"Çəkilişdən qayıdandan sonra sevişirdik..."

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 41 820
Səs ver:
(səs: 9)
Bu dəfə haqqında danışacağım xanım yaşca digər qəhrəmanlarımdan böyükdür.

Aybənizin (ad şərtidir - İ.V.) 31 yaşı var. Hazırda kino sahəsində çalışır. Daha doğrusu, onun son iş yeri kino ilə bağlıdır. Dediyinə görə, təxminən on il əvvəl ali məktəbin sonuncu kursunda oxuyarkən bir tələbə yoldaşı ilə tanış olur. Bu münasibətin ilk adı dostluq olsa da sonradan sevgiyə çevrilir. Hər halda özü belə deyir. Təxminən iki il davam edən dostluq münasibətlərindən sonra gələcək sevgilisi ona qarşı ciddi münasibətinin olduğunu etiraf edir:
"Düzünü deyim ki, həmin iki ildə ondan hansısa artıq hərəkət görməmişdim. Amma mənim də içimdə ona qarşı müəyyən hisslər yaranmışdı və bu etirafı eşidəndə çox sevindim. O həm yaraşıqlı idi, həm də düşüncəsinə görə digərlərindən fərqlənirdi. Anama sevdiyim insanın olduğunu dedim. Yadımdan çıxmamış onu da deyim ki, hələ mən dünyaya gələndə "göbəkkəsti”m (bəzi bölgələrdə qız uşaqlarının kiçik yaşlarından adaxlanmasını belə adlandırırlar - İ.V.) olub. Anam da ona görə əvvəlcə razı olmasa da, başqasını sevə bilməyəcəyimi dedim”.

Münasibətlər o qədər dərinləşir ki, gənc cütlük şəhərdə ev kirayələyirlər və boş vaxtlarının çox hissəsini bu evdə keçirirlər:
"O ev kirayələdi. Çox vaxt həmin evdə olurduq. Oturub söhbətləşirdik, gələcək planlarımızdan danışırdıq. Buna qədər aramızda ciddi intim münasibət olmamışdı. Yalnız öpüşlər və sair. Günlərin birində o mənə belə bir şey təklif edəndə əvvəlcə etiraz elədim. Mənə dedi ki, onsuz da biz evlənəcəyik. Amma bakirəliyimi itirməkdən çox qorxurdum. Etiraf edirəm ki, onunla sevişməyi özüm də istəyirdim. Buna görə də razı oldum...”

Bundan sonra cütlük qeyri-rəsmi də olsa ər-arvad münasibətində yaşayırlar. Hətta Aybəniz iki-üç dəfə hamilə qalır:
"Bir neçə dəfə hamilə qalmışam. Hər dəfəsində çox pis olurdum. O isə uşaqları tələf elətdirməyimi istəyirdi. Bir dəfə də rayonda təxminən on beş günlük çəkilişimiz var idi. Mənimlə getdi. Çəkilişdən qayıdandan sonra da bir yerdə olurduq, sevişirdik. Mənə elə gəlirdi ki, artıq biz ər-arvadıq. Hətta hər bir qızın arzusu olan gəlinlik libasından da imtina etməyə hazır idim”.

Aybəniz deyir ki, bu müddət ərzində küsdükləri də olub, barışdıqları da:
"Bir dəfə aramızda mübahisə oldu. Düz üç ay bütün əlaqələrimiz kəsildi. Amma sonra özü mənə zəng vurdu və barışdıq. Kaş barışmazdıq...”

Amma günlərin birində məlum olur ki, küsülü olduqları üç ay müddətində oğlan ailə qurub:
"Bəlkə də heç vaxt bunu deməzdi. Oturub söhbət eliyirdik. Birdən dilindən qaçırdı ki, yoldaşı hamilədir. Sonra zarafat elədiyini bildirdi. Araşdırdım, məlum oldu ki, həqiqətən evlidir”.

Qəhrəmanımdan "bundan sonra nə etmək fikrindəsən” deyə soruşuram. Hələ də o insanı sevdiyini etiraf edir:
"Ötən ilin oktyabr ayından bütün əlaqələrimiz kəsilib. Nə telefonla danışırıq, nə də görüşürük. Amma onun evli olduğunu biləndən sonra niyə belə etdiyinin səbəblərini soruşdum. Dedi ki, mənim haqqımda ailəsinə danışıb və evdə razı olmayıblar. Guya uzun müddət mübarizə aparıb və valideynləri onu seçim qarşısında qoyublar. O da valideynlərini seçib. Bəlkə də kimlərsə mənə fahişə kimi baxacaq. Bu hər kəsin şəxsi fikridir. Öz içimdə düşündüklərim mənə bəs edir. Nə nəfsimin, nə ehtirasımın, nə də başqa bir şeyin ucbatından bakirəliyimi itirməmişəm. Mən öz sevgimin qurbanıyam”.

Sonda qeyd edək ki, sizin də həyatınızda bu və buna bənzər hansısa hadisələr yanaşıbsa, saytımızın elektron ünvanına yazın. Heç şübhəsiz ki, hadisələr olduğu kimi saxlanılmaqla, anonimliyiniz qorunacaq...
(səs: 9)
Şərhlər: 5
Baxılıb: 41 820
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri