Mən boşanmış qadın, o subay oğlan... - Oxucu məktubu

Şərhlər: 9
Baxılıb: 12 294
Səs ver:
(səs: 6)
Əvvəla salam. Sizdən çox xahiş edirəm, yazdığım bu məktubu olduğu kimi paylaşasınız.
Mənim insanların fikrinə ehtiyacım var. Mən ailəli olub ayrılmışam.
Nədənsə cəmiyyətimiz ayrılmış qadına həmişə mənfi fikirlə yanaşır. Ayrılmağıma səbəb isə yoldaşımın başqasından uşaq sahibi olmasıydı və üstəlikdə məni döyürdü , söyürdü, ailəsindən də bir başqa çəkmişəm.
Yəni bir gəlinin yaşaya biləcəyi xoş heç nə yaşamamışam.
Nəhayət ayrıldıq. Bütün əziyyətlər bir yana ancaq bir qadın kimi xəyanət və yalan məni çox yaraladı və bu haqsızlıqlara baxmayaraq onaların xoşbəxtçiliyi zaman-zaman məni üsyana belə sövq elədi.
Allah keçsin günahımdan....Uzun zaman depressiyaya düşdüm.
Və sonra elə bir insanla tanış oldum ki, mən yenidən sevdim, inandım , etibar etdim və ən əsası sevildim.
Bəzən sevirəm sözündən çox əməllər önəmli olur. Mən isə əməllərdə bunu hiss etdim. Boşandıqdan sonra, yegane kişi idi ki, mənə yatağa görə yox, sevdiyinə görə yaxınlaşdı.
Məlum məsələ, boşanmış deyəndə nədənsə kişilərin əksəriyyəti, (hamıya aid deyil) yatağa görə yaxınlaşırlar.
Xülasə, o subaydı və ətrafdakıların qınağından qorxur. Mən də bəzən düşündüm ki, kiminsə artığıyam niyə qəbul eləsin ki?
Sonra ətraflı analız və rəylərdən sonra belə qənaətə gəldim ki,artıq  əslində boşanmışa yox  sadəcə orda -burda min hokkadan çıxıb, həqiqətən artıq olanlara deyirlər.
Nəhayətində mən ailə olmuşam, ancaq hər kəs xoşbəxt olacaq deyə bir şey yoxdur və taleyimizi biz yazmırıq. Deməli, Allah belə məsləhət verib.
Mənim, xüsusilə əks cinsin nümayəndələrinin fikirnə  ehtiyacım var. Bacılarım məndən inciməsinlər, sizin fikirləriniz də çox önəmlidir. Sadəcə bilmək istəyirəm, kişilər necə yanaşır buna.
Yəni boşanmış qadınla subay rayon oğlanının ailə qurmağı və çətinliklə mübarizə aparması nə qədər realdır?O insanın utanmağlnl istəmərəm, ancaq mən də nəticə etibarilə belə olsun istəməzdim. Bədbəxt olmaq nə kişilərin, nə  də qadınalrın seçimidir, Allahın qismətidir.
Sizcə o insan mənimlə ailə qursa, çoxmu qınanar,  təzyiqə məruz qalar? Bu sevgidən ümidimi üzümmü?O, Ən çox  kişilərin qınağından ehtiyat edir. Oğlanlar başa düşdü nə demək istədiyimi... Əziyyət çəkib oxudğunuza görə minnətdaram....
(səs: 6)
Şərhlər: 9
Baxılıb: 12 294
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri