“Aylarla yaşamırdıq, yataqda qıvrıla-qıvrıla qalırdım...” - Həyat hekayəsi

Müəllif: Antikvar
Şərhlər: 42
Baxılıb: 145972
Paylaş:
Səs ver:
(səs: 8)
Budəfəki qəhrəmanım Şəbnəm ( ad şərtidir – İ.V.) Sumqayıt şəhərində yaşayır, tibb bacısıdır, üç qız anasıdır. Böyük qızı dördüncü, ortancılı ikinci sinifdə oxuyur. Kiçik övladı isə bağçaya gedir. 35 yaşlı Şəbnəm 12 ildir uzaq qohumu olan bəylə ailəlidir. Dediyinə görə, həyat yoldaşı ilə bir-birlərini dəlicəsinə seviblər. Hətta oğlanın ailəsi əvvəlcə bu iki gəncin izdivacına razı deyilmişlər. Lakin hər şeyə rəğmən o, Şəbnəmlə ailə qurub:

"Məndən üç yaş böyükdür. Bir-birimizi tanıyanda mən tibb texnikumunda oxuyurdum, o isə maşın bazarında avtomobil ehtiyat hissələri satırdı. Özünün dediyinə görə avtobusda məni görüb, xoşuna gəlmişəm, sonra ardımca gəlib ünvanımızı öyrənib. Çox yaraşıqlı oğlan idi. Hətta özümü onun yanında eybəcər hiss edirdim. Ardımca texnikuma gələndə çox qızlar ona həsrətlə baxırdılar. Bu da mənim xoşuma gəlirdi. Nə qədər qısqansam da, bilirdim ki, çoxlarının qısqandığı oğlan mənim sevgilimdir”.

Beləcə Şəbnəm indiki həyat yoldaşı ilə ailə qurur. Oğlan ailəsini birtəhər razı salıb toy məclisində iştirak etmələrinə nail olur. Amma münasibətlər gərgin olduğundan gənc ailə elə Sumqayıtda bir otaqlı mənzil kirayələyir:

"Cehizlərimin bir hissəsini kirayə evə gətirdik. Sonra mən də işləməyə başladım, onun da qazancı pis deyildi. Məni də çox istəyirdi. İlk övladımıza hamilə olduğumu biləndə necə sevindiyi hələ də yadımdadır”.

Amma həyat yoldaşının əhatə olunduğu ətraf mühit Şəbnəmin xoşbəxtliyini bir anın içində əlindən alır:

"Günlərin birində bu evə gəldi, gördüm ki, həmin adam deyil. Halı pis idi, gözləri qızarmışdı. Elə bildim ki, döyüblər. Amma üstünü vurmadım. Bu hal bir neçə dəfə təkrarlandı. Axırda özü açıb dedi ki, narkotikə qurşanıb, indi də əl çəkə bilmir. Mən də demişdi ki, bu barədə kiməsə desən, səni öldürəcəm. Getdikcə arıqlayırdı, günbəgün vəziyyəti ağırlaşırdı. Artıq ailənin bütün yükü mənim çiyinlərimdə idi”.

Şəbnəm deyir ki, həyat yoldaşının ona aldığı qızılları, kirayə qaldığı mənzilə gətirmədiyi cehizlərinin bir qismini satıb ərini müalicə etdirir. Bir müddət yenə də işlər axarına düşür. Amma əri bu yoldan birdəfəlik döndərmək mümkün olmur:

"Sağalmışdı, heç nə eləmirdi. İşləməsə də, evdə otururdu, dostlarıyla əlaqəsini kəsmişdi. Amma bir dəfə dedi ki, çıxıb özümə iş axtarmalıyam. Həmin axşam gördüm ki, evə pis vəziyyətdə gəlib. Çünki o qədər narkotik qəbul etmişdi ki, o nəsə edəndə dərhal bilirdim”.

Şəbnəm deyir ki, hazırda ailənini durumu çox ağırdı. Üç qız övladına və ərinə tək baxmağa məcburdu. Ərinin valideynləri də bu izdivaca əvvəldən razı olmadıqlarından bütün günahları məhz Şəbnəmdə görürlər:

"Qaynanamgil deyir ki, oğlumuzu sən narkoman eləmisən. Amma bilmirlər ki, heç bir qadın ailəsinin dağılmasını istəməz. 35 yaşlı qadın üçün bu iztirabları yaşamaq ölümdən betərdi. Gah evdən oğurluq edir, gah məni döyür, gah özünü öldürəcəyi ilə hədələyir. Qaynanam deyir ki, sən gəzməkdən ötrü oğlumu bu günə salmısan. Amma vicdanım qarşısında təmizəm. İfadəmə görə çox üzr istəyirəm, elə olub ki aylarla o mənə yaxın durmayıb, yataqda qıvrıla-qıvrıla qalmışam. Gənc qadınam, mən də istəyirəm ki, ərimlə münasibətim olsun. Özüm tibb sahəsində çalışdığımdan bilirəm ki, bunun sonu nə il nəticələnəcək. İşdə həkimlər deyir ki, kiminləsə görüş, sonra səhhətimdə daha ciddi problemlər yaranar. Amma mən üç qız böyüdürəm və heç vaxt raz olmaram ki, kimsə onların arxasınca mənə görə nalayiq söz desin”

loading...
(səs: 8)
Şərhlər: 42
Baxılıb: 145972
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Tek Tenha
Ayyy pis tesir etdi mene.
6 yanvar 2016 16:20
42
Offline
naz_vefa
Allah ozu komek etsin
19 dekabr 2015 19:55
41
Bədən çox yükü daşıya bilər, amma ürək hər sözü daşıya bilməz...
Offline
Kukolka
Allah komek olsun bacim
7 dekabr 2015 22:08
40
Offline
birdane
Allah gorurki siz nece namuslu qadinsiz insallah tezlikle allah sizi mukafatlandirar
1 dekabr 2015 21:53
39
...heyat cox sade ve gozel ola bilerdi....
eger men her seyi bu qeder cox ureyime salmasaydim...
Offline
savior angel
Allah ozu komey olsun
14 noyabr 2015 23:19
38
Heç vaxt səni heç kesle muqayise elemerem..!Çünkü menim uçun sen En Yaxsisan :)!!
Offline
Aysun2014
Allah ozu komek olsun heyatini yoluna qoysun
4 noyabr 2015 15:15
37
Offline
pessimist girl
Allah komeyin olsun,baci.isin cox cetindir..
16 oktyabr 2015 20:08
36
Allahima sukur meni qizima qovusdurdu...cox xosbextem..
Offline
CANAN
Halal olsun sizin kimi qadina..
10 oktyabr 2015 12:08
35
Cananim
Offline
n.q_hayati sev
Cox pis oldum eeeee
8 oktyabr 2015 00:51
34
Offline
Betulxedice
Allah yardimciz olsun bacim
28 sentyabr 2015 23:53
33
Offline
Menim balam
Allah kömey olsun,
20 sentyabr 2015 13:34
32
Offline
Seher
Allah özü kömek olsun cox cetindi
13 avqust 2015 21:24
31
1
Offline
VIP
Halal olsun sizin kimi qadınlara ümumiyətlə azərbaycanlı qadınların coxu belə fədakardı yeri göyü yaradan Allah sizə kömək olsun
19 iyul 2015 17:33
30
Başımın üstündə Allah,yanımda ailəm olsun.
Offline
Mrs.A
Narkotika cox zibil weydi ALLAH Butun insanlari uzaq elesin..Sizde komek olsun
29 iyun 2015 23:17
29
Acısı çox olan qizların guluşu gozel olur.!
Offline
Golden rose
Xanim namusunu, qeyretini atasina, anasina, heyat yoldasina ve usaqlarin gore yox ozune gore qorumalidir. O dunya da qiyamet gununde sual cavab olunanda ona bunlari xatirladan da utanib xanimligina nifret etmesin. Bir xanim istese ilani bele yuvasindan cixardar. Yeqinki bununda ohtesinden gelmeyi bacarar.
28 iyun 2015 22:29
28
Offline
Luna-90
Yaxsi gelmisdin axirda qatiqladin.is yoldaslarim deyir kiminlese gorus .erini basa dusduk pis adamdi bosan onsuzda kagiz ustunde erdi hec bir vezifrsini yerine yetirmir eksine artiq problem ve yukdu.nenem 38 yasindan duldu 78 yasi var hamidanda saglamdi namuslu yasamis qadindi hec bir problem yasamayib qadinliqdan .indi bundaki behaneye baxda .ere getmek isteyirsen ere get daha basqasiyla ol nedi ?bu ne seviyyesiz cumle oldu.qaldiki erine kisiki evlendi dostu tns etrafindan yigisdirilib eve baglanmalidi harada getse onunla getmek lazimdi .kisini tek bos buraxmayasan zemane cox pisdi .ehtiyati elden vermek olmaz.
23 iyun 2015 22:32
27
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
Offline
Marta
Aile boyuklerinin tutdugu axmaqcasina movqe meni eseblesdirdi.Allah ozu yoldasini hidayet elesin dogru yola getirsin:(
23 iyun 2015 22:12
26
Немного терпения, и у тебя все получится..
Offline
Catwoman666
her kesin bir derdi var.... allah komek olsun bu xanima dA
23 iyun 2015 18:01
25
Viking
Offline
birdane
Allah komeyiniz olsun
23 iyun 2015 15:29
24
...heyat cox sade ve gozel ola bilerdi....
eger men her seyi bu qeder cox ureyime salmasaydim...
Offline
Wappuw
Allah ozu xanima komek olsun uwaqlarina rehmi gelsin
23 iyun 2015 03:01
23
Ne baxirsan menim kimi mende baxdim senin kimi senede baxarlar menim kimi

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv