“Həyatım alt-üst olub” – Borcunu qaytarmaq üçün intim xidmət göstərən qadın

Müəllif: Antikvar
Şərhlər: 23
Baxılıb: 66045
Paylaş:
Səs ver:
(səs: 6)
O, ilk baxışdan qayğılı, problemli insan təsiri bağışlayırdı. Elə buna görə də yüngül həyat tərzi keçirən bəzi qadınlardan fərqli olaraq görüşəcəyi kişiyə "romantik” anlar bəxş edən əyləncə dəlisinə, ehtiras sahibinə bənzəmirdi. Lakin bununla belə, üz-gözünə bərbəzək verərək, gözəl və cazibədar qadın təsəvvürü yaratmağa çalışırdı. Nazənin Məmmədovanın (ad şərtidir) iddiasına görə, onu kişilərlə pullu intim görüşə vadar edən səbəblər və səbəbkarlar var. Deyir ki, maddi sıxıntısı çoxdur, pul sarıdan korluq çəkir, aylıq və gündəlik qazancı heç də onun aşıb-daşan problemlərini həll edə biləcək səviyyədə deyil. Bu səbəbdən ən asan, amma çirkin yolu seçib – pullu intim xidməti. Biz də öz növbəmizdə onu söhbətə tutub nə üçün bu yola düşməsi ilə maraqlandıq.

"Həyatı alt-üst olmuş qadınam”
Özünün dediyinə görə, bu yola düşməsinə səbəb – pullu seks xidməti göstərməsi əlacsızlıqdan irəli gəlir: "Həyatım alt-üst olub. Bundan sonra yaşamağımın o qədər də mənası yoxdur. Xahiş edirəm məni pis başa düşməyin. Kişilərə nə var? Harda istəsə, gedib işləyə, pul qazana bilər. Ən azından daş daşıyar. Qadının işi çətindir. Vay o gündən ki, boşanmış, bir az yaraşıqlı, cazibədar olasan. Hara getsən, sənə yüz cür göz zillənir, hərə bir maraqda, istəkdə, niyyətdə. Rəfiqəm də bir şirkətdə işə girmişdi. Bir gün satış menecerinin rəhbəri onu liftdə görüb. Kim olduğunu, hansı sektorda işlədiyini soruşub. Ondan sonra söz göndərmişdi ki, o qadından xoşum gəlir. Yazıq qızı gözümçıxdıya saldırdı. Gördü ki, qadından istədiyini ala bilmir, qızı işdən çıxartdırdı”.
Gözəlliyinin başına bəla olduğunu iddia edən Nazənin bəhanə edir ki, neçə dəfə işə girmək istəsə də, məlum səbəblər üzündən bundan vaz keçir. Onun sözlərinə görə, əvvəllər dolanışığı babat imiş. Yaşayış tərzi də indikindən tam fərqli. Lakin risk etməsi, sadəlövh olması, insanlara inanması gələcək çətinliklərinin əsasını qoydu: "Bilirəm ki, bunun axırı yoxdur. Amma əlacım da yoxdur, neynim? Mən həyatı alt-üst olmuş qadın olduğumdan çıxış yolunu bunda görürəm. Maddi problemlərimi həll etdikdən sonra düz yola qayıdacam”.
Əslən respublikamızın şimal-qərb zonasında yerləşən rayonlardan birindən olan, həmin rayonda doğulub boya-başa çatan Nazənin Məmmədova iddia edir ki, yeniyetmə yaşlarında ikən oxumaq, ali təhsil almaq arzusunda olub. Amma istəyi elə istək olaraq qalıb: "Bir vaxtlar atam və qardaşım oxumağa icazə vermədilər. Dedilər qız nədir, oxumaq nədir? Açığı, ailəmiz də çox kasıb idi. Orta məktəbi bitirib sənədlərimi ali məktəbə verdim. Universitetə girə bilmədiyimi eşidəndə qardaşım elə sevindi ki. Oturdum evdə. 3 il sonra elçi gəldi. Ərə getdim, ailə həyatı qurdum. Amma həyat yoldaşımla yola getmədik. Əvvəlcə evdə söz-söhbətlər yarandı. Sonra bunlar böyüyüb dava-dalaşa çevrildi. Bir sözlə, başıma müsibətlər gəldi. Danışdıqca qurtaran deyil”.
Nazənin deyir ki, iki il bundan əvvəl bəzi əqidəsiz insanlara görə borca düşüb. Daha doğrusu, aldanıb və riskə gedib: "Yoldaşım obyekt işlədirdi. Bir gün gəlib dedi ki, daha əvvəlki kimi alqı-satqı yoxdur, alver ölüb. Pul qazana bilmirdi, əli gətirmirdi. Həmin yerdən uzaqlaşıb, evimizin yanında təzə market açdı. Bundan ötrü 10 min manat pul lazım idi ki, əlində maya eləsin. Neçə həftə axtardıqdan sonra qayınanam və yoldaşım dedilər ki, əl tutan yoxdur. Sən də maraqlan, gör neynirsən. Rəfiqəmdən 4 ay müddətinə ödəmək şərtilə birtəhər səkkiz min manat borc götürə bildim”.

"Ona görə bu yolu seçməyə məcbur olmuşam”
Heç bir yerdə işləməyən qadın bir ay sonra həyat yoldaşı ilə aralarında yaranmış söz-söhbətlərin daha da dərinləşdiyinə görə ayrılıb atası evinə gəlir. 10 gün sonra əri zəng edərək bu hərəkətinə görə onu heç vaxt bağışlamayacağını, üstəlik, yaxın günlərdə boşanacaqlarını bildirir: "Onun məhkəmə yolu ilə məni boşamaq istədiyini biləndə eşitdiklərimə inanmadım. Lakin sonra bəlli oldu ki, doğrudan da belə imiş. Sivil yolla boşandıq”.
Beləcə bu ailə də ölkəmizdə ayrılan cütlüklərin siyahısına düşür. Ər-arvad yollarını ayırmağa qərar verirlər: "Borcumu 4 ay qaytarmaq şərtilə götürmüşdüm. Amma ortalığa boşanma söhbəti düşdüyünə görə hər şey alt-üst oldu. Həmişə aldananları qınamışdım. Lakin indi özüm onların günündəyəm. Buna aldanmaq da deməzdim. Çox böyük risk etmışəm, nə isə, bir iş idi, oldu keçdi. Sadəcə, özüm-özümü odun içinə atmışam. Borc götürdüyüm gündən 11 aydan çox vaxt keçir. Halbuki borcu 4 ay ərzində qaytarmalıydım. Amma bir qəpik də ödəyə bilmədim. 4 ayın tamamında pulun yiyəsi zəng edib pulu istədi”.
Onun sözlərinə görə, illərdir dostluq etdiyi xanım ona borc kimi verdiyi pulu geri istədikdə Nazəninin imkanı olmadığını, üstəlik, boşandığını eşidib. Həmin səbəbdən də insafa gələrək, əl tutduğu rəfiqəsinə verdiyi pulun hissə-hissə ödənilməsinə razı olub: "Bir sözlə, borca düşmüşəm. Amma pulu heç cür qaytara bilmirəm. Ona görə də bu yolu seçməyə məcbur olmuşam. Məni qınayanlar deyir ki, get hardasa işlə. Amma vallah işləyib 200-300 manat qazanmaq mənim vəziyyətdən çıxış yolum deyil. Çünki bu pulla borc qaytarmaq olmaz. Heç özüm də dolana bilmərəm. Ayda 50-60 manat elə yol pulu edir”.
Naəlac qaldığından ən pis yollardan birini seçdiyini iddia edən qadın hədsiz dərəcədə pula ehtiyacı olduğunu bildirdi: "Məni çoxları ələ salır, əxlaqsız qadın kimi davranırlar. Amma düşünürəm ki, əgər yaxşı adamdırlarsa, borcumu qaytarmağa kömək etsinlər”.
Söz-söhbətlər nəticəsində həyat yoldaşından ayrılan, borcu vaxtında geri qaytarmadığından rəfiqəsinin etimadını itirən Nazənin indi intim xidmət göstərərək pulları ödəməli olur. Bir saatlıq seks xidməti üçün 50 manat alan Nazənin deyir ki, gündə hər cür insanla üzləşir: "Aldatmaq istəyən, atmaq istəyənlər də olur. Eləsi olur ki, deyir, əvvəl intim əlaqədə olaq, sonra pulu verim. Başa düşürəm ki, aldatmaq istəyirlər. Müştərilərin arasında yaşlılar da var, cavanlar da. Hətta bəzən yeniyetmələr, məktəblilər də görüşmək istəyirlər. Hamı mənə əşya, pozğun qadın kimi baxır. Hər gün yüz cür dəli ilə üzləşirəm. Telefon nömrələrimi tez-tez dəyişməli oluram. Çünki zəng edib məzələnirlər. Bilirəm ki, belələri zarafat, ələ salmaq üçün zəng edirlər. Söyüşün biri bir qəpikdir. Evlərə getmirəm, ancaq öz mənzilimdə qəbul edirəm. Onları da tanışlıqla”.
Nazənin sonra bir daha iddia etdi ki, borclarını qaytardıqdan sonra normal həyata qayıdacaq. mənbə: publika.az

loading...
(səs: 6)
Şərhlər: 23
Baxılıb: 66045
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Miss_Angel
ne deyim vallah axir axirlardinda daha cox piss oldum oxuduqca ALLAH komeki olsun qardawi atasi niye komek edmir ki oxuyanda qoymurdular indi bele iwine yaxwimi baxilar .onu bunu bilmirem ALLAH hec kimi bu cur yola vadar elemesin .men heyqi bele insanlara yazigim gelir hec kim kefinden duwmez bele yola mene ele gelir ki.oxuduqca cox pis oldum
7 dekabr 2015 22:55
23
★ ★ ★☻♥♥ ♬♏Ī$$_ÂИǤЄĿ(¯`G´¯)
.`·.¸.·´
¸.·´¸.·´¨) ¸.·*¨)
(¸.·´ (¸.·´ .·´ ¸¸.·¨¯`·¦¦♬☻♥♥★ ★ ★
Offline
Catwoman666
Sitat: Catwoman666
Bele murdarlara gore ureyiniz agrimasin!!! O ne demekdiyee? Tfu sene.... Acliqdan öl, kucelerde vsiz eskisiz yasa, geymeye teze paltarin olmasin!-amma namusla yasa. Ne de qeseng deyir ki pul qazanim sonra duz yola qayidacam. Tovbe estagfirllahhhhhh......nece eseb gelure..... Uje namus eelden getdi ay qiz!!!! Tupurum o pula o yasayisa ki bele namuzsuz yolla qazanilir!!!

Bu serhi cox onceden yazmisdim. Amma yazdigim yadimdan cixib. Xeberi bir daha girib oxudum indi. Hemin qadinin halina acidim. Her ne qeder iyrenc, pis yola dusubse de, adamin yazigi gelir. Borc altda qalmaq cox pis sheydir! Amma serhleri oxuyanda bu kecmisde yazdigim serhimi gordum. Hemin vaxt esebi yazmisam, sert fikir bildirmisem. Amma indi az da olsa mulayimem. Vallah men nece qeribe insanam)))) gah ele gah bele)) ay ypx Vallah men yaxsi deyilem, mende nese problem var.

...666...
7 dekabr 2015 22:37
22
Viking
Offline
Kukolka
InwAllah dz yola qayidarsan bacim Allahm ozu sene komeknolsun
7 dekabr 2015 22:12
21
Offline
Seher
Allah günahni bahislasin
16 avqust 2015 10:36
20
1
Offline
Nur k-off
Allah uzaq etsin
17 aprel 2015 15:40
19
SVETA
Offline
SENSİZ
allah uzaq etsin
10 aprel 2015 22:50
18
DERDIN NE OLURSA OLSUN,UMUDUN ALLAH OLSUN
Offline
Qlamurr
Düzü qınamağım da gəlmir,yazığım gəldi bu qadına çünki,indi heç kişilər ailə saxlıya bilmir,gəl ki,qadın olasan bu qədər də borcun olsun,çətin vəziyyətdi,kişi də kişiliyini bu cür edib,əslində bu qadının bu yola düşməsinin birinci səbəbkarı onun həyat yoldaşı olub,qadının günahlarının çoxu elə o kişinin boynuna düşür,axirətdə də hesabını verəcək,qaldı qadına seçdiyi yolla artıq həyatını məhv edib,bu yola düşməyi çıxış yolu deyil,hər insan çətinliklə üzləşir.
7 aprel 2015 18:42
17
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Offline
vipbetul
bes bunun biqeytret eri niye pulu qaytarmayib,bu borcda behane deyil exlaqini satmaqa bu cur insanlar hec vaxt duz yola dushmurler sonradan
7 aprel 2015 16:43
16
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Catwoman666
Bele murdarlara gore ureyiniz agrimasin!!! O ne demekdiyee? Tfu sene.... Acliqdan öl, kucelerde vsiz eskisiz yasa, geymeye teze paltarin olmasin!-amma namusla yasa. Ne de qeseng deyir ki pul qazanim sonra duz yola qayidacam. Tovbe estagfirllahhhhhh......nece eseb gelure..... Uje namus eelden getdi ay qiz!!!! Tupurum o pula o yasayisa ki bele namuzsuz yolla qazanilir!!!
7 aprel 2015 16:01
15
Viking
Offline
aliceWOnDer
cann vallah ureyim agridi...bele seyler ucun oxumaq onemlidi
7 aprel 2015 14:26
14
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Offline
lelos
Allah kömeyin olsun
7 aprel 2015 14:13
13
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
Offline
ayshen
Bele bir veziyyetde olan insana ne demek lazimdi,onu bilmirem.. Ama esla qinaya bilmerem..ki, "niye bele etdi?", "isteseydi yaxshi ola bilerdi" ve s.. Bu o demek deyil ki, haqq qazandiriram xanima.. Xeyr.. Basha dushurem, sehvdi etdikleri, yalnishdi getdiyi yol.. Ammma dediyim kimi hec vaxt qinaya bilmerem.. Bir sheyi unutmayaq ki, qinadigini yashamadan olmezmiz insan.. Ona gore men bilib bilmeden bu xanimi da qinamaram.. Niye bilib-bilmeden deyirem? Cunki, bu qadin ailesinden ayrilanda, birden bire bu qeder borcun icine dushende onun ruhi veziyyetini, yashadigi o psixoloji sarsintini hec birimiz bilmirik.. Sadece onu deye bilerem ki, bu qadin menen zeif xarakterli biri olub.. Ona gore de bugun yanlish yoldadi..
7 aprel 2015 13:38
12

Xoşbəxt qadınlar ən Gözəl qadınlardır....
Offline
medine yusif
Allah biken meslehetdi.Allah komeyi olsun bu bataqliqdan cixsin.
7 aprel 2015 12:20
11
Olacaqsansa ya ucurum ol ya dag.ne icine duwe bilsinler e tepene cixa bilsinler.
Offline
KRALİCEM
Nebilim vallah allahin yazdigi qismetdi men ne deye bilerem senin alin yazina allahin bilsin ozun bil
7 aprel 2015 11:25
10
Çox çetindir üreyin yanarken "qismet" deyib susmaq...
Offline
meni_gozle
Allah uzaq elesin
7 aprel 2015 10:46
9
Offline
ell.nell
Qınayada bilmirem.kimse bilmez ne yaşadığını.heyat bezen birine buqeder acımasız davrana bilir.
7 aprel 2015 08:48
8
Offline
Dosta_inam
Allah uzaq etsin.ancaq bu çare deyil ki.Kadina her şeyden evvel onun namusudur.temiz adidir.işleyib eziyyet çekib qazana borcunu qaytara bilerdi.o asan olani seçib exlaqini satmaqla.hele bir erkle de danişir çaresizem deyir.Allah ağil versin.
7 aprel 2015 08:23
7
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Offline
neri
mene dogru gelmedi cunki ele qadinlar varki korpesiyle colde qalir ama pis yola el atmir.allah uzag elesin ama nebilim bele pul qazanmagdansa olum daha yaxsidu serafetlidi mence.
7 aprel 2015 07:36
6
Sert
Offline
aziz a
Allah qorusun, amma men bu qadina haqq qazandirmiram, ona gore ki, namus her seyden deyerlidi.Dyzdu is tapib yuksek meblegde muavinetde almaq cetindi, amma cixis yolu tekce bu deyildi..neise...Allah uzaq elesin.
7 aprel 2015 06:16
5
Rebbim kömek olsun cümlemize Amin
Offline
Fialka
Allah hər kəsə kömək olsun, heç kəsi qınamaq istəməzdim ancaq bir qadın üçün var - dövlət onun namusudur, həyat hər kəs üçün yağla bal deyil çalışmaq , zəhmət, möhkəm iradə göstərmək lazımdır, bu vəziyyətdə tək qadın deyil kişidə günahkardı , əgər sözün əsl mənasında qeyrətli oğuldursa niyə arvadı başqalarından borc pul alır özüdə məbləğdə az deyil bu cür vəziyyətdə dolanan ailə üçün xeyli çoxdu və əgər boşanıb puluda arvadına atırsa burda kişilikdən söhbət gedə bilməz , asandı seçən və ən çirkin əməli törədən qadın isə axirətdə bu hərəkətə görə cəzasını alacaq əlbəttə...Allah keçsin günahlarından.
7 aprel 2015 04:05
4

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv