Gündəlik Bürclər - 02.06.2020 (02 İyun 2020 Günlük Bürclər)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2992
Baxılıb: 94400501
Səs ver:
(səs: 3489)
02 İyun 2020-cu il. Günün qoroskopu. Düşünün, sizə ən çox nə gərəkdir?

Qoç - ehtiyatlı və sərvaxt olun. Olaylar istədiyiniz istiqamətdə inkişaf etməsə də, situasiya az sonra dəyişəcək. Sadəcə, bir qədər gözləmək gərəkdir. İşdə rəhbərliklə mühüm məsələləri müzakirə etməyin. Ümumiyyətlə, rəhbərlikdən uzaq durun. Mövqe və baxışlardakı fərqlər münaqişə yarada bilər.

Günün ikinci yarısında alış-verişdə çox pul xərləməyin. Tamamilə gərəksiz əşya almaq riski çoxdur. Axşam saatlarına yaxın işgüzar fəallıq səviyyəsi aşağı düşəcək. Süstlük və apatiyaya qapılmayın. Aktiv olun.

Buğa - mənfi təmayüllərin təsiri artsa da, nikbin olun. Kiçik problemlərə fikir verməyin. Məqsədə doğru hərəkəti davam etdirin. Hədəfləriniz yaxın ətrafınızdakı insanlara illüzor təsir bağışlasa da, geri çəkilməyin.

Günün ikinci yarısı yeni işə başlamaq, çoxdan sizi cəlb edən sahədə qüvvələri sınamaq üçün yararlıdır.

Səfər və ya səyahət üçün pis zaman deyil. Alış-verişdə arzuladığınız əşyanı ala bilərsiniz. Şəxsi münasibətlərdə müsbət dəyişikliklərə başlayın. Olayların sərfəli axarından yararlanın.

Əkizlər - maraqlı və mühüm işə başlamaq üçün münasib zamandır. Uzun müddət çalışacağınız genişmiqyaslı layihəyə başlamaq olar. Etibarlı müttəfiqlər tapacaq, çoxdankı işgüzar tərəfdaşlarla münasibətləri bərpa edəcəksiniz.

Hadisələrin məcrasına təsir imkanlarına malik nüfuzlu insanla tanış ola bilərsiniz.

Günün ikinci yarısı şəxsi münasibətlər üçün yararlıdır. Yaxınlarınızı anlamağa çalışın. Dəyər verdiyiniz insanlarla dil tapın.

Sevdiyiniz insana axşam saatlarında sürpriz edə bilərsiniz.

Xərçəng - qarşınıza qoyduğunuz məqsədlərdən imtina etməyin. Yaxın ətrafınızdakı insanların nə deməsindən asılı olmayaraq seçdiyiniz yoldan sapmayın. Qətiyyətli və inadkar şəkildə çalışsanız, irəliləyişə nail olacaqsınız.

İşdə kiçik problemlər, həmkarlar və rəhbərliklə fikir ayrılıqları istisna deyil. İxtilafı xüsusi səylər göstərmədən aradan qaldırmaq olar.

Günün ikinci yarısı zəruri sənədlərin hazırlanması üçün əlverişli zamandır. Yeni tanışlıqlar asanlıqla formalaşacaq. Bəyəndiyiniz insanlarla yaxından tanış olmağa tələsməyin. Bu adamları əvvəlcə öyrənməyə, tanımağa çalışın. Əks təqdirdə pərişan ola bilərsiniz.

Şir - uğursuz gün olsa da, narahat olmağa, təşvişə düşməyə dəyməz. Saatlar keçdikcə mənfi təmayüllərin təsiri azalacaq. Səbrli və qayğıkeş olun, təmkinli davranın. Təxribatlara uymayın. Formalaşmış ənənələr və qaydalar çərçivəsindən kənara çıxmamağa çalışın.

Günün ikinci yarısında sərvaxt davranın. Haqqınızda şayiələrin yayılmasına, böhtanların çoxalmasına imkan verməyin.

İşdə və evdə mübahisələr, fikir ayrılıqları olsa da, münaqişənin yaranmasına imkan verməyin. Yaşam potensialınız yüksəkdir. Səhhətinizdə problemlər olmayacaq.

Qız - yaxın ətrafınızdakı insanlarla münasibətlərdə dəyişikliklər zamanıdır. Əhvalınızı pozan, mənfi energetikalı insanlarla təmasları minimuma endirin. Sürəkli şəkildə sizi tənqid edən ancaq çatışmazlıqlarınız və nöqsanlarınızdan danışan insanlardan uzaq olun.

Son vaxtlar sizi narahat edən məsələləri rəhbərliklə müzakirə edin. Cavab sizi qane etməsə belə, düzgün qərar qəbul etməyə imkan verən informasiya əldə edə bilərsiniz.

Günün ikinci yarısında aktiv çalışın.

Axşam saatlarını evdə keçirin, yaxınlarınıza vaxt ayırın. Dəvət aldığınız tədbirlərdən imtina edin. Yeni tanışlarla ehtiyatlı davranın.

Tərəzi - mahiyyət etibarilə pis gün deyil. Peşəkar fəaliyyət müstəvisində ciddi uğurlara nail olmasanız da, irəliləyişlər olacaq. Gözləntiləriniz tam doğrulmayacaq. İntellektual fəaliyyət, gələcəklə bağlı planların müzakirəsi üçün pis zaman deyil. Maliyyə və əmlak məsələlərini həll etmək olar. Yeni tanışlıqlar məhsuldar işgüzar əməkdaşlıq və yeni tanışlıqlar istisna deyil.

Günün ikinci yarısında yaradıcılıq poltensialı yüksəkdir. İdeyalar pis deyil. Qərarlarınız orijinal və məntiqli olmalıdır. Yaşamınızda köklü dəyişikliklər zamanı çatıb.

Əqrəb - günün ilk yarısında ehtiatlı olun. Mənfi təmayüllərin təsiri böyükdür. Yanlışlıq və səhv riski artır. Situasiya zaman keçdikcə düzələcək. Axşam saatlarına yaxın durum daha əlverişli, rahat olacaq.

Günün ikinci yarısında yaradıcılıq potensialı artacaq. Boş vaxtınızdan mövqelərinizin möhkəmlənməsi üçün istifadə edin. Təxəyyülünüzdən yararlana bilərsiniz.

Yeni romantik münasibətlərin başlanması istisna deyil. Maraqlandığınız insanla təmaslarda intuisiyanıza çox güvənməyin. Tələsməyin, aldana bilərsiniz.

Oxatan - vaxtınızı mənasız və boş işlərə sərf etməyin. Qarşınıza qoyduğunuz məqsədlərə çatmaq üçün bütün vasitələrdən yararlanın. Əvvəlki günlərdən fərqli olaraq çətin işlərin öhdəsindən asanlıqla gələcəksiniz. Yaxın ətrafınızdakı insanlar uğurlarınıza təəccüblənəcəklər.

Günün ikinci yarısında bədxah və rəqiblərin sizə paxıllıq etmələrindən narahat olmayın. Onlar sizə heç nə edə bilməyəcəklər.

Ağıllı, maraqlı, qeyri-standart insanlarla ünsiyyət üçün əlverişli zamandır. Tanışlarınızın arasında belə adamlar yoxdursa, narahat olmayın. Müvafiq tanışlığa nail olmaq şansı yüksəkdir.

Oğlaq - əlverişli və uğurlu gündür. Amma hadisələr istədiyiniz və gözlədiyiniz sürətlə inkişaf etmir. Qələbəyə çətinliklə nail olacaqsınız. Səy göstərməyə, ağır işə hazır olun. Nəticələr sizi pərişan eməyəcək. Məmurlarla təmaslar, dövlət qurumlarının nümayəndələri ilə əlaqələr üçün əlverişli gündür.

Günün ikinci yarısı işdə irəliləyiş və ya maaş artımına çalışın. Aldığınız təklifləri diqqətlə nəzərdən keçirin. Şəxsi münasibətlər baxımından neytral gündür. Situasiyada dəyişikliklər istəyirsinizsə, təşəbbüskar olun.

Dolça - çox uğurlu gündür. Başladığınız işləri başa vurmağa çalışın. Ənənələri pozmaq, bildiyiniz kimi davranmaq olar. Yaxın ətrafınızdakı insanlar sizi təqdir etməsələr də, yolunuzdan sapmayın. Dostlar və müttəfiqlər sizdən yardımlarını əsirgəməyəcəklər. Amma onların dəstəyi olmadan da məqsədlərinizə çata bilərsiniz.

Günün ikinci yarısında sevim qarşısında qalacaqsınız. Düşünün, sizə ən çox nə gərəkdir: dostların dəstəyi və işlərinizdə iştirakları, yoxsa fəaliyyət azadlığı?

Peşəkar fəaliyyət müstəvisində maraqlı və cazibədar perspektivlər yaranır. Karyerada inkişaf istisna deyil. Yaxşı gəlir əldə etmək və ya yeni gəlir mənbəyini tapmaq da olar. İntuisiya sizi aldatmayacaq.

Balıqlar - peşəkar fəaliyyət müstəvisindəki məqsədlərə çatmaq üçün əlverişli zamandır. Problemlərin həllinə yaradıcı yanaşaraq zəruri işləri görün. Qərarlarınız qeyri-standart, addımlarınız orijinal olsun. Yaxın ətrafınızdakı insanların diqqətini cəlb edəcəksiniz.

Günün ikinci yarısı yeni işə başlamaq və ya iş yerini dəyişmək üçün əlverişlidir.

Fiziki iş və ya idmanla məşğul olmaqda xeyir var.

Dostlarla görüş və ya romantik təmaslar xoş hisslər yaradacaq. Alış-veriş etmək, qarderobu yeniləmək olar.
(səs: 3489)
Şərhlər: 2992
Baxılıb: 94400501
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
kivircik
Bu gunum yorucu olsa da,gozel ve maraqli kechdi ,hemd olsun.Hemishe yadimsa qalacaq bu tarix.22.12.2019
22 dekabr 2019 23:11
2892
Az shikayet,chox shukur- seni mutluluga goturur!
Snow White
___InsAllah yaxsi olar buga burcu___
19 dekabr 2019 16:47
2891
But my dear it's not wonderland and you are not Alice:((
Btsarmy;)
Sitat: Snow White
Buğa - burcu insAllah yaxsi olar

Buga
19 dekabr 2019 07:40
2890
-^ A person starts dying when they stop dreaming...✌
Snow White
Sitat: Marsell
Düzdü bürclərə deyil Allaha inaniram ama cox vaxt düz çıxır bürclər...Allah xeyrlisi nə isə onu qismət eləsin əkizlər#

Mendede eledi bezen duz cixi bezen yox
17 dekabr 2019 21:53
2889
But my dear it's not wonderland and you are not Alice:((
Marsell
Düzdü bürclərə deyil Allaha inaniram ama cox vaxt düz çıxır bürclər...Allah xeyrlisi nə isə onu qismət eləsin əkizlər#
10 dekabr 2019 01:23
2888
_Tək_ İL_
xeyirlisi olar inşallah
9 dekabr 2019 14:18
2887
Dəli ^_^
kivircik
Bugunki gunum chox gozel kechdi. Hemd olsun
8 noyabr 2019 22:53
2886
Az shikayet,chox shukur- seni mutluluga goturur!
krisa
Göresen Baliqlara yazilanlar,Ekizlere aiddir,yoxsa Baliqlar sözünün yerine Ekizler yazilib. Cox vaxt bele sehvlere yol verirsiniz.
31 oktyabr 2019 01:48
2885
_Tək_ İL_
İnşallah xeyirlisi nədirsə o olsun
22 oktyabr 2019 16:50
2884
Dəli ^_^
Love-Girl
Soruwmaq ayib olmasin Wir burcunu pisikmi aparib? Butun burcler var Wirden basqa.
17 oktyabr 2019 06:54
2883
Nə qədər yaxşı insan olduğunun heç bir önəmi yoxdur. Nə də olsa ilk yanlışında ən pis insan sən olacaqsan. 
Gul111
Tesekurlermmmmm
4 oktyabr 2019 15:15
2882
_Tək_ İL_
Xeyirlisi nədirsə oda olar inşallah.
25 sentyabr 2019 00:14
2881
Dəli ^_^
Snow White
Buğa - burcu insAllah yaxsi olar
15 sentyabr 2019 18:52
2880
But my dear it's not wonderland and you are not Alice:((
Ays
Xeyirlisi olar INSALLAH
13 sentyabr 2019 12:03
2879
Zuxa
Bugun hecne olmadi(
4 sentyabr 2019 17:20
2878
KRALİCEM
inciklik olacaq deyir xeyirlisi
31 avqust 2019 06:19
2877
sukur verdiklerine
kivircik
Herkese xeyirli gunleeer♡♡♡
22 avqust 2019 07:39
2876
Az shikayet,chox shukur- seni mutluluga goturur!
_Tək_ İL_
İnşAllah xeyirli nədirsə o olar.
21 avqust 2019 21:43
2875
Dəli ^_^
Gul111
Neyse anlmadim tskurlet
21 avqust 2019 20:53
2874
Gul111
Yoldasim ucun burcun oxuyurdum birde gordum yatib :-D
20 avqust 2019 22:57
2873

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri