Bürclərin xasiyyətləri müxtəlif olduğu kimi onların qida ilə bağlı olan zövqləri və meyilləri də müxtəlifdir.
Qoçlar
ən çox qəlyanaltılar xoşlayırlar. Əgər siz görsəniz ki, məclisdə
hansısa qonaq boşqabına stolda olan bütün qəlyanaltılardan yığıb və
sonra onları dadmağa başlayırsa, deməli, siz Qoçnan rastlaşmısınız.
Onlar içkiləri də xoşlayırlar.
Buğalar
ağzının dadını yaxşı bilən insanlardı. Ona görə Buğaları qonaq
çağıranda tək yeməklərin bol olmasını yox, həm də yeməklərin düzgün və
dadlı bişirilməsinə fikir verin. Buğa sizin əziyyətinizi mütləq
qiymətləndirəcək.
Əkizlər
salatları, şirniyatları xoşlayırlar. Məclisdə Əkizlər çalışacaqlar ki,
ən dadlı yeməklərdən dadsınlar. Amma, adətən, onların boşqablarında
yemək çox gec azalır, ona görə ki, qonaqlıqda onlar yeməyə yox, maraqlı
söhbətə üstünlük verirlər.
Xərçəng
un məmulatlarını xoşlayırlar, xüsusən də nənələrin reseptləri ilə
bişirilən piroqları, bulkaları və s. Xərçənglər restoranda qonaqlıq
xoşlamırlar, onlar ev rahatlığı, qəşəng süfrə və qab-qacaq, bəzəkli
salfet, dadlı ev yeməklərini xoşlayırlar.
Şirlər
həm yaxşı yeməkləri, içkiləri, həm də rahat şəraiti xoşlayırlar. Ev
yiyəsi çalışmalıdır ki, Şirlər masanın arxasında yaxşı və rahat yerdə
əyləşsinlər, ən yaxşısı budur ki, ev yiyəsi onlara öz yerini versin.
Şirləri qonaq çağıranda çalışın ki, yeməkləriniz qeyri-adi və ləzzətli
olsun, içkilər də, yeməklər də bol olsun.
Qızlar
yeməklərin dadlı olmaqdan çox, faydalı və diyetik olmağına üstünlük
verirlər. Ona görə Qızları qonaq çağıranda ev yiyəsi çalışmalıdır ki,
süfrədə mineral sular, çoxlu tərəvəz salatları, göy-göyərti, meyvələr
olsun.
Tərəzilər
yaxşı və səviyyəli kompaniya xoşlayırlar. Əgər Tərəzinin başqa
qonaqlardan xoşu gəlmirsə, onda qonaqlıq onun üçün çox darıxdırıcı
keçəcək. Amma yaxşı kompaniya, üstəlik də kraxmallı süfrə, gəşəng
qab-qacaq, orijinal bükülmüş salfetlər, qeyri-adi süfrə düzümü Tərəziyə
böyük zövq verə bilər.
Əqrəblər
zəngin və parlaq stol xoşlayırlar, Qonaqlıqlarda onlar bütün
xəstəlikləri unudub yağlı, istioitlu, acı, hisə verilmiş yeməkləri böyük
zövqlə dadırlar.
Oxatanlar xoşlayırlar ki, qonaqlar çox olsun və qonaqlıq şən keçsin. Onlar dadlı və qeyri-adi qəlyanaltılara üstünlük verirlər.
Oğlaq
üçün çox vacibdir ki, hər şey ənənəvi olsun: "paytaxt" salatı, "şuba"
altında siyənək, kürü, kolbasa, isti yeməklər və s. Furşet Oğlağın
xoşuna gəlməz, ona görə bu bürcün nümayəndələrini qonaq çağırarkən,
zəngin süfrə açın.
Dolçalar
furşetsevəndilər.Onlar yüngül yeməkləri xoşlayırlar: sendviç, dondurma,
meyvə, salat, pirojna, tort. Onlar ekzotik meyvələri və yeməkləri üstün
tuturlar.
Balıqlar
da ekzotik yeməkləri sevirlər: krab, xərçəng, midi, omar və s. Yaxşı
içkiləri də xoşlayırlar. Onlar üçün ən yaxşı ziyafət təşkili balaca
kompaniyada furşet hesab olunur.