Mən bu gün bır xanımın acı taleyındən yazmaq istəyirəm. Bu yazını yazarkən onun razılığını ala bilmədim . Amma onun gözlərinin ifadəsi, solğun bənizi, ağarmış sacları mənim varlığımı silkələdi. Qərara gəldim ki, mütləq yazacam.....
21 il əvvələ qayıdaq.... O zamanlar mən indi işğal altında olan rayonlarımızın birində qayğısız uşağlığımla baş-başa idim. Qonşuluqda gənc bir qız var idi . Aygün idi adı. Gözəl, həyat dolu 20 yaşlarında gənc bir qız qardaşının ailəsi ilə birgə yaşayırdı. Biz həyət uşaqlarının da 14-15 yaşı olardı. Həmişə ona baxardıq , özümüzü ona bənzətməyə calışardıq.....
Nəhayət, Aygünə elci gəldilər, el adətilə gəlin köcdü qardashının evindən. Biz də şənləndik, oynadıq toyunda .....
Bu xoşbəxt günlər 1992 -ci illərdə qaldı. Bir il sonra işğal olundu rayonumuz. Biz köckün düşdük. Alnımıza qacqın damğası vuruldu...
Bir müddət sonra bizə məlum oldu ki, Aygün anası və iki günlük cağa körpəsi ilə ermənilərə əsir düshüb....
O vaxtdan 20 il kecdi.... Aygün əsirlikdən qayıtdı... Mənim qəhrəmanımın acı taleyı, ağır sınağı isə bitmədi.... Onunla bir həftə olar ki, görüşmüşəm. Xəyalımdakı o gənc qız yoxdur daha , yerində beli bükülmüş, qoca qarı dayanıb, sanki!!!!
"...Aygün bacı” dedim, üstünə qacdım, əvvəl kənara cəkildi. Sonra kövrəldi ağladı "nə əcəb məni tanıdın, amma qacmadın məndən? Hamı mənə mundar əski kimi baxır, sən niyə yaxınlaşdın mənə?” - dedi. Mən də ağladım. Sonra başladıq dərdləşməyə.....
Başına gələnləri danışdı mənə.
İşğal günü doğum evində tək qalıb, anası onu atmayıb, əri isə "asta qacan namərdi” deyib tüpürüb dabanına. Ermənilər onu da digər əsirlərlə bərabər piyada rayon mərkəzinə aparıblar, yolda körpə ağlayıb onu qadının əlindən alıb kolluğa tullayıblar. Uşağı cığıra-cığıra buraxıb gediblər. Aygünün dünyası elə bu andan dağılmağa başlayıb...
Əsirlikdə olan qız gəlinlərimizin başına gələnlər hamıya məlumdur, bununcün onları günahlandırmağa hec birimizin haqqı yoxdur.... Mənim yanmağımın səbəbi başqadır. Aygün 20 il sonra əsirlikdən qayıdanda bütün qohum- əqraba üz döndərir ondan. Onu körpəsi ilə birgə düş mən əlində qoyub qacan o əri isə indi beş kişidən biri sayılır. Evlənib ailəsi ushağı... Söz sahibidir, ağır kişilərdən biridir, toylarda, xeyirdə-şərdə yuxarı başa kecənlərdəndir. Aygünlə də rastlaşıb.
Aygünün mənə dediyi sözlər hələ də beynimdə dolaşır:"Hec nə məni yandırmır iki səsdən başqa , biri kolluqda cığıran körpəmin səsidi qulağımdan getmir. O biri isə onun atasının mənə dediyi sözlər.... Sən erməninin artığısan! Bir daha qarşıma cıxma. Məni hörmətdən salma. Özümə görə adım, sanım ailəm. Gərək elə orda qalıb ölərdin....."
Daha başqa söz yazmağa nə ehtiyac. Budur Azərbaycan mentalitetinin acı reallığı, budur Azərbaycan kişisinin düşüncəsi...
Sonda Aygün yalvardı ki, hec kim bilməsin , mən qalan ömrümü sakit başa vurmaq istəyirəm, onsuz da mənə olan olub.