Bürclərin xüsusiyyəti

Müəllif: my_angel
Şərhlər: 15
Baxılıb: 6 639
Səs ver:
(səs: 8)
♈  QOÇ: Çox şən bir insan olduğun bir gerçək amma o şən halından 3 saniyədə əsər qalmaya bilər. Çox tez əsəbiləşirsən.

♉  BUĞA: O qədər inadçısan ki istədiyin bir şey olmadığı zamanlar dəliriirsən.

♊  ƏKİZLƏR: Risk almaq sənin üçün təbii bir şeydir artıq. Hər zaman ən az 2 variant arasında qalırsan. Düşünmədən qərar vermə.

♋  XƏRÇƏNG: Yeni insanlar tanımağı sevirsən. Sabit yaşamaq sənə görə bir şey deyil. Səni buraxsalar küçədə belə yaşayarsan.

♌  ŞİR: Əgər bir şeyi həll edəcəksənsə, üz-üzə həll etməyi seçirsən. Qorxaqlıq sənə görə deyil.

♍  QIZ: Həyatında əslində mənfi gedən heç bir şey yoxdur,lakin sən illa ki bədbəxt olacaq bir şey tapırsan.

♎  TƏRƏZİ: Bu qədər rahat olmağı haradan öyrəndin sən? Dünya yansa vecinə olmayacaq. Yalnız bu sıralar bir az işləri möhkəm tutsan yaxşı edərsən.

♏  ƏQRƏB: Səmimiyyətsiz insanlardan deyil bir yaxşılıq, fikir belə istəməzsən. Bilirsən ki, onların özlərinə belə xeyri yoxdur ki sənə nə olsun.

♐  OXATAN: Sahib olduğun düşüncə və həyat görüşündən əsla güzəşt vermirsən. Sənə səndən başqa kimsənin bir faydası olmadığını bilirsən.

♑  OĞLAQ: Səninlə eyni fikirdə görünüb içindən fərqli düşünən insanlar var. Biz bunlara ikiüzlü deyirik. Onları həyatından uzaqlaşdır.

♒  DOLÇA: Kritik vəziyyətlərdə hər zaman içindəki səsi dinləməlisiniz. Onun yanıldığı  görülməmişdir çünki hisslərin çox qüvvətlidir.

♓  BALIQ: Proqramlı olmaq sənə görə bir şey deyil. Sən anı yaşamağı sevirsən. Bir dəqiqə sonra nə edəcəyin müəyyən olmur.
(səs: 8)
Şərhlər: 15
Baxılıb: 6 639
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri