Gündəlik Bürclər - 18.10.2018 (18 Oktyabr 2018 Günlük Bürclər)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3496
Baxılıb: 72270116
Paylaş:
Səs ver:
(səs: 2981)
18 Oktyabr 2018-ci il. Günün qoroskopu. ekstraordinar heç bir hadisə baş verməyəcək

Qoç - Diqqətli olun. Yaxın ətrafınızdakı insanların istəklərini anlamağa cəhd göstərin. İşgüzar tərəfdaşınız və ya həmkarınızın əhvalı pis ola bilər. Ona görə də soyuqqanlı davranmağınız gərəkdir.
Günün ikinci yarısında münasibətləri gərməyin. Münaqişə səbəbkarı olmayın. Danışıqlar və ya söhbət əsnasında problemli mövzuların təhlilinə başlamayın. Əhəmiyyətli məsələlərdən birinin həllini ertələmək olar.
Sevdiyiniz insanla ünsiyyətdə diqqətli, səbrli olun. Güzəştə meylli insan təsiri bağışlayın.

Buğa - Tərəfdaşlar və həmkarlarla münasibətləri daha da inkişaf etdirin. Yeni layihənin icrasına başlamaq, ideyanı gerçəkləşdirmək fikriniz varsa, aktiv olun. Süstlüyə qapılmayın. Qarşı tərəfi dinləyin, onun sözünü kəsməyin.
Günün ikinci yarısında ehtiyatsızlıqla söylənən kəlmə indiyədək çətinliklə yaradılan əlaqələri poza bilər. Yaxınlarınızla münasibətlərdə səmimi olun. Yalan danışmayın.
Yeni müttəfiq qazanmaq zamanıdır.

Əkizlər - Yaradıcılıq fəaliyyəti ilə məşğul olanları uğur gözləyir. Tərəfdaş və müttəfiqlərinizin qatıldıqları tədbirdə iştirak edin. Onlardan dəstək alacaq, yeni ideyaları paylaşmaq şansı əldə edəcəksiniz.
Təcili yola çıxmaq zərurətinin yarandığı situasiya formalaşa bilər. Sükan arxasında ehtiyatlı olun. Problemlər riski artır.
Günün ikinci yarısında dostların sözlərinə qulaq asın. Axşam saatlarını evdə keçirmək olar. Romantik görüşü təxirə salın. Vaxtınızı sevdiyiniz insana həsr edin.

Xərçəng - Asan gün deyil. İstənilən məqsədə çatmaq üçün adi günlərlə müqayisədə daha çox çalışmalı olacaqsınız. Yaşam potensialınızın səviyyəsi yüksəkdir. Bütün sədləri dəf etmək üçün enerjiniz yetərincədir.
Günün ikinci yarısında maliyyə fonu uğurlu deyil. Mənasız xərclərə yol verməyin.
Romantik təmaslar üçün yaxşı zamandır. Sevdiyiniz insanla təmaslar sizi sevindirəcək. Dəvət aldığınız tədbirlərə qatılın. Yeni tanışlıqlar olacaq.
Axşam saatlarında normal istirahət edin.

Şir - Sayıq olun. Mühüm sənədlərin hazırlanmasında, hesabatların tərtibatında, həmkarlar və tərəfdaşlarla qarşılıqlı əlaqələrdə maksimal dərəcədə diqqətlə davranın. Texniki gecikmələr, avadanlığın sıradan çıxması istisna deyil.
Səbirli, təmkinli olun.
Günün ikinci yarısında həmsöhbətlərdən biri kobudluğu və tərbiyəsizliyi ilə sizi sinirləndirəcək. Cavabınız adekvat olmalıdır. İfrata varmayın.
Axşam saatlarında sizdən üzr istəyəcəklər.

Qız - Sağlam məntiqlə davranın, emosiyalara qapılmayın. Biznesdə və maliyyə məsələlərində riskli addımlar atmaq zamanı deyil. Nüfuzunuza zərbə vura biləcək insanlardan uzaq durun. Daşınmaz əmlak məsələlərinin həlli üçün əlverişli zamandır.
Günün ikinci yarısı bankda hesab açmaq, kredit almaq üçün münasib deyil. Yaxınlarınızla təmaslarda fikir ayrılıqları volüntarist qərarların qəbuluna səbəb olmamalıdır.
Lakonik danışın. Sürətlə hərəkət edin.

Tərəzi - Stabilliyə nail olmaq istəyiniz sizi prinsiplərinizdən bir addım da geri çəkilməməyə vadar edir. Yaxşı taktikadır. Status-kvonu saxlamaq, situasiyaya nəzarət imkanlarını mühafizə etmək imkanları var. Tərəfdaşlarla fikir ayrılıqları və ixtilaflar istisna deyil.
Günün ikinci yarısında ruhdan düşməyin. Davranışınızda zəruri dəyişikliklər etməkdən boyun qaçırmağınız yaxınlarınızda müəyyən narahatlıq və nigaranlıq yaradacaq. Mövqeyinizi arqumentlərlə müdafiə edin.
Axşam saatlarını sevdiyiniz insanla əylənərək keçirin.

Əqrəb - İşlərinizi qaydaya salın. Hədəfləri və məqsədləri təftiş edin. Yaxınlarınızla münasibətlərdə son vaxtlar gərginləşmələr vardısa, emosiyalarınıza hakim olun.
Düşünülməmiş addımlar atmayın.
Günün ikinci yarısında həmkarlarla daha sıx təmaslar qurun. Kollektiv fəaliyyətdə fayda var. Böyük işlərə başlamaq üçün kiçik addım kifayətdir. Yetər ki, qərarlı olasınız.
İşdə ehtiyatsız açıqlamanız rəhbərliklə münasibətlərinizi gərə bilər. Yaxınlarınızdan inciməyin. İntiqam almağa da can atmayın.

Oxatan - Səhər saatları laübəli və qarışıqdır. Planlarda dəyişikliklər istisna deyil. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün vaxt və resurs qıtlığı hiss olunacaq. Maneələri dəf edin, ruhdan düşməyin. Pessimizmə qapılmayın.
Günün ikinci yarısında həll edə bilməyəcəyiniz çətinliklər yoxdur. Problemlərin çözümünə kreativ yanaşın. Ağır işi yarımçıq qoyaraq istirahət etməyin. Qətiyyətli və iradəli olsanız, uğur sizi gözləyir.
Yaxınlarınızdan dəstək alacaqsınız.

Oğlaq - Hisslərinizə hakim olun, spontan addımlar atmayın. Emosiyalar məntiqi üstələməməlidir. Heç bir halda aqressiv davranmayın, kobudluq etməyin. İşdə rəhbərliklə, tərəfdaşlarla, həmkarlarla rəvan danışın.
Günün ikinci yarısında daha təcrübəli həmkarlarla danışın. Onlardan məsləhət almaqdan çəkinməyin. Yaxşı bələd olmadığınız insanlarla söhbətdə əvvəlcədən bəlirlənmiş çərçivədən kənara çıxmayın.
Sevdiyiniz insanla ünsiyyətdə danışmaqdan daha çox qulaq asmağa üstünlük verin.

Dolça - Hazırda məşğul olduğunuz işi yarımçıq qoyaraq yeni planların gerçəkləşdirilməsinə başlamayın. Rəqibləri üstələmək üçün ətrafınızdakı situasiyanı tam dəyərləndirin.
Günün ikinci yarısında ən çətin şəraitdə belə, təmkinli davransanız, uğur qazanacaqsınız. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün daha aktiv davranmağınız gərəkdir. Kiçik problemlərə vaxt sərf edərək diqqətinizi əsas məsələdən yayındırmayın.
Yaxınlarınızla münasibətlərdə kritik olun. Kimsəni ideallaşdırmayın. Əks təqdirdə gözləntiləriniz sizi aldada bilər.

Balıqlar - Adi, rutin gündür. Ekstraordinar heç bir hadisə baş verməyəcək. Yaşanacaq olayların bir çoxunu əvvəlcədən təxminləmək mümkündür. Buna rəğmən maliyyə və maddi məsələlərlə bağlı çətinliklərin yaranması istisna deyil.
Günün ikinci yarısında gərəkli insanlarla əlaqələri işə salsanız, istənilən sahədəki çətinliyi aradan qaldırmaq olar. Şəxsi münasibətlərdə önəmli addım atmazdan əvvəl dəyər verdiyiniz insanın cavab reaksiyasını proqnozlaşdırmağa çalışın.

(səs: 2981)
Şərhlər: 3496
Baxılıb: 72270116
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Lavinia
Uje gunu yari elemişem)) Xeyirlisi :)
13 iyun 2018 15:01
3336
Offline
vipbetul
her sey yaxsi olar İnseAllah
13 iyun 2018 14:44
3335
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
vipbetul
inseallah yaxsi olar
12 iyun 2018 16:09
3334
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
sevgi qatarı
Xərçəng - Xırda çətinliklər və problemlər çox olsa da, nə sizin əhvalınıza, nə də baş verən hadisələrə münasibətinizə təsiri olmayacaq. Düşmənlərinin üzərində tezliklə qələbə çalacaqlarından əmin olan Xərçənglər yanılmırlar, çünki doğrudan da, düzgün yanaşma nəticəsində istədiyinizə çata bilərsiniz, bir az ağlınızı işlətməyiniz gərəkdir.
Ev işlərilə məşğul olmaq faydalıdır, yaxınlarınız da sizə həvəslə kömək edəcəklər. Ümumi qayğılar birləşdirir. Sevdiyiniz insandan yardım istəməkdən çəkinməyin, o buna hətta sevinəcək
12 iyun 2018 09:09
3333
Sevgi Qatarı
Offline
Lavinia
Xeyirlisi olsun İnşAllah
11 iyun 2018 14:01
3332
Offline
vipbetul
Rebbim ozu komek olub sevindirsin Amin Insallah
11 iyun 2018 01:15
3331
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Zuzu
Allahdan xeyirlisi
10 iyun 2018 15:53
3330
Geride biraktiklarina adaklanirsan,önünde seni bekleyenleri goremezsin
Offline
vipbetul
Insallah her sey yaxsi olar
10 iyun 2018 15:20
3329
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
vipbetul
İnsallah he sey yaxsi olar
9 iyun 2018 14:17
3328
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Lavinia
Bugun gunum yaxşi kecdi.:)
8 iyun 2018 22:02
3327
Offline
vipbetul
İnsallah sevinerik
8 iyun 2018 14:12
3326
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
vipbetul
İnsallah yaxsi olar
7 iyun 2018 11:15
3325
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Lavinia
Teşekkurler :/
6 iyun 2018 23:03
3324
Offline
vipbetul
Rebbim ozu rehm edib komek olub sevindirsin Amin InseAllah
6 iyun 2018 01:09
3323
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Zuzu
Allahdan xeyirlisi
5 iyun 2018 22:23
3322
Geride biraktiklarina adaklanirsan,önünde seni bekleyenleri goremezsin
Offline
vipbetul
Insallah Rebbim sevindirer
5 iyun 2018 01:20
3321
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Lavinia
Qoç - Sizi sürprizlə bahəm, tələ də gözləyə bilər. Gözləntilərinizin çox olduğu situasiyalarda diqqətli davranın. Dostlarla görüş, romantik münasibətlər nəzarətdə olmalıdır.
Başqalarının işlərinizə müdaxiləsinə, sizin əvəzinizə danışmasına və ya nə isə etməsinə imkan verməyin.
Evlə bağlı tədbirlərlə ailə üzvləri birləşərək həmrəy olacaqlar. Günün ilk yarısında başladığınız mühüm işi günün ikinci yarısında mütləq başa vurun.
Xaos və dağınıqlığın yaşandığı məkanı qaydaya salın, yaşam arealını kontrolda tutun.
4 iyun 2018 21:08
3320
Offline
vipbetul
Insallah sevinerik
4 iyun 2018 00:13
3319
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Lavinia
Bakalim :/ İnşAllah yaxşi olar
3 iyun 2018 15:32
3318
Offline
vipbetul
insallah gozel gunler yasayaruq
3 iyun 2018 01:24
3317
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri