bir Şiri bu halda görmək çox pisdir. Ürəkləri elə qırılacaq ki, özünüz də peşman olacaqsınız. Özünüzü əfv etdirməyə çalışmalısınız. Ancaq bunun nə dərəcədə alınacağı bəlli deyil.
 
Qız bürcü
Düşünəcək ki, həyat onu yenə yanıltmadı. Üzərinə "haqlılıq qüruru” çökəcəkdir. Acı gerçəyi bağrına basıb, yaşamağa davam edəcək.

Tərəzi bürcü
Bu halda Tərəzi əvvəlcə öz xətalarını tapmağa, götür-qoy etməyə çalışacaq. Əgər barışmağı düşünürsə, qisasını mütləq alacaqdır.
 
Əqrəb bürcü
Eynisi ilə qarşılıq verəcəkdir. Əzilməklə, depressiyaya girməklə vaxt itirməz. Sadəcə ən uyğun şəraitin əlinə keçməsini gözləyər.
 
Oxatan bürcü
O, həm qarşısındakını, həm də özünü "yandıracaqdır”. Nə özünü bağışlayacaq, nə də onun saflığından yararlandığı üçün qarşısındakını.
 
Oğlaq bürcü
Bu, dönüşü olmayan bir yoldur. Oğlaqlar çətin silsələr də, tam silən insanlardır. Nə dava çıxaracaq, nə də intiqam alacaqdır. O insanları itirməkdən çox öz qürurunu itirməkdən qorxur.
 
Dolça bürcü
Bunu əsla özünə sığışdıra bilməz. Ona görə də özünə çox əsəbləşəcək. Adınız çəkildiyi yerləri tərk edəcək.
 
Balıq bürcü
Ən gözləmədiyiniz reaksiyanı verəcəklər. Bir gecə içib qarşınıza çıxa bilərlər. Gerçəyi eşitmək onlar üçün daha yaxşı ola bilər. Sizi öz xəyanətinizlə baş-başa buraxacaqdır.
(səs: 7)
Şərhlər: 13
Baxılıb: 7 082
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri