Qadını həyatdan soyudan, enerjisini öldürən 10 MƏQAM

Müəllif: YalniZ-ArZu
Şərhlər: 6
Baxılıb: 2104
Səs ver:
(səs: 1)
Qadın yalnız o zaman həqiqətən xoşbəxt olur ki, o, ilk növbədə özünü ifadə və təsdiq edə bilir. Yalnız bundan sonra o, həm ana kimi, həm cəmiyyətin üzvü kimi, həm də istənilən peşənin sahibi kimi özünü təsdiq edə bilir və bu dünyadakı mövqeyini müəyyənləşdirir.

Araşdırmalar göstərir ki, qadını güclü və cəlbedici edən onun enerjisidir. Lakin bəzi məqamlar qadının həyat eşqinin, enerjisinin tükənməsinə səbəb olur.

Psixoloqlar qadın enerjisini öldürən 10 məqamı açıqlayıb.
Oxucuları bu məqamlarla tanış edirik.

Xarici aləmlə ünsiyyət izafiliyi (artıq)

Qadın yalnız onu sevən insanlarla ünsiyyətdə olmalıdır. O, öz rahatlıq zonasından kənara çıxa bilməz. Kişi isə onu sevməyən insanlarla da ünsiyyətdə olmalıdır, çünki o, belə inkişaf edir, çətinlikləri aradan qaldırır. Qadınların ən əsas səhvlərdən biri də sevmədiyi işdə çalışmasıdır. Bu, onu böyük miqdarda enerjidən məhrum edir.

Hobbinin olmaması

Qadın ürəyincə olan işləri yerinə yetirəndə bundan böyük miqdarda enerji və müsbət emosiyalar alır. Hər bir qadının mütləq hobbisi olmalıdır və bu, hobbini onun sevib-seçdiyi şəxs də dəstəkləməlidir. Qadın daim özünü realizə etmək üçün çalışmalıdır. Bu, rəsq və başqa məşğuliyyət növü də ola bilər.

Yaradıcı işlərin olmaması

Əgər qadın heç nə yaratmırsa, o zaman onun enerjisi ləngiyir. Qadının əllə gördüyü hər bir iş yaradıcılıqdır: istər ev yığışdırmaq, istər bişirmək, istər çiçək əkmək və ya interyerdə dəyişiklik. Gözəl nə isə yaradan qadın özü də gözəlləşir. Əgər qadın boş vaxtını oturaraq və ya uzanaraq keçirirsə, onda o, tezliklə tənəzzül edəcək və bütün enerjisini itirəcək.

Rəhbərlik etmək istəyi

Qadın birinci növbədə ruhlandırmalıdır, problemi həll etməli deyil. Rəhbərlik etmək onun təbii mahiyyəti deyil. Əlbəttə ki, rəhbər vəzifləri tutan qadınlar da var, lakin bu, onların ruhunu çox tez yorur.

Kişi vəzifələri

Əgər qadın kişi işini yerinə yetirirsə, o, qadınlığını itirməyə başlayır. Kişi işini yerinə yetirən qadın ilk tanışlıqda kimin üçünsə qeyri-adi və cəlbedici görünə bilər, ancaq zaman keçdikcə onun xarakteri də dəyişir, sərtləşir...

Rəqabət

Qadın öz həmcinsi ilə rəqabətə girdikdə enerjisi dağılır. Başqalarından daha yaxşı, ağıllı və gözəl olduğunuzu sübut etmək cəhdləri olmamalıdır. Enerjinizi başqasına yox, özünüzə xərcləyin.

Rəfiqələrin olmaması

Qadına başqa qadınlarla ünsiyyət lazımdır. Çünki bu, daha bir güclü enerji mənbəyidir.

Özünə vaxt ayırmamaq

Qadının özünə və şəxsi işlərinə vaxt ayırmalıdır. Həmişə!

Yekun olaraq onu qeyd edək ki, öz enerjinizi öldürməyə imkan verməyin, çünki sizin xoşbəxtliyiniz ondan asılıdır.

(səs: 1)
Şərhlər: 6
Baxılıb: 2104
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
_ŞN_
Sitat: sona
Yazilanlarda heqiqet var
10 iyul 2017 23:36
6
Offline
Efsuw2016
men bir qadin taniyiram yoldasi evliliyin en gozel ilk ilinde rehmete getdi qadin genc giz olaraq ozune qapandi hara bsxirdi yoldasin gorurdu etraf alemden soyudu ne hobbi ne de is hecesi nede derdlesecek bir refiqe bunun usdunden iller kecsede yenede hemin qadin etraf aleme tam qaynsyib qarisa bilmir menim fikrimce depresya insani tamami ile heyat esqinden soyudur
10 iyul 2017 23:35
5
Məni bu həyatda ən çox xoşbəxt edən sənin yanımda olman, yaxşı ki varsan və yaxşı ki, mənim yoldaşımsan
Offline
BARBI
Her biri dogrudur.Qadinin derdini boluseceyi unsiyet quracagi insan olmayanda derdi coxalir
10 iyul 2017 09:26
4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
Son Bahar
yazilanlar ilə raziyam...mən daha cox refiqelerden enerji aliram128
9 iyul 2017 23:51
3
Offline
deniz yildizi:)
Duzdu bunlar mutleqdi twkler
9 iyul 2017 21:34
2
Offline
Barbaris
Refiqesi olmamasi sovsem soyudur insani heyatdan bir refiqe dostun olmalidi bu baximdan problemim yoxdur wukur)
9 iyul 2017 18:46
1
# ☀ Şəxsiyyətimlə, rəftarımı səhv salmayın! Şəxsiyyətim kim olduğumla,
Rəftarım kim olduğunuzla bağlıdır!! ✔

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri