Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Mənim həyat hekayəm (1)
Mənim həyat hekayəm (1)
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 16089
Səs ver:
Salam. Çox fikirləşdim və yazmağa qərar verdim. 4 ildir evliyəm bu 4 ildə çox şeylər yaşamışıq. Ən başdan başlayım mən yoldaşımdan 2 yaş böyüyəm bu bizim uçun problem olmasada qayınanam üçün problem oldu. Yaşa görə bizə elçidə gəlmək istəmirdi. Toydan sonrada problem yaratmağa başladı. Heç yadımdan çıxmaz 6 aylıq hamilə idim atamgil ilə dənizə getdiyimə görə evimdə qırğın saldı. Yoldaşim ilk dəfə onda mənə əl qaldırdı. Çox istədim boşanım anamgil hər dəfə məni fikrimdən döndərdi. İndi fikirləşirəm bəlkə hər şeyi atama desəydim o mənim arxamda durardı. Uşağıma görədə keçirdim istəmirdim uşağım atasız böyüsün. Yoldaşım məni çox sevir bunun bilirəm sadəcə valideyinlərindən kəçə bilmir. Qadının ən sevincli günü ana olduğu gündür. Mən heç onun sevincinidə yaşaya bilmədim yenə dava, yenə söz söhbət. Oğlum 1 yaş 8 aylıqdır indi yenə hamilə olduğumu bildim çox istədim uşağı abort eləyim həkim icazə vermədi həmdə qorxdum. İndi deyirəm yaxşı ki, eləməmişəm. Uşağlarım mənim hər şeyimdi. 6 ay bundan əvvəl baldızım və qayınanam sayəsində yənə evdə dava düşdü. Heç belə olmamışdı mənə hər sözü dedi, söydü məndə cavabsız qoymadım. Səhər yoldaşım işə getdi məndə uşaqlarımı götürüb atamın evinə getdim, 5 gün orda qaldım bir dəfə zeng eləmədi. Getməyimdə peşiman oldum gəlinimizdə bu 5 gündə öz əsil üzünü göstərdi. Allah heç kimi carəsiz etməsin carəsizliyimdən yenə bu evə qayıtdım. Bu dəfə qayınanama ürəyimdən keçən sözlərin hamısını dedim. Bəlkələr və kaşkilər məni boğaza yığıb. İndi heçkimə fikir vermirəm. Arada fikirləşirəm yoldaşımı sevirəm? Bunun cavabını bilmirəm. Amma onuda deyim ki, biz bir birimizi çox sevmişik. Əvvəllər... İndi bu evdə uşaqlarımıza görə yaşayırıq.

Şərhlər:
Baxılıb: 16089
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz