Allaha hər gün dua edirəm ki, içimdə ki, - Oxucu məktubu

Şərhlər: 9
Baxılıb: 8 926
Səs ver:
(səs: 2)
Mən ikinci kursa oxuyuram. Bir oğlanı universitetdə çox bəyənmişdim. Əvvəl elə bilirdim ki, sevgilisi var.
Amma, sonra onları heç bir yerdə görmədim və sonra qərara gəldim ki, ona Facebookda yazım.
Bilirəm, səhv hərəkət idi. Bir anlıq həvəs oldu. Buna yazdım, danışdıq, sonra isə kim olduğumu dedim.
Məni universitetdə gördü, mənə qarşı münasibəti dəyişdi, çox mehriban idi və sonra mənə sevgisini söylədi.
Başda inanmırdım, amma, sonra məndə ona sevdiyimi dedim. Beləcə, sevgili olduq. 
Mənim Universitetdə heçkəslə işim olmaz, sadəcə bir dəfə səhv hərəkət elədim. O da bilirdi necə bir qız olduğumu.
Bir müddət keçdi, aramızda dava başladı , çünki, o mənə qarşı çox soyuq, laqeyd davranırdı. Onu anda verdim, məni sevib, sevmədiyini soruşdum.
Əvvəlki sevgilisi kimi kimsəni sevə bilmədiyi və məni çox istədiyini dedi , beləcə dalaşdıq. Onu çox sevirdim, ayrıla bilməzdik, yenə də barışdıq.
Ad günü idi, hədiyyə almışdım, lakin, yanıma yaxınlaşmadı. Birdən bizi görüb, sevgili bilərlər dedi.
Biz sevgili deyilik axı dedi. Bu sözü mənə çox pis təsir eləi. Tələbə yoldaşlarımın yanında çox pis alçaldım. Artıq bir həftə keçib, hər gün ağlayıram.
Onu tam sildim, nömrəsini iqnor elədim. Hədiyyə əlimdə qaldı, o qədər həvəsliydim,halbuki...
Hər gün ağlayıram, məni çox sevdiyini deyən biri indi məni niyə belə atdı... Allaha hər gün dua edirəm ki, içimdəki bu sevgini alsın məndən.
Onu peşman etsin deyə. Hər gün görürəm, elədə baxır ki, özümü gözrməməzliyə vururam, üzümü çevirirəm.
Unidə çox adam bildi bu söhbəti, çox utanıram. Hələ bir deyirdi ki, məndə günah var. Halbu ki, birinə yalandan sevirəm demək, sevən bir ürəyi qırmaq ən böyük bir günahdır. Nə edəcəyimi bilmirəm. O gün hədiyyə əlimdə qalanda, çox pis oldum, qırdım atdım. 
Hələdə özümə gələ bilmirəm, çox üzgünəm.
(səs: 2)
Şərhlər: 9
Baxılıb: 8 926
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri