Gözəllik imperiyasının yaradıcısından həyat, qadınlar və kişilər haqqında MÜDRİK FİKİRLƏR

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 1 902
Səs ver:
(səs: 2)
Este Lauderin həyatının əsas məqsədi bütün dünyanın qadınlarını gözəl və bənzərsiz göstərmək idi. Elə buna görə də o, xanımlar üçün sadəcə kosmetika brendi deyil, çoxmilyonlu imperiya yaratdı. Lakin Este Lauder gözəllik sənayesində böyük uğurlar qazandıqdan sonra da mehriban ana, sevimli həyat yoldaşı olmağa davam edirdi. Odur ki, onun gözəllik, kişilər, uğur və s haqqında sərrast fikirlərindən nümunə götürməyə dəyər.
Həmişə zərif və nəzakətli Este Lauder ömrünün sonuna qədər parlaq geyinməyi sevirdi, onu heç vaxt makiyajsız və ideal saç yığımı olmadan tutmaq mümkün deyildi. E.Lauderin obrazını isə sevdiyi qəşəng bir ətriyyatı tamamlayardı.Ona baxanda heç kim bilmirdi ki, neçə yaşı var, lakin onun adı hamıya məlum idi. Biznes-ledi sərrast ifadələri şübhəsiz ki, hətta bu gün də öz əhəmiyyətini tirməyib.
QADİNLA.COM bu yazıda oxucuları məşhur kosmetika brendinin yaradıcısı Ester Lauderin müdrik fikirləri ilə tanış edib.

Gözəllik imperiyasının yaradıcısından həyat, qadınlar və kişilər haqqında MÜDRİK FİKİRLƏR


Həyat haqqında

Heç vaxt ifrata varmaq lazım deyil. Kütlədən fərqlənmək üçün çalışmayın. Əsl zövqsüzlük məhz bu zaman ortaya çıxır. Bu, kənardan xoşagəlməz və ədəbsiz görünür.

Siz yararlılıq müddəti olan nişanlanmış bank sardinaları deyilsiniz, odur ki, ruhdan düşmək lazım deyil. Sizi qarşıda hələ çox şey gözləyir.

İllərin hesabını aparan və həyatdan zövq almayan adamları müşahidə etmək necə də kədərilidir.

Problemlərlə barədə dərd çəkməyin, onlarda ilişib qalmaq lazım deyil, həyatda əldə etiklərinizə görə sevinin.


Kişilərdə haqqında


Səmimi insan axtarın. İmkan barədə unudun.

Kişi qadının əlini öpəndə o, onun nəsil şəcərəsini sayır.

Sevdiyin insanın xırda çatışmazlıqlarını görməzlikdən gəlmək olar. Amma siz onunla digər məsələlərdə razılaşmağa hazırsınızsa.

Gözəl sözlər, şübhəsiz ki, çox təsirlidir, lakin pəncərələrin altında sevdiyin kişinin serenada oxumasını - əsl sədaqət və etibar hissini heç bir halda əvəz edə bilməz. Axı insanlar özünü mürəkkəb həyati situasiyalarda aşkar edir, ona görə də, ürəyinizi verdiyiniz insana tamamilə güvənmək çox baha başa gələcək. Nikahlarda problemlər deyil, simalar dəyişir.

Uğur haqqında


İnsanlar uğurunu özləri "yaradırlar", risk etməyə çəkinmədən və intuisiyaya qulaq asa-asa.

Əgər əldə etmək istəyirsənsə, ödəməyi də bilməlisən.

Siz səhv edə bilərsiniz. Amma yalnız bir dəfə...

Qarşıya qoyulan məqsədə çatmağın ən səmərəli üsulu uğur "dalğasına" köklənməkdir. Bu, son dərəcə vacibdir.

Uğuru aydın şəkildə təsəvvür edin və o, reallığa çevriləcək.

Dünyada ən böyük mif o, ani uğuru vəd edən möhtəşəm formuldur.


Gözəllik haqqında

Makiyaj özünü ifadə etməyin, özün haqqında "həqiqəti" danışmağın ən gözəl üsuludur.

Çirkin qadın yoxdur, sadəcə özünə baxmağa tənbəllik edən, yaxud da öz zahiri görkəminə qarşı laqeyd olan qadın var.

Dünyada ən gözəl üz sizindir.

Gözəl olmaq istəyində şöhrətpərəst heç nə yoxdur. Əksinə, bu olduqca praqmatikdir. Əgər öz xarici görünüşünüzdən razısınızsa, deməli, sizin ovqatınız həmişə xoşdur. Nəticə etibarı ilə bütün dünyanın ayaqlarınızın altında olmasına hazırsınız.

Hər bir qadın özünü nə qədər gözəl hesab edirsə, o qədər gözəldir.

Yağışlı gün sizin küçəyə makiyajsız çıxmağınıza səbəb ola bilməz. Əksinə, siz daha çox parlaq olmalısınız, günəş kimi! Gözəl əhval-ruhiyyəni saxlamaq üçün isə şübhəsiz ki, bənzərsiz ətir tələb olunur.

Gözəl olmaq üçün heç bir gizli bilik, yaxud hansısa inanılmaz manipulyasiya tələb olunmur. Yalnız sağlam düşüncə, kosmetik vasitələri seçmək bacarığı və təcrübə etməyi dayandırmamaq lazımdır.
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 1 902
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri